Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3008/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2333/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3413.79 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3443.79 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında akt, İddiaçı tərəfindən tərtib olunan abonentin saldosu, MSK- 29/1710-0960-3 saylı akt sübut qismində təqdim edilmişdir (iş.səh.19-22). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2333/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 908.3 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7-ci bəndlərinə; «X3»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə; Azərbaycan Respublikasının MPM-nin 77, 119; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 443.1, 448-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə və ya qaz sayğacına qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Cavabdeh təbii qazdan istifadə etməsi ilə əlaqədar yaranan 1208.60 manat məbləğində borcu olmuş, həmin borcdan 300.30 manat tutulma edilmiş, abonent qalan 908.3 manat borcunu ödəməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2333/2020 saylı qətnaməsinin təmin olunmamış hissəsini ləğv edib, Birliyin iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edərək apellyasiya şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1, 385, 425, 442,445, 448-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsənin 217, 372, 385-ci maddələrinə; Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx xxxx 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində AK-2/5090 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1002AQ**********5 zavod nömrəli qaz sayğacı xx.xx.2017-ci il tarixdə çıxarılaraq xx.xx.2017-ci il tarixdə İTRON tipli SMART G-4 markalı 1702AZ**********79 zavod nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın tələblərini pozmuşdur. İddiaçı İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. 1)Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1002AQ**********5 zavod nömrəli qaz sayğacında müdaxilə faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yenisi ilə əvəzlənmiş, daha sonra qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. 29/1710-0960-3 nömrəli laboratoriya rəyinə əsasən İTRON markalı, G-4 tipli, 1002AQ**********5 zavod nömrəli qaz sayğacının “kənar təsir nəticəsində plastmas borusunun deşildiyi» müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbi qazın dəyəri hesablanaraq 2505,60 manat məbləğində müəyyən olunmuşdur. Müəyyən olunmuş həmin məbləğ 2018-ci ilin noyabr ayında 3E ödəniş proqramına (GASREP'ə) köçürülmüşdür, (sözügedən akt iddia ərizəsinə əlavə edilir). 2)3E ödəniş proqramına (GASREP'ə) nəzərə salsaq onu da müşahidə etmiş olarıq ki, abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 1208,60 azn məbləğində borcu olmuşdur, istehlakçı tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar üzrə bugünki gün üçün cavabdehin İddiaçı İB-yə 2202,42 manat məbləğində qalıq borcu qalmaqdadır. (1208,60+2505,60=3714.20-300.30=3413,79) Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, AKX-00245xx/xx-2018 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icrahatının hədləri baxımından kollegiya yolverilməz hesab edir, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və əsaslı tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 384, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2333/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3008/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3008/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver