Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2937/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 Hussainin nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(010)-3868/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 17 sentyabr 2014-cü il tarixdə öz imzası və barmaq izləri ilə təsdiq edilmiş borcun alınması haqqında əlyazması üzrə 430500 X4 (BƏƏ) dirhəmi məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün 55606,25 BƏƏ dirhəminin (ödəniləcəyi gün 1 BƏƏ dirhəminin Azərbaycan manatının məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin 30 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkilə ödənilmiş 200 manat məbləğində müqavilə pulunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2014-cü ilin sentyabr ayında cavabdeh 110000 ABŞ dolları yəni, 430500 BƏƏ dirhəmi borc pula ehtiyacı olduğunu, həmin pulu bir ilə qaytaracağını bildirmişdir. İddiaçı pulunun olmadığını, lakin əri Syed Niazdan həmin məbləği borc ala biləcəyini bildirmiş, iddiaçının əri pulu borc verməyə razılaşmışdır. Beləliklə, iddiaçı tərəfindən cavabdehə 17 sentyabr 2014-cü il tarixdə 430500 dirhəm məbləğində borc pul verilmiş, cavabdeh öz imzası və barmaq izləri ilə təsdiq edilmiş əlyazma tərtib edərək, iddiaçıdan borc aldığını və borcunu bir il ərzində - 17 sentyabr 2015-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Əlyazma şahidlər X2 və X3 iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. Lakin borc qaytarılmamış, bu istiqamətdə aparılan danışıqlar isə nəticəsiz qalmışdır. Hazırda 1 BƏƏ dirhəminin manata nisbətdə məzənnəsi 1 BƏƏ= 0.4628 manat təşkil edir. Buna görə cavabdehin iddiaçıya olan hazırkı günə əsas borcu 199235,4 manat ( 430500 dirhəm x 0,4628=199235,4 manat), borcun ödənilməsini gecikdirdiyi üçün illik 5 faiz dərəcəsi ilə 17 sentyabr 2015-ci tarixdən hal-hazıradək keçən 2 il 7 ay (31 ay) müddət üçün faiz borcu isə 55606,25 dirhəm (430500 x 5%= 21525:12 ay=1793,75 x 31 ay= 55606,25 dirhəm) təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(010)- 3868/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti iddia ərizəsəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdehlə münasibətlərin ilkin olaraq iddiaçı arasında yarandığını, borcun iddiaçıdan istənilməsini, iddiaçının istəyi və iradə ifadəsi əsasında borcun cavabdehə verilməsini, bu səbəbdən pulun qaytarılmasına dair öhdəliyin iddiaçı və əri qarşısında götürülməsini nəzərə almayıb. Bununla yanaşı, iddiaçı Syed Niazla evlidir, verilən borc onların birgə nikah dövründə əldə edilmiş vəsaitdir. Buna görə həmin vəsaiti iddiaçı əri ilə məsləhətləşmədən və onun razılığını almadan cavabdehə borc verə bilməzdi. Borc cavabdehə ər-arvadın hər ikisinin birgə razılığı ilə verilsə də, pulun faktiki olaraq verilməsi onlardan biri tərəfindən həyata keçirilməli idi. Belə olan halda, borcun faktiki olaraq iddiaçı tərəfindən verilməməsi onu iddiaçı qismində məhkəməyə müraciət etmək üçün subyektiv hüquqdan məhrum etmir. Birinci instansiya məhkəməsi cavabdehin sonradan tərtib etdiyi əlyazmanın iş materiallarına əlavə edilməsindən imtina edib. Bu səbəbdən məcburən həmin əlyazmanı hazırkı şikayətlə birlikdə apellyasiya instansiyası məhkəməsinə təqdim edir. Apellyasiya baxışı zamanı X9 Hussain iş üzrə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(103)-11052/2018 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(010)-3868/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, Cavabdeh 400000 X4 dirhəminin (ödəniş gününə həmin valyutanın manata olan məzənnəsi ilə manatla), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 200 manat pulun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cəfərli (Ağazadə) Mehriban Zaur qızı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(102)-5084/2020 saylı qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(103)-11052/2018 saylı qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı iddiaçının və onun tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(010)- 3868/2018 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, cavabdehə borcu iddiaçı deyil, onun əri Syed Nyaz verdiyinə görə iddiaçının həmin pulu məhkəmə qaydasında cavabdehdən tələb etmək üçün subyektiv hüququ yoxdur və buna görə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Təkrar apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizanın rəyindən görünür ki, mülki işin 10-cu vərəqində olan Cavabdeh İddiaçı (430500 dirhəm məbləğində) pulu borc alması və qaytarılması barədə qəbzin mətni, həmin mətnin yuxarı hissəsində 4-cü sətirdəki imza, aşağı hissəsində “Cavabdeh” ad və soyadı qarşısındakı imza (qəbzin sonunda “Əliyev İ.Q” və “Sultanova.Ş.S” yazılarının qarşısında iki imzadan başqa); mülki işin 68-ci vərəqində olan Cavabdeh İddiaçı (4000000 dirhəm məbləğində) pulu borc alması və qaytarılması barədə qəbzin mətni, həmin mətnin yuxarı hissəsində “Cavabdeh” ad və soyadı qarşısındakı imza, aşağı hissəsində “imza” sözü qarşısındakı imza (qəbzin sonunda “Shahid: P5038335” yazıları və həmin yazıların qarşısındakı imzadan başqa) – Cəfərli (Ağazadə) Mehriban Zaur qızı tərəfindən icra olunmuşdur. Təkrar apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə daktiloskopik ekspertizasının 7 iyun 2021-ci il tarixli 3/801 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 və 2 saylı əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 3,4,5,6,7,8,9,10 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Müqayisəli tədqiqatın aparılması üçün zəruri olan Cavabdeh eksperimental əlbarmaq izlərinin təqdim olunması barədə 07.05.2021-ci il tarixli vəsatət təqdim edilmədiyindən, mülki iş materiallarında olan 1 və 2 saylı əl-barmaq izlərinin tədqiqatı aparılmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1) Mülki Məcəllə həmçinin nəzərdə tutur k, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. (213.1) Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində, üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. (213.6). Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (222.2). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. (493). Baxılan iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi cavabdeh tərəfindən tərtib edilmiş əlyazmanın məzmunundan görünür ki, cavabdeh işi ilə əlaqədar 403500 dirhəm məbləğində pula ehtiyacı olduğu üçün iddiaçıya müraciət etmiş, iddiaçı həyat yoldaşı Syed Niazla məsləhətləşib kömək etməyə çalışacağını bildirmişdir. İki gün sonra 17.09.2014cü ildə cavabdeh iddiaçının üçüncü şəxslə birlikdə yaşadığı evə gəlmiş, Syed Niaz 2 nəfər şahidin iştirakı ilə 430500 dirhəm pulu ona vermişdir. Cavabdeh həmin məbləği 1 il ərzində, yəni 17.09.2015-ci ilədək qaytarmağı söz vermişdir. Əlyazma cavabdeh və şahidlər tərəfindən imzalanmış, habelə barmaq izləri ilə təsdiqlənmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 və X6 ifadələrində İddiaçı onların yanında Cavabdeh 430000 BƏƏ dirhəmi məbləğində borc verilməsinin şahidi olduqlarını və bu barədə tərtib olunmuş aktı imzaladıqlarını bildirmişlər. (i.v.29-30) Bundan əvvəl apellyasiya qaydasında işə baxılarkən iddiaçının və eyni zamanda üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş əlyazmadan görünür ki, Cavabdeh 17.09.2014-cü il tarixdə İddiaçı 400000 dirhəm məbləğində borc aldığını, borcunu 17.09.2016-cı ildə qaytarmalı olduğunu bildirmişdir. (i.v.68) İddiaçının və eyni zamanda üçüncü şəxsin nümayəndəsi Vəkil1 bundan əvvəl apellyasiya qaydasında işə baxılarkən verdiyi izahatdan görünür ki, cavabdeh iddiaçıya olan borcundan 30500 dirhəm hissəsini qaytarmış, hal-hazırda borcun məbləği 400000 dirhəm təşkil edir. İş materiallarında olan yazılı sübutlarla müəyyən edilir ki, iddiaçı ilə X9 Hussain 05.11.2004-cü il tarixdən rəsmi nikahdadırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin pulu cavabdehdən tələb etməklə bağlı subyektiv hüquqa malik olub-olmadığı barədə məsələyə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, cavabdehin özünün tərtib etdiyi əlyazmada həmin məbləği məhz iddiaçıdan borc olaraq istədiyi açıq ifadə edilmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən cavabdehə verilmiş borc məbləği iddiaçı və üçüncü şəxsin ümumi mülkiyyətidir, həm iddiaçının, həm də üçüncü şəxsin birgə kreditor kimi həmin əşya barəsində digər şəxslərə (cavabdehə) qarşı tələb irəli sürmək hüquqları vardır. İddiaçı ilə X9 hal-hazırda da ər-arvad olduqlarından borcun onların hansına qaytarılmasından asılı olmayaraq həmin məbləğ onların mülkiyyətidir, başqa sözlə faktiki olaraq hər ikisinin xeyrinə tutulmuş hesab edilir. Beləliklə, Cavabdeh İddiaçı 400000 BƏƏ dirhəmi məbləğində borclu olması iş materiallarında olan yazılı qəbzlər, şahid ifadələri və məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Bu baxımdan iddia cavabdehdən 400000 BƏƏ dirhəmi məbləğində pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər, 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə aiddir. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Buna görə də iddia ərizəsi verilərkən ödənilmiş 30 manat (i.v.6), apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat (i.v.42) və hüquqi yardım göstərmək üçün iddiaçı tərəfindən vəkilə ödənilmiş 200 manat pul (i.v.11) cavabdehdən tutulub iddiaçıya ödənilməli, iş üzrə məhkəmə xətşünaslıq və daktiloskopik ekspertizalarının keçirilməsinə sərf olunmuş 178,7 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(010)- 3868/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdeh 400.000 X4 dirhəmi (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş həmin valyutanın manata olan məzənnəsi ilə manatla), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı Ağamalıyeva Elnurə Abdulla qızına ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 (on beş) manat pul cavabdehdən tutulub iddiaçıya ödənilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq və daktiloskopik ekspertizalarının xərci qismində 178,7 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2937/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2937/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver