Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-302/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması» tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “əşyaların cavabdehin qanunsuz istifadəsindən alınması və cavabdehin mənzildən çıxarılmaqla mənzildən sərbəst istifadəsinə maneçilik törədilməsinə son qoyulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1593/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraatın təzələnməsi məsələsinə baxaraq, Müəyyən etdi: İş üzrə apellyasiya baxışı zamanı zərurət yarandığından İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması» tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “əşyaların cavabdehin qanunsuz istifadəsindən alınması və cavabdehin mənzildən çıxarılmaqla mənzildən sərbəst istifadəsinə maneçilik törədilməsinə son qoyulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsində İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsızlığının tanınması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6059/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Vahid Sadıqov) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması tələbinə dair” iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əşyaların cavabdehin qanunsuz istifadəsindən alınması və cavabdehin mənzildən çıxarılmaqla mənzildən sərbəst istifadəsinə maneçilik törədilməsinə son qoyulması tələbinə dair” qarşılıqlı iddiası üzrə 2(103)-302/2025 nömrəli mülki iş üzrə icraat hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsızlığının tanınması tələbinə dair” 2(103)-6059/2025 nömrəli mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 257-ci maddəsinə əsasən, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra işdə iştirak edən şəxslərin ərizəsi və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnməli, bir icraatda birləşdirilmiş işə 2(103)- 6059/2025 nömrəsi altında mahiyyəti üzrə baxılması təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 255-257, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki iş üzrə icraat təzələnsin, 2(103)-302/2025 nömrəli mülki işin materialları birləşdirilmiş 2(103)-6059/2025 nömrəli mülki işlə bir icraatda baxılması üçün təqdim edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-302/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-302/2025
15.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver