Məhkəmə qərarları › İş №2(103)-2972/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2972/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2972/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(“borcun tutulması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2024 saylı işi üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı 1.İddiaçı ərizə ilə (iddia tələbinin dəqiqləşdirilməsi barədə) məhkəməyə müraciət edərək xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 41939 manat məbləğində borcun və ödənilmiş 215,82 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "Nikoyl İKB” ASC ilə cavabdeh arasında bağlanan xx.xx.2006-ci il tarixli saylı kredit müqaviləsinə əsasən cavabdehə 50000 manat məbləğində illik 22% olmaqla, 12 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq X2 mülkiyyətindəki Mənzili ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilmiş, cavabdehdən, ümumilikdə 65709 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan Mənzilinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasım, işə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-499/2009 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli 2(l03)-28l 1/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin Banka xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixinədək xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt uçun hesablanmış əldən çıxrnış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 41939 manat borc vardır. 2.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2024 saylı işi üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 443.2, 445.1, 445.2, 445.7, 448.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki, eyni zamanda mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla cavabdeh arasında xx.xx.2006-cı il tarixdə təminatlı kredit müqaviləsi bağlanmış, keditin təminatı kimi X5 məxsus Mənzil ipoteka ilə yüklü edilmişdir (Mənzil eyni zamanda, X7 arasında xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə aldığı kredit üzrə də ipoteka ilə yüklü edilmişdir). Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyinə görə Bank borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi qəbul edilərək iddia tələbi təmin edilmiş, həmin qətnamədən Səməd Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008ci il tarixli qətnaməsinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2046/07 saylı qətnaməsi ləğv edilmiş, "Nikoyl İKB” ASC-nin iddia tələbi təmin edilmişdir. İddiaçı hazırda məhkəmə qətnaməsi ilə təmin edilmiş, ümumilikdə 65479 manat pulun xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfindən icrasını gecikdirməsinə görə ona dəymiş zərər qismində, qanunla müəyyən edilmiş illik 5% nisbətində hesablanmış pul tələb edir. MM-nin 443-cü maddəsində borclunun öhdəliyini icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzini ödəməsinin əsasları müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, iddiaçının da tələb etdiyi kimi, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında da göstəriir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyi icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzinin ödənilməsini müəyyən edilməsi əsasların (Məcəllənin 443.1 və 443.2-ci maddələri) Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəda zərərin ödənilməsi zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı da Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin icrasının spesifik xüsusiyyətləri nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu zaman o da nəzərə alınmalıdır ki, zərərin ödənilməsi ilə bağlı tələbin təmin edilməsi üçün yuxarıda göstərilən, zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə bağlı şərtlər ödənilməlidir. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Bu hüquqi əsas isə Mülki Məcəllənin 448.1-ci maddəsində əks olunmuşdur. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İşin mübahisəsiz hallarındandır ki, cavabdehin aldığı kredit təminatlı kredit olmuş, həmin kreditə görə Mənzil iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, xx.xx.2008-ci il tarixli icra vərəqəsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə çıxarılmış xx.xx.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsinin xx.xx.2022-ci il tarixdə icraya göndərilməsində cavabdehin təqsirli olması, yaxud hər hansı əsasla buna maneə yaratması iş materiaları ilə müəyyən edilmir. İddiaçının nümayəndəsi də məhkəmə iclasında icra vərəqəsinin hansı səbəbdən 13 ildən sonra icraya göndərilməsi barədə Bankda heç bir məlumatın olmadığını bildirmişdir. Belə olan halda, yalnız icra vərəqəsinin gec göndərilməsinə əsaslanmaqla cavabdehdən onun təqsirli olmadığı öhdəliyini icra etməməsinə görə dəymiş zərərin tələb edilməsi qanuna ziddir. Bundan başqa, məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehin aldığı 50000 manat kreditə görə dəyəri 195000 manat təşkil edən Mənzil ipotekaya qoyulmuş, məhkəmə tərəfindən onun iddiaçıya ödəməli olduğu pul məbləği isə 65709 manat olmuşdur. İddiaçı məhkəmə qətnaməsinin vaxtında icra olunmasını tələb etməklə ipoteka predmetinin vaxında satışına və satışdan əldə edilmiş vəsait hesabına cavabdehin borcunun tam ödənilməsinə nail ola bilərdi. Digər bir tərəfdən, iş materiallarından da görünür ki, iddiaçının yaşayış ünvanı ünvan 1an göstərilmişdir), qətnamənin icrası ilə bağlı iddiaçıya ünvanlanan bütün bildirişlər ünvan 2şdir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2008-ci il tarixli icra vərəqəsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, həmin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə icraya göndərilməsində və qətnamənin qanunla müəyyən edilmiş müddət ərzində icarca olunmamasında cavabdehin təqsirli olması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. 3.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Nikoyl İKB” ASC ilə cavabdeh arasında xx.xx.2006-cı il tarixdə 230F(AZN- 01) saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, illik 22% olmaq şərtilə, 50.000 manat məbləğində kredit verilmişdir; - "Nikoyl İKB” ASC ilə cavabdeh arasında xx.xx.2006-cı il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X5 məxsus ünvan 3 ünvanında yerləşən mənzil müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Mənzil "Nikoyl İKB” ASC-nin adına ipoteka ilə yüklü edilmiş və bu barədə xx.xx.2006-cı il tarixdə çıxarış verilmişdir; - Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyinə görə "Nikoyl İKB” ASC X3, X5 və cavabdehə qarşı Mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına cavabdeh Səməd Həsənovun banka olan 50.000 manat məbləğində kredit, habelə ödəniş gününə hesablanacaq faiz borcunun, həmçinin 3.500 manat məbləğində dəbbə pulunun, cavabdeh Gülnarə Xəliloavnın banka olan 50.000 manat məbləğində kredit, habelə ödəniş günənə hesablanacaq faiz borcunun, həmçinin 3.500 manat məbləğində dəbbə pulunun, eləcə də 19,8 manat dövlət rüsumunun tutularaq «Nikoyl» İKB-nin 2 saylı filialına ödənilməsi, həmin vəsait yetərli olmazsa, çatışmayan məbləğin cavabdehlər Səməd Həsənovun və Cavabdeh başqa əmlakı hesabına təmin edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməyə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2007-ci il tarixli 2-2046/07 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-2811/08 saylı qətnaməsinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2046/07 saylı qətnaməsi ləğv edilmiş, "Nikoyl İKB” ASC-nin iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Səməd Həsənov tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-499/09 saylı, xx.xx.2009-cu il tarixli qərarına əsasən təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-2811/08 saylı icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra olunması üçün Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmiş (icra vərəqəsinin hansı səbəbdən uzun müddət keçdikdən sonra icraya göndərilməsi barədə sübutlar Bankda mövcud deyil), xx.xx.2022-ci il tarixdə Nərimanov İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, mənzil açıq hərracdan satılmadığı üçün iddiaçı tərəfindən 124312,50 manata əldə edilmişdir. İddiaçı icra vərəqəsində, habelə hərracı keçirən "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildirişdə cavabdehin ünvanı ünvan 4eydiyyat ünvanı ünvan 5 qarşı etirazın dəlilləri 4.İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(011)-31/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.7, 449.1;Mülki Prosessual Məcəllənin 88, 385.1.1, 385.1.2,385.1.4, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, mövcud vəziyyətdə göründüyü kimi kreditor öz vəzifə öhdəliyini tam yerinə yetirərək 21 sentyabr 2006-cı il tarixində İddiaçı ASC-dən illik 22 faizlə 12 ay müddətinə 50.000 manat məbləğində kredit məbləğini borcalana vermişdir. Lakin borclu öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və 20 fevral 2009-cu il tarixdən 3 avqust 2022-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 41939 AZN məbləğində əldən çıxmış fayda borcun tutulması zərurəti yaranmışdır. İşin hallarından da görünür ki, Cavabdeh 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Belə ki, hazırkı iş üzrə 11 noyabr 2008-ci il tarixli Bala Apellyasiya Məhkəməsinin qətnaməsinin icra edilməməsi səbəbindən bankın ehtiyat vəsaitlərindən istifadə olunmasına maneə törətmiş, dolayısı ilə həmin zərərin aradan qaldırılması zərurəti ilə 20 fevral 2009-cu il tarixdən 3 avqust 2022-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 41939 AZN borc cavabdehdən tutulmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə ki, müvafiq iş üzrə cavabdehin 20 fevral 2009-cu il tarixdən 3 avqust 2022-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 41939 AZN borcu vardır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Cavabdeh 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi üzrə 20 fevral 2009-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 41939 AZN borcu vardır. Lakin məhkəmə əsassız qətnamə qəbul edərək iddianı rədd etmişdir. Cavabdeh 21 sentyabr 2006-cı il tarixil kredit müqaviləsindən irəli gələn öhdəliklərini hazırki zamana kimi lazımi qaydada yerinə yetirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Apellyasiya icraatında müəyyən edilən hallar 5.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası barədə Məhkəmə Ekspertizası MƏrkəzinin 29 oktyabr 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-yə olan 65.709 manat məbləğində borcuna xx.xx.2008-ci il tarixdən(ilk dəfə icra sənədinin icraya yönəldiyi tarix) xx.xx.2022-ci il tarixə(icraata xitam verildiyi tarix) əldən çıxmış fayda borcu 42.693,20 manat məbləğində, xx.xx.2008-ci il tarixdən(ilk dəfə icra sənədinin icraya yönəldiyi tarix) xx.xx.2022-ci il tarixə (son ödənişin edildiyi tarix) əldən çıxmış fayda borcu 42.842,04 manat məbləğində, xx.xx.2009-cu il tarixdən (sualda göstərilən tarix) xx.xx.2022-ci il tarixə (icraata xitam verildiyi tarix) əldən çıxmış fayda borcu 41.826,21 məbləğində və xx.xx.2009-cu il tarixdən (sualda göstərilə tarix) xx.xx.2022-ci il tarixədək (son ödənişin edildiyi tarix) əldən çıxmış fayda borcu 41.975,05 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 ekspert rəyinin xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əldən çıxmış fayda borcu 41.975,05 manat məbləğində müəyyən edilməsi hissəsinin onların mövqeyi ilə üst-üstə düşdüyünü, apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etdiklərini, cavabdehin məhkəmə qətnaməsindən və icra vərəqəsindən məlumatlı olmadığını,Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda da qeyd edildiyi kimi Cavabdeh barəsində icra şöbəsində icra sənədinin aşkar edilmədiyini bildirmiş, cavabdehin banka olan borcunun tam ödənildiyini qeyd etmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (köhnə redaksiya). 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 10.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. 11.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir: Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 13.Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı müqavilə olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bankın iddia tələbi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə cavabdehdən ümumilikdə 65709 manat məbləğində borc (əsas borc 50000 manat) tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 45 nömrəli evin 11 saylı mənzilinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişdir. 14.Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin verildiyi vaxt “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir. 15.İşin hallarından da görünür ki, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və 15 iyul 2022-ci il tarixdə icra edilmişdir. Göründüyü kimi, qanunvericilik məhkəmə qərarları əsasında verilən icra vərəqələrinin bir ay ərzində icraya yönəlməli olmasını nəzərdə tutur. Hazırki işin müəyyən edilən halları isə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən verilən icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2022-ci ildə icra məmuru tərəfindən qiymətləndirmə haqqında qərar qəbul edilmiş və icra işlərindən görünür ki, tələbkar icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq məktublar göndərmişdir. 16.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır, belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 17.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilən maddənin tələblərinə əsasən, kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən edildikdən sonra kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. 18.Birinci instansiya məhkəməsi isə icranın gecikdirilməsində cavabdehin təqsirli olmamasına istinad etmişdir, lakin iddia tələbinin hüquqi əsasını təşkil edən qeyd olunan normadan göründüyü kimi borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. 19.Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün isə borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Kollegiyanın qənaətinə görə bu yalnız tələbkar icra vərəqəsinin geri qaytarılmasını xahiş etdiyi və ya icra hərəkətlərinin dayandırılması barədə rəsmi müraciəti olduğu halda borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olmaması haqda mühakimə yürütmək olar. Lakin məhkəmə kollegiyasının iclasında proses iştirakçıları ilə birlikdə tədqiq edilmiş icra işlərindən tələbkarın belə bir müraciətlərinin olması görünmür. İş materiallarında da görünür ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmişdir və icra sənədi 13 ildən də artıq müddət keçdikdən sonra icra edildiyindən bank ona qarşı hazırki iddianı qaldırmışdır. 20.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddiası əsaslı olmuşdur, iddia tələbi təmin edilməlidir. 21.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 41939 manat məbləğində borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. 22.Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 215,82 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği tələb olmadığından iddiaçının özünə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləği cavabdehə aid edilməlidir. 23.Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2024 saylı işi üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilsin. xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 41939 (qırx bir min doqquz yüz otuz doqquz) manat məbləğində borc və ödənilmiş 215,82 (iki yüz on beş manat səksən iki qəpik) manat dövlət rüsumu Cavabdeh iddiaçının İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə ekspertiza xərci 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar