Məhkəmə qərarları › İş №2(103)-2970/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2970/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2970/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-27/2025 saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia üzrə İddiaçı1 ASC ilkin iddia üzrə Cavabdeh qarşı “kredit və ipoteka müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 52506,70 manat, bundan 51232,22 (əlli bir min iki yüz otuz iki manat, 22 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1274.48 (bir min iki yüz yetmiş dörd manat, 48 qəpik) manat və iş üzrə ödənilmiş 248 (iki yüz qırx səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzilə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdehlər İddiaçı1 ASC, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək xx.xx.2008-ci il tarixli, 004 saylı kredit və xx.xx.2008-ci il tarixli 004/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərindən ödənilmiş 173838,55 manat məbləğindəki vəsaitin "xxxx" MTK, İddiaçı1 ASC və Əmanətlərin Sığortalanması Fondundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 646/2024 saylı qərardadı ilə Cavabdehlər "xxxx" MTK, Əmanətlərin Sığortalanması Fondu və LPO İddiaçı1 ASC-yə qarşı “pul” tələbinə dair 2(004)-646/2024 saylı mülki iş Yasamal rayon Məhkəməsinin icraatında olan LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair e- 2(004)-202/2024 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-27/2025 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-27/2025 saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) ilkin iddia tələbinin qismən təmin edilməsi; ilkin iddia üzrə Cavabdeh 51232,22 (əlli bir min iki yüz otuz iki manat iyirmi iki qəpik) manat əsas, illik 5 % dərəcəsi ilə 1266,59 (bir min iki yüz altmış altı manat əlli doqquz qəpik) manat faiz borcu və 247 (iki yüz qırx yeddi) manat dövlət rüsumunun tutularaq ilkin iddia üzrə İddiaçı1 ASC-yə ödənilməsi; ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddia tələbi qismən təmin edilməsi; qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTKdan 119158,55 (yüz on doqquz min yüz əlli səkkiz manat əlli beş qəpik) manat məbləğində pul və 409 (dörd yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi; qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi; keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pulun ilkin iddia üzrə İddiaçı1 ASC-dən, 50 (əlli) manat məbləğində pulun isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil1) tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiklərini və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə1 cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsinə etiraz etmədi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-27/2025 saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar