Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3005/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil3, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2173/2021 saylı işi üzrə 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə 28156 manat əsas məbləğ,həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 1760 manatdan, iki il üçün 3520 manat faiz məbləği və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 31706 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkili Vəkil1 07.05.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə iddianın dəyişdirlməsi barədə ərizə təqdim edərək Cavabdeh İddiaçı xeyrinə 12928 avro (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla) və məhkəmədə iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2173/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 12928 avro məbləğində əsas borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)- 2173/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıqla razılığa gəldiklərini, hazırki və digər iş üzrə iddialarından imtina etdikləri barədə məhkəmədənkənar saziş imzaladıqlarını bəyan etmiş və hazırki iş üzrə iddiadan imtina edildiyinə dair iddiaçı ərizə təqdim etmiş, cavabdeh isə buna etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməli, Mülki Prosesual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə mübahisəyə son qoyaraq işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384.0.5, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2173/2021 nömrəli iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3005/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3005/2022
04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver