Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-299/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(001)-4805/2020 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş borcun etirafı haqqında 10 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı 01 may 2016-cı il tarixdə 7700 manat məbləğində borc aldığını etiraf etmiş və borcunu 30 sentyabr 2018-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun etirafı haqqında 10 oktyabr 2017-ci il tarixli müqavilə üzrə ödənilməmiş 7700 manat borcun, habelə mənəvi zərərin əvəzi kimi 500 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat pulun, habelə həmin pul vəsaitini 30 sentyabr 2018-ci ildən özündə saxladığına görə bank uçot dərəcəsinə görə faizlərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2020 saylı mülki iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 7700 manat məbləğində pul vəsaiti və həmin vəsaitin məbləğindən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixə olan bank uçot dərəcəsi üzrə faizlərin tutularaq İddiaçı ödənilməsi qət olunmuş, qalan hissədə iddia rədd edilmişdir. (hakim X1)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh borcun etirafı haqqında müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə maddi ziyanın əvəzinin tutulması hissəsində iddia əsaslıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 442, 448.1, 449.1, 449.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən onun iştirakı təmin olunmamış, borcun etirafı haqqında müqavilənin etibarsız əqd olması araşdırılmamışdır. Məhkəmə işin hallarını tam araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddia tələbinin əsasında dayanan borcun etirafı haqqında 10 oktyabr 2017-ci il tarixli müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də apellyasiya şikayətinin təmin olunub qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş edir.
11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2 Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab olunur.
Apellyasiya baxışının hədləri
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
14. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli 2(103)-8503/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(006)-3146/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş borcun etirafı haqqında 10 oktyabr 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək 23 fevral 2022-ci il tarixdə icra olunması üçün Qazax rayon icra şöbəsinə göndərilmişdir. Borcun etirafı haqqında müqavilənin etibarsız hesab olunmasını qət edən məhkəmə bu qənaətə gəlmişdir ki, müqavilədə qeyd olunan 7700 manat borc faktiki olaraq mövcud olmamış, müqavilə uydurma əqd olmaqla etibarsız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbinin əsasını həmin müqavilə təşkil etdiyindən və müqavilə etibarsız hesab olunduğundan, iddia tələbi əsassızdır. Mübahisələndirilən qətnamədən görünür ki, iddia tələbinin əsasını borcun etirafı haqqında müqavilə təşkil etdiyi halda, işə baxan məhkəmə Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı normalarına istinad etmişdir.
16. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır.
17. İddia rədd olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2020 saylı mülki iş üzrə 28 sentyabr 2020-ci il tarixli 2(003)-3138/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı alınıb Cavabdeh verilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.