Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-297/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh2 iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1277/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9.882,63 (doqquz min səkkiz yüz səksən iki manat, altmış üç qəpik) manat, bundan 9.700 (doqquz min yeddi yüz) manat əsas, 182,63 (bir yüz səksən iki manat, altmış üç qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 119,85 (bir yüz on doqquz manat, səksən beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1277/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh2 apellyasiya şikayəti verərək, ləğv edilməsini, iddia tələbinin qismən 9.700,00 (doqquz min yeddi yüz) manat əsas borcun tutulması hissəsində təmin edilməsi, qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası, vaxtı və yeri barədə o xəbərdarlıq edilmədən, iştirakı təmin olunmadan keçirilib və bu zaman məhkəmə tərəfindən yalnız qarşı tərəfin arqumentləri dinlənilərək, birtərəfli və qərəzli mövqe tutulub. Digər tərəfdən də banka ilk vaxtlar vaxtlı-vaxtında ödənişlər edilmişdir. Lakin bütün dünyada eləcə də ölkədə Koronovirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar olaraq tətbiq edilmiş məhdudiyyətlər səbəbindən maddi sıxıntılar yaranmış, ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Tərəfindən sonuncu dəfə 2020-ci ilin may ayında bir necə dəfə ödənişlər olunmuşdur. Bununla belə iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu üzrə məbləğlər şişirdilməklə hesablanmışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə məhkəmə ekspertiza təyin etməmiş, işi yekunlaşdıraraq qətnamə çıxarmışdır. Hesab edir ki, iş üzrə ekspertiza təyin olunmalıdır. Belə ki, sonuncu ödəniş 2020-ci ilin may ayında olmuşdur. Sonradan məlumat almışlar ki, bank bağlanmışdır. Ödənişlərin hansı qaydada, necə ödənilməsi barədə, ümumiyyətlə kredit borcu barədə bu müddət ərzində bank tərəfindən nə yazılı şəkildə nə telefon vasitəsilə heç bir xəbərdarlıq olunmamışdır. Nəticədə məqsədli şəkildə kredit borcu üzrə faiz məbləği şişirdilmişdir.
Apelyasiya baxışı zamanı verilən izahatlar
5. Cavabdeh2 apellyasiya baxışı zamanı ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.
6. İddiaçı və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
7. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
8. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
9. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
10. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
11. Kollegiya cavabdehin təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilərək iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
12. Belə ki, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarının məzmunundan, eyni zamanda Cavabdeh2 təqdim etdiyi ərizədən görünür ki, o, 2(103)- 297/2024 saylı mülki iş üzrə apellyasiya şikayətindən imtina etmək niyyətindədir. 13.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1277/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına Cavabdeh2 münasibətdə xitam verilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1277/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova