Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2979/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 2007-ci ildən qeyri-rəsmi ər-arvad münasibətlərində olduğunu, nikahlarının xx xxxxxx 2008-ci il tarixdə rəsmiləşdirildiyini, nikahlarından iki övladlarının dünyaya gəldiyini, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsasında nikahlarının pozulduğunu, birgə nikahları dövründə “Mersedes C180” minik markalı **-RS- *** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” minik markalı **-OR-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı **-RO-*** övlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra B” minik markalı 90-RJ-İ78 dövlət qeydiyyat nişanlı, “Vaz 21154” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz cl 80” minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta” minik markalı **-LM-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” minik markalı **-UH-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı **-LH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C230” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı, “KİA Magentıs” minik markalı **-LM-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 190” minik markalı 1O-OG-343 dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E240” minik markalı **-LF- *** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı, “Lamberet Yanmqoşqu” markalı 99-ZE375 dövlət qeydiyyat nişanlı, “BMW 520” minik markalı 10-ND 401 dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı **-HA-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 270” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” minik markalı 99 RN-129 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” minik markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E200” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C 180” minik markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı, “X2 HST” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” minik markalı 90-EC199 dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı, “Vaz 210740” minik markalı **-XC-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı **- MN-*** dövlət qeydiyyat nişanlı, “BMW 5401” minik markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilləri əldə etdiklərini, cavabdehin həmin avtomobilləri icarə verdiyini ona bildirdiyini, lakin sonradan avtomobillərin onun razılığı və xəbəri olmadan başqa şəxslərə satıldığını öyrəndiyini irəli sürmüş, buna görə də avtomobillərə dair Cavabdeh ilə müxtəlif şəxslər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdeh isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, iddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, 2019-cu ildə ailə münasibətləri pozulmuş, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsasında isə nikahlarına xitam verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Mersedes C180” minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” minik markalı **-OR-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı **-RO-*** övlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı **-RJ- *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra B” minik markalı 90-RJ-İ78 dövlət qeydiyyat nişanlı, “Vaz 21154” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz cl 80” minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” minik markalı **-OM- *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta” minik markalı **-LM-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” minik markalı **-UH-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı **-LH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C230” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı, “KİA Magentıs” minik markalı **-LM-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 190” minik markalı 1O-OG-343 dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E240” minik markalı **-LF-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı, “Lamberet Yanmqoşqu” markalı 99-ZE375 dövlət qeydiyyat nişanlı, “BMW 520” minik markalı 10-ND 401 dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı **-HA-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 270” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” minik markalı 99 RN-129 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” minik markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E200” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C 180” minik markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı, “X2 HST” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” minik markalı 90-EC199 dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı, “Vaz 210740” minik markalı **-XC-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı **- MN-*** dövlət qeydiyyat nişanlı, “BMW 5401” minik markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillər tərəflər nikahda olduqları dövrdə Cavabdeh adına qeydiyyata alınmış, 2010-2020-ci illər ərzində onun tərəfindən müxtəlif şəxslərə satılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Qeyd olunmalıdır ki, hazırkı işdə birgə nikah dövründə əldə olunmuş əmlak olduğu irəli sürülən avtomobillərin tərəflərin birgə nikahları dövründə əldə edildiyi işdəki mövcud sübutlarla təsdiq olunmaqdadır və iddiaçı, həmin avtomobillərin onun (iddiaçının) razılığı olmadan əri tərəfindən özgəninkiləşdirildiyini iddia edərək müvafiq iddia tələbini irəli sürmüşdür. Bu baxımdan kollegiya, mübahisənin obyektiv həlli üçün ilk növbədə nəqliyyat vasitələrinə dair Cavabdehla müxtəlif şəxslər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin əsaslı olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən isə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə də, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Mülki və ailə qanunvericiliyinin göstərilən müddəalarına əsasən kollegiya hesab edir ki, mübahisə mövzusu olan avtomobilləri alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən şəxslər həmin əmlakları vicdanlı əldə etmişlər və onların avtomobillər üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 33.4-cü maddəsi, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur; mexaniki nəqliyyat vasitələri rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən isə, nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Kollegiyanın qənaətinə görə, iddiaçının ər-arvadın birgə mülkiyyətinin hüquqi rejimindən yaranan hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli avtomobilləri vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi müxtəlif şəxslərin əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyritaraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçı, cavabdehlə ailə münasibətinin pozulmasından sonrakı dövrdə satılan avtomobil(lər)in satışından əldə olunmuş vəsaitdən ona çatası payla bağlı iddia tələbi irəli sürmək hüququna malik olmaqla, bu tələbin əsaslılığı məsələsinə müvafiq məhkəmə qərar verə bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2409/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2979/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2979/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver