Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2997/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-290/2024 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 5000 manat dəymiş zərərə görə sığorta ödənişinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 124 manatın xeyrinə tutulması barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-290/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən dəymiş zərərin əvəzi olaraq 4310 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2; İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunun 16.2, 16.3, 52-1.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Zil-431410” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyan "xxxx" ASC-dən tutulmalıdır. Cavabdehdən tutulmalı olan maddi ziyanın məbləğini müəyyən edərkən ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehdən 4310 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, yol nəqliyyat hadisəsi baş verdiyi xx.xx.2022-ci il tarixdən sonra iddiaçının müraciəti ilə "Avtomotoservis və ticarət” müəssisəsi tərəfindən 12 bənddə dəyişdirilməli olan ehtiyyat hissələri göstərən xx.xx.2022-ci il tarixdə verilən qüsur aktına münasibətdə cavabdeh tərəfindən hadisədən bir il keçdikdən sonra xx.xx.2023-cü il iddiaçıya ünvanladığı məktubda göstərdiyi kimi “zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş” ifadəsi əsasında 5 bənddə ehtiyyat hissələri göstərilən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş hesablama aktı real görsənmir. Hesablama aktının tərtibinin əsasını təşkil edən xx.xx.2023-cü il iddiaçıya ünvanlanmış məktubda göstərilmiş “zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş” ifadəsi ilə cavabdeh tərəfindən hansı hərəkətlərin keçirildiyini və bunun hansı formada, nə vaxt və kimin iştirakı ilə rəsmiləşdirildiyini bildirən və təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bunun əvəzinə isə cavabdeh tərəfindən “Zil-431410” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl və ya sonra çəkilməsini, zədəli və ya bərpa olunmuş vəziyyətdə olmasını, zədəli olduğu halda hansı ehtiyyat hissələrinin zədəli olduğunu müəyyən etməyə imkan verməyən fotoşəkillər təqdim edilmişdir. Bununla da, cavabdehin təqdim etdiyi hesablama aktı qeyri-mötəbər görünməklə, iddiaçının təqdim etdiyi qüsur aktında göstərilən ehtiyyat hissələrin sayı, təmir bərpa işlərinin həcmi və onların qiymətinə dair məhkəmə ekspertinin rəyində göstərilən məbləğlər barədə məlumat və tədqiqat hərtərəfli, obyektiv, inandırıcı və ağlabatan hesab edilir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının avtomobilinə dəymiş ziyanın həcmi barədə məlumat istintaq mərhələsində də əks olunmuşdur.
3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - Azərbaycan Respublikası DİN-nin Samux RPŞ-nin İQ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış və həmin məcəllənin 263.3-cü maddəsinə tövsif edilmiş ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, X1 idarə etdiyi "VAZ 21061” markalı 5İ-BE- 637 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi İddiaçı idarə etdiyi "Zil 431410” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa sol hissəssəsinə dəyərək toqquşmuşdur. Həmçinin İddiaçı məxsus "ZİL-431410" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5510 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur; -"xxxx" tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, cəmiyyətlə X6 arasında xx.xx.2022-ci il tarixdə PAA22038 13870 saylı sığorta müqaviləsi bağlanmış və "VAZ 21061” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığorta təminatı almışdır. O, ərizə ilə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2022ci il tarixdə qəzaya uğradığı və nəticədə ona məxsus " ZİL-431410” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və şığorta ödənişinin verilməsi qərara alınmışdır. "AtaSığorta” ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 2000 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, avtomobilin təmir olunması üçün müəyyən edilmiş 2000 manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində tərəflərindən ona ödənilə biləcəyi barədə məlumatlandırmışdır;- “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qüsur aktı-rəyinə əsasən, “ZİL-431410” yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5110 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ZİL-431410” yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r; - "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesablama aktına əsasən, “ZİL-431410” yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 2000 manat ziyan dəymişdir; - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9154 saylı rəyndən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, "Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1988-ci il buraxılışlı “Zil-431410” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4310,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3760,0 manat; təmir bərpa işlərinin qiyməti - 550,0 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1988-ci il buraxılışlı “Zil431410” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2000,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 850, təmir- bərpa işlərinin qiyməti – 1150 manat, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-290/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsini ləğv edərək iddianın 2 000 manat hissədə təmin edilməsi, qalan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925; “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16.2, 20.1, 56.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının Cəmiyyətə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 2 000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASC-nin hüququdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, əsas mübahisənin məbləğlə bağlı olduğunu, belə ki, "xxxx" ASC-nin qiymətləndirmə üzrə mütəxəssisi tərəfindən avtomobilə baxış keçirildiyi və dəymiş zərərin 2000 manat müəyyən edildiyi və bununla bağlı hesablama aktının tərtib edildiyini, lakin qarşı tərəfin nümayəndəsinin həmin hesablama aktı ilə razılşamadığını, bu səbəbdən də həmin hesablama aktını imzalamadığını, həmçinin müstəqil ekspertin təyin edilməsi ilə bağlı iddiaçıya məktub göndərdiklərini, iddiaçının onlara hər hansı məlumat vermədiyini , özlərinin təşəbbüsü ilə müstəqil ekspertiza təyin edilmədiyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən dəymiş zərərin müəyyən edilməsinin "xxxx" ASC-nin hüquq olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır. 2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir.
9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 22.1.7. sığortalının, sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda, Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüquqları vardır. 10.“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. 95.3. Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883, 885, 911-913, 922-927; Mülki Prosesual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 216-220, 227, 372, 385-390-cı maddələrinə, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 3, 4, 12-25, 58, 63, 77; Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 1-5, 15ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, apellyasiya şikayətinin əsaslarını məhkəmənin tələb üzrə gəldiyi qənaətin məbləği mübahisələndirir və ekspetiza rəyi üzrə qət edilən məbləği istisna edən sübutedici təkzibedilməz dəlillər iş üzrə müəyyən edilmir və apellyasiya şikayəti üzrə belə əsaslar müzakirəyə təqdim edilməmişdir. Qeyd edilən qanunvericiliyə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılmalı olduğu halda cavabdeh bu tələblərə riayət etməmiş və iddiaçı haqlı olaraq özünün məhkəmə müdafiə hüququndan yararlanmışdır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
13. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
14. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-290/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.