Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2975/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2271/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respubblikasının Mərkəzi Bankını cəlb etməklə, cavabdeh X11 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Mərkəzləşdirilmiş Kredit Reyestrinə” 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə X4 heç bir borcunun olmamasını məlumatının verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 ASC arasında 20.06.2008-ci ildə 054 saylı kredit müqaviləsi bağlanılıb və həmin kredit müqaviləsinə əsasən ona 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. Onun tərəfindən 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilib və heç bir borc məbləği qalmayıb. Borcunun olmadığı üçün də Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri Z.B.Quliyeva tərəfindən öz imzası və bankın möhürü ilə təsdiq edilmiş 18 fevral 2015-ci il tarixli 11/K61 saylı arayış verilmiş və ona 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən 104.640 manat məbləğində ipoteka krediti verildiyi və bu müqavilə üzrə borcalanın banka heç bir borcu olmaması qeyd edilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Kredit Bürosundan verilən çıxarışda məlum olmuşdur ki, X11 Cavabdeh1 ASC-də qeyd etdiyi müqavilə üzrə onun adında 35.178,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olduğu qeyd edilmişdir. Bank tərəfindən borcu olmadığı halda onun adında borc məbləğinin qalması tamamilə qanunsuzdur. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh X11 Cavabdeh1 ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ikinci cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2271/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “Mərkəzləşdirilmiş Kredit Reyestrində” 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması məlumatının verilməsinin cavabdeh X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmış Fonduna həvalə edilməsi, iddia tələbinin digər cavabdeh X11 Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən Cavabdeh1 ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən Cavabdeh1 ASC-nin iflas proseduruna başlanmışdır. Qeyd olunan məsələ ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə 30.10.2020-ci il tarixə banka ödənilməmiş 35.178,64 AZN (otuz beş min yüz yetmiş səkkiz manat, 64 qəpik) əsas borcu, 26.572,86 AZN (iyirmi altı min, beş yüz yetmiş iki manat, 86 qəpik) faiz, cəmi 61.751,50 AZN (altmış bir min yeddi yüz əlli bir manat, 50 qəpik) məbləğində ödənilməmiş borcu mövcuddur. Bundan başqa, iddiaçının banka borcu olması barədə Azərbaycan Kredit Bürosu MMC tərəfindən 23.07.2019-cu il tarixə verilmiş çıxarışdan görünür. Belə ki, həmin çıxarışdan görünür ki, İddiaçı 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə 30.10.2020-ci il tarixə banka ödənilməmiş 35.178,64 AZN (otuz beş min yüz yetmiş səkkiz manat, 64 qəpik) əsas borcu, 21.423,64 AZN (iyirmi bir min, dörd yüz iyirmi üç manat, 64 qəpik) faiz, cəmi 56.602,28 AZN (əlli altı min altı yüz iki manat, 28 qəpik) məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmə öz qətnaməsində yalnız verilmiş arayışa istinad edərək İddiaçı iddia tələbini təmin etmişdir. Bildirmək istəyir ki, qeyd olunan arayışın axtarışı zamanı müəyyən edilmişdir ki, X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həmin arayış təhvil verilməmişdir və arxivdə yoxdur. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2271/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4342/2021 sayl, 04 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(006)-2271/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. İddiaçı borcunun olmaması barədə ödəniş və kassa sənədləri ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli X9 arayışı borcun tam ödənilməsinin mötəbər sübutu kimi qəbul edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 9/2875 saylı rəyinə əsasən İddiaçı 20.06.2008-ci il tarixli, 054 saylı kredit müqaviləsi üzrə 30.10.2020-ci il tarixə 35221,64 manat əsas, 45936,54 manat faiz borcu vardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. İş üzrə İddiaçı və onun vəkili Allahverdiyev Yusif Asif oğlu kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin idarə heyətinin sədri Z.B.Quliyeva tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 18 fevral 2015-ci il tarixli, 11/K61 saylı arayışdan da aydın olduğu kimi iddiaçının banka heç bir borcu qalmamışdır. Göründüyü kimi, 18 fevral 2015-ci il tarixli, 11/K61 saylı arayışda həm Cavabdeh1 ASC-nin möhürü, həm də səlahiyyətli şəxsinin imzası öz əksini tapmışdır. Bu səbəbdən 18 fevral 2015-ci il tarixli, 11/K61 saylı arayışın mötəbərliyi mübahisə mövzusu olmamalıdır. Məhkəmə tərəfindən istinad edilmiş maddi normalar (“Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması” Qaydaları 2.8, 12.6 və 6.4.3-cü bəndləri) düzgün tətbiq edilməmişdir. Belə ki, bankın idarə heyəti və idarə heyətinin sədri bankın nizamnaməsi və əsasnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində bankın cari fəaliyyətinə rəhbərliyi həyata keçirir. İdarə Heyəti səhmdarların ümumi yığıncağının, müşahidə şurasının, X9 səlahiyyətlərinə aid edilmiş məsələlərdən başqa Bankın fəaliyyəti ilə bağlı bütün məsələlərə öz iclaslarında baxa bilər və onlar üzrə qərar qəbul edə bilər. İdarə Heyətinin əsas vəzifələri bankın cari fəaliyyətinin məsələləri üzrə və kreditlər üzrə öz səlahiyyətləri daxilində qərarlar qəbul etməkdən ibarətdir. Digər tərəfdən İddiaçı ilə müxtəlif banklar arasında, müxtəlif zamanlarda kredit müqavilələri bağlanmış və kredit müqaviləsi üzrə yaranan öhdəliklər icra edildikdən sonra eyni qaydada borcun olmamasına dair arayışlar təqdim olunmuş və bundan sonra mərkəzləşdirilmiş kredit reyestrində müvafiq qeydlər aparılmışdır. "xxxx" ASC tərəfindən 25.10.2021-ci il tarixdə, "xxxx" ASC tərəfindən 25.10.2021-ci il tarixdə İddiaçı təkrar arayışlar təqdim edərək bank təcrübəsinin bu yöndə olduğuna və sözügedən arayışların öhdəliyin tam icrasını təsdiq etdiyi qənaətinə gəlinməsinə əsas verir (arayışlar qoşmaya əlavə edilir). Bundan əlavə məhkəmənin yuxarıda qeyd edilən, bankın inzibatçısı, idarə heyətinin üzvü və sədri tərəfindən imzalanmış və təqdim edilmiş arayışa mötəbər sənəd kimi qiymət verməməsi digər maddi normanın pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçı tərəfindən kredit təşkilatının kassasına edilmiş mədaxil barədə qəbzin özündə “qorunması, saxlanılması” kimi bir öhdəliyi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin öhdəliklərlə bağlı müddəaları iddiaçıya nisbətdə tam pozulmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh bu kredit portfeli ilə bağlı “arayış, qəbzlərin” Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməməsini təsdiq edir. Məhkəmə tərəfindən qeyd edilən məsələ ilə bağlı sübutetmə yükünün iddiaçıya aid edilməsi əsassız və qanunsuzdur. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,404.1, 404.2, 528, 529.1, 529.2, 529.5, 529.6, 529.7, 739-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 218.3, 416.1, 416.2, 417.1.3-cü maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Kassasiya məhkəməsinin mövqeyinə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Baxılan işin halları ilə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında 20.06.2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən iddiaçıya 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçıya Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli arayışa əsasən həmin müqavilə üzrə iddiaçının banka heç bir borcunun olmaması göstərilmişdir. Lakin buna baxmayaraq "xxxx" MMC-dən verilən çıxarışda onun 20.06.2008-ci il tarixli müqaviləsi üzrə 351.78,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olması qeyd edilmişdir. Bu səbəbdən müqavilə üzrə onun heç bir borcunun olmaması məlumatının verilməsinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. Tərəflərin bildirdiyi hallar nəzərə alındıqda iddianın qanuni əsası kimi MM-in 739.1-ci və 528, 529-cu maddələri nəzərdən keçirilə bilər. Borc müqaviləsinə dair normanın məzmunundan göründüyü kimi borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Sadə yazılı və ya notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edən kreditor, borc verdiyini sübutetmə yükündən azad olur, buna müvafiq olaraq borcu qismən və ya tam ödədiyini iddia edən borclu, borcunu qaytardığını sübuta yetirmək yükünü daşıyır. İşin müəyyən edilmiş halı ilə müəyyən olunduğu kimi, iddiaçıya Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli arayışa əsasən həmin müqavilə üzrə iddiaçının banka heç bir borcunun olmaması göstərilmişdir. İddiaya etiraz edən cavabdeh tərəf həmin arayışın verilməsinə baxmayaraq iddiaçının ödənilməyən əsas və faiz borcunun olmasını (35.178,68 manat kreditin qalıq əsas məbləği və 21.423,64 manat faiz), həmin məbləğin ödənilmədiyini göstərir və bu səbəblə borcun olmamasına dair sənədin verilməsinin mümkün olmadığını qeyd edir. Cavabdeh tərəf apelyasiya şikayətində yeganə dəlil olaraq sözügedən arayışın ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təhvil verilmədiyini və arxivdə olmadığını göstərir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, «… Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən bank sənədləri-bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənəddir. Bunlara ödəniş sənədləri və kassa sənədləri daxildir. Həmin qaydaların 12.6-cı bəndinə görə bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilməlidir. Eyni zamanda Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin indeksasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd pulu qəbul etdikdən sonra “nağd pulun mədaxili üçün elan”ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, iddiaçı borcunun olmaması barədə ödəniş və kassa sənədləri ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir.” Aşkar olaraq müəyyən olunur ki, cavabdeh həmin arayışın Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri tərəfindən və qanunauyğun olaraq verilmədiyinə istinad etmir, yalnız arayışın ləğvediciyə təhvil verilmədiyini göstərir. İşin digər halları ilə müəyyən olunur ki, sözügedən arayış 18.02.2015-ci il tarixdə verilmiş, Cavabdeh1 ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli qərarı ilə məcburi ləğv prossesinə başlanılmış, Əmanətlərin Sığortalanması Fondu 27.07.2016-cı il tarixdən ləğvedici təyin olunmuşdur. Qeyd edilməlidir ki, X7 sədri tərəfindən iddiaçıya borcunun mövcud olmamasına dair sənəd verilmişdir, belə sənədi mövcudluğu mübahisə halında iddiaçı öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. İşə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi isə X7 sədrinin verdiyi arayışın müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd sayılıb-sayılmayacağına istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, bu barədə apelyatorun dəlillərinə (dəlillərdə sənədin verilmədiyi, borcun ödənilmədiyi deyil, yalnız sənədin bankın ləğvedicisinin arxivində olmamasına istinad edilir), habelə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Qeyd edilənlərə əsasən kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək, yeni apelyasiya baxışına qaytarılmasını qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin Qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubblikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etdi. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2271/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında 20.06.2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçıya 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli arayışda həmin müqavilə üzrə iddiaçının banka heç bir borcunun olmaması göstərilmişdir. X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Sığortalanmış Əmanətlərin Fondu tərəfindən təqdim edilmiş 16.03.2020-ci il tarixli arayışıda isə iddiaçının 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 35.178,64 manat, faiz borcu 24.111,13 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmiş və onun banka heç bir borc məbləği qalmamışdır. Bu barədə bank tərəfindən 18.02.2015-ci ildə arayış verilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Kredit Bürosu MMC-dən verilən çıxarışda onun 20.06.2008-ci il tarixli müqavilə üzrə 35.178,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olması qeyd edilmişdir. Bu səbəbdən müqavilə üzrə onun heç bir borcunun olmaması məlumatının verilməsinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh1 ASC tərəfindən verilmiş 11/K61 saylı, 18.02.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh1 ASC-də **********430000 saylı ssuda hesabı var. 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən İddiaçı 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. Hal-hazırda bu müqavilə üzrə borcalanın banka heç bir borcu yoxdur.(İ.vər. 5) İş materiallarında olan, Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş 23.07.2019-cu il tarixli, SF-16564 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, çıxarışından görünür ki, İddiaçı 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 35.178,64 manat, kreditin faiz məbləği 21.423,64 manat təşkil edir.(İ.vər. 6) İş materiallarında olan, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş **********830 saylı, 16.03.2020-ci il tarixli arayışından görünür ki, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 20.06.2008ci il tarixli kredit müqaviləsi üzrə 10.03.2020-ci il tarixə Banka 35178,64 manat məbləğində əsas borcu, 24111,13 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 59.289,77 manat məbləğində borcu vardır.(İ.vər. 82) Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi X11 Cavabdeh1 ASC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, borclu tərəfindən kredit müqaviləsi üzrə kreditor qarşısında olan öhdəliyin icra edildiyi öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Mərkəzləşdirilmiş Kredit Reyestrində” 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə İddiaçı heç bir borcunun olmaması məlumatının verilməsinin cavabdeh X11 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmış Fonduna həvalə edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 528 və 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollеgiyası hesab edir ki, cavabdeh tərəfindən Mülki Məcəllənin 528-ci maddəsinin tələblərinə əməl edilmədiyindən iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.5.-ci maddəsinə əsasən, borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 529.6.-cı maddəsin əsasən, əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Həmin Məcəllənin 529.7.-ci maddəsinə əsasən, icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 3.3-cü bəndinə əsasən banklarda mühasibat uçotunun təşkili və aparılmasına, bank əməliyyatlarının aparılması üzrə qanunvericiliyin təmin olunmasına, uçot siyasətinin formalaşdırılmasına, maliyyə hesabatlarının düzgün, tam və vaxtında təqdim olunmasına ilk növbədə bank rəhbərliyi məsuliyyət daşıyır. Həmin qaydaların 12.5-ci bəndinə əsasən sənədlərin vaxtında və keyfiyyətlə tərtib olunmasına, onların mühasibat uçotunda əks etdirmək üçün müəyyən olunmuş müddətlərdə digər bölmələrə ötürülməsinə və sənədlərdəki məlumatların dürüstlüyünə bu sənədləri tərtib edən və imzalayan şəxslər məsuliyyət daşıyır. Kassasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, cavabdeh həmin arayışın Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri tərəfindən və qanunauyğun olaraq verilmədiyinə istinad etmir, yalnız arayışın ləğvediciyə təhvil verilmədiyini göstərir. İşin digər halları ilə müəyyən olunur ki, sözügedən arayış 18.02.2015-ci il tarixdə verilmiş, Cavabdeh1 ASCnin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli qərarı ilə məcburi ləğv prossesinə başlanılmış, Əmanətlərin Sığortalanması Fondu 27.07.2016-cı il tarixdən ləğvedici təyin olunmuşdur. X7 sədri tərəfindən iddiaçıya borcunun mövcud olmamasına dair sənəd verilmişdir, belə sənədin mövcudluğu mübahisə halında iddiaçı öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Yuxarıda istinad edilən qanunvericiliyin tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, “Mərkəzləşdirilmiş Kredit Reyestrində” 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə İddiaçı heç bir borcunun olmaması məlumatının verilməsinin cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2271/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh X11 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2271/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-2975/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2975/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver