Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(004)-4038/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişində, 5-ci mərtəbədə, 3 otaqlı, ümumi sahəsi 155,6 kv.m. olan, 29 nömrəli mənzilinə sahiblik, istifadə hüquqları tanınmaqla mənzilin natura şəklində ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 3 otaqlı 29 saylı mənzilə dair müqaviləni etibarsız hesab edərək, Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 155,6 kv.m.olan 3 otaqlı, 29 nömrəli mənzilə dair sahiblik, istifadə hüquqlarını tanımaqla, həmin mənzilin natura şəklində ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında Cavabdeh1 MTK-nın inşa etdirdiyi Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci girişində, 5-ci mərtəbədə, 3 otaqlı, ümumi sahəsi 155,6 kvadrat metr olan, 29 nömrəli mənzilin alğı-satqısı barədə xx.xx.2007-ci il tarixdə bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilmiş, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri,Yasamal rayonu, M.Xiyabani küçəsində yaşayış anasının 1-ci girişində, 5-ci mərtəbədə,3 otaqlı, ümumi sahəsi 155,6 kvadrat metr olan, 29 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüquqları tanınmış, Yeni Yasamal” MTK tərəfindən inşa edilmiş Yasamal rayonu, M.Xiyabani küçəsində taşayış binasının 1-ci girişində, 5-ci mərtəbədə,3 otaqlı, ümumi sahəsi 155,6 kvadrat metr olan 29 nömrəli mənzil İddiaçı təhvil verilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(103)- 2972/2019 saylı qərardadı ilə hazırki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(103)- 348/2019 saylı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29.178.3.2, 308.2, 313cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun qərar qəbul edilib və həmin qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 1(102)-1541/2023 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, X4 və X3, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29.178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirli bilinibməhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı məhkumlar C.H.Alışovun və H.M.Fətəliyevin müdafiəçisi İ.İ.İbadov tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7/2024 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Cavabdeh2 dəftərxana vasitəsi ilə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, cavabdeh tərəfin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2Bakışəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(004)- 4038/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3/2024
10.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver