Məhkəmə qərarları › İş №2(103)-2988/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2988/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2988/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(003)- 2438/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 9451.74 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9481.74 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutularaq Birliyin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 xx xxxxxxx 2004-cü il tarixdə vəfat etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Birlik ilə abonent Cavabdeh1 arasında sonuncu dəfə sayğac dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2017-ci tarixində 03/10144 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 285,10 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 80,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 242,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 322,40 manat; xx.xx.2017-ci il tarixli 080625 saylı aktlar əsasında 189,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 220,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 475,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 255,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 58,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli 00246694 saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 177,10 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 413,30 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, cəmi 7037,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Cavabdehlərin yuxarıda göstərilən borc məbləğlərindən əlavə olaraq əvvəlki illərdən 2413,84 manat borcu qalmışdır. Cavabdehlər tərəfindən İddiaçı İB-yə 10.2010-cu il tarixdən bu günədək cəmi 2 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumilikdə 9451.74 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(003)- 2438/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 653.70 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 2 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu şikayətdə göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, cavabdehin təbii qazdan istifadə etməsini sübut edən fotoşəkillər və aktlar təqdim edilmişdir. 2010-2020-ci il tarixlərdə 2 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə edildiyini məhkəmə araşdırmamışdır. İstehlakçının qanunsuz xətti dəfələrlə kəsilsə də, sonuncu qanunsuz xətti bərpa etmiş və ödəniş etmədən sayğacdan kənar istifadə etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı Bakı X1 Departamenti ilə Cavabdeh1 arasında «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2017-ci il tarixdə 03/10144 saylı müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh1 xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 285,10 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 80,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 242,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 322,40 manat; xx.xx.2017-ci il tarixli 080625 saylı aktlar əsasında 189,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 220,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 475,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 255,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 58,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli 00246694 saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 177,10 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 413,30 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində işə baxılması zamanı cavabdeh 2016-cı ildə qeyriqanuni olaraq təbii qazdan istifadə etməsini bildirərək, iddia tələbini yalnız həmin hissədə etiraf etmişdir. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 2016-cı ildə təbii qazdan qeyri-qanuni istifadə etmiş və 2016-cı ildə tərtib edilmiş 4 akta əsasən, iddiaçı tərəfindən ona 172.80 manat, 285.10 manat, 115.20 manat və 80.60 manat olmaqla, cəmi 653.70 manat məbləğində borc hesablanmışdır (cavabdehin özünün etirafına əsasən). Lakin iddiaçı cavabdeh tərəfindən etiraf edilən aktlar istisna olmaqla digər aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İş materiallarına əlavə olunmuş aktlar yalnız iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib olunub imzalanmış, cavabdehin aktları imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Belə olan halda aktların mötəbərliyi şübhə doğurur və həmin aktlar əsasında cavabdehin iddiaçıya göstərilən məbləğdə maddi zərər vurması nəticəsinə gəlmək yolverilməzdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2438/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar