Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-300/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 1682/2019 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində olan 2.10 ha torpaq sahəsində yerləşən 646,6 kv.m ümumi, 477,7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi barədə “Cavabdeh2 2” MMC-nin xx xxxx 2018-ci il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmə keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 661/2009 saylı xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində olan 2.10 ha torpaq sahəsində yerləşən 646,6 kv.m ümumi, 477.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinə yönəldilmiş, Quba rayon icra və probasiya şöbəsinin 198795/17-03 saylı xx xxxxx 2018-ci il tarixli məktubuna əsasən sözügedən əmlak kompleksinin qiymətləndirilməsi “Cavabdeh2 2” MMC-yə həvalə edilmiş, həmin MMC-nin xx xxxx 2018ci il tarixli hesabatına əsasən əmlak kompleksi 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir. Sözügedən əmlak kompleksinin 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilməsi obyektiv deyil. Belə ki, eyni parametrlərə məxsus əmlak Bakı şəhərində həmin qiymətdən dəfələrlə aşağı qiymətləndirildiyi halda Quba rayonunda yerləşən əmlakın 2.500.000 (iki milyon beş yüz min) manat olması real bazar dəyərinə uyğun gəlmir. Həmçinin, həmin əmlak kompleksi xx xxxxxx 2009-cu il tarixdə “xxxx” MMC tərəfindən 250 000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 1682/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ( cavabdehlər tərəfində müstəqil tələb irəli irəli sürməyən üçüncü şəxs Quba rayon icra və probasiya şöbəsi) qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbi barədə iddiasının təmin edilməməsi, İddiaçı ASC tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1682/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1682/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə icraatda əmlakın 2018-ci ilin aprel ayında bazar dəyərinin müəyyən edilməsi araşdırıldığından mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün təkrar məhkəmə-qiymətləndirmə ekspertizası ilə, əmlak kompleksinin 2018-ci ilin aprel ayına olan dəyəri müəyyənləşdirilməli və mübahisəyə buna müvafiq olaraq hüquqi qiymət verilməlidir. Odur ki, mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin olunmuş və X1 təkrar qiymətləndirmə ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 244 saylı Rəyi verilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Beləki, iş materiallarında olan rəylərdən görünür ki, əmlak kompleksi "xxxx” MMC-nin xx xxxxx 2018-ci il tarixli rəyi ilə 2.500.000 manat qiymətləndirilmişdir. Əmlakın dəyəri kimi qeyd edilmiş 2.500.000 manat texniki səhv olduğundan, həmin MMC-nin xx xxxx 2018-ci il tarixli rəyi ilə əmlakın dəyərini 500.000 manat qiymətləndirilməsinə dair ikinci hesabat tərtib edərək, QXM/1356 nömrəli xx xxxx 2017-ci il tarixli məktubla sifarişçi Quba rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada göndərmişdir. Məhkəmə iddia ərizəsinin yenidən qiymətləndirmə keçirilməsi barədə hissəsini təmin etsədə qətnamənin nəticə hissəsində iddia ərizəsini tam təmin edilməmsi qənayətinə gəlməklə yanaşı hesab etmişdir ki, birinci rəylə sonuncu ‘'xxxx” MMC-nin rəyi arasında 150.000 manat fərq cüzi olduğundan iddia ərizəsi təmin edilə bilməz. Qeyd edir ki, məhkəmə ekspertiza təyin edilməsinə dair qərardadda əmlak kompleksinin hazırkı yəni 2019-cu ilin aprel ayına qiymətləndirilməsini qərara aldığından "xxxx” MMC də əmlakın həmin dövrə olan qiymətini müəyyən etmişdir. Halbuki, sifarişçi İcra və Probasiya şöbəsi “xxxx” MMC-dən əmlak kompleksinin 2018-ci ilin aprel ayına olan dəyərinin müəyyən edilməsinə dair qərar qəbul etdiyindən, sonuncu həmin dövrə dair hesabat tərtib etmiş, sonra həmin hesabatda texniki səhv buraxdığını aşkar edərək, qeyd olunan dövr üzrə yeni qiymətləndirmə hesabatı tərtib etmişdir. Göründüyü kimi məhkəmə iddianı tam təmin etməmək də, yanlışlığa yol verməklə bərabər iş materiallarında əmlkak kompleksinin 500.000 manat olan rəyinə münasibət bildirmək əvəzinə, həmin rəyin doğruluğunu şübhə altına alaraq cavabdehə dəstək nümayiş etdirmişdir. Digər tərəfdən məhkəmə həmin rəyin sonradan tərtib edildiyini və iddiaçı tərəfindən İcra və Probasiya şöbəsinə təqdim edilmədiyini, eyni zamanda əmlakın qiymətləndirilməsində 150.000 manat fərgin cüzi olmasını göstərməkdə də haqlı olmamışdır. Hesab edir ki, məhkəmə şübhə ilə yanaşdığı sənədin əsaslı və ya əsassız olmasını müəyyən etmək məqsədilə cavabdehin münasibətini öyrənəndən sonra obyektiv nəticəyə gəlməliydi. Hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamə qanunvericiliyin prinsip və göstərişlərinə, müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və onlardan yayınmaqla qəbul edildiyindən, qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən hazırkı vəziyyətdə qanuni, əsaslı və ədalətli sayıla bilməz. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Quba rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh1 kredit xəttinin açılması haqqında 19 saylı xx.xx.2008-ci il tarixli kredit və eyni tarixli ipoteka müqavilələri üzrə ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ASC-nın tələbi ipoteka predmeti olan, Cavabdeh1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində 2.10 ha torpaq sahəsində yerləşən 646,6 kv.metr ümumi, 477,4 kv.metr əsas, köməkçi sahədən ibarət olan əmlak kompleksinə (İstirahət mərkəzi) yönəldilməli, həmin 2,10 ha torpaq sahəsində yerləşən 646,6 kv.metr ümumi, 477,4 kv.metr əsas, köməkçi sahədən ibarət olan əmlak kompleksi (İstirahət mərkəzi) hərrac yolu ilə satılaraq satışdan əldə olunan pulun 180580 (bir yüz səksən min beş yüz səksən) manat cəmi borcu, o cümlədən kredit borcu üzrə 157122 (bir yüz əlli yeddi min yüz iyirmi iki) manat, faiz borcu üzrə 23458 (iyirmi üç min dörd yüz əlli səkkiz) manat borcu, qətnamənin çıxarıldığı günədək bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz məbləği və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASCnin “Nərimanov” filialına ödənilməli, qalan məbləğ Cavabdeh1 verilməli, həmin əmlak göstərilən borcun ödənilməsi üçün kifayət etmədikdə isə borc cavabdehin digər əmlaklarına yönəldilməlidir. İş materiallarından görünür ki, həmin icra vərəqəsi üzrə Quba rayon İcra şöbəsində icra icraatına başlanmış, onun icrası ilə bağlı icra şöbəsinin müraciəti əsasında “xxxx” MMC Cavabdeh1 məxsus əmlak kompleksinə (istirahət mərkəzi) baxış keçirmiş və xx xxxx 2018-ci il tarixli rəylə əmlak kompleksi 2 500 000 (iki milyon beş yüz min) manata qiymətləndirmişdir. Bundan başqa birinci instansiya məhkəməsi baxışı sözügedən əlak kompleksinin hazırkı real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə xx xxxxx 2019-cu il tarixli qərardad əsasında məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş “xxxx”MMC-nin xx xxx 2019-cu il tarixli qiymətləndirmə hesabatında əmlak kompleksinin orta bazar qiymətinin 2.650.000 (iki milyon altı yüz əlli min) manat təşkil etdiyini göstərmişdir. Həmçinin, Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş təkrar qiymətləndirmə ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 244 saylı X1 Rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Quba rayonu, Qəçrəş kəndi ərazisində olan 2.10 ha torpaq sahəsində yerləşən 646.6 kv.m ümumi, 477.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin vahid əmlak şəklində (torpaq sahəsi, orada yerləşən bütün tikililər, qurğular və s. Nəzərə alınmaqla) aprel 2018-ci tarixə olan təqribi dəyəri 2.578.500, 00 (iki milyon beş yüz yetmiş səkkiz min beş yüz) manat məbləğində müəyyən edilir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq məhkəmə hökmünün və qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (mad.5). Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. mətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər yəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda zərə alına bilər (mad.7). Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən rəy qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyə uyğun aparılmış, iddiaçı həmin rəyin verilməsi zamanı real bazar qiymətlərinin nəzərə alınmadığını irəli sürsə də, mübahisələndirdiyi rəydə müəyyən edilmiş qiymətin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız təflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası iddiaçının “mübahisələndirilən ekspert rəyində texniki səhvə yol verilmiş olması" ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, birincisi, mübahisələndirilən rəydə həqiqətən texniki səhvə yol verilmiş olsa idi, həmin səhv müəllif tərəfindən düzələ bilərdi, bunun üçün rəyin məhkəmə qaydasında mübahisələndirilməsinə zərurət yox idi. İkincisi, texniki səhvə yol verilmiş olduğu ümumiyyətlə inandırıcı deyildir. Çünki, həm mübahisələndirilən rəydə, həm də müvafiq müşayət məktublarında əmlakın dəyərinin dəfələrlə “2 500 000 manat” olduğu göstərilmiş, hətta mötərizə içində sözlü olaraq da “iki milyon beş yüz min” qeyd edilmişdir. Üçüncüsü, məhkəməyə surəti təqdim edilən və rəydə texniki səhv olduğunu özündə əks etdirən xx.xx.2018-ci tarixli məktubun Quba icra və probasiya şöbəsinə çatdırılması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Dördüncüsü, iş materiallarına əlavə edimiş “X2” MMC-nin iddiaçı banka ünvanladığı xx xxxxxx 2019-ci il tarixli məktubda da Cavabdeh1 mülkiyyətində olan əmlak kompleksinin xx.xx.2018-ci il tarixdə keçirilmiş ilkin hərracda 2 500 000 (iki milyon beş yüz min) manata, xx.xx.2019-cu il tarixində keçirilmiş təkrar hərracda isə 15% endirimlə 2 125 000 (iki milyon yüz iyirmi beş min) manata satışa çıxarıldığı göstərilmişdir ki, qeyd edilənlər də texniki səhv barədə xx.xx.2018-ci tarixli məktubun Quba icra və probasiya şöbəsinə verilmiş olduğunu istisna edir. Bütün bunlar isə iddiaçı tərəfindən təqdim edilən texniki səhv barədə xx.xx.2018-ci tarixli məktubun sonradan tərtib edilməsi barədə əsaslı şübhələr yaradır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı 1-ci instansiya məhkəməsində bütün məhkəmə prosesi dövründə bu barədə hər hansı fikir bildirməmiş, məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş ekspert rəyi ilə tanış olduqdan sonra sözügedən dəlili irəli sürmüşdür. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən ekspert rəyinin ləğv edilməsi üçün əsaslar olmadığına görə həmin tələbin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 1682/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-300/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-300/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver