Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2928/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ələm qızının nümayəndəsi X1 və vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-129/2020 nömrəli qətnaməsindən İddiaçı Ələm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ələm qızı Cavabdehnə qarşı iddia ərizəsi və son olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində inşa edilmiş A3 korpusun 7-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.metr, yaşayış sahəsi 78,16 kv.metr olan 14 nömrəli və D korpusun 15-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 kv.metr, yaşayış sahəsi 86,48 kv.metr olan 30 nömrəli mənzillərin yerləşdiyi ərazidə eyni parametrləri olan mənzillərin verilməsi, bu mümkün olmadıqda həmin iki mənzilin dəyərini məhkəmənin qərar çıxardığı gün mövcud olan qiymətlər nəzərə alınmaqla cavabdeh “Xüdafərin” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona verilməsi, Cavabdehndən həmin iki mənzilin təmirinə xərclədiyi 8.849 (səkkiz min səkkiz yüz qırx doqquz) manat məbləğində, mənəvi ziyana görə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin və ödədiyi dövlət rüsumunun dəyərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-129/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində inşa edilmiş A3 korpusun 7-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.metr, yaşayış sahəsi 78,16 kv.metr olan 14 nömrəli mənzilə görə ödənilmiş 36.278 (otuz altı min iki yüz yetmiş səkkiz) manat və təmirinə xərc olaraq çəkilmiş 3.516 (üç min beş yüz on altı) manat, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində inşa edilmiş D korpusun 15-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 kv.metr, yaşayış sahəsi 86,48 kv.metr olan 30 nömrəli mənzilə görə ödənilmiş 31.004 (otuz bir min dörd) manat və təmirinə xərc olaraq çəkilmiş 5.333 (beş min üç yüz otuz üç) manat olmaqla, cəmi 76.131 (yetmiş altı min bir yüz otuz bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdehndən İddiaçı Ələm qızının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən İddiaçı Ələm qızı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı, demək olar ki, haqlı olaraq, təmin etmiş, lakin, qətnaməyə görə cavabdeh tərəfindən ödəniləcək məbləğ həqiqətə uyğun deyil və onu qane etmir.Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cavabdeh MMC-nin bir neçə əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib və Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə X6 və qeyriləri Azərbaycan Respublikası CM-nin 178.3.2. və 308.2. maddələri ilə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər. Həmin hökmün qərar hissəsində qeyd edilmişdir ki, zərərçəkmiş şəxslər X3 (mənim ərim) və qeyrilərinə izah edilsin ki, vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var.xx xxxxxx 2011-ci il tarixdə o, Cavabdeh MMC ilə 464 saylı müqavilə imzalamışdır. Həmin müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078 A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş A3 korpusun 7-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 145,11 kv. metr, yaşayış sahəsi 78,16 kv. metr olan 14 saylı mənzili cavabdeh ona 36278 manata satmışdır.xx xxxx 2012-ci il tarixdə Cavabdeh MMC ilə 526 saylı müqavilə imzalamışdır. Həmin müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078 A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş D korpusun 15-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 kv. metr, yaşayış sahəsi 86,48 kv. metr olan 30 saylı mənzili cavabdeh ona 31004 manata satmışdır.Hər iki müqavilədə göstərilən məbləğlər həqiqətə uyğun deyil ona görə ki, cavabdehin nümayəndələri vergidən yayınmaq üçün müqavilələrdə ödədiyi məbləğlərin miqdarını az göstərmişlər. Həqiqətdə isə birinci müqaviləyə görə 88500 ABŞ dolları, ikinci müqaviləyə görə isə 94600 ABŞ dolları faktiki olaraq ödəmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə də öz əksini tapmışdır (hökmün 36- 37-ci vərəqlərində). Bu barədə öz aralarında qəbzlər də imzalamışdılar. Birinci instansiya məhkəməsinə bu məbləğlərin X7 tərəfindən üç nəfər şahidlərin iştirakı ilə alması barədə qəbz də təqdim etmişdir. Lakin məhkəmə, nədənsə, müqavilədə qeyd edilmiş yalançı məbləğləri göstərmişdir.Mülki Məcəllənin 443.3-cü maddəsinin tələblərinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.Birinci instansiya məhkəməsi qətnaməsində MPM-in 14.2, 217.3. və 217.4 maddələrinə istinad etməsinə baxmayaraq, tərəfindən cavabdehə faktiki ödədiyi məbləği sonuncudan xeyrinə tutulmasını ğöstərməmişdir.İddia ərizəsinin 50000 manat mənəvi ziyana görə cavabdehdən alınaraq, ona verilməsi barədə hissəsi də heç bir qanuni əsas göstərilmədən rədd edilmişdir.Bakı şəhəri Nərimanov rayon məhkəməsi qətnaməsində Mülki Məcəllənin 1097-ci maddəsinə istinad edərək göstərir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.Çox maraqlı məntiqdir. 2012-ci ildən, artıq səkkizinci ildir ki, cavabdehin vəzifəli şəxsləri xüsusilə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəyib, onu küçələrə salıblar. Bu barədə Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü mövcuddur. Bu cür qanunazidd hərəkətlər nəticəsində səkkizinci ildir ki, o və ailə üzvləri prokurorluq və məhkəmə qapılarında qalmışdır, əzab və sarsıntılar keçirir. Bunun üçün hansı səbəbli əlaqə olmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti nümayəndələrinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edrəkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh-icraçı ilə İddiaçı Ələm qızı-alıcı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 464 nömrəli müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində özü tərəfindən inşa edilmiş A3 korpusun 7-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.metr, yaşayış sahəsi 78,16 kv.metr olan 14 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 36.278 (otuz altı min iki yüz yetmiş səkkiz) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ müvafiq mənzilə görə alıcı tərəfindən icraçının hesabına ödənilmişdir. Eyni zamanda, Cavabdeh-icraçı ilə İddiaçı Ələm qızı alıcı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 526 nömrəli müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində özü tərəfindən inşa edilmiş D korpusun 15-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 kv.metr, yaşayış sahəsi 86,48 kv.metr olan 30 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 31.004 (otuz bir min dörd) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ müvafiq mənzilə görə alıcı tərəfindən icraçının hesabına ödənilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 3078A nömrəli məhəllədə yerləşən Cavabdeh tərəfindən inşa edilmiş ümumi sahəsi 145,11 kv.metr, yaşayış sahəsi 78,16 kv.metr olan 3 otaqlı 14 nömrəli mənzilin və 15-ci mərtəbədə D korpusunda ümumi sahəsi 155,02 kv.metr, yaşayış sahəsi 86,48 kv.metr olan 3 otaqlı 30 nömrəli mənzilin təmirinə hansı məbləgdə vəsait sərf edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən xx xxxxxx 2019-cu il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının cavabı olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 21684 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 3078A nömrəli məhəllədə yerləşən Cavabdeh tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış binasının 14 və 30 nömrəli mənzillərində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 8.849 (səkkiz min səkkiz yüz qırx doqquz) manat, o cümlədən 14 nömrəli mənzil üzrə 3.516 (üç min beş yüz on altı) manat, 30 nömrəli mənzil üzrə 5.333 (beş min üç yüz otuz üç) manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan başqa, iddia ərizəsinin “iki mənzilin dəyərinin məhkəmənin qərar çıxardığı gün mövcud olan qiymətlər nəzərə alınmaqla cavabdeh “Xüdafərin” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona verilməsi” hissəsində hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ilə İddiaçı Ələm qızı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 464 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində özü tərəfindən inşa edilmiş A3 korpusun 7-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.metr, yaşayış sahəsi 78,16 kv.metr olan 14 nömrəli mənzilə görə iddiaçı şəxs 36.278 (otuz altı min iki yüz yetmiş səkkiz) manat, Cavabdeh ilə İddiaçı Ələm qızı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 526 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində özü tərəfindən inşa edilmiş D korpusun 15-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 kv.metr, yaşayış sahəsi 86,48 kv.metr olan 30 nömrəli mənzilə görə iddiaçı şəxs 31.004 (otuz bir min dörd) manat məbləğində pul vəsaiti ödəmişdir. İddia ərizəsi qeyd edilən hissədə yalnız iddiaçı şəxs tərəfindən hər iki müqavilə üzrə ödənilmiş pul məbləği tutulmalı, iddia ərizəsi qeyd edilən qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “8.849 (səkkiz min səkkiz yüz qırx doqquz) manat məbləğində maddi ziyanın tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 3078A nömrəli məhəllədə yerləşən Cavabdeh tərəfindən inşa edilmiş ümumi sahəsi 145,11 kv.metr, yaşayış sahəsi 78,16 kv.metr olan 3 otaqlı 14 nömrəli mənzilin və 15-ci mərtəbədə D korpusunda ümumi sahəsi 155,02 kv.metr, yaşayış sahəsi 86,48 kv.metr olan 3 otaqlı 30 nömrəli mənzilin təmirinə hansı məbləgdə vəsait sərf edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən xx xxxxxx 2019-cu il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının cavabı olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 21684 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 3078A nömrəli məhəllədə yerləşən Cavabdeh tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış binasının 14 və 30 nömrəli mənzillərində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 8.849 (səkkiz min səkkiz yüz qırx doqquz) manat, o cümlədən 14 nömrəli mənzil üzrə 3.516 (üç min beş yüz on altı) manat, 30 nömrəli mənzil üzrə 5.333 (beş min üç yüz otuz üç) manat məbləğində olduğu müəyyən edilmişdir ki, həmin məbləğ də Cavabdehndən İddiaçı Ələm qızının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və apellyasiya şikayətinin qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətində qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsi xahiş edilmiş, şikayətin məzmunundan da görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə ona münasibətdə iddianın təmin edilməyən hissəsində yoxlanılmalı, digər hissəsinə və cavabdehə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Əvvəla, birinci instansiya məhkəməsi qeyd olunan mənzillərin müqavilədə nəzərdə tutulan qiymətlərini əsas götürüb iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, işdə olan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həmin mənzillərin müqavilələrdə göstərilən qiymətə deyil, daha artıq qiymətə, yəni müvafiq olaraq 14 nömrəli mənzilin 69000 manata, 30 nömrəli mənzili isə 69759 manata satıldığı müəyyən edilmişdir. Eyni zamanda həmin mənzillərə görə müvafiq olaraq 88500 ABŞ dolları və 94600 ABŞ dollarının faktiki olaraq ödənilməsi ilə bağlı şikayətin dəlilləri də açıq-aşkar əsassız olmamışdır. Bu cür vəziyyətdə yalınz formal olaraq müqavilələrdə nəzərdə tutulan qiymətləri əsas götürüb iddianın həmin məbləğə uyğun qismən təmin edilməsi isə əlbətdə ki, düzgün olmamışdır. İkincisi, apellyasiya baxışı zamanı qeyd olunan mənzillərin real dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmiş və MBA LTD MMC-nin MB 13/411 saylı xx xxx 2020-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, məhəllə 3078A, mənzil 14-də yerləşən, ümumi sahəsi 145,11 kv.metr, olan mənzilin xx xxx 2020-ci il tarixə olan bazar dəyəri 154000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, məhəllə 3078A, mənzil 30-da yerləşən, ümumi sahəsi 155,02 kv.metr, olan mənzilin xx xxx 2020-ci il tarixə olan bazar dəyəri isə 164000 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, həmin mənzillərə dair tərəflər arasında 9 il əvvəl bağlanmış müqavilədə qeyd olunan, real dəyərini hələ həmin vaxt da düzgün göstərilməməsinə, formal qeyd olunmasına baxmayaraq məhkəmənin həmin məbləği əsas götürüb iddianı qismən təmin etməsini ədalətli hesab etmək olmaz. Çünki, aydın məsələdir ki, qeyd olunan mənzillərə görə real ödənilən, hökmdə göstərilən məbləğə belə hazırda eyni vəziyyətdə və ölçüdə mənzillər alınması mümkünsüzdür. Bununla yanaşı, birinci instansiya məhkəməsi qeyd olunan mənzillərin təmiri ilə əlaqədar çəkilən xərcləri də cavabdehdən tutmuşdur. Apellyasiya baxışı zamanı həmin mənzillər mövcud vəziyyətlərində, yəni qismən təmir edilmiş vəziyyətdə real bazar dəyəri qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Ona görə məhkəmə tikinti texniki ekspertizanın rəyi ilə müəyyən edilmiş, hər bir mənzilə görə çəkilmiş təmir xərcələri, həmin mənzillərin müəyən edilmiş real bazar dəyərindən çıxılmalı, qalıq məbləğ cavabdehdən tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin digər hissələri üzrə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşır və hesab edir ki, həqiqətən də həmin tələblər üzrə məhkəməyə mötəbər sübutlar təqdim olunmamış, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsihesab edir ki, İddiaçı Ələm qızının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni iddianın təmin edilən məbləği hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, qətnamə onun şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Ələm qızının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-129/2020 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilən məbləğ hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehndən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində inşa edilmiş A3 korpusun 7-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.metr, yaşayış sahəsi 78,16 kv.metr olan 14 nömrəli mənzilə görə 150484(yüz əlli min dörd yüz səksən dörd) manat və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində 0,553 hektar torpaq sahəsində inşa edilmiş D korpusun 15-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 kv.metr, yaşayış sahəsi 86,48 kv.metr olan 30 nömrəli mənzilə görə 158667 (yüz əlli səkkiz min altı yüz altmış yeddi) manat, cəmi 309151(üç yüz doqquz min yüz əlli bir) manat tutularaq İddiaçı Ələm qızına ödənilsin. Qətnamə İddiaçı Ələm qızının apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Cavabdehndən – 400 manat qiymətləndirmə xərci alınaraq “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2928/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2928/2020
10.08.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver