Məhkəmə qərarları › İş №2(103)-2963/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2963/2025

15.07.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2963/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subyektiv hüquq, vindikasiya iddiası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X91 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, Cavabdeh, üçüncü şəxslər X36 və X32 iştirakları ilə, İddiaçı Cavabdeh (X18, X36 və X49 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «əmlakın qanunsuz sahiblikdən alınaraq iddiaçının istifadəsinə qaytarılması və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-418/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon (VVADQ) Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2006- cı il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı ilə X17 arasında olan nikah xx.xx.2006-cı il tarixdə 492 sayla bağlanmışdır.

2. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2012-ci il tarixli arayışın surətinə əsasən İddiaçı ilə X19 arasında olan nikah xx.xx.2006-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «İsmayılova» soyadı verilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsinə əsasən X43, X37, X33, X10, X16 və X13 hər birinin ünvan 1 ünvanda yerləşən tərəflərə aid olan və miras kütləsinə daxil olan ümumi sahəsi 92,6 kv.m təşkil edən evə ½ hissədə, X6 və X38 hər birinin 3/12 hissəsində vərəsəlik hüquqlarının tanınması və onlara qeyd edilən paylarına uyğun olaraq mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, X44, X50, X51, X24, X45, X25, X39, X26, İddiaçı, X5 və X20 ünvan 1 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və onların həmin ünvandan pasport qeydiyyatından çıxarılması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 2(103)-178/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanlmışdır.

5. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 364 saylı xx.xx.2012-ci il tarixli arayışın surətinə əsasən X17 beyin insultundan xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.

6. Bakı şəhəri 13 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2015-ci il tarixli şəhadətnamənin surətinə əsasən X6 mülkiyətində olan ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini İddiaçı pay almışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi, vərəsəlik hüququ əsasında payın tanınması və həmin hüquqlar əsasında miras əmlaka müvafiq pay həcmində mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi vəzifəsinin müvafiq orqanın üzərin qoyulması barədə ərizəsi təmin edilmiş, İddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, ünvan 1 saylı evin 3/2 hissəsini miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, ünvan 1 saylı evin 3/2 hissəsinə miras qoyan X7 ölümündən sonra İddiaçı mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla onların adına müvafiq çıxarışın verilməsinin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)- 4598/2012 nömrəli qərardadına əsasən maraqlı şəxs Ağayeva X30 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı ərizəsi hüquq haqqında mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır.

9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)- 2019/2013 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notarait kontoruna həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş arvadı X3 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində olan 0.0255 ha torpaq sahəsində yerləşən 3 ədəd birmərtəbəli 6 otaqlı, 97 kvm yaşayış sahəsi, 65,3 kvm köməkçi sahədən ibarət olan 54 nömrəli fərdi yaşayış evini paylı mülkiyyət hüququ üzrə V tikilidən 3/12 hissəsinə dair İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq həmin hissəyə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 13 saylı Notariat kontoruna həvalə edilməsi qərara alınmışdır. 10.Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(103)-1290/2016 nömrəli qərarı ilə üçüncü şəxs X31 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)- 2019/2013 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notarait kontoruna həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)- 1658/2016 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(103)-1290/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.29.04.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən özünə məxsus 3/12 hissəni X27 bağışlamışdır. 13.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2246/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X102 Baxış Əli qızının hüquqi varisi Cavabdehləır DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə, İddiaçı və qeyrilərinə qarşı çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında 7 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın, X28 adına verilmiş 29 aprel 2015- ci il tarixli 186712 nömrəli bağşlama müqaviləsi və bunun əsasında verilən 05 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. 14.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 13 saylı Notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun alınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə dair iddiası rədd edilmişdir. 15.Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 7932/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2556/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-7932/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1302/2024 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri 13 Saylı Notariat Ofisinə qarşı (Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçun qanunla nəzərdə tutulmuş müddətin ötürülməsini üzrlü sayılaraq uzadılması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmış, işdə iştirak edən şəxslərə qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqları izah edilmişdir. 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-8/4-17-8785/2024 saylı məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X82 (xx.xx.1969-cu ildə vəfat etmişdir) və Lətifə Əlirəhman qızı (xx.xx.1987-ci ildə vəfat etmişdir) olan xx.xx.1952-ci il təvəllüdlü Gülnaz Baladadaşevanın, xx.xx.1950-ci il təvəllüdlü Akif Baladadaşevin (xx.xx.1951-ci ildə vəfat etmişdir) və xx.xx.1953-cü il təvəllüdlü Ramiz Baladadaşevin (xx.xx.1998-ci ildə vəfat etmişdir) doğumunun qeydiyyatı haqqında məlumat aşkar edilmişdir. Gülnaz Baladadaşeva xx.xx.2006-cı ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində İddiaçı ilə nikaha daxil olmuş, xx.xx.2009-cu ildə onun ölümü ilə nikaha xitam verilmişdir. Bildirilir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində G.Baladadaşevanın adından vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, mərhumun adına xx.xx.2015-ci il tarixdə Bakı şəhər 13 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq müvafiq sənədlər Dövlət notariat arxivindən əldə oluna bilər. 19.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdrəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ... hazırda Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı evin Vtikilisindən 1/12 hissəsi X37, Vtikilisindən 1/12 hissəsi X33, Vtikilisindən 1/12 hissəsi X10, Vtikilisindən 1/12 hissəsi X21, Vtikilisindən 1/12 hissəsi X14, Vtikilisindən 1/12 hissəsi X43, Vtikilisindən 3/12 hissə (açıq qalır) X8, Vtikilisindən 1/12 hissəsi Cavabdeh, Vtikilisindən 1/24 hissəsi X32, Vtikilisindən 1/12 hissəsi X11, Vtikilisindən 1/24 hissəsi X22, A və B tikililəri X60 mülkiyyətlərindədir. 20.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/6-11-1163/24 saylı məktubuna əlavə edilmiş notariat işinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq olunmuş şəhadətnaməyə əsasən X15 vərəsəsi İddiaçı olmuşdur və onun vərəsəliyi ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəliyi tanınmışdır.

Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı Cavabdeh (X18, X36 və X49 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, arvadı X3 yeganə vərəsəsi olaraq ona miras qalmış, mülkiyyəti sayılan ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinin Cavabdeh və digərlərinin qanunsuz sahibliyindən alınması, həmin hissənin onun istifadəsinə verilməsi və buna maneənin cavabdehə və digərlərinə qadağan edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.

22. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsi vəfat etmiş arvadı X3 miras qalıb və uzun sürən məhkəmə mübahisələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X52 (sədrlik edən və məruzəçi), X72 və X23 ibarət tərkibdə) 2(103)-1302/2024 №-li, xx.xx.2024-cü il tarixli qərardadı ilə yekun qanuni qüvvəsini almış nəticə belədir ki, ....Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı qəbul olunan zaman hazırki mübahisə məhkəmənin icraatında olduğundan bu mübahisəyə tətbiq edilir və həmin qərarda gəlinən nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir. Yəni, vərəsə miras payından imtina etmədiyi halda, mirası faktiki qəbul edib – etməməsindən və ya notariat kontoruna ərizə verib – verməməsindən asılı olmayaraq vərəsə hesab olunur. Hazırkı mübahisənin əsasını mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi o artıq 1-ci dərəcə vərəsə hesab olunur. Mübahisə predmeti olan əmlaka qanuna uyğun olaraq miras qoyanın hüquqlarının mövcudluğu təsdiqləndiyi təqdirdə, onun məhkəməyə müraciət etməsinə zərurət qalmır. İddia əsaslarından çıxış edərək Cavabdeh arvadı X3 ona miras qalmış, ünvan 3 ünvanında 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun iradə və istəyinə zidd olaraq qanunsuz şəkildə zəbt edib özünün qanunsuz sahibliyində saxlayaraq, ona aid mülkiyyətə daxil olmağına, sahibliyinə mane olur.

23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-418/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

24. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı bundan əvvəl 3 dəfə - 2012, 2021 və 2023-cü illərdə arvadından miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması ilə bağlı iddialar qaldırmış və həmin icraatlar çərçivəsində baxılan tələbləri uğursuz olmuşdur və vərəsəliyinin tanınması istiqamətində hər hansı nəticə əldə etməmişdir. Hazırda isə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1302/2024 saylı qərardadında ifadə edilmiş mövqeyə (Vərəsə miras payından imtina etmədiyi halda, mirası faktiki qəbul edib – etməməsindən və ya notariat kontoruna ərizə verib – verməməsindən asılı olmayaraq vərəsə hesab olunur. Hazırkı mübahisənin əsasını mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü hesab edilməsi təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi artıq iddiaçı 1-ci dərəcə vərəsə hesab olunur.) istinad edərək, birinci dərəcə vərəsə kimi arvadı X3 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3/12 hissəsinin onun mülkiyyətinə daxil olduğunu və bu əsasla Cavabdeh və digərlərinin onun mülkiyyətində olan əmlakı zəbt edərək qanunsuz sahiblikdə saxladıqlarını və mülkiyyətinə daxil olmağa və sahibliyinə mane olduqlarını iddia edir.

25. Məhkəmə qeyd etmişdir ki, iddiaçının vərəsəlik hüququnun olmaması qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildiyindən həmin hallar yenidən sübut olunmayaraq onlara hüquqi qiymət verilmir. Hazırda isə iddiaçı vərəsəlik hüququndan irəli gələn hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmasını təsdiq edəcək nə qanuni qüvvəyə minmiş məhkəmə aktı, nə də digər hər hansı sübutu təqdim etməmişdir. Əksinə qanuni qüvvəsini almış məhkəmə aktı əsasında İddiaçı arvadının sağ olduğu dövrdə sonuncunun iddiası əsasında İddiaçı mübahisəli evə istifadə hüququnun itirilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə iddia predmeti ilə bağlı mülkihüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. İşin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı mübahisəli əmlak üzərində hər hansı əşya və s. digər əmlak hüquqları yaranmamışdır.

26. Məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi o halda qorunmağa layiq mənafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni, ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Hazırkı işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilmir. Beləliklə, işin faktiki halları, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının cavabdehə qarşı tələbinin qanuni və faktiki əsasları mövcud deyildir. İddiaçı özünə məxsus olmayan (üzərində hər hansı əşya hüquqları yaranmamış) əmlakdan cavabdehin və digər şəxslərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildir. Beləliklə, hazırkı iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə rədd olunmalıdır.

27. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçının subyektiv hüququ olsaydı belə, iddia əsaslı sayıla bilməzdi. Belə ki, iddiaçı, Cavabdeh və qeyrilərinə qarşı tələb irəli sürərək onların mübahisəli əmlakı zəbt etdiklərini iddia edir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X58 (X15 bacısı) vəfat etdiyindən Bakı şəhəri 13 saylı DNK-nın 2V-40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X34 miras qalmış evin V tikilisindən 3/12 hissəsi oğlu Cavabdeh adına qeydiyyatdan keçmişdir. Cavabdeh anasından miras qalmış və mülkiyyətinə keçmiş əmlak üzərində sərəncam verərək V tikilinin 3/12 hissəsindən 1/24 hissəni X53, 1/24 hissəsi X40, 1/12 hissəsi X2, qalan 1/12 hissəsi öz mülkiyyətində qalmışdır. Proses iştirakçılarının izahatları əsasında müəyyən olundu ki, cavabdehin həmin tikilidə 1/12 hissədə payı olsa belə, faktiki olaraq orada yaşamır. Ona görə onun iddiaçıya məxsus olduğu iddia edilən əmlakı zəbt etməsi ehtimalı da istisna olunur. Bunun əksini təsdiq edən sübutları isə iddiaçı məhkəməyə təqdim etməmişdir.

28. Bundan başqa iddia tələbinin əmlakın digər şəxslərin qanunsuz sahibliyindən alınması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, digər şəxslərin kimliyi konkret olaraq göstərilmədiyindən, bu baxımdan qeyri-müəyyən tələb üzrə qətnamə çıxarılması yolverilən olmadığından iddia tələbinin həmin hissədə təmin edilməsi mümkün deyildir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 157.2 və 1133.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

30. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-418/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiası üzrə tətbiq etdiyi maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verib. Belə ki, mirasın faktiki qəbulu üçün nəzərdə tutulmuş müddətə dair MM-nin müvafiq norması qüvvədən düşüb və eləcə də qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə (Bakı Ap.Məh. 2(103)-1302/2024 №-li, xx.xx.2024-cü il tarixli qərardadı) qənaət belədir ki, ... onun qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqları itirilməyib.... Məhkəmə isə vərəsəlik hüququnun olmadığını bildirib. Birinci instansiya məhkəməsi işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməyib və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilib. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər sübutu təqdim etməmişdir. Əksinə qanuni qüvvəsini almış məhkəmə aktı əsasında arvadının sağ olduğu dövrdə iddiası əsasında mübahisəli evə istifadə hüququnun itirilməsi müəyyən edilmişdir.... Bakı Ap.Məh. 2(103)-1302/2024 saylı xx.xx.2024-cü il tarixli mübahisəli məsələ üzrə yekun, qanuni qüvvəyə minmiş qərardadında isə bildirilir ki,... işdən göründüyü kimi, onun qayınatası, eləcə də həyat yoldaşı miras qalmış əmlak üzərində mülkiyyət (əşya) hüquqlarını dövlət qeydiyyata aldırmadan (həmin hüququ təsdiq edən çıxarış almadan) vəfat etmişlər. Belə olan halda, o, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqlarını özündə saxlayır... hazırkı mübahisənin əsasını mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi artıq o 1-ci dərəcə vərəsə hesab olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 34.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X36 və X49 apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-418/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. 35.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı və işdə iştirak edən digər şəxslər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 37.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 39.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 iyul 2025-ci il tarixli 2(103)- 2963/2025 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi “arvadı X3 yeganə vərəsəsi olaraq ona miras qalmış, mülkiyyəti sayılan ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinin digərlərinin qanunsuz sahibliyindən alınması, həmin hissənin onun istifadəsinə verilməsi və buna maneənin törədilməsinin digərlərinə qadağan edilməsi” hissəsində ləğv edilməklə, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. 40.Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin “arvadı X3 yeganə vərəsəsi olaraq ona miras qalmış, mülkiyyəti sayılan ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinin Cavabdeh qanunsuz sahibliyindən alınması, həmin hissənin onun istifadəsinə verilməsi və buna maneənin törədilməsinin cavabdehə qadağan edilməsi” hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

41.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 42.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 43.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 44.1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 45.1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 46.1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 47.1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 48.1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 49.1243.1-ci və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 50.1255-ci maddəsinə əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 51.Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq sorğusu əsasında konstitusiya işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və müxtəlif instansiya məhkəmələrinin icraatında olan mübahisələrə tətbiq olunmalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz”.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

53.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

55.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmədiyindən, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti hissəsində ləğv edilməli, iddia rədd edilməlidir.

56. Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçı bundan əvvəl 3 dəfə - 2012, 2021 və 2023-cü illərdə arvadından miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması ilə bağlı iddialar qaldırmış və həmin icraatlar çərçivəsində baxılan tələbləri uğursuz olmuş, o, vərəsəliyinin tanınması istiqamətində hər hansı nəticə əldə etməmişdir. Vərəsəlik hüququnun olmaması qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildiyindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1302/2024 saylı qərardadında ifadə edilmiş mövqeyə hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Bundan başqa iddiaçının arvadının sağ olduğu dövrdə sonuncunun iddiası əsasında mübahisəli evə istifadə hüququ itirilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının hazırkı iş üzrə iddia predmeti ilə bağlı mülki hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ olmadığı, mübahisəli əmlak üzərində hər hansı əşya və s. digər əmlak hüquqlarının yaranmadığı qənaətinə gəlmişdir.

57. Məhkəmə əvvəlki qənaətinə zidd olaraq həmçinin qeyd etmişdir ki, iddiaçının subyektiv hüququ olsaydı belə, iddia əsaslı sayıla bilməzdi. Belə ki, məhkəmə Cavabdeh anasından miras qalmış və mülkiyyətinə keçmiş əmlak üzərində sərəncam verərək V tikilinin 3/12 hissəsindən 1/24 hissəni X53, 1/24 hissəni X40, 1/12 hissəni X1, qalan 1/12 hissəni öz mülkiyyətində saxladığını, həmin tikilidə faktiki olaraq yaşamadığını, ona görə iddiaçıya məxsus olduğu iddia edilən əmlakı onun zəbt etməsi ehtimalının olmadığını, bunun əksini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini müəyyən etmişdir.

58. Aşağıda qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi həm məzmun, həm də hüquqi əsaslandırma baxımından ziddiyyətlidir və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında ifadə edilmiş hüquqi mövqelərlə də uzlaşmır.

59. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il Qərarında təsbit edilmiş hüquqi mövqenin həmin dövrdə məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq edildiyini nəzərə alan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2012-ci il tarixli 2(103)-626/2012 nömrəli qərardadı ilə həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqenin iddiaçının tərəf olduğu vərəsəlik münasibətlərinə şamil edildiyini təsbit etmişdir.

60. Həmin Qərara görə də, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı.

61. Hazırkı işin materiallarından da görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixində X17 ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. X17 xx.xx.2009-cu il tarixində beyin insultu keçirməsi nəticəsində vəfat etmişdir.

62. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən tərəflərə aid olan və miras kütləsinə daxil olan ümumi sahəsi 92,6 kv.m təşkil edən evə X6 və bacısı X38 hər birinin ayrıayrılıqda 3/12 hissədə vərəsəlik hüquqları tanınmış, onların qeyd edilən paylara mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.

63. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 saylı qətnaməsinə əsasən ərizəçi İddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi, vərəsəlik hüququ əsasında payın tanınması və həmin miras əmlaka müvafiq pay həcmində mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi vəzifəsinin müvafiq orqanın üzərinə qoyulması barədə ərizəsi təmin edilmişdir. Nəticədə iddiaçının adına xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə tərtib edilmiş, o, birinci növbədən vərəsə olaraq X6 mülkiyyətində olan ünvan 1 ünvanında 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.m yaşayış sahəsindən, 65.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsi həddində pay almışdır.

64. Həmin qətnamədən maraqlı şəxs Ağayeva X41 qanuni nümayəndəsi Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-4598/2012 saylı qərardadı ilə qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı ərizəsi hüquq haqqında mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır. Daha sonra isə müxtəlif məhkəmə aktlarına əsasən adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında yaranmış digərhüquqi nəticələr ləğv edilmişdir.

65. Vərəsəlik hüququna malik olmasının təsdiqi üçün iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 968/2021 nömrəli qətnaməsinə əsasən, onun cavabdehlər Cavabdeh və Bakı şəhəri 13 saylı Notariat kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun alınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

66. Həmin qətnaməni təsdiq etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)-7932/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 nömrəli qətnaməsini qüvvədə saxlasa da əlavə olaraq göstərmişdir ki, “mübahisə edilən daşınmaz əmlak (payı) üzrə vərəsəlik hüquqlarının tanınması üçün və mirası qəbulu faktının təsdiqi üçün onun ötürülməsinin üzrlü hesab edilməsi gərəkdir ki, bu növ tələb iddianın baxış predmeti olmadığından onun müzakirəsi də prosessual cəhətdən yolverilməzdir. Bundan əlavə, sorğu edilmiş ünvanda müxtəlif insanların mülkiyyət hüquqları olan şəxslərin vərəsəlik dairəsinə (miras kütləsinə) aidiyyətinə aydınlıq gətirmədən və onlar iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmədiyindən, habelə tələb üzrə cəlb edilmiş hər bir bir cavabdehin mülki hüquq məsuliyyətinə yönəlmiş xüsusatlar müəyyən edilmədiyindən onun prosessual mahiyyəti aydın deyildir...”

67. Bunda sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-7932/2021 saylı qətnaməsində qeyd edilənlərə uyğun olaraq yenidən məhkəməyə baş vurmuş, bu dəfə tələbi “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü sayılaraq uzadılması”ndan ibarət olmuşdur.

68. Həmin mülki iş üzrə icraata xitam verən Bakı Apellyasiya Məhkəməsi 2(103)- 1302/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında qeyd etmişdir ki, “hazırkı mübahisənin əsasını mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi o artıq birinci dərəcə vərəsə hesab olunur. Mübahisə predmeti olan əmlaka qanuna uyğun olaraq miras qoyanın hüquqlarının mövcudluğu təsdiqləndiyi təqdirdə, onun məhkəməyə müraciət etməsinə zərurət qalmır... İşdən göründüyü kimi, iddiaçının qayınatası, eləcə də həyat yoldaşı miras qalmış əmlak üzərində mülkiyyət (əşya) hüquqlarını dövlət qeydiyyatına aldırmadan (həmin hüququ təsdiq edən çıxarış almadan) vəfat etmişlər. Belə olan halda iddiaçı qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqlarını özündə saxlayır. Göründüyü kimi, yuxarıda qeyd edilənlərlə yanaşı iddiaçı qeyd edilən hüquqlardan istifadə edərək miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqana müraciət etməli və hazırkı tələbə məhkəmədə baxılmalı deyil.”

69. İddiaçının birinci növbəli vərəsə olaraq tanınmasına zəmin yaradan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1302/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında əks olunmuş hüquqi mövqe barəsində çıxarılmış digər məhkəmə aktlarına da zidd olmamışdır.

70. İddiaçı arvadından miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması istiqamətində məhkəməyə müraciətlərinin uğursuz olması qənaətinə gələn birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır.

71. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

72. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-4598/2012 nömrəli qərardadı ilə maraqlı şəxs Ağayeva X30 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı ərizəsi hüquq haqqında mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır.

73. Məhkəmənin istinad etdiyi MPM-nin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir.

74. Beləliklə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-4598/2012 nömrəli qərardadı ilə iddiaçının (istinad olunan mülki işdə ərizəçinin) miras əmlaka hüququnun olmaması faktı yox, təsdiq edilməsi xahiş edilən hüquqi əhəmiyyətli faktdan asılı olan əmlak hüquqları barəsində mübahisənin mövcudluğu müəyyən edilmişdir. Həmin qəradad ilə faktiki vəziyyət sıfırlanmış, əsasında yaranmış hüquqi nəticələr isə digər məhkəmə aktları ilə ləğv edilmişdir.

75. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)-7932/2021 saylı qətnaməsi ilə iddiaçıya verdiyi iddianın uğurlu olmaması; mübahisə edilən daşınmaz əmlak (payı) üzrə vərəsəlik hüquqlarının tanınması, mirası qəbulu faktının təsdiqi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsinin zəruri olduğu izah edilmiş, bu növ tələb iddianın baxış predmeti olmadığından onun müzakirəsinin də prosessual cəhətdən yolverilməz olduğu qeyd edilmişdir. Məhkəməyə növbəti dəfə müraciət edən iddiaçı mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir.

76. Göründüyü kimi işin materiallarına əlavə edilən məhkəmə aktlarından heç biri ilə iddiaçının vəfat etmiş arvadının ölümü nəticəsində açılmış əmlaka dair vərəsəlik münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması, başqa sözlə müvafiq mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi hallar müəyyən edilməmişdir.

77. Gülnaz Baladadaşevanın sağlığında verdiyi iddiası əsasında İddiaçı mübahisəli evdən istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktının hazırkı mülki işin predmeti olan vərəsəlik hüququna əsaslanan mülki hüquq münasibətlərini mübahisələndirməyə iddiaçının subyektiv hüququnun olmamasının təsdiqi kimi nəzərə alınması əşya hüquqularının yaranması əsaslarının müxtəlifliyi prinsipinə ziddir.

78. Belə ki, iddiaçı Gülnaz Baladadaşeva ilə xx.xx.2006-cı ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş, xx.xx.2009-cu ildə onun vəfatı ilə nikahlarına xitam verilmişdir. İddiaçı Gülnaz Baladadaşevanın birinci növbəli vərəsəsi hesab edilir.

79. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Maddənin məzmunundan göründüyü kimi, bu norma ilə iki mənafeyin hüquqi baxımdan qorunması konstitusion təminat altına alınır.

80. Hazırkı vəziyyətdə də Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı evin V tikilisindən 1/12 hissəsi X37, V tikilisindən 1/12 hissəsi X33, V tikilisindən 1/12 hissəsi X10, V tikilisindən 1/12 hissəsi X21, V tikilisindən 1/12 hissəsi X14, V tikilisindən 1/12 hissəsi X43, V tikilisindən 1/12 hissəsi Cavabdeh, V tikilisindən 1/24 hissəsi X32, V tikilisindən 1/12 hissəsi X11, V tikilisindən 1/24 hissəsi X22, A və B tikililəri X60 mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı evin V tikilisindən mərhum X8 3/12 hissəsi açıq qalmaqda davam edir.

81. Cavabdehin anasının vaxtılə həmin paya iddia etməsi ilə əlaqədar olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3678/2010 saylı 19 oktyabr 2010-cu il tarixli qətnaməsi maraqlı şəxs İddiaçı apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-626/2012 nömrəli qərardadı ilə ləğv edilmiş, ərizəçi X8 Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı evin V tikilisindən X8 3/12 hissəsini qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizəsi hüquq haqqında mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır. Hazırda X8 bacısı X9 vərəsəsi olaraq cavabdehin baxış predmeti olan 3/12 hissəyə hər hansı tələbinin olmaması məhkəmə iclasında verdiyi izahata əsasən öz təsdiqini tapmışdır.

82. Beləliklə də yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının - Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı evin V tikilisindən mərhum X12 məxsus olmuş və hazırda açıq qalan 3/12 hissəyə dair müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməsini istisna edən, onun subyektiv hüquqa malik olmadığını müəyyən edən və Bakı Apellyasiya Məhkəməsi 2(103)-1302/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə onu qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüququndan məhrum edən hər hansı əsas müəyyən edilməmişdir.

83. Belə olan halda iddiaçının əşya-hüquqi iddialara aid olan əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası) ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. O, mərhum X4 vərəsəlik qaydasında ona keçmiş Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı evin V tikilisindən (dövlət reyestrində açıq qalan) 3/12 hissəyə olan əşya hüquqlarını üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. İddia ərizəsindən də göründüyü kimi tələbin mahiyyəti iddiaçının vərəsəlik qaydasında mülkiyyətinə keçən əmlakdan məhrum olmaqla, həmin əmlakın onun sahibliyinə verilməsindən ibarətdir.

84. Bununla belə iş materiallarından müəyyən edilir ki, iddiaçı faktiki sahiblikdən məhrum olduğu mübahisəli əmlak cavabdehin sahibliyində deyildir. O, mövcud vəziyyətdə mübahisəli əşyanı sahibliyində saxlamaqla iddiaçının sahiblik hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradan şəxs deyildir. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı iclasında cavabdehin verdiyi izahatlardan görünür ki, o, mərhum Ağayeva X35 vərəsəlik qaydasında 2V-40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən evin V tikilisindən ona qalmış hissənin bir qismini satmış, hazırda mülkiyyətində qalan 1/12 hissəsi adındadır, onun baxış predmeti olan 3/12 hissəyə hər hansı tələbi yoxdur, evin V tikilisindən ümumiyyətlə istifadə etmir.

85. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan iddiaçı isə, mübahisəli əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

86. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi hazırda iddiaçıya məxsus yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olması, cavabdehin həmin sahədən istifadə etməsi və mövcud vəziyyətdə bu sahəni iddiaçıya təhvil verməkdən imtina etməsi halları öz təsdiqini tapmamışdır.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

88. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

89. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

90. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh (X18, X36 və X49 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «əmlakın qanunsuz sahiblikdən alınaraq onun istifadəsinə qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir.

91. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçın tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-418/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh (X18, X36 və X49 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «əmlakın qanunsuz sahiblikdən alınaraq istifadəsinə qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar