Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2962/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Sığorta Şirkəti ASC və "xxxx" ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hyundai Creta” markalı, **-HZ-*** nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 6.422 manat, həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olan 6.800 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat, qiymətləndirmə rəyinə görə "xxxx" MMC-yə ödənilən 200 manat və 132 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13.854 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəsatət verərək mülki iş üzrə icraatın məhkəmənin icraatında olan 3(004)-711/2023 saylı inzibati xətalara dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 3(004)-711/2023 saylı inzibati xətalara dair işin predmeti hazırkı mülki iş üzrə mübahisənin əsasını təşkil edən DYİ protokolunun və tənbehvermə barədə qərarının qanunsuz olması və ləğv edilməsi tələbindən ibarətdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-913/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 3(004)-711/2023 saylı inzibati xətalara dair iş üzrə yekun məhkəmə qərarı və 2(004)-137/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qərardaddan şikayət verərək qərardadın 2(004)- 137/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı sözügedən yol nəqliyyat hadisəsi ilə bağlı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 6.510 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırkı tələb isə eyni yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan “Hyundai Creta” markalı, **-HZ-*** nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hər iki tələb bir-biri ilə bağlı olmaqla, hazırkı tələbə baxılan zaman 2(004)-137/2023 saylı mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktında araşdırmanın nəticəsi olaraq məhkəmənin müəyyən etdiyi hallara və gəldiyi nəticəyə preyudisial hal olaraq istinad edilə bilər. Mülki Prosessual Məcəllənin 256.0.3-cü maddəsinə görə, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılananadək iş üzrə icraat dayandırılır. Bu mənada birinci instansiya məhkəməsi işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından iş üzrə icraatı dayandırmaqla iş üzrə düzgün və əsaslı nəticəyə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2, 366, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2962/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2962/2023
19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver