Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3001/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin, Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(005)-1970/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin hüquqi varisi olduğu “X13” ASC ilə onun arasında rəsmiləşdirilmiş 03 fevral 2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini, araşdırılan məsələdə rəsmi sənədlərin bilə-bilə saxtalaşdırılması, mənimsəmə və digər cinayətlərin əlamətləri olduğuna görə iş üzrə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ASC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı üzərinə özünün «Facebook» səhifəsində «Təkzib» başlığı altında - P.S. Premium Bank tərəfindən adına imzalarını saxtalaşdıraraq rəsmiləşdirilmiş 5.000.000 manatlıq kredit haqqındakı müraciətinə cavabını nəzərə çatdırır, bu «problemadan» xəbərinizin olmadığını düşünərək. P.S.S. Vergi ödəyicisi olmayan vətəndaşa, heç bir girovsuz, təminatsız, illik 5 % lə 5 milyon manat kredit verilmir, verilə bilməz! Hələ saxta müqavilədə yazıldığı kimi dövriyyə vəsaitlərinin artırılması təyinatı ilə heç verilməz!!! - məlumatları həqiqətə uyğun deyil» məzmununda Təkzib verməsi, «FED.azda «Təkzib» başlığı altında - "xxxx"ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar». Azərbaycanın aparıcı banklarından oları Cavabdeh (keçmiş «SW Bank») rəhbərliyinin adı böyük biznes qalmaqalda hallanır. Ölkənin ən böyük kosmetika mağazaları şəbəkəsi olan "xxxx" MMC-nin qurucusu və keçmiş sahibi İddiaçı, biznesinin onun əlindən məcburən alındığını bəyan edərək, bu işdə «Premium» bankının rəhbərliyini ittiham edib. İddiaçı bildirir ki, 2015-ci ildən başlayaraq ona şirkətdəki qalan payını da satmaq üçün təzyiqlər başlayıb. Belə ki, həmin il İddiaçı 2013-cü ildəki müqavilə əsasında Cavabdeha olan krediti ilə bağlı şərtlər bank rəhbərliyi tərəfindən dəyişdirilib. Qeyd edək ki, həmin kreditin yeni bank sahibi tərəfindən dəyişdirilən şərtlərinə əsasən İddiaçı "xxxx" şəbəkəsindəki 50 %-lik payının yarısını, yəni 25 %-ni girov qoyub. Bank rəhbərliyi iş adamının manatla olan kreditini dollara çevirib və qrafikini də azaldıb, yəni iş adamından kredit hər ay böyük məbləğ (təqribən 250 min dollar) olmaqla 10 ay ərzində ödənilməsi tələb edib.Nəticədə İddiaçı təzyiqlər səbəbindən şirkətdəki payının 25 %-ni banka, yəni qarşı tərəfə dövr etməyə məcbur olub. Amma "xxxx"ın iş adamından alınma prosesinin ən dramatik mərhələsi sonuncu 25 %-lə bağlı olub. İddiaçı bildirib ki, bu hissəni ondan almaq üçün bank onun adına heç vaxt görmədiyi 5 milyon manat məbləğində saxta kredit rəsmiləşdirib. İş adamının FED.az-a təqdim etdiyi sənədlərə əsasən saxta kredit müqaviləsi 2017-ci ilin 3 fevral tarixində tərtib edilib. Həmin müqaviləyə görə İddiaçı Cavabdehdan guya 5 milyon manat kredit alıb və bu məbləği elə həmin gün bankdan götürüb. İddiaçı belə kreditin olduğundan 31 may 2017-ci il tarixində xəbər tutub. Yalnız may ayında - 31 may 2017-ci ildə Kredit Reyestrinə müraciət etdikdə onun banka 5 milyon manat borcunun olduğu və kreditin guya fevralın 3-də rəsmiləşdirildiyi ortaya çıxıb. İddiaçı FED.az-a bildirir ki, kredit götürmək üçün banka müraciət etməyib, ərizə yazmayıb və bu vəsaiti götürməyib. Kredit aldığını sübut etmək üçün o, bankdan bu sənədləri, o cümlədən pulun kassadan alnıdığı barədə videogörüntüləri tələb edib. Maliyyə Bazarlarına Nəzarət Palatasına edilmiş sorğuya cavab olaraq bu kredit müqaviləsini əldə etdikdə məlum olub ki, onun bütün səhifələrində iş adamının imzası yoxdur, imza olan axırıncı səhifə isə İddiaçı əvvəllər götürdüyü kreditlərin müqaviləsi əsasında hazırlanıb. 5 milyon manatın götürüldüyünü təsdiq etməli olan məxaric qəbzindəki imzanın saxta olduğunu görüb və Prokurorluğa ərizə ilə müraciət edib. İddiaçı FED-az-a bildirir ki, ona təzyiqlər həbsdə olduğu müddətdə davam edib, qarşı tərəf Cavabdehın o vaxt idarə heyətinin sədri olan Elçin Əhmədovun şəxsində ondan "xxxx"dakı 25 %-lik payından və 100 %-lik sahiblik haqqı İddiaçı məxsus olan «İDEAL Parfumery & Cosmetics» əmtəə nişanından imtina etmək tələb edilib. İş adamı bildirib ki, həbsxanada olanda ona təzyiq, hədə-qorxu altında, ailəsini və özünü təhdid edərək köhnə tarixli 03 fevral 2017-ci il tarixli kredit müqaviləsini imzalatdırıblar. Yalnız bu halda haqqında olan cinayət işinə xitam veriləcəyini və təsis paylarının dəyərinin ödəniləcəyini bildiriblər. Nəhayət təzyiqlər qarşısında qalan İddiaçı belə müqavilə bağlamağa razılaşıb. FED.az bildirir ki, üstündən ötən müddət ərzində İddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, kredit müqaviləsinin saxta olduğunu rəsmi şəkildə sübut edə bilməyib. Baxmayaraq ki, bank bu dövrdə ona iki kredit müqaviləsi təqdim edib - həbsxanada imzalanan və fərqli. İş adamı sual edir ki, əvvəlki müqavilə (yəni bütün səhifələrində imza olmayan) əsl idisə, necə oldu ki, başqa müqavilə də ortaya çıxdı. Digər tərəfdən sözügedən məbləğin - 5 milyon manatın bankdan götürülməsi ilə bağlı məxaric qəbzi də iki nüsxədədir. Yeri gəlmişkən, hazırda rəsmi məlumata görə, İddiaçı Cavabdeha kredit borcu yoxdur. Amma iş adamı bildirir ki, bu krediti almayıb, ödəməyib, bu müqavilə ona məxsus əmlakın ələ keçirilməsi məqsədi daşıyıb» - məlumatları həqiqətə uyğun deyil” məzmununda təkzib verməsi vəzifəsinin qoyulmasına, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh ASC-nin işgüzar nüfuzunu ləkələyən məlumatları yayması nəticəsində vurduğu zərərin əvəzi olaraq 500.000 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğinin alınıb ASCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci il də o, fiziki şəxs olaraq heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 07.06.2017-ci il tarixdə 2 təsisçisindən biri və direktoru olduğu "xxxx" MMC-nin ərizəsi əsasında həbs olunmuşdur. 15 sentyabr 2017-ci il tarixdə isə həbsdən azad olunub. Həbsdə olduğu müddətdə təsisçilərindən biri olduğu “İdeal Kompani“ MMC-nin digər həmtəsisçisi X1 təsisçisi olduğu “X13” ASC ilə onun adına 03 fevral 2017-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Bu kredit müqaviləsi o, həbsdə olduğu dövrdə, lakin əvvəlki tarixə rəsmiləşdirilmişdir. Bu müqaviləyə əsasən guya o, “X13” ASC-dən 5 milyon məbləğində heç bir təminat olmadan kredit almış. Məlum edir ki, onun bu kredit müqaviləsindən məlumatı olmamış və həmin 5 mln məbləğində krediti də almamışdır. Müqavilədə və məxaric qəbzlərində onun imzası saxtalaşdırılmışdır. Sonradan o, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına bu məsələnin dəqiqləşdirilməsindən ötrü dəfələrlə müraciətlər etmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının 18 oktyabr 2019-cu il tarixli məktubu ilə əvvəllər “X13” adlanan hazırda isə “Premium Bank“ ASC-yə ünvanlanmış məktub barədə ona məlumat verilmiş, ASC-nin 25.10.2020-ci il tarixli məktubu ilə ona və Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirilmişdir ki, sözügedən 010/BV-K.M-0017 saylı 03 fevral 2017-ci il tarixli kredit müqaviləsinə aid sənədlər palataya təqdim edilmişdir və həmin kredit müqaviləsi üzrə guya o, öhdəliklərini tam icra etmişdir. Bununla bağlı ona Maliyyə Bazarlarına Nəzarət Palatasından eyni məzmunlu məktub göndərilmişdir. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mübahisələndirilən 01Q/BV-KM-0017 saylı kredit müqaviləsi və kassa məxaric qəbzi ona təqdim edilmişdir. Məlum edir ki, 03 fevral 2017-ci il tarixli 010/BV-KM-OOİ7 saylı kredit müqaviləsi və kassa məxaric qəbzindəki imza ona məxsus deyil. O, bu bankla göstərilən tarixdə kredit müqaviləsi bağlamamış və həmin vəsaiti bankdan almamışdır. Bundan əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsə bu qədər yüksək məbləğdə kredit məbləğinin təminatsız olaraq verilməsi də ağlabatan deyil. O, həbsdə olduğu müddətdə "xxxx" MMC-də həm təsisçisi olan X5 təsisçilik payının əlindən alınması üçün ona qarşı müxtəlif məcburiyyət tədbirləri tətbiq edirdi. Belə ki, ‘‘İdeal Kompani’’ MMC-nin əsas təsisçilik payı göstərilən tarixdə X2 məxsus idi. Onun “İdeal Kompani" MMC-nin direktoru kimi guya bu MMC-nin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edərək həbs etdirdilər. 07 iyun 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçildi. O, cəzaçəkmə müəssisəsində olarkən X1 nümayəndələri onunla danışıqlar aparmağa başladılar. Onun həbsdən azad olmağı müqabilində qarşısına bir sıra şərtlər qoyuldu. Bu şərtlər təsisçilik payının, ona məxsus olan əmtəə nişanlarının onlara verilməsi və bir sıra digər sənədlərə imza etməkdən ibarət idi. 12.09.2017-ci il tarixdə həmtəsisçi Zərifə Həmzəyevanın tapşırığı ilə Məharət Hüseyni adlı şəxs Süleyman adlı notariusla və X15 ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədovla birlikdə penitensiar xidmətin müalicə müəssisəsinə onun yanına gəldilər. Burada məcburiyyət qarşısında ona bir sıra sərədləri imzalatdırdılar. Bu sənədlər "xxxx" MMC-də olan təsisçilik payının və ona 100 % məxsus olan əmtəə nişanının verilməsinə dair sənədlər idi. Həmçinin bəzi kredit sənədlərini də ona imzalatdırdılar. O bu zaman məcburiyyət qarşısında idi. Həbsdən azad olmağının başqa yolu yox idi. Şərə və böhtana düçar olmuşdu. Onu bu şərdən qurtarmaq üçün qarşısına bu şərtləri qoydular və çarəsiz surətdə razılaşdı. Bütün bu sənədləri imzalatdıqdan sonra 15.09.2017-ci il tarixdə o, həbsdən azad edildi. İndi ona məlum olub ki, həmin vaxtı 03 fevral 2017-ci il tarixli 010/BVKM-0017 saylı kredit müqaviləsidə ona imzalatdırılıb. Lakin, bu vaxta qədər rəsmiləşdirilən onun iddia ərizəsinə əlavə etdiyi kredit müqaviləsindəki imzası saxtalaşdırılıbmış. Sonradan bu saxtakarlığı pərdələməkdən ötrü həmin müqaviləyə və məxaric sənədinə ona məcburiyyət qarsışında imza etdiriblər. Nəticə etibarı ilə eyni kredit üzrə iki cür kredit müqaviləsi və iki cür məxaric müqaviləsi var. Bunlardan biri imzasının saxtalaşdırılması ilə olan Maliyyə bazarlarına Nəzarət Palatasında olan 4 vərəqli yalnız, sonuncu vərəqində imzasının skan üsulu ilə saxtalaşdırılmaqla əks olunduğu kredit müqaviləsi və eyni müqaviləyə əlavə olunan yenədə imzasının saxtalaşdırıldığı xəzinə məxaric orderidir. Digəri isə ona cəzaçəkmə müəssisəsində 12.09.2017-ci il tarixdə imzalatdırılan və bütün vərəqlərində imzasının olduğu 3 vərəqdən ibarət kredit müqaviləsi və ona aid kassa məxaric orderi və ödəniş cədvəlidir. Bildirir ki, imzanın saxtalaşdırıldığı müqavilə və kassa məxaric orderi ona Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilmişdir. (Hər iki müqaviləni və kassa məxaric orderlərini iddiaya əlavə edir). Eyni zamanda ona məlum olmuşdur ki, adına olan bu kredit 25 sentyabr 2017-ci il tarixdə guya onun tərəfindən tam olaraq ödənilmişdir. O, 15.09.2017-ci il tarixdə həbsdən buraxılmışdır. Həbsdən çıxdıqdan cəmi 10 gün sonra 5 mln məbləğində kredit vəsaitini vaxtından əvvəl ödəməyi mümkünsüz idi. Yəni əgər bu kredit real olsaydı belə guya həmin kredit vəsaitini 03 fevral 2018-ci il tarixədək ödəməli idi. Hələ kreditin müddətinin bitməsinə 5 ay qalmış onun guya krediti vaxtından əvvəl ödəməsi heç bir məntiqə sığmır və bu kredit məbləğinin onun adına saxta olaraq rəsmləşdirilməsini bir daha sübut edir. Bir faktı da bildirir ki, o, 07.02.2017-ci il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestr Xidmətindən kredit hesabatı ilə bağlı çıxarış almışdır. Əgər doğurdan da 03.02.2017-ci il tarixdə bu kredit məbləği ona verilmişdirsə onda o həmin çıxarışda əks olunmalı idi. Lakin həmin kredit məbləği göstərilən çıxarışda əks olunmayıb. Bu faktın özüdə kreditin onun adına formal olaraq rəsmiləşdirildiyini bir daha sübut edir. Göründüyü kimi mübahisələndirilən əqd onun üçün hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil adına kredit müqaviləsinin rəsmiləşdirilməsi və bu müqavilə üzrə ayrılmış kreditin hansısa məqsədlə istifadə edilməsi olmuşdur. Cavabdeh ASC qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, ilk iddiaçının iddia ərizəsində göstərdiklərinin heç bir əsası yoxdur. Belə ki, ilk iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş 03 fevral 201 7-ci il tarixli OİO/BV-KM-0017 saylı kredit müqaviləsindən də göründüyü kimi həmin müqaviləni və həmin müqavilə ilə bağlı verilmiş məxaric sənədini ilk iddiaçı özü imzalamışdır. Həmin kredit müqaviləsinin və ya sair hər hansı sənədin imzalanması üçün bank tərəfindən ilk iddiaçıya hər hansı təzyiq göstərilməmiş, hədə-qorxu gəlinməmişdir. Bunun bir mənası da yoxdur. Çünki bank kiminsə ondan kredit götürməsi üçün kiməsə hədə-qorxu gəlmir, təzyiq göstərmir. Kredit ayrılması üçün banka müraciət edildikdə, bank bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada hərəkətlər edir və əgər müraciət edən şəxsə kreditin verilməsi mümkündürsə və bankın mənafeyinə uyğundursa, kredit ayrılır. Eyni zamanda yalnız ayrılmış kredit faizləri ilə birlikdə geri qaytarıldığı halda, borcluya kreditin həqiqətən geri qaytarıldığını təsdiq edən sənəd verilir. 03.02.2017-ci il tarixdə ayrılmış kreditə dair məlumatın 07.02.2017-ci il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətindən ilk iddiaçıya verilmiş çıxarışda əks olunmaması isə onunla bağlıdır ki, həmin məlumat Mərkəzi Kredit Reyestri Xidmətində kreditin ayrıldığı tarixdən etibarən 1 (bir) ay müddətində qeydiyyata alınır. İlk iddiaçının həmin xidmətə müraciət etdiyi tarixdə reyestrdə belə bir məlumatın olmaması kreditin ayrılmaması kimi başa düşülməməlidr. Həmçinin, ilk iddiaçı, əvvəla sıradan bir fiziki şəxs olmamışdır. Belə ki, o, kreditin ayrıldığı tarixdə kifayət qədər uğurla fəaliyyət göstərən "xxxx" MMC-in həm direktoru, həm də təsisçilərindən biri olmuşdur. Bu isə onu təsdiq edir ki, o, əvvəla 5.000.000 manat məbləğində kreditin ayrılması mümkün olan sahibkar olmuşdur və o həmin məbləğdə krediti qaytarmaq imkanında olan şəxs olmuşdur. Digər tərəfdən ilk iddiaçı ilə bank arasındakı mövcud olmuş qarşılıqlı etibara və etimada əsaslanan münasibətlər də ilk iddiaçıya həmin məbləğdə kreditin ayrılmasının mümkün olduğuna təminat vermişdir. Qarşılıqlı iddia üzrə cavabdeh özünün «Facebook» səhifəsində Cavabdeh ASC barəsində aşağıdakı məlumatları yaymışdır: «Hörmətli, Elman Rüstəmov, əminəm ki, bu gün lisenziyalarını ləğv etdiyiniz bankların barəsində zamanında çox müraciətlər almısınız. Və təəssüflər olsun ki, belə müraciətlərə olan absurd münasibətiniz, cavablarınız sözügedən banklardakı hazırkı vəziyyəti yaratmışdır. İnsanları, əmanətçiləri, sahibkarları dövlətimizdən narazı salmayın. Cənab Prezidentin iqtisadi kursuna, islahatçı mövqeyinə sadiq olun. P.S. Premium Bank tərəfindən adıma imzalarımı saxtalaşdıraraq rəsmiləşdirilmiş ******* manatlıq kredit haqqındakı müraciətimə cavabınızı nəzərinizə çatdırıram, bu «problemadan» xəbərinizin olmadığını düşünərək. P.S.S. Vergi ödəyicisi olmayan vətəndaşa, heç bir girovsuz, təminatsız, illik 5 % lə 5 milyon manat kredit verilmir, verilə bilməz! Hələ saxta müqavilədə yazıldığı kimi dövriyyə vəsaitlərinin artırılması təyinatı ilə heç verilməz!!! Qarşılıqlı iddia üzrə cavabdeh, həmçinin «Fed.az»-a verdiyi məlumatlarda Cavabdeh ASC barəsində aşağıdakı məlumatları yaymışdır: "xxxx"ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar» - EKSKLÜZİV Azərbaycanın aparıcı banklarından olan Cavabdeh (keçmiş «SW Bank») rəhbərliyinin adı böyük biznes qalmaqalda hallanır. FED.az. xəbər verir ki, ölkənin ən böyük kosmetika mağazaları şəbəkəsi olan "xxxx" MMC-nin qurucusu və keçmiş sahibi İddiaçı, biznesinin onun əlindən məcburən alındığını bəyan edərək, bu işdə «Premium» bankın rəhbərliyini ittiham edib. Bu barədə FED.az-a məlumat verən iş adamı bildirib ki, 1999-cu ildə "xxxx" mağazalar şəbəkəsini yaradıb və 2011-ci ilin noyabrnadək onun tək sahibi olub. «Bu müddət ərzində şirkət 120-dən çox xarici brendin Azərbaycanda rəsmi təmsilçisinə çevrilib, çoxmilyonluq dövriyyəsi olub və ciddi, şəffaf bir biznes subyekti kimi fəaliyyət göstərib». İş adamı bildirir ki, 2011-ci ilin noyabr ayında hazırkı Cavabdehın rəhbərliyində təmsil olunan şəxslər ona şəriklik təklif edib və qarşılıqlı razılıqla İddiaçı "xxxx" mağazalar şəbəkəsində olan 100 %-lik payının 50%-ni qarşı tərəfə satıb. Şirkətin fəaliyyəti zamanı bir neçə dəfə Cavabdehdan kredit götürüb və qaytarıb. İddiaçı bildirir ki, 2015-ci ildən başlayaraq ona şirkətdəki qalan payını da satmaq üçün təzyiqlər başlayıb. Belə ki, həmin il İddiaçı 2013-cü ildəki müqavilə əsasında Cavabdeha olan krediti ilə bağlı şərtlər bank rəhbərliyi tərəfindən dəyişdirilib. Qeyd edək ki, həmin kreditin yeni bank sahibi tərəfindən dəyişdirilən şərtlərinə əsasən İddiaçı "xxxx" şəbəkəsindəki 50 %-lik payının yarısını, yəni 25 %-ni girov qoyub. Bank rəhbərliyi iş adamının manatla olan kreditini dollara çevirib və qrafikini də azaldıb, yəni iş adamından kredit hər ay böyük məbləğ (təqribən 250 min dollar) olmaqla 10 ay ərzində ödənilməsi tələb edib. Nəticədə İddiaçı təzyiqlər səbəbindən şirkətdəki payının 25 %-ni banka, yəni qarşı tərəfə dövr etməyə məcbur olub. Amma "xxxx"ın iş adamından alınma prosesinin ən dramatik mərhələsi sonuncu 25 %-lə bağlı olub. İddiaçı bildirib ki, bu hissəni ondan almaq üçün bank onun adına heç vaxt görmədiyi 5 milyon manat məbləğində saxta kredit rəsmiləşdirib. İş adamının FED.az-a təqdim etdiyi sənədlərə əsasən saxta kredit müqaviləsi (yeri gəlmişkən Cavabdeh bu kredit müqaviləsinin həqiqi olduğunu bildirir- bu barədə bir qədər sonra) 2017-ci ilin 3 fevral tarixində tərtib edilib. Həmin müqaviləyə görə İddiaçı Cavabdehdan guya 5 milyon manat kredit alıb və bu məbləği elə həmin gün bankdan götürüb. İddiaçı belə kreditin olduğundan 31 may 2017-ci il tarixində xəbər tutub. Həmin gün Moskvaya uçmağa hazırlaşan iş adamı hava limanında bütün Yoxlama- Buraxılış məntəqələrindən keçərək təyyarəyə əyləşəndən sonra Premium bank rəhbəri ona zəng edərək təcili görüşmək lazım olduğunu, heç bir yerə getmə ixtiyarının olmadığını bildirib. İş adamı 2 gündən sonra qayıdacağını bildirsə də, qarşı tərəf razılaşmayıb və tezliklə, aeroportun təhlükəsizlik xidməti və Sərhəd Xidmətinin əməkdaşları onu təyyarədən endiriblər. İ.İsmaylov FED.az-a bildirib ki, bunun səbəbi ilə maraqlandıqda ona ölkədən çıxışına məhdudiyyət qoyulduğunu və nəticədə o, vəkilini hava limanına dəvət edərək bu halı aktlaşdırıb. Hava limanından Bakıya qayıtdıqdan sonra İddiaçı onun ölkədən nəyə görə buraxılmamasınm səbəbini bilməyib. İş adamı hər ehtimala qarşı Azərbaycan Mərkəzi Bankın yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciət edərək adına kreditin olub-olmadığını da dəqqiləşdirib. Fevralın 7-də reyestrdən İddiaçı verilən cavabda onun adına kreditin olmadığı bildirilib. Xatırladaq ki, qaydaya görə, kredit barədə məlumat onun alındığı gündən ən geci iki gün ərzində reyestrə yerləşdirilməli idi. Yalnız may ayında - 31 may 2017-ci ildə Kredit Reyestrinə müraciət etdikdə onun banka 5 milyon manat borcunun olduğu və kreditin guya fevralın 3-də rəsmiləşdirildiyi ortaya çıxıb. İddiaçı FED.az-a bildirir ki, kredit götürmək üçün banka müraciət etməyib, ərizə yazmayıb və bu vəsaiti götürməyib. Kredit aldığını sübut etmək üçün o, bankdan bu sənədləri, o cümlədən pulun kassadan alındığı barədə videogörüntüləri tələb edib. Maliyyə Bazarlarına Nəzarət Palatasına edilmiş sorğuya cavab olaraq bu kredit müqaviləsini əldə etdikdə məlum olub ki, onun bütün səhifələrində iş adamının imzası yoxdur, imza olan axırıncı səhifə isə İddiaçı əvvəllər götürdüyü kreditlərin müqaviləsi əsasında hazırlanıb. 5 milyon manatın götürüldüyünü təsdiq etməli olan məxaric qəbzindəki imzanın saxta olduğunu görüb və Prokurorluğa ərizə ilə müraciət edib. Bundan sonra "xxxx"dakı şərikləri iş adamını şirkətin əmlakını və pullarını mənimsəməkdə ittiham ediblər və İddiaçıla bağlı Korrupsiya ilə mübarizə idarəsinə müraciət edilib. Bu ittihamlar əsasında heç bir audit yoxlama aktı olmadan 2017-ci ilin iyun ayında iş adamı həbs edilərək Kürdəxanıdakı müvəqqəti saxlama məntəqəsinə gətirilib. İddiaçı FED-az-a bildirir ki, ona təzyiqlər həbsdə olduğu müddətdə davam edib, qarşı tərəf Cavabdehın o vaxt idarə heyətinin sədri olan Elçin Əhmədovun şəxsində ondan «İdcal»dakı 25 %-lik payından və 100 %-lik sahiblik haqqı İddiaçı məxsus olan «İDEAL Parfumcry & Cosmetics» əmtəə nişanından imtina etmək tələb edilib. İş adamı bildirib ki, həbsxanada olanda ona təzyiq, hədə-qorxu altında, ailəsini və özünü təhdid edərək köhnə tarixli 03 fevral 2017-ci il tarixli kredit müqaviləsini imzalatdırıblar. Yalnız bu halda haqqında olan cinayət işinə xitam veriləcəyini və təsis paylarının dəyərinin ödəniləcəyini bildiriblər. Nəhayət təzyiqlər qarşısında qalan İddiaçı belə müqavilə bağlamağa razılaşıb. 100 gündən sonra - sentyabrın 12-si və 15-də həbsxanaya gətirilən notarius İddiaçı "xxxx" mağazalar şəbəkəsindəki 25 %-lik payı üzrə qarşı tərəfin vəkili Məhrət Hüseynliyə etibarnamə verilməsini rəsmiləşdirib. Və həmin pay dərhal 800 min manat müqabilində Cavabdehın sədri Kiçin Əhmədova satılıb. İddiaçı FED.az-a bildirir ki, 2016-cı ildə "xxxx" mağazalar şəbəkəsi «Ernst ənd Yanq» şirkəti tərəfindən qiymətləndirilib və onun bazar dəyərinin 57 milyon manat olduğu açıqlanıb. Bu hesabla İddiaçı malik olduğu 25 %- lik payın bazar dəyəri 14.2 milyon manat təşkil edirdi. Amma onun müqabilində iş adamına şirkətin nizamnamə kapitalının - 3,2 milyon manatın 25 %-i həcmində, yəni 800 min manat ödəniş edilib. Sentyabrın 15-də isə o, Cavabdehın rəhbərliyinin vəd etdiyi kimi doğurdan da azadlığa buraxılıb və evə qayıdıb. FED.az bildirir ki, üstündən ötən müddət ərzində İddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, kredit müqaviləsinin saxta olduğunu rəsmi şəkildə sübut edə bilməyib. Baxmayaraq ki, bank bu dövrdə ona iki kredit müqaviləsi təqdim edib - həbsxanada imzalanan və fərqli. İş adamı sual edir ki, əvvəlki müqavilə (yəni bütün səhifələrində imza olmayan) əsl idisə, necə oldu ki, başqa müqavilə də ortaya çıxdı. Digər tərəfdən sözügedən məbləğin - 5 milyon manatın bankdan götürülməsi ilə bağlı məxaric qəbzi də iki nüsxədədir. Amma iş adamının müraciət etdiyi, əvvəlcə Maliyyə Palatası, o ləğv edildikdən sonra isə Mərkəzi Bank bununla bağlı pozuntu olmadığını bildirərək iş adamına məhkəməyə müraciət etməyi məsləhət görüb. İ.İsmaylov bildirir ki, artıq belə müraciət edilib, iş adamı ölkə rəhbərliyinə də müraciət edərək prosesin ədalətli araşdırılmasına yardım etməyini xahiş edib. Cavabdehın özündən isə hu ittihamları qəbul etmirlər. Bankın hüquqşünası Gültəkin Məmmədova FED.az-a bildirib ki, sözügedən kredit müqaviləsi doğurdan da mövcud olub və bununla bağlı bütün sənədlər, indiyədək İddiaçı şikayət etdiyi qurumlara təqdim edilib. Bank da məhkəməyə müraciət etməyi məsləhət görüb. «Məhkəməyə müraciət etmək hər bir şəxsin, o cümlədən İddiaçı konstitusion hüququdur». Yeri gəlmişkən, hazırda rəsmi məlumata görə, İddiaçı Cavabdeha kredit borcu yoxdur. Amma iş adamı bildirir ki, bu krediti almayıb, ödəməyib, bu müqavilə ona məxsus əmlakın ələ keçirilməsi məqsədi daşıyıb». İlk iddiaçı tərəfindən yayılmış olan həmin məlumatların içərisində Cavabdehın işgüzar nüfuzunu ləkələyən aşağıdakı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır: P.S. Premium Bank tərəfindən adıma imzalarımı saxtalaşdıraraq rəsmiləşdirilmiş ******* manatlıq kredit haqqındakı müraciətimə cavabınızı nəzərinizə çatdırıram, bu «problemadan» xəbərinizin olmadığını düşünərək. P.S.S. Vergi ödəyicisi olmayan vətəndaşa, heç bir girovsuz, təminatsız, illik 5 % lə 5 milyon manat kredit verilmir, verilə bilməz! Hələ saxta müqavilədə yazıldığı kimi dövriyyə vəsaitlərinin artırılması təyinatı ilə heç verilməz!!! "xxxx"ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar». Azərbaycanın aparıcı banklarından olan Cavabdeh (keçmiş «SW Bank») rəhbərliyinin adı böyük biznes qalmaqalda hallanır. FED.az xəbər verir ki, ölkənin ən böyük kosmetika mağazaları şəbəkəsi olan "xxxx" MMC-nin qurucusu və keçmiş sahibi İddiaçı, bisnesinin onun əlindən məcburən alındığını bəyan edərək, bu işdə «Premium» bankın rəhbərliyini ittiham edib. İddiaçı bildirir ki, 2015-ci ildən başlayaraq ona şirkətdəki qalan payını da satmaq üçün təzyiqlər başlayıb. Belə ki, həmin il İddiaçı 2013-cü ildəki müqavilə əsasında Cavabdeha olan krediti ilə bağlı şərtlər bank rəhbərliyi tərəfindən dəyişdirilib. Qeyd edək ki, həmin kreditin yeni bank sahibi tərəfindən dəyişdirilən şərtlərinə əsasən İddiaçı "xxxx" şəbəkəsindəki 50 %-lik payının yarısını, yəni 25 %-ni girov qoyub. Bank rəhbərliyi iş adamının manatla olan kreditini dollara çevirib və qrafikini da azaldıb, yəni iş adamından kredit hər ay böyük məbləğ (təqribən 250 min dollar) olmaqla 10 ay ərzində ödənilməsi tələb edib. Nəticədə İddiaçı təzyiqlər səbəbindən şirkətdəki payının 25 %-ni banka, yəni qarşı tərəfə dövr etməyə məcbur olub. Amma "xxxx"ın iş adamından alınma prosesinin ən dramatik mərhələsi sonuncu 25 %-lə bağlı olub. İddiaçı bildirib ki, bu hissəni ondan almaq üçün bank onun adına heç vaxt görmədiyi 5 milyon manat məbləğində saxta kredit rəsmiləşdirib. İş adamının FED.az-a təqdim etdiyi sənədlərə əsasən saxta kredit müqaviləsi (yeri gəlmişkən Cavabdeh bu kredit müqaviləsinin həqiqi olduğunu bildirir- bu barədə bir qədər sonra) 2017-ci ilin 3 fevral tarixində tərtib edilib. Həmin müqaviləyə görə İddiaçı Cavabdehdan guya 5 milyon manat kredit alıb və bu məbləği elə həmin gün bankdan götürüb. İddiaçı belə kreditin olduğundan 31 may 2017-ci il tarixində xəbər tutub. Yalnız may ayında - 31 may 2017-ci ildə Kredit Reyestrinə müraciət etdikdə onun banka 5 milyon manat borcunun olduğu və kreditin guya fevralın 3də rəsmiləşdirildiyi ortaya çıxıb. İddiaçı FED.az-a bildirir ki, kredit götürmək üçün banka müraciət etməyib, ərizə yazmayıb və bu vəsaiti götürməyib. Kredit aldığını sübut etmək üçün o, bankdan bu sənədləri, o cümlədən pulun kassadan alındığı barədə videogörüntüləri tələb edib. Maliyyə Bazarlarına Nəzarət Palatasına edilmiş sorğuya cavab olaraq bu kredit müqaviləsini əldə etdikdə məlum olub ki, onun bütün səhifələrində iş adamının imzası yoxdur, imza olan axırıncı səhifə isə İddiaçı əvvəllər götürdüyü kreditlərin müqaviləsi əsasında hazırlanıb. 5 milyon manatın götürüldüyünü təsdiq etməli olan məxaric qəbzindəki imzanın saxta olduğunu görüb və Prokurorluğa ərizə ilə müraciət edib. İddiaçı FED-az-a bildirir ki, ona təzyiqlər həbsdə olduğu müddətdə davam edib, qarşı tərəf Cavabdehın o vaxt idarə heyətinin sədri olan Elçin Əhmədovun şəxsində ondan "xxxx"dakı 25 %-lik payından və 100 %-lik sahiblik haqqı İddiaçı məxsus olan «İDEAL Parfumery & Cosmctics» əmtəə nişanından imtina etmək tələb edilib. İş adamı bildirib ki, həbsxanada olanda ona təzyiq, hədə-qorxu altında, ailəsini və özünü təhdid edərək köhnə tarixli 03 fevral 2017-ci il tarixli kredit müqaviləsini imzalatdırıblar. Yalnız bu halda haqqında olan cinayət işinə xitam veriləcəyini və təsis paylarının dəyərinin ödəniləcəyini bildiriblər. Nəhayət təzyiqlər qarşısında qalan İddiaçı belə müqavilə bağlamağa razılaşıb. FED.az bildirir ki, üstündən ötən müddət ərzində İddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, kredit müqaviləsinin saxta olduğunu rəsmi şəkildə sübut edə bilməyib. Baxmayaraq ki, bank bu dövrdə ona iki kredit müqaviləsi təqdim edib həbsxanada imzalanan və fərqli. İş adamı sual edir ki, əvvəlki müqavilə (yəni bütün səhifələrində imza olmayan) əsl idisə, necə oldu ki, başqa müqavilə də ortaya çıxdı. Digər tərəfdən sözügedən məbləğin - 5 milyon manatın bankdan götürülməsi ilə bağlı məxaric qəbzi də iki nüsxədədir. Yeri gəlmişkən, hazırda rəsmi məlumata görə, İddiaçı Cavabdeha kredit borcu yoxdur. Amma iş adamı bildirir ki, bu krediti almayıb, ödəməyib, bu müqavilə ona məxsus əmlakın ələ keçirilməsi məqsədi daşıyıb». Qeyd edilən məlumatlarda ilk iddiaçı tərəfindən Cavabdeh barəsində yayılmış məlumatlar həqiqətə uyğun deyil və yalan məlumatlardır. Yalan və həqiqətə uyğun olmayan həmin məlumatların yayılması nəticəsində isə Cavabdehın işgüzar nüfuzuna olduqca mühüm zərər vurulmuşdur. Göründüyü kimi ilk iddiaçı qanunvericiliklə yol verilməməsinə baxmayaraq, yalan olduğunu bilə-bilə Cavabdeh ASC barəsində həqiqətə uyğun olmayan məlumatları kütləvi olaraq yaymış, bunun nəticəsində isə Cavabdehın işgüzar nüfuzunu ləkələmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(005)- 1970/2020 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə ilkin iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin iddianın təmin edilməməsi hissəsində qətnamə qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, mübahisələndirilən 4 vərəqdən ibarət müqavilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ona 19.11.2019-cu il tarixdə göndərilmişdir, bu müqaviləni rəsmi olaraq aldıqdan sonra mövcud olmasını dəqiq bilmişdir. Məhkəmə iddia müddətinin ötürülməsi qənaətinə gəlmiş olsa da, iddianı araşdırmalı, işin faktiki hallarını qiymətləndirməli idi. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ona təqdim edilmiş müqavilə, məxaric qəbzinin ekspertizaya göndərilməsini xahiş etsə də, vəsatəti təmin edilməmişdir. Cavabdeh ASC apelyasiya şikayətində qətnamənin qismən, qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, ilk iddiaçı qarşılıqlı iddia tələblərindən biri olaraq təkzib edilməsi tələb olunan məlumatları yaydığını təkzib etmir, yəni, məlumatın yayılmış olduğu məhkəmə tərəfindən müəyyən olunmuşdur. Təkzib olunması tələb edilən məlumatların kütləvi şəkildə yayıldığı ilk iddiaçı tərəfindən təkzib olunmamış, həmin məlumatlara əsaslanan ilk iddia əsassız olduğundan təmin edilməmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi-vəkili ASC-nin apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 03 fevral 2017-ci il tarixli 010/BV-KM-0017 nömrəli kredit müqaviləsinə əsasən “X14” ASC-nin İdarə idarə Heyətinin sədri X6 şəxsində bir tərəfdən və gələcəkdə «Borcalan» adlandırılacaq İddiaçı şəxsində digər tərəfdən aşağıdakılar barədə bu Müqaviləni bağlamışlar: 1.1. “Bank” hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə Borcalana ******* (beş milyon) manat məbləğində kredit verir, Borcalan isə hazırkı müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. 1.2. Kredit dövriyyə vəsaitinin artırılması üçün verilir. 1.3. Hazırkı müqavilənin 1.1. bəndinə göstərilən kredit “03” fevral 2018-ci il tarixə qədər verilir. İş materiallarında olan 03 fevral 2017-ci il tarixli kassa məxaric orderinin surətinə əsasən, İddiaçı ******* (beş milyon) manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan 18 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) vətəndaş İddiaçı müraciəti daxil olmuşdur. Vətəndaş İddiaçı zəruri sənədlərin bank tərəfindən ona təqdim edilməsini və müraciətinin rəsmi cavablandırılmasını bildirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaş İddiaçı müraciətində tələb olunan sənədlərin 5 gün ərzində ona təqdim edilməsi və nəticəsi barədə Palataya məlumat verilməsi tələb olunur. Eyni zamanda vətəndaş müraciətlərinin cavablandırılması zamanı qanunvericiliyin tələblərinin nəzərə alınması xahiş olunur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İddiaçı ünvanlanmış 19 noyabr 2019-cu il tarixli məktubunda göstərilmişdir: «Sizin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) daxil olmuş müraciətinizə Palatada baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ ilə bağlı "xxxx" ASC (bank) tərəfindən təqdim edilmiş məlumata əsasən bankla Sizin aranızda imzalanmış 17 avqust 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Sizə 1367 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən bildiririk ki, bankın rəsmi iş qrafikinə uyğun olaraq banka müraciət edib müraciətinizdə qeyd edilən təsdiqedici sənədləri əldə edə bilərsiniz. Xahiş edirik, nəzərə alasınız.» Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İddiaçı ünvanlanmış 03 iyul 2017-ci il tarixli məktubunda göstərilmişdir: «Sizin müraciətinizə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) aidiyyatı hissədə baxılmışdır. “X14” ASC-dən (bank) təqdim edilən sənədlərə əsasən bank tərəfindən Sizə 010/BV-KM-0017 saylı 03.02.2017-ci il tarixli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 8 % olmaqla 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Bankın məlumatına əsasən həmin müqavilənin şərtləri Sizinlə razılaşdırılaraq imzanızla təsdiqlənmiş və qeyd olunan kredit məbləği tərəfinizdən imzalanmış 03.02.2017-ci il tarixli kassa məxaric orderi əsasında bankın kassasından məxaric edilmişdir. Həmin müqavilədə və kassa məxaric orderində göstərilmiş imzanın Sizə aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada məhkəməyə müraciət edə bilərsiniz. Xahiş edirik, nəzərə alasınız.» Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanlanmış 06 aprel 2020-ci il tarixli məktubunda göstərilmişdir: «Sizin Cavabdeh ASC ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ Cavabdeh ASC ilə birgə araşdırılmış və bank tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, sizinlə bank arasında bağlanmış 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinə əsasən sizə illik faiz dərəcəsi 8% olmaqla 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Tərəfinizdən imzalanmış 25.09.2017-ci il tarixli xəzinə mədaxil orderinə əsasən sözügedən kredit müqaviləsi üzrə borc öhdəliyi tərəfinizdən tam şəkildə icra edilmiş və hazırda bank qarşısında hər hansı borc öhdəliyiniz mövcud deyildir. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd olunan məsələlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığınız şikayətlərə Baş idarə tərəfindən baxılaraq müvafiq araşdırma aparılmış, həmin müraciətlərə göstərilən xüsusatlar öz təsdiqini tapmamış və heç bir qanun pozuntusu aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan həmin kredit müqaviləsində və xəzinə məxaric orderindəki imzanın sizə aid olubolmamasının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilərsiniz.» Cavabdeh ASC-nin 25 oktyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı zəruri sənədlərin bank tərəfindən ona təqdim edilməsi haqqında məktubunuza baxılmışdır. Bildiririk ki, məktubda qeyd olunan 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinə aid sənədlər 054/X-17 saylı, 22.06.2017-ci il tarixli məktubla Palataya təqdim edilmişdir. Həmin kredit üzrə müştəri öhdəliklərini tam icra etmiş, Banka heç bir borcu qalmamış və bu barədə müştəriyə rəsmi Arayış verilmişdir. Müştəri Bankın rəsmi iş qrafikinə uyğun olaraq müraciət edib bank hesabına dair təsdiqedici sənədləri əldə edə bilər. Azərbaycan Respublikası Penitensiar Xidmətin 25 sentyabr 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı müalicə müəssisəsində saxlanıldığı müddətdə 05.09.2017-ci il tarixdə saat 16:37-dən 17:57-dək, 12.09.2017-ci il tarixdə saat 13:03-dən 17:44-dək vətəndaş X9 ilə, 12.09.2017-ci il tarixdə saat 14:50-dən 17:44-dək vətəndaş X4 ilə və 12.09.2017-ci il tarixdə saat 17:30-dan 17:41-dək 17 saylı Notariat ofisinin notariusu X3 ilə qısamüddətli görüşdə olmuşlar. İddiaçı 14.09.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, "xxxx" MMC-dəki 25 faiz payının alqı-satqısından ona verilməli olan pul vəsaiti etibarnamə üzrə nümayəndəsi tərəfindən ailə üzvlərinə verilmişdir. Gələcəkdə bu barədə heç bir iddiası və ya tələbi olmayacaq. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-540/2017 saylı, 15.09.2017-ci il tarixli həbs qətimkan tədbirinin ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilməsi haqqında qərarına əsasən, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı ilə “X13” ASC arasında bağlanmış 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinə əsasən İddiaçı illik faiz dərəcəsi 8% olmaqla 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh ASC-nin 25 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, 25.09.2017-ci il tarixli xəzinə mədaxil orderinə əsasən sözügedən kredit müqaviləsi üzrə borc öhdəliyi İddiaçı tərəfindən tam şəkildə icra edilmiş və hazırda bank qarşısında hər hansı borc öhdəliyi yoxdur. İddiaçı 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsini həbsdə olduğu müddətdə cavabdeh tərəfin nümayəndələri tərəfindən edilmiş hədə-qorxu nəticəsində imzaladığını, həmin müqavilənin iki ayrı-ayrı nüsxələrinin olduğunu (bunlardan biri imzasının saxtalaşdırılması ilə olan Maliyyə bazarlarına Nəzarət Palatasında olan 4 vərəqli, yalnız sonuncu vərəqində imzasının skan üsulu ilə saxtalaşdırılmaqla əks olunduğu kredit müqaviləsi və eyni müqaviləyə əlavə olunan yenə də imzasının saxtalaşdırıldığı xəzinə məxaric orderidir, digəri isə ona cəzaçəkmə müəssisəsində 12.09.2017-ci il tarixdə imzalatdırılan və bütün vərəqlərində imzasının olduğu 3 vərəqdən ibarət kredit müqaviləsi və ona aid kassa məxaric orderi və ödəniş cədvəlidir), müqavilə üzrə ******* manat məbləğində kreditin onun tərəfindən götürülmədiyini və həmin məbləğdə borcun onun tərəfindən ödənilmədiyini iddia edir, bu səbəbdən də “X13” ASC ilə onun arasında rəsmiləşdirilmiş 03 fevral 2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, ilk İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin hüquqi varisi olduğu “X13” ASC ilə onun adına rəsmiləşdirilmiş 03 fevral 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsindən və mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, ilk iddiaçı tərəfindən etibarsız hesab edilməsi məhkəmədən xahiş edilən 03.02.2017-ci il tarixli kredit müqaviləsi, müqavilədə göstərilən tarixdə yəni 03.02.2017-ci ildə bağlanmışdır. Müqavilədən də göründüyü kimi, həmin müqavilənin digər tərəfi məhz ilk iddiaçının özüdür. Lakin ilk iddiaçı iddia ərizəsində həmin müqaviləni 03.02.2017-ci il tarixdə deyil, 12.09.2017-ci il tarixdə həbsxanada olarkən imzaladığını bildirir. İlk iddiaçı iddia ərizəsində qeyd edir ki, buna qədər eyni tarixli, eyni saylı başqa bir kredit müqaviləsi də imzalanmışdır, lakin həmin müqavilədəki imza ona məxsus deyildir. Məhz bu əsasla da ilk iddiaçı onunla Cavabdeh ASC-nin hüquqi varisi olduğu “X13” ASC arasında bağlanmış 03.02.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, ilk iddiaçının göstərdiklərindən belə məlum olur ki, guya o mübahisələndirdiyi əqdin mövcudluğundan onun bağlandığı 03 fevral 2017-ci il tarixdən deyil, 12 sentyabr 2017-ci il tarixdən xəbərdar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məcəllənin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, ilk iddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir, belə ki, ilkin iddia üzrə iddiaçı iddia edir ki, mübahisəli kredit müqaviləsini həbsdə olduğu müddətdə hədə-qorxu nəticəsində imzalamışdır. İş materiallarından göründüyü kimi, ilkin iddia üzrə İddiaçı mübahisəli kredit müqaviləsindən (MBNP-nın 03.07.2017-ci il tarixli məktubu) 2017-ci ildən məlumatı olsa da həmin müqaviləni yalnız 07.05.2020-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Bakı Apelyasiya Məhkəməsi tərəfindən kompleks sənədlərin texniki və məhkəməxətşünaslıq ekspertizaları təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.06.2021-ci il tarixli 5/392 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş “Windows” əməliyyat sistemi ilə təchiz olunmuş “HP Spectre Pro G12 markalı “8260D2W” modelli “notebook” tipli komputer hal-hazırda işlək vəziyyətdədir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təqdim edilmiş “HP Spectre Pro G12 markalı “8260D2W” modelli “notebook” tipli komputerin yaddaşında olan mövcud olan “X8” təminatında quraşdırılmış mailto:ismayılov.i@ideal.azElektron ünvan 1 adlı elektron poçtun “Gələnlər qutusu” bölməsində mövcud olan məktublara ekspert tərəfindən baxış zamanı 3 iyul 2017-ci il saat 16:13 (4:13 PM)-da mailto:info@fmsa.azElektron ünvan 2 ünvanından daxil olmuş məktub (Maliyyə Bazarlarına Nəzarət Palatası) və həmin məktuba əlavə olunmuş daxilində 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsi və kassa məxaric orderi olan “PDF” formatlı fayl müəyyən olundu (akt rəyə əlavə olunur). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.07.2021-ci il tarixli 4/694 nömrəli rəyində göstərilmişdir, ekspertizaya təqdim edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İddiaçı elektron poçt ünvanına göndərilmiş məktuba qoşma olaraq əlavə olunan 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 nömrəli kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafasından aşağıda yerləşən “İddiaçı” yazılanın altında əks olunmuş imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İddiaçı elektron poçt ünvanına göndərilmiş məktuba qoşma olaraq əlavə olunan 03.02.2017-ci il tarixli kassa məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində isə qeyd edilmişdir ki, müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan imzanın İddiaçı tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Məhkəmə Kollegiyası 08.07.2021-ci il tarixli 4/694 nömrəli ekspert rəyindəki ziddiyyətə aydınlıq gətirərək qeyd edir ki, 03.02.2017-ci il tarixli kassa məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş imzanın İddiaçı və ya başqa şəxs tərəfindən icra olunması ilə bağlı ekspert tədqiqatın əsaslandırıcı hissəsində də ekspert həmin imzanın İddiaçı tərəfindən icra olunmaması barədə gəldiyi nəticəni əsaslandırmış, lakin əsaslandırıcı hissəsinin sonuncu cümləsində «müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan imzanın İddiaçı tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir» kimi gəlinmiş nəticəyə zidd fikir bildirmişdir. Kollegiya hesab edir ki, göstərilən qüsur texniki yalnışlıq nəticəsində baş vermişdir, çünki rəyin həm tədqiqat, həm də nəticə hissəsindən aydın şəkildə müəyyən olunur ki, ekspertin gəldiyi nəticə ondan ibarətdir ki, həmin sənəddəki (kserosurətindəki) imza İddiaçı tərəfindən icra olunmamışdır. Bankın nümayəndəsi bildirdi ki, ekspertiza tədqiqatına 03.02.2017-ci il tarixli kredit müqaviləsi və kassa məxaric orderinin əsli yox, kserosurətləri təqdim olunmuşdur və belə vəziyyətdə verilmiş rəy ümumilikdə obyektivlikdən uzaqdır. Digər tərəfdən isə ilkindən olaraq onlar iddiaçı ilə yalnız bir müqavilə rəsmiləşdirildiyini, kserosurət olan müqavilədən isə bankın məlumatı olmadığını bildirmişlər. Kollegiya hesab edir ki, 03.02.2017-ci il tarixli kassa məxaric orderinin kserosurətindəki imzanın İddiaçı məxsus olub-olmamasının hazırki işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı 03.02.2017-ci il tarixdə onunla adıçəkilən kredit müqaviləsi rəsmiləşdirilmədiyini, həmin müqavilənin və aidiyyəti sənədlərin ona 12.09.2017-ci ildə cəzaçəkmə müəssisəsində təqdim olunaraq imzalatdırıldığını bildirir və bunu ona göstərilən təzyiq, hədə-qorxu nəticəsində etməsi ilə əsaslandırır. Belə olan halda İddiaçı Mülki Məcəllənin 339.4 və 354.2-ci maddələrinə əsasən əqdin məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində bağlanması əsası ilə bir il müddətində məhkəmədə iddia qaldıra bilərdi. Mübahisə doğura bilməz ki, iddiaçı təzyiqə məruz qaldığını 12.09.2017-ci ildə, yəni özünün də bildirdiyi kimi, müqaviləni və aidiyyəti sənədləri imzaladığı gün bilmiş, 15.09.2017-ci ildə isə ev dustaqlığına buraxılmışdır. Lakin hazırki iddia məhkəməyə 07.05.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçı hazırki iddianı bir illik müddəti ötürməklə qaldırmışdır. Qarşılıqlı iddia tələbinə aid hissədə isə məhkəmə belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin işgüzar nüfuzuna xələl gəlməklə iqtisadi və maliyyə vəziyyətində hər hansı itkilərə məruz qalması o cümlədən təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Kollegiya hesab edir ki, məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir, qarşılıqlı iddia üzrə iddiaçı tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə ilkin və qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1970/2020 saylı iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 191,65 (138+53,65) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3001/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3001/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver