Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2938/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlunun ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6253/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Unibank” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh -vərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1585,66 manat əsas, 20,17 manat faiz borcu olmaqla, cəmi 1605,83 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 36.06 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6253/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi təmin olunmuşdır. Cavabdeh4 (bundan sonra cavabdeh) qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh yazılı ərizə təqdim edərək, apellyasiya şikayətindən imtinaya etdiyini, şikayətdən imtinanın nəticələrinin ona aydın olduğunu bildirirək, ərizənin qəbul olunaraq apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini, həmçinin şikayətdən imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən, xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilməlidir ki, məhkəmədə mülki (həmçinin, kommersiya mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilib-etdirilməməsi də məhz həmin şəxslərin iradəsindən asılıdır. Dispozitivlik prinsipinə uyğun olaraq, apellyasiya şikayəti vermiş şəxsin ondan imtina etməsi, icraatın davam etdirilməsini lüzumsuz edir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6253/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2938/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2938/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver