Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2941/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2941/2023 (Açar sözlər: yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili X3, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X5 nümayəndəsi-vəkili Seyidov Hicran Kamil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə, yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh MTK arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 14 aprel 2008-ci il tarixli müqavilə bağlanıb və müqavilənin predmeti ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzil olub. Müqaviləyə əsasən payçı 98.530 manat ödəməli idi.
2. 14 avqust 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı tərəfindən 98.350 manat pul Cavabdeh MTK-nin hesabına ödənilib.
3. 07 mart 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MTK Mənzil (icraçı) ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, X8 (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.metri üçün 1.100 manat olmaqla, cəmi 110.000 manat pulu ödəməyi öhdələrinə götürüb.
4. 07 mart 2016-cı il tarixli maliyyə arayışına əsasən, sözügedən mənzilin pay dəyəri X8 tərəfindən Cavabdeh MTK-nə tam məbləğdə ödənilib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində birinci icraat
5. İddiacı İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan, 3 otaqdan ibarət olan 6 nömrəli mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Koperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 aprel 2008-ci il tarixdə onunla "xxxx" Mənzil Tikinti Koperativi arasında 55 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında o aldığı mənzilin dəyəri olan 98530 manat məbləğində pulu Cavabdeh Mənzil Tikinti Koperativinin kassasına tam ödəmişdir. Onun mənzilə ehtiyacı olduğundan o, mənzildə təmiri işləri aparmaq, təmiri tezliklə bitirmək niyyətində olmuşdur. 2009-cu ilin iyul ayında işıq, qaz və su sayğacları üçün ümumilikdə 1200 manat (1500 ABŞ dolları) pulu Cavabdeh Mənzil Tikinti Koperativinə ödəmiş və təmirə başlamışdır. Təmirin ilk mərhələsində mənzildaxili işıq, telefon, internet xətləri çəkilmiş və bu işlərin görülməsinə tərəfindən ümumilikdə 2050 manat (2560 ABŞ dolları) xərc çəkilmişdir. Təmirin sonrakı mərhələsində də 5690 manat (7100 ABŞ dolları), 1560 manat (1910 ABŞ dolları) xərc çəkilmişdir. Mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10500 manat (13110 ABŞ dolları) məbləğində xərc çəkilmişdir. Bir müddət sonra isə o, mənzilinə gəldikdə mənzilin qapısının dəyişdirildiyini görmüşdür. O, Cavabdeh Mənzil Tikinti Koperativinin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmazlıq olmuş, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh Mənzil Tikinti Koperativi mənzilini ona təhvil vermirlər. Müqavilənin 1.3-cü bəndinə görə icraçı 18 aya mənzili istismara verməli idi. Lakin 10 ilə yaxın müddətdir ki, Cavabdeh Mənzil Tikinti Koperativi müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(001)- 1942/2019 saylı qətnaməsi ilə (hakim A.Rzayev) iddia təmin edilərək, İddiaçı ünvan 1 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan mənzil 6-ya sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.6, 178.8, 385.1, 386.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 218.3, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh Mənzil Tikinti Koperativi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Mübahisəli mənzil X1 və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Hazırkı mülki iş üzrə mübahisə mövcud olmadığı üçün iddia tələbi təmin edilə bilməz
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər Azad İmanov, Abiddin Hüseynov və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib, İddiaçı Cavabdeh MTK-nə qarşı “yaşayış sahəsindən istifadə, sahiblik hüququnun tanınması, mənzilin istifadəsinə və sahibliyinə verilməsi” iddiasına dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 31.1, 39.1, 40.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb.
d) Birinci instansiya məhkəməsində ikinci icraat
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(005)-4175/2019 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin olunaraq, Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzilinin İddiaçı təhvil verilməsinin Cavabdeh Mənzil Tikinti Koperativinə həvalə edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 152.1, 152.5, 152.6, 178.7, 178.8, 385.1, 386.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.
e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(103)-1487/2020 nömrəli qətnaməsi ilə (hakimlər İlham Kərimli, İsmayıl Xəlilov və Elşad Şamayev) Cavabdeh Mənzil Tikinti Kooperativinin apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(005)-4175/2019 saylı qətnaməsi cavabdeh MTK RealMTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
ə) Kassasiya instansiya məhkəməsində birinci icraat
17. Cavabdeh "xxxx" MTK kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2020ci il tarixli, 2(102)-5000/2020 saylı qərarı ilə (hakimlər Elşanə Vəliyeva, Vüqar Həsənov və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-2918/2021 saylı qətnaməsi ilə (hakimlər X12 Sarıyev və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdeh "xxxx" MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilmişdir.
g) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
20. İddiaçı İsmaylov Anar Məmməd oğlu kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli 2(102)-290/2022 saylı qərarı ilə (hakimlər Zaur Əliyev, Abiddin Hüseynov və Əhməd Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
ğ) Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli 2(103)-3381/2022 saylı qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov, Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdeh "xxxx" MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilmişdir.
h) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat
23. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2023cü il tarixli 2(102)-88/2023 saylı qərarı ilə (hakimlər əhməd Əhmədov, Ələsgər Əliyev və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
25. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırıb ki, İlahə Seyidova vicdanlı əldə edən şəxsdir, mənzil onun tərəfindən təmir olunub və hal-hazırda mənzildə o, yaşayır. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız sayır, ona görə ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmaz əmlakla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələri məhz daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq əşya hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqlarının müdafiə edildiyini, vicdanlı üçüncü şəxslərin qeydiyyatla bağlı əldə etdikləri hüquqlarının saxlanıldığını nəzərdə tutur. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirib. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Maddənin mənasına görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Hazırkı işdə isə mübahisə predmeti olan mənzil ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün, apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmayıb və mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmayıb. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlib. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı və tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilibverilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. Əgər tərəflər arasında kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddianın qanuni əsası kimi bu norma tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır...”
x) Proses iştirakçılarının izahatı
26. Təkrar apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, iddiaçı razı olsa iki dəfəyə verdiyi pulu qaytara bilərlər.
27. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Qeyd etmişlər ki, cavabdehlə barışıq imkanları mövcud deyil, iddiaçı 2008-ci ildə həmin mübahisəli evi alarkən 98530 manat pul vermişdir. Həmin məbləğdə pula həmin ərazidən iddiaçı halhazırda ev ala bilməz. Çünki mənzil qiymətləri 2008-ci illə müqayisədə çox artmışdır.
28. Təkrar apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (əri) apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və bildirdi ki, o və arvadı olan İ.Seyidova qeyd edilən mənzili xx.xx.2016-cı il tarixdə MTK ilə müqavilə bağlamaqla MTK-dan almışlar. Onlar mənzilin dəyərini MTK-ya ödəmiş, mənzil MTK tərəfindən onlara təhvil verilmiş, onlar mənzili təmir edərək mənzilə köçmüş və hazırda mənzildə yaşayırlar. Onlar vicdanla hərəkət edərək mənzili əldə etmiş və MTK ilə iddiaçının arasındakı problemlərdən xəbərsiz olmuşlar.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
33. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli, 55 nömrəli «yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə» müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Mənzil Tikinti Koperativi (icraçı) Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, İddiaçı (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.m-i üçün 985,30 manat olmaqla, cəmi 98.350 manat pulu ödəməyi öhdələrinə götürmüşlər.
44. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 98.350 manat pul Cavabdeh Mənzil Tikinti Koperativinin hesabına mədaxil edilmişdir.
45. xx.xx.2016-cı il tarixli, 509 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Mənzil Tikinti Koperativi (icraçı) Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, X8 (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.m-i üçün 1.100 manat olmaqla, cəmi 110.000 manat pulu ödəməyi öhdələrinə götürmüşlər.
46. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil 6 üçün pay dəyəri X8 tərəfindən Cavabdeh Mənzil Tikinti Koperativinə tam ödənilmişdir.
47. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
48. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni müqavilə münasibətləri çərçivəsində qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, üçüncü şəxsin müqaviləsindən daha əvvəl, yəni 14 aprel 2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən inşa edilən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan mənzil 6 İddiaçı tərəfindən tam ödənilməklə, yəni 98530 manat məbləğində pul ödənilməklə alınmışdır. İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MTK həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçıya təhvil verməkdən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova