Məhkəmə qərarları › İş №2(103)-2942/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2942/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2942/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 121.506,25 ABŞ dolları əsas, faizə görə 61.400,82 ABŞ dolları, cəriməyə görə 6.078.27 ABŞ dolları olmaqla, cəmi 188.985,34 ABŞ dolları kredit borcunun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçıya ödənilməsi; tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, ümumi sahəsi 275.08 kv.metr, o cümlədən yaşayış sahəsi 131.7 kv.metr olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun iddiaçıya ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, ümumi sahəsi 275.08 kv.metr, o cümlədən yaşayış sahəsi 131.7 kv.metr olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin bağ evinə və 0.08 ha olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin bağ evindən çıxarılması, həmin bağ evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 121.506,25 ABŞ dollar, hesablanmış faizə görə 61.400,82 ABŞ dollar, cəriməyə görə 1.000 ABŞ dolları olmaqla, cəmi 183.907,07 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi; tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin bağ evinin və torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan sözügedən əmlakın ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi, həmin əmlaklar satıldıqdan sonra Cavabdeh2 1 ay ərzində həmin evi tərk etmədiyi halda, onun məcburi qaydada evdən çıxarılması qət edilmişdir. Qətnamədən cavabehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 121.506,25 ABŞ dollar məbləğində əsas, 61.400,82 ABŞ dollar məbləğində faiz borcu, 6.078,27 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 188.985,34 ABŞ dolları məbləğində borcun tutulması tələbi hissəsində dəyişdirməsini və həmin hissədə 23.400 ABŞ dollar məbləğində əsas, 7.799,33 ABŞ dollar məbləğində faiz borcu, cəmi 31.199.33 ABŞ dollarının müəyyən edilməsi və cavabdehlərdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırırlar ki, cavabdehin məhkəmədə iştirakı təmin edilmədiyi üçün, onun tərəfindən sübut və dəlillərin məhkəməyə təqdim edilməsi və borcun məbləğinin dəyişdirilməsinin sübut edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin şişirdilərək təqdim edilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Lakin, qeyd edirlər ki, 2015-ci ildən ödənişi edə bilməmişlər. Bank məhkəməyə 2020-ci ildə müraciət etmişdir. 5 il ərzində məhkəməyə müraciət etməməklərinin səbəbi borc məbləğinin şişirdilməsi olmuşdur. Göstərilən faktlardan da açıq aşkar görsənir ki, məhkəmə cavabdeh tərəfin fikrini öyrənmədən, onu dinləməyərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir, bu da məhkəmə çəkişməsi prinsipinə ziddir. "xxxx" ASC tərəfindən verilən kredit illik 3% ilə X1 cəlb edilmişdir. Əgər ona verilən krediti illik 8% ilə hesablasaydılar, bu zaman 2020-ci ilin yanvar tarixinə onun borcu 23.400 ABŞ dollar məbləğində əsas, 7.799,33 ABŞ dollar məbləğində faiz borcu, cəmi 31.199.33 ABŞ Dolları təşkil edəcəkdir. Bunun sübutu kimi hazırda o, ekspertiza təşkilatına müraciət edəcək və bunun sübutu kimi ekspert rəyinin alınmasını xahiş edəcəkdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli qətnaməsi cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-105/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli, 2(103)- 4617/2022 saylı qətnaməsinin qismən-ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə istisna olmaqla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də qətnamə mübahisələndirilən qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 275.08 kv.metr, yaşayış sahəsi 131.7 kv.metr olan bağ evinin və ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin qiymətinə dair biri-birindən kəskin şəkildə fərqlənən iki “qiymətləndirici rəyi” vardır. Cavabdehlər kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində ipoteka predmetinin likvid dəyərinin real bazar qiymətlərindən kəskin şəkildə fərqləndiyini, qiymətlə razılaşmadıqlarını mübahisələndirsələr də, apellyasiya instansiyası məhkəməsi onların bu dəlilləri üzrə kifayət qədər araşdırma aparmayıb və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 275.08 kv.metr, yaşayış sahəsi 131.7 kv.metr olan bağ evinə və ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə bütövlükdə 120.000 manat qiymət qoyulmasının açıq-aşkar ədalətsiz olmasını nəzərə almayıb. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulub. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. 22 aprel 2009-cu il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılaşması ilə ipoteka predmetinə 216.000 manat qiymət qoyulduğu halda, 12 dekabr 2018-ci il tarixdə həmin ipoteka predmetinə 120.000 manat qiymət qoyulması ipoteka predmetinin real likvid dəyərini özündə əks etdirməməklə, həmin qiymət 2020-ci il üçün açıq-aşkar ipoteka predmetinin real bazar qiymətini özündə əks etdirmir. Belə ki, Novxanı bağ massivində yerləşən daşınmaz əmlakın, o cümlədən torpaq sahəsinin 1 sotunun bazar qiyməti hamıya bəlli olan haldır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mübahisəli məsələyə dair vahid məhkəmə təcrübəsinin formalaşması baxımından qəbul etdiyi 20 iyul 2020-ci il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Qərardan da göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti ilə yanaşı likvid qiyməti də müəyyən edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin sonradan likvid dəyərlərində yaranmış sözügedən kəskin qiymət fərqlərinə aydınlıq gətirilməli, bunun səbəbləri araşdırıldıqdan sonra ipoteka predmetinin hazırki vaxta olan real bazar dəyərinin (likvid dəyərinin) müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya bu sahədə ixtisaslaşmış müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinin bu hissəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir”. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, yalnız borcun məbləği ilə bağlı hissədə qətnamədən apellyasiya və sonradan kassasiya şikayətləri vermiş, ipoteka predmetinin qiyməti ilə bağlı hissədə qətnamədən narazı qalmamışdır. Buna görə də hazırkı halda apellyasiya şikayətini müdafiə edir və borc məbləğinin azaldılmasını istəyir. Digər tərəflərə məhkəmə kollegiyasının iclası barədə məlumat verilsə də, məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 121.506,25 ABŞ dollar məbləğində əsas, 61.400,82 ABŞ dollar məbləğində faiz borcu, 6.078,27 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 188.985,34 ABŞ dolları məbləğində borcun tutulması tələbi hissəsində dəyişdirməsini və həmin hissədə 23.400 ABŞ dollar məbləğində əsas, 7.799,33 ABŞ dollar məbləğində faiz borcu, cəmi 31.199.33 ABŞ dollarının müəyyən edilməsi və cavabdehlərdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir. Eləcə də apellyasiya şikayətinin dəlilləri məhz borcun məbləğinin düzgün hesablanmaması istiqamətində olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirilməmiş, bu barədə hər hansı dəlilə istinad edilməmişdir. Halbuki cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir, eləcə də apellyasiya şikayətinin dəlilləri məhz borcun məbləğinin düzgün hesablanmaması istiqamətində olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-105/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli, 2(103)- 4617/2022 saylı qətnaməsinin qismən-ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-105/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə mülki iş ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə yeni apellyasiya baxışına qaytarılsa da apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirilməmişdir. Həmçinin cavabdehlər tərəfindən işin mübahisələndirilən halları, yəni borcun məbləğinin müəyyən edilməsi hissəsi kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda apellyasiya baxışının predmeti olan hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-105/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldığından və yeni apellyasiya baxışına qaytarıldığı göstərilən hissə apellyasiya baxışının predmeti olmadığından, hazırki apellyasiya baxışına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(001)-45/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar