Məhkəmə qərarları › İş №2(103)-301/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-301/2025

06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-301/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı işi üzrə Açar sözlər: (“maddi ziyanın ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2212/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Cavabdeh MTK-ya və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ona dəymiş maddi ziyanın əvəzi olaraq 7600 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 96 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022–ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Cavabdeh MTK-dan ünvan 1 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzili almışdır. Müqaviləyə əsasən mənzilin dəyəri ƏDV daxil 171993 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi edilmiş, qalan 88000 manat məbləğ isə Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış xx.xx.2022–ci il tarixli AVP–126 saylı kredit müqaviləsinə əsasən kreditə götürülmüşdür. Ödənişlər edildikdən və mənzilin dəyəri ödənildikdən sonra ƏDV–nin geri ödənilməsi ilə bağlı müraciət edən zaman ona bu haqda məlumat veriləcəyi bildirilmişdir. Yanvar–fevral aylarında yenidən müraciət zamanı yenə gözləməyi bildirdilər. Belə ki, verilən məlumata əsasən elektron qeydiyyatla bağlı portal açılacağı və ƏDV–nin geri alınmasının onlayn qaydada həyata keçiriləcəyi məlumat verilmişdir. 2023–cü il Novruz bayramından sonra ƏDV–nin geri ödənilməsi ilə bağlı təkrar müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidmətindən imtina verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022–ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri–yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı qeyd etmişdir ki, sözügedən portalın istifadəyə verilməsi yaxın aylarda baş vermişdir. Bu halda müddətin ötürülməsi nəzərə alınmamalıdır. Vergi orqanın müvafiq sistemin qurulması mart–aprel aylarına təsadüf edir. Tikinti şirkətinin bildirdiyinə görə mənzilin ödənişi ilə bağlı elektron qaimələr istifadə olunmamış, pul tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. Mədaxil qəbzi barədə məlumatlar: Nömrə: BPM**********98 Müştərinin adı: AVANT Group Hesab: ******************** Məbləğ: 83993 AZN Mən ƏDV-nin geri alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə müraciət etsə də, müəyyən edilmiş 90 günlük müddətin ötürülməsi əsası ilə müraciətindən imtina edilmişdir. Hesab edir ki, Cavabdeh MTK elektron qaiməni ona təqdim etmədiyinə görə o, ƏDV-ni geri ala bilməmiş və bu səbəbdən də ona maddi ziyan dəymişdir. Hesab edir ki, ƏDV–nin ona ödənilməməsi üçün cavabdehlə maraqlı şəxsin arasında olan istər elektron portalın yaradılması, istərsə də digər bir səbəbin olması vətəndaş olaraq ona heç bir aidiyyəti olmamışdır.

2. Cavabdeh MTK məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı X3 Cavabdeh MTK-ya qarşı maddi ziyan tələbinə dair iddiası əsassızdır. İddia tələbi üzrə Cavabdeh MTK iddiaçı ilə rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli Payçı Müqaviləsi üzrə iddiaçı cavabdehin hesabına köçürdüyü 171993 manat məbləğin yekun ƏDV məbləğinin güzəşt hissəsinin cavabdehdən birdəfəlik alınması tələb olunur. Halbuki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na (bundan sonra “Qayda” adlanacaq) dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışından ƏDV məbləği “Operator” kimi tanınan AR Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilməlidir. Yəni Qayda üzrə ƏDV məbləği AR Dövlət Vergi Xidməti tərəfindən alıcı vətəndaşa ƏDV məbləğinin 30%-ni qaytarır. Bu səbəbdən Qayda üzrə tərəflər vətəndaş və AR Dövlət Vergi Xidməti olduğu kimi mübahisələndirilmiş məhkəmə işi üzrə də AR İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən iddiaçı vətəndaş İddiaçı olduğu təqdirdə cavabdeh AR Dövlət Vergi Xidməti olmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən inzibati mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir”. Həmin Məcəllənin 2.2.2-ci maddəsi üzrə “inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)” inzibati məhkəmə icraatı qaydası müəyyən edilmişdir. İddia ərizəsində AR Mülki Məcəlləsinin 16-cı maddəsinə istinad edilməklə, qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Halbuki, Cavabdeh MTK ekoloji sağlam “AVANT PARK” Yaşayış Kompleksini qapalı həyəti ilə birgə tam təhlükəsiz şəkildə nəinki İddiaçı, həmçinin Yaşayış Kompleksinin bütün sakinlərinə təqdim edir. Cavabdeh MTK niyyəti yalnız və yalnız müştəri məmnuniyyətinin qazanılmasıdır ki, bütün müştəri sakinləri qarşısında öz üzərinə düşən öhdəliklərini yerinə yetirməkdədir. Qayda üzrə ƏDV məbləğinin geri qaytarılması isə yuxarıda qeyd edildiyi kimi birbaşa AR Dövlət Vergi Xidmətinin öhdəliyidir. Nə ziyan vurmaq, nə də ki hüquqlarından sui-istifadə etmədikləri üçün istinad edilmiş maddi hüquq normasına birmənalı etirazını bildirmişlər. Ümumiyyətlə, Qayda qəbul olunub, qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçən dövrdə alıcı müştərilərin elektron kabineti yaradılmadığı üçün tərəfindən iddiaçıya e-qaimə göndərilməsi mümkün olmamışdır. Buna baxmayaraq iddiaçı tərəfindən ödənilən ƏDV daxil 171993 (bir yüz iki min iki yüz doxsan beş) manat məbləğin 26236,22 (iyirmi altı min iki yüz otuz altı) manat 22 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi tərəfindən Dövlət Vergi Xidmətinə ödənilmişdir. Anoloji qaydada Yasamal Rayon Məhkəməsində cavabdeh olaraq Cavabdeh MTK-ya qarşı iddiaçı X1 iddia tələbi rədd edilmiş, xx.xx.2023-cü il tarixində qəbul edilmiş 2(004)-2613/2023 saylı qətnamədən iddiaçı şikayət verməmiş, məhkəmənin yekun aktı formalaşmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyan tələbinin heç bir hüquqi əsası olmadığı və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2212/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası" nın 5.1.2-ci bəndinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hazırda İddiaçı 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən mənzilin dəyəri olaraq ödənilən 83993 manatın "xxxx" Group MTK-ya ödənilmiş ƏDV məbləğinin, cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, hazırki ƏDV məbləği cavabdeh qismində göstərilən "xxxx" Group MTK tərəfindən deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumatlar əsasında Maliyyə nazirliyi tərəfindən geri qaytarılmalıdır. İşin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV-nin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddia tələbi tərəfindən düzgün irəli sürülməmiş, yəni müraciət üçün buraxılmış müddətin üzürlü hesab edilərək, inzibati orqanın üzərinə məlumatların ötürülməsi vəzifəsinin qoyulması tələbi əvəzinə, həmin məbləğin cavabdeh qurumdan tutularaq ona ödənilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Halbuki, müvafiq inzibati orqan pulun ödənilməsini həyata keçirmədiyi üçün, həmin pul məbləği də, ondan tutula bilməzdi. Bundan başqa, iddiaçı özü də, idda ərizəsində tərəfindən 2023–cü il mart ayında ƏDV–nin geri ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətində müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidməti tərəfindən ona imtina verildiyini, imtina cavabında, Azərbaycan Respublikası Prezidentinin 2022–ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri–yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı isə, sözügedən portalın istifadəyə verilməsinin yaxın aylarda baş verməsinin qeyd edildiyini, bu halda müddətin ötürülməsinin nəzərə alınmamalı olmasına, vergi orqanın müvafiq sistemin qurulmasının mart–aprel aylarına təsadüf etməsinə istinad etmişdir. Göründüyü kimi cavabdeh MTK tərəfindən qaimənin müvafiq sistemə yerləşdirilməsi həmin dövrdə onun imkanları xaricində olmuşdur. Bununla da, məhkəmə hesab etmişdir ki, İddiaçı ƏDV-nin geri qaytarılması tələbi üzrə cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininə qarşı, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ƏDVnin geri qaytarılması üçün məlumatların müvafiq quruma (maliyyə nazırliyinə) ötürülməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı lazımı təkliflər verilsə də, iddiaçı bu təklifi qəbul etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 96,60 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "xxxx" Group MTK ilə İddiaçı arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən tərəflər aralarında razılığa gəlmişlər; - "xxxx" Group MTK-nın 25 oktyabr 2022-ci il tarixli malıyyə arayışından görünür ki, 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən mənzilin pay dəyərinin bir hissəsi – 83993 manat məbləğində ilkin ödəniş şəklində payçı İddiaçı tərəfindən ödənilmişdir; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV-nin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2212/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 88, 217, 106.1, 218.3, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən “Avant Group" MTK-dan ünvan 2 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzili almışam. Müqaviləyə əsasən mənzilin dəyəri ƏDV daxil 171993 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi edilmiş, qalan 88000 manat məbləğ isə Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış xx.xx.2022-ci il tarixli AVP-126 saylı kredit müqaviləsinə əsasən kreditə götürülmüşdür. Ödənişlər edildikdən və mənzilin dəyəri ödənildikdən sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı müraciət edən zaman ona bu haqda məlumat veriləcəyi bildirilmişdir. Yanvar-fevral aylarında yenidən müraciət zamanı yenə gözləməyi bildirdilər. Belə ki, verilən məlumata əsasən elektron qeydiyyatla bağlı portal açılacağı və ƏDV-nin geri alınmasının onlayn qaydada həyata keçiriləcəyi məlumat verilmişdir. 2023-cü il Novruz bayramından sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı təkrar müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidmətindən imtina verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası "nda qeyd olunan 3 aylıq müddət ilə bağlı qeyd edir ki, sözügedən portalın istifadəyə verilməsi yaxın aylarda baş vermişdir. Bu halda müddətin ötürülməsi nəzərə alınmamalıdır. Vergi orqanın müvafiq sistemin qurulması mart-aprel aylarına təsadüf edir. Tikinti şirkətinin bildirdiyinə görə mənzilin ödənişi ilə bağlı elektron qaimələr istifadə olunmamış, pul tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. Mədaxil qəbzi barədə məlumatlar: Nömrə: BPM**********98 Müştərinin adı: A VANT Group Hesab: ******************** Məbləğ: 83993 AZN. O, ƏDV-nin geri alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə müraciət etsə də, müəyyən edilmiş 90 günlük müddətin ötürülməsi əsası ilə müraciətindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh “Avant Group" MTK elektron qaiməni ona təqdim etmədiyinə görə o, ƏDV-ni geri ala bilməmişdir və bu səbəbdən də ona maddi ziyan dəymişdir. O, bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində cavabdeh “Avant Group" MTK-nə qarşı maddi ziyan tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(004)-2212/2024 saylı qətnaməsi ilə iddia qanunsuz olaraq rədd edilmişdir. Belə ki, iddia predmeti maddi ziyan olsa da, məhkəmə iddianın predmetindən tamamilə kənara çıxaraq ƏDV-nin qaytarılması tələbinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə aid olması qənaətinə gələrək iddianı rədd etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qətnamənin məzmununda onun tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV-nin qaytarılması tələbinə dair iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1969/2024 saylı, xx.xx.2024cü il tarixli qərarına istinad etmiş, lakin həmin iddia ilə hazırki iddianın mahiyyətini bir-birindən fərqələndirməyi bacarmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gəlmək üçün isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə əməl etməyərək hər hansı sübutlara əsaslanmamışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin məhkəmə iddianın predmetindən kənara çıxmaqla tamam başqa qənaətə gəlmişdir. Birinci inistansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyil. Belə ki, onun Bakı İnzibati Məhkəməsində qaldırdığı iddiasının mahiyyəti sırf ƏDV-nin qaytarılmasından, hazırki iddiasının mahiyyəti isə cavabdeh tərəfindən elektron qaimənin ona verilməməsi səbəbindən maddi ziyan dəydiyi üçün dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir. Lakin birinci instansiya məhkəməsi iki iddia arasında olan fərqi düzgün təhlil etməməklə yanaşı, iddianın predmetindən kənara çıxmaqla qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə komputer-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2024-cü il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 1. ”Tədqiqat prosesinin təsviri hissəsi”nin 1-ci bəndində göstərilən səbəblərə əsasən ekspert qarşınında qoulmuş “İddiaçı xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Cavabdeh MTK-dan ünvan 3 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzilin alışı ilə əlaqədar ödənilən pul vəsaiti üzrə ƏDV verilməsinin gecikdirilməsi (verilməməsinin), o cümlədən cavabbeh tərəfindən elektron qaimənin iddiaçıya verilməli olması (verilib-verilməməsi), verilməli olduğu təqdirdə verilməməsinin (gecikdirilməsinin) səbəbləri nədən ibarətdir? Sualı üzrə tədqiqat işləri aparılmadı. 2. Rəyin tədqiqat hissədinə göstərilənlərə və ekspert qarşısında qoyulmuş birinci suala müvafiq olaraq bi iddiaçı X4 xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Cavabdeh MTK-dan ünvan 3 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzilin alışı ilə əlaqədar ödənilən pul vəsaiti üzrə ƏDV-nin məbləği 26236,22 manat müəyyən edilir(1719993,00-(171993,00:1,18)= 26236,22. 3. Bundan başqa ekspert qarşısında qoyulmuş üçüncü sualda soruşulanlara müvafiq olaraq bildirilir ki, apellyasiya şikayəti və işin xüsusiyyətlərinə aid cavabdehin və ya üçüncü şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsuliyyətlərinə dair digər zəruri hallar hüquqi xarakter daşıdığından bu məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Aparılmış tədqiqatın dəyəri 50(əlli) manat məbləğində müəyyən edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, Cavabdeh MTK-nın elektron qaiməni iddiaçıya təqdim etmədiyinə görə ikincinin ƏDV-ni geri ala bilmədiyini və bu səbəbdən də ona maddi ziyan dəydiyini bildirməklə, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı əsassız hesab etdiklərini qeyd etməklə, iddiaçının mülki zəmində baxılmalı olan iddia olmadığını, Cavabdeh MTK-nın cavabdeh qismində qoyulmasını düzgün hesab etmədiyini qeyd etməklə, ƏDV məbləğinin alıcıya operator kimi tanınan Dövlət Vergi Xidməti tərəfindən qaytarılmalı olduğunu, MTK tərəfindən elektron qaimənin iddiaçıya verilməməsinin səbəbinin isə Dövlət Vergi Xidmətinin öz öhdəliyini icra etməməsi, müvafiq fərman qəbul edildiyi andan qüvvəyə mindiyindən və tənzimlənmə mexanizmi olmaması, 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına kimi keçən dövrun qaiməsiz dövr olmasından irəli gələrək tərəflərindən iddiaçıya e-qaimə göndərilməsinin mümkün olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Azərbaycan Respublikası Konstitusuyasının 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi; 3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi; 3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir; 3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda yerləşdirir. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən: 153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6. (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarına istinadən işin hallarını nəzərdən keçirirək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Bakı İnzibati məhkəməsinin 2-1(112)-1969/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV-nin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

17. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2023-cü il Novruz bayramından sonra ƏDV–nin geri ödənilməsi ilə bağlı təkrar müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidmətindən imtina verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri–yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı qeyd edir ki, sözügedən portalın istifadəyə verilməsi yaxın aylarda baş vermişdir. Bu halda müddətin ötürülməsi nəzərə alınmamalıdır. Vergi orqanın müvafiq sistemin qurulması mart–aprel aylarına təsadüf edir. Tikinti şirkətinin bildirdiyinə görə mənzilin ödənişi ilə bağlı elektron qaimələr istifadə olunmamış, pul tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. ƏDV-nin geri alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə müraciət etsə də, müəyyən edilmiş 90 günlük müddətin ötürülməsi əsası ilə müraciətindən imtina edilmişdir. Dövlət Vergi Xidməti imtinanın səbəbini müvafiq elektron qaimənin olmaması ilə əsaslandırmışdır və qeyd etmişdir ki, bu məsələ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020 tarixli 969 nömrəli fərmanı və Vergi Məcəlləsinin 165.5–ci maddəsi ilə tənzimlənir.

18. Lakin iddiaçının xx.xx.2022-ci il tarixdə ödəniş edən zaman ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsini, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid elektron məlumat bazasının fəaliyyətinin təşkilinə və idarə edilməsinə dair cavabdehdən asılı olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmiş və ekspertiza vasitəsi ilə cavabdehin mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilməmişdir.

19. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” na əsasən, ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması barədə müraciətə həm də alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və həmin Qaydada qeyd edilən müvafiq məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi əlavə edilməlidir. Həmin bank ödəniş sənədində göstərilməli olan məlumatlardan biri də elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsidir. Həmin elektron qaimə-faktura satıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edilərək vahid elektron məlumat bazasına ötürülür və çap edilərək alıcıya təqdim edilir. Satıcı tərəfindən həmin elektron qaimə-fakturanın müəyyən edilmiş qaydada tərtib edilib vahid elektron məlumat bazasına ötürülməsinə və çap edilib alıcıya təqdim edilməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin etmək vəzifəsini isə sözügedən Qaydaların 2.0.4, 2.0.8, 3.1-ci bəndlərində qeyd edildiyi kimi, operator qismində Dövlət Vergi Xidməti daşıyır.

20. Beləliklə, məhkəmə kollegiyasi belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməli müəyyən edilmir.

21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

22. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Qeyd edilənlərə əsasən və müstəsna olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmalı olan apellyasiya şikayətində qeyd edilən dəlilləri ümumi səciyyə daşımaqla, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir.

23. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxsə, ekspertiza xərci isə iddiaçıya aid edilməlidir.

24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2212/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar