Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2995/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, Maraqlarına toxunan şəxs “xxxx” ASC –nin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-28/2018 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 X3 qarşı “müqavilə üzrə öhdəliyin icra edilmədiyinə görə vurulan ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixli ilkin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 320.520 (üç yüz iyirmi min beş yüz iyirmi) ABŞ dolları məbləğində ziyanın Cavabdeh2 frimasından xeyirinə tutulmasını xahiş etmişdir. xx.xx.2016-cı il tarixli məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X4 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin ləğv edilərək öhdəliyi icra etmədiyinə görə dəymiş 320.520 (üç yüz iyirmi min beş yüz iyirmi) ABŞ dolları məbləğində ziyanın Cavabdeh2ndan xeyirinə tutulmasını xahiş etmişdir. Eyni tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, Cavabdeh2na məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-də ibarət 5 mərtəbəli, zirzəmili və hüquqların qabaqcadan qeydiyyatına əsasən xx.xx.2010-cu ildə 11 10093638 nömrə altında qeydiyyata alınmış daşınmaz əmlak üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2017-ci ildə İddiaçı nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin ləğv edilərək, öhdəliyi icra etmədiyinə görə Cavabdeh2ndan ödədiyi 250 000 (iki yüz əlli min) AZN və bu məbləğin 2017-ci ilin yanvar ayına 31,4 faiz inflyasiya dərəcəsini təşkil edən 78.500 (yetmiş səkkiz min beş yüz) AZN həcmində maddi ziyan, cəmi 328 500 (üç yüz iyirmi səkkiz min beş yüz) manat pulun Cavabdeh2ndan xeyirinə tutulmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixli qərardada əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh2na məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-də ibarət 5 mərtəbəli, zirzəmili və hüquqların qabaqcadan qeydiyyatına əsasən xx.xx.2010-cu ildə 11 10093638 nömrə altında qeydiyyata alınmış daşınmaz əmlakın iddiaçıya məxsus 69 kv.m-nin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2018-ci il tarixli qətnaməyə əsasən iddia ərizəsi təmin edilmiş, Öhdəliyi icra etmədiyinə görə Cavabdeh2ndan iddiaçının ödədiyi 250 000 (iki yüz əlli min) AZN və bu məbləğin 2017-ci ilin yanvar ayına 31,4 faiz inflyasiya dərəcəsini təşkil edən 78.500 (yetmiş səkkiz min beş yüz) AZN həcmində maddi ziyan, cəmi 328 500 (üç yüz iyirmi səkkiz min beş yüz) manat pul Cavabdeh2 X1 İddiaçı xeyirinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən (hakim İ.Şirinov) xx.xx.2018-ci il tarixli qətnamə qismən, pulun X1 tutulması hissində ləğv edilmişdir. Maraqlarına toxunan ASC “Xalq” Bankı xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət ilə müraciət edərək, məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(005)-523/2017 saylı qərardadının ləğv edilməsini, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-28/2018 nömrəli qərardadı ilə Maraqlarına toxunan ASC “Xalq” Bankın ərizəsi təmin edilərək qərardadın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında yerləşən qeyriyaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-28/2018 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-28/2018 nömrəli qərardadına əsasən şikayət ərizəsi təmin edilməmişdir. Məhkəmə Kollegiyasının iclasında İddiaçı şikayətin təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, üzərindən həbsin götürülməsi qərara alınmış Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində sonradan 6 və 7-ci mərtəbələr inşa edilmişdir və bu tikililərin naturada ayrılması ilə bağlı məhkəmə mübahisəsi getdiyindən həmin daşınmaz əmlakın üzərindən həbsin götürülməsi əsassızdır. Məhkəmə Kollegiyasının iclasında Maraqlarına toxunan şəxs “xxxx” ASC –nin nümayəndəsi şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-28/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Maraqlarına toxunan ASC “Xalq” Bankı xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət ilə müraciət edərək, məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(005)- 523/2017 saylı qərardadının ləğv edilməsini, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir.Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-523/2017 nömrəli qərardadına əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh2na məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli, zirzəmili və hüquqların qabaqcadan qeydiyyatına əsasən xx.xx.2010-cu ildə ********** nömrə altında qeydiyyata alınmış daşınmaz əmlakın iddiaçıya məxsus 69 kv.m-nin üzərinə həbs qoyulmuşdur. Hesab edirik ki, qərardad əsassızdır və ləğv edilməlidir. ASC “Xalq" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 №-li kredit xətti müqaviləsinə müvafiq olaraq bank tərəfindən borc alana xx xxxxxxx 2018-ci il tarixinədək, illik 16 % ödəmək şərtilə, 17 000 000 (on yeddi milyon) ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********58815/SİM №-İi sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bankın ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)-1096/2016 №-li qətnaməsi ilə ilkin iddiaçı Cavabdeh2 Firmasmın cavabdeh ASC «Xalq» Bankına qarşı tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmiş, Bankın qarşılıqlı iddiası tam təmin edilərək Cavabdeh2ndan cəmi 19 400 119,08 ABŞ dollarının və xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı ASC «Xalq» Banknın xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2na məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyriyaşayış binasına yönəldilməsi qət edilmişdir. Cavabdeh2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)-1096/2016 №-li qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Apelyasiya baxışı zamanı Azərbaycan Respublikasının vətəndaşları Ağa-X7 və Hacıyeva Könül Rəşid qızı xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ipoteka predmetinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m və 24,6 kv.m-doıı ibarət olan sahələrinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişlər. Məlum olmuşdur ki, qeyd edilən ipoteka müqaviləsi bağlanmazdan əvvəl ipoteka predmeti barəsində Cavabdeh2» firması ilə Hacıyeva Könül Rəşid qızı arasında xx.xx.2011 -ci il tarixli ilkin müqavilə, Ağa-X7 arasında isə xx.xx.2009-cu il tarixli, MAA/19-09 saylı müqavilə bağlanmışdır. Qeyd edilən müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən, ipoteka predmeti ipoteka ilə yüklü edildiyi zaman həmin əmlaka üçüncü şəxslərin hüquqları barədə daşınmaz əmlakın dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2-2(103)-14/2017 №-li qətnaməsi ilə xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)-366/17 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsindən həm Bank, həm də Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir Bank tərəfindən AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarındanl6.04.2018ci il tarixdə AR Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. AR Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qəran ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə konstitusiya məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası AH Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçiin Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakim Vidadi Məmmədov) xx.xx.2019-c.u il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsinə əsasən Bankın yuxarıda qeyd edilmiş iddiasına təkrarən baxılması nəticəsində Bankın iddiasının təmin edilməsi, Cavabdeh2 apelyasiya şikayətinin, üçüncü şəxslərin, onlara ”məxsus” ticarət sahələri hissəsində ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair iddialarının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilmişdir. Həm Cavabdeh2, həm də qeyd edilən üçüncü şəxslər tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hər iki tərəfdən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə görülən icra tədbirləri nəticəsində əmlak açıq hərracdan satışının təşkil edilməsi üçün hərrac təşkilatçısı “xxxx” MMC-yə müraciət olunmuşdur. Hərrac təşkilatı tərəfinən xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclarda alıcı olmadığından ipoteka qanunvericiliyinə müvafiq olaraq əmlak Banka təklif edilmiş, Bank isə öz növbəsində bu təklifə müsbət cavab vermişdir. Bununla bağlı ASC “Xalq” Bankı, Nərimanov Rayon İcra və Probasiya şöbəsi və “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixli 67/01 №-li hərracın yekunları barədə Protokol imzalanmışdır. Lakin qeyd edilən qeyri-yaşayış sahəsi üzərində Bankın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı həmin əmlakı üzərində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il larixli 2(005)-523/2017 nömrəli qərardadı əsasında həbsin olduğu müəyyən edilmiş və bu səbəbdən də Bankın müvafiq əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin üzərində məhdudiyyətlərin olması Bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə birbaşa maneə törədir.Bu isə gələcəkdə həmin əmlakın satışının həyata keçirilməməsi nəticəsində Bankın mümkün zərərlərlə üzləşməsinə səbəb olacaqdır. Kollegiya qeyd edir ki, Maraqlarına toxunan ASC “Xalq” Bankın şikayətinin təmin olunaraq Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)-523/2017 saylı qərardadının ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərindən həbs götürülməli olması ilə bağlı Nərimanov rayon məhkəməsinin qənaəti əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir;157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir;158.1.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər; 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Şərh olunan normalardan və MPM-nin digər müvafiq maddələrindən görünür ki, iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Məhkəmə mübahisəsindən görünür ki, iddianın təmin tədbiri qaydasında üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında yerləşən qeyriyaşayış binası RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ASC “Xalq” Bankının baş filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir, həmçinin çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və müvafiq qaydada icraya yönəlmişdir. Ona görə də həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi riski olmadığından qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması halları baş verə bilməz. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 28/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2995/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2995/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver