Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2918/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Eduardovuçin Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehin mübahisəli əmlak üzərindəki mülkiyyət hüququna xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla keçmiş arvadı olan cavabdehin paylı mülkiyyətlərində olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, bina 8-də yerləşən 7 saylı mənzil üzərində cavabdehin 1/10 hissədə mülkiyyət hüququna, onun tərəfindən cavabdehə 7.600 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında baxılan iddiaçının vəkili (nümayəndəsi) X3 ərizə ilə Məhkəməyə müraciət edərək, təmsil etdiyi iddiaçının iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər aralarında olan mülki mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər. Eyni zamanda, cavabdeh ərizə ilə Məhkəməyə müraciət edərək, iddiaçının iddiadan imtina etməsi barədə ərizənin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya baxışı iclasında iş üzrə tərəflərin Məhkəməyə verdikləri izahatlardan və təqdim etdikləri sənədlərdən məlum olmuşdur ki, cavabdeh, mübahisəli mənzil üzərində olan və özünə məxsus 1/10 hissədə payını onunla iddiaçı arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* saylı müqavilə əsasında 10.000 manata iddiaçıya satmışdır. Göründüyü kimi iş üzrə tərəflər aralarında olan mülki mübahisəni məhkəmədən kənar olaraq həll etmişlər. İddia tələbi, iddia əsasında Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə və qətnamədən verilmiş apellyasiya şikayəti iş üzrə tərəflər üçün aktuallığını itirmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina iddiaçının özü tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-in 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 191, 261, 263, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Eduardovuçin iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Eduardovuçin Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehin mübahisəli əmlak üzərindəki mülkiyyət hüququna xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2918/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2918/2024
31.05.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver