Məhkəmə qərarları › İş №2(103)-30/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-30/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-30/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2108 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldiməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 71846.94 ABŞ dolları kredit borcu, 15432.79 ABŞ dolları faiz borcu və 47914.96 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 135194 (yüz otuz beş min yüz doxsan dörd) ABŞ dolları 69 (altmış doqquz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə və Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 135.194 (yüz otuz beş min yüz doxsan dörd) ABŞ dolları 69 (altmış doqquz) sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada tutulması, Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1 və X1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarasılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 71846.94 ABŞ dolları kredit borcu, 25443.80 ABŞ dolları faiz borcu və 47914.96 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 145205 (yüz qırx beş min iki yüz beş) ABŞ dolları 70 (yetmiş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə və Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 145205 (yüz qırx beş min iki yüz beş) ABŞ dolları 70 (yetmiş) sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada tutulması, Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1 və X1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarasılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 71846 (yetmiş bir min səkkiz yüz qırx altı) ABŞ dolları 94 (doxsan dörd) sent əsas borc, 25443 (iyirmi beş min dörd yüz qırx üç) ABŞ dolları 80 (səksən) sent faiz borcu və 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməsi, tutmanın ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Quba rayonu İkinci Nügədi kəndində olan 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə və Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində pulun İddiaçı QSC-yə ödənilməsi, vəsaitin qalan hissəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X3 qaytarılması, ipoteka predmeti olan Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiyməti 110180 (yüz on min bir yüz səksən) manat, Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat dəyərində qiymətləndirilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X1 evlərdən çıxarılması və evlərin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6891/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdehlər İddiaçı QSC “Xaçmaz” filialı və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Daha sonra Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(027)-232/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı QSC “Xaçmaz” filialı və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(105)-3828/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-30/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin 2(004)-252/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, mülki prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi cavabdehin prosesdə iştirakını təmin etmədən (çəkişmə prinsipini pozmaqla), mübahisənin nəticəsi üçün əhəmiyyətli olan halları tam araşdırmadan, müqavilədə və digər sənədlərdə imzalara dair ekpertizalar təyin etmədən, adı çəkilən girov əşyalarına yerində müayinə (baxış) keçirmədən, şahidləri dindirmədən və nəhayət “yanılma altında bağlanan uydurma əqdin ləğv edilməsi” barədə qarşılıqlı iddiada çıxış etməsinə süni mane olmuşdur. Kredit borcundan banka təxminən 18153.06 (on səkkiz min yüz əlli üç) ABŞ Dollarına ekvivalent olan manat pul ödənmişdir. İddiaçı QSC tərəfindən tələb edilən uydurma əsas borcla yanaşı, cavabdehə qarşı tələb kimi irəli sürülmüş faiz və cərimə məbləği, bu günə mövcud olan məhkəmə qətnaməsi ilə cəm halında 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent təşkil edərək əsassız olaraq hesablanmışdır. Həqiqətə nail olunması üçün məhkəmə cavabdehdən bu bank üzrə ödəniş qəbzlərini tələb etməli, mülki iş üzrə xüsusi biliyə malik olan ekspert qarşısında (mühasibatlıq ekspertizasının təyin edilməsi) onun iddiaçıya (dırnaq arası) olan əsas borcu, faiz borcu, cərimənin hansı məbləğdə olması barədə sual qoymalı idi. Lakin məhkəmənin əsassiz tələskənliyi bu istiqamətdə də məhkəmədə vəsatət qaldırmağıma və həqiqətə nail olunmasına belə süni əngəl törətmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş Cavabdeh3 münasibətdə borcun müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11L000000800 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11R000009083 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh3 İddiaçı QSC-dən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90000 (doxsan min) ABŞ Dolları məbləğində kredit götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Kreditin verilməsi barədə qəbzdən görünür ki, Cavabdeh3 imzalayaraq 90000 (doxsan min) ABŞ Dolları məbləğində pulu qəbul etmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında olan xx.xx.2015-ci il tarixli 11R000009083S saylı sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 11R000009083 saylı kredit razılaşması üzrə ödəniş planına dəyişiklik edilmişdir. Həmin sazişə əlavə edilmiş ödəniş planına əsasən ödənişlər xx xxxxx 2015-ci il tarixdən etibarən hər ay aparılmalıdır. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11S000001243 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11L000000800 saylı kredit xətti müqaviləsi üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11S000001244 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11L000000800 saylı kredit xətti müqaviləsi üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 11R000009083 saylı kredit razılaşması üzrə borc aşağıdakı kimidir: əsas borc 71.846,94 ABŞ dolları, faiz borcu 25.443,80 ABŞ dolları, cərimə borcu 47.914,96 ABŞ dolları,cəmi borc 145.205 (yüz qırx beş min iki yüz beş) ABŞ dolları 70 (yetmiş) sent. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış və Quba rayon xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 11M000000123 saylı ipoteka müqaviləsindəngörünür ki, xx.xx.2011-ci il tarixli 11L000000800 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan razılaşmalar üzrə borclunun öhtəliklərinin icrasını təmin etmık üçün Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 m2 ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC ilə Cavabdeh4, Cavabdeh1 və X1 adından qanuni nümayəndəsi Cavabdeh1 arasında bağlanmış və Quba rayon xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 11M000000130 saylı ipoteka müqaviləsindəngörünür ki, xx.xx.2011-ci il tarixli 11L000000800 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan razılaşmalar üzrə borclunun öhtəliklərinin icrasını təmin etmık üçün Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 m2 ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış eviiddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehlərdən banka olan borcun məbləği maliyyə arayışına əsasən hesablanmışdır. Maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X5 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar