Məhkəmə qərarları › İş №2(103)-3005/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3005/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3005/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4579/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 116LN.2102.180315. 00001 saylı kredit müqaviləsi üzrə 10.810,05 ABŞ dolları əsas, 2.986,28 ABŞ dolları faiz və 12,29 ABŞ dolları cərimə olmaqla, cəmi 13.808,62 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4579/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10.810,05 ABŞ dolları əsas borc, 2.917,20 ABŞ dolları faiz borcu və 12,29 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.739,54 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, idddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manatın 60 (altmış) manatının İddiaçı ASC-dən, 60 (altmış) manatının isə cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnaməni qismən, iddia tələbinin təmin edilmiş hissədə ləğv edərək, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun məbləği ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən kredit müqaviləsi, ona əlavə edilmiş 2 saylı əlavə razılığın şərtləri nəzərə alınmaqla Cavabdeh1 10810.05 ABŞ dolları əsas, 2917.20 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Bundan əlavə, maliyyə arayışında göstərilən məbləğlər bank tərəfindən şişirdilmiş, eyni zamanda ekspert rəyi də, işin həqiqi hallarına uyğun deyil. Cavabdeh tərəfindən edilmiş ödənişlər tam şəkildə hesablanmamış, buna əsasən çox yüksək məbləğdə əsas və faiz borcunun ondan tutulması qət edilmişdir. Bankın maliyyə arayışı tam şəkildə ekspertiza rəyinə köçürülmüş, eyni zamanda zaminlərə münasibətdə tələbetmə müddətinin ötürülüb-ötürülməməsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin kredit məbləğinin tutulması və Cavabdeh1 aid hissədə yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, xx xxxx 2015-ci il tarixli, 116LN.2102.180315.00001 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 26 faiz olmaqla, 35 ay müddətinə 14.500 ABŞ dolları məbləğində kredit verilmişdir. 116LN.2102.180315.00001 nömrəli kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli 2 nömrəli əlavə razılığa əsasən borc alan istifadə etdiyi kreditə görə kreditora illik 17.42 faiz ödəyir. Birinci ödəniş xx xxxx 2016cı il, sonuncu ödəniş isə xx xxxxxx 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 29422 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, maliyyə arayışı və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 116LN.2102.180315.00001 nömrəli kredit müqaviləsinin və ona əlavə bağlanmış 2 saylı razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 10.810,05 ABŞ dolları, faiz borcu üzrə 2.917,20 ABŞ dolları olaraq müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445 və 448.1-ci maddələrini tətbiq etməklə, belə qənaətə gəlmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, kredit müqaviləsinin qüvvədə olan müddətə hesablanmış və ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Cavabdeh apelyasiya şikayətində maliyyə arayışında göstərilən məbləğlərin bank tərəfindən şişirdildiyini, ekspert rəyinin işin həqiqi hallarına uyğun olmamasını, cavabdeh tərəfindən edilmiş ödənişlərin tam şəkildə hesablanmamasını və buna əsasən ondan çox yüksək məbləğdə əsas və faiz borcunun tutulmasının qət edildiyini, eyni zamanda zaminlərə münasibətdə tələbetmə müddətinin ötürülüb-ötürülməməsinin məhkəmə tərəfindən nəzərə alınmamasını mübahisələndirir. Qeyd edilməlidir ki, cavabdeh maliyyə arayışında göstərilən məbləğlərin bank tərəfindən şişirdildiyini, cavabdeh tərəfindən edilmiş ödənişlərin tam şəkildə hesablanma-ma-sını və buna əsasən ondan çox yüksək məbləğdə əsas və faiz borcunun ondan tutulmasını və ekspert rəyinin işin həqiqi hallarına uyğun olmamasını iddia etsə də, apelyasiya məhkəməsinə bununla bağlı hər-hansı bir sübut təqdim edə bilməmişdir. Bundan əlavə apelyasiya şikayətinin dəlillərində zaminlərə münasibətdə tələbetmə müddətinin ötürülüb-ötürülməməsi məsələsi mübahisələndirilsə də, kollegiya qeyd edir ki, digər cavabdehlər (zaminlər) apelyasiya şikayəti vermədiklərindən, MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə zaminlərə münasibətdə yoxlanıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı barədə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4579/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi kredit məbləğinin tutulması və Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar