Məhkəmə qərarları › İş №2(103)-3021/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3021/2020

11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3021/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X5 və X2 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayonMəhkəməsinin 2(005)-3701/2019 saylı, 02dekabr 2019cu iltarixliqətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndan İddiaçı xeyrinə 4217 (dörd min iki yüz on yeddi)manat vəkilə edilmiş kömək üçün 110 (yüz on) manat və dövlət rüsumu olan 30 (otuz) manatcəmi 4357 (dörd min öç yüz əlli yeddi) manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayonMəhkəməsinin 2(005)-3701/2019 saylı, 02dekabr 2019-cu iltarixliqətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, vurulmuş maddi zərərin əvəzi kimi 3419.00 (üç min dörd yüz on doqquz) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3439 (üç min dörd yüz otuz doqquz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, o,özünə məxsus “İsuzu” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X4 vermiş, etibarnamədə qeyd edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Onun maşının Cavabdeh2 verilməsindən, ümumiyyətlə, məlumatı olmamışdır. Məhkəmədə işə baxılarkən əsl cavabdeh Rəhimov İlkin prosesə cəlb edilməmişdir. Hesab edir ki, baş vermiş hadisədə onun heç bir təqsiri olmadığından vurulmuş zərər ondan tutula bilməz. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ona aid hissədə ləğv edilərək, iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, o, 2017-ci ildə avtomobili etibarnamə əsasında İ.Rəhimova satmış, pulunu da almışdır, sonrakı hadisələrdən onun heç bir məlumatı olmamışdır. Bu səbəbdən, apelyasiya şikayətinin təmin edilərək, qətnamənin qismən, iddia tələbinin ona aid hissədə təmin edilən hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkil F.Qarayev apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir, belə ki, iddiaçı avtomobili etibarnamə əsasında İ.Rəhimova vermişdir, bundan sonrakı hadisələrdən onun məlumatı olmayıb, bu səbəbdən, apelyasiya şikayətinin təmin edilərək, qətnamənin qismən, Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, ona münasibətdə iddia təəbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən İ.Rəhimov “İsuzu” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ildə Cavabdeh1 almış, pulunu da hissə-hissə ödəmişdir. Sonra avtomobili öz adına keçirməyə vaxtı olmamışdır. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 3(005)- 1160/2019 nömrəli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinmiş və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. “SUBARU AZƏRBAYCAN” X1 xx.xx.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “SUBARU” minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilə 4917.18 (dörd min doqquz yüz on yeddi) manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəməEkspertizasının xx xxxxxxx 2019cu il tarixli, 23510 nömrəli rəyindən görünür ki, təqdim edilən “Subaru” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Subaru” markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 3419,00 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhər 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli etibarnamədən məlum olur ki, Cavabdeh1 “İsuzu” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X4 etibarnamə vermişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası iddia tələbləri bölünən olduğu üçün Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1apellyasiya şikayətinə münasibətdə iddia tələbinin ona aid təmin edilən hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təminedilməli, Cavabdeh1 şikayətinə münasibətdə iddia tələbinin ona aid təmin edilən hissəsində ləğv edilməli,həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Bakı şəhər 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli etibarnamədən məlum olur ki, Cavabdeh1 “İsuzu” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X4 etibarnamə vermişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş İ.Rəhimov da avtomobili 2017-ci ildə Cavabdeh1 satın aldığını təsdiq etmişdir. Apellyasiya şikayəti vermiş Cavabdeh1 hesab edir ki, yol-nəqliyyat hadisəsi onun təqsiri üzündən baş vermədiyindən, dəymiş zərər də ondan tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (152.3) Göstərilən Məcəllənin 152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda, Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 avtomobili etibarnamə əsasında başqa şəxsə verdiyindən hazırkı halda yüksək təhlükə mənbəyinin qanuni sahibi həmin şəxs (X6) olduğundan məhkəmə işin bu halına, onun əsil olmayan cavabdeh olmasına əhəmiyyət verməmiş, bunu araşdırmamış və Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməsi ilə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Eyni zamanda rayon məhkəməsi işə baxarkən prosessual pozuntulara yol vermiş, Cavabdeh1 məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi halları qeyd edilmişdir. Həmin haldan biri də işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmasıdır (MPM m.387.2.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, hadisə baş verən vaxt avtomobil başqa şəxsin sahiblik və istifadəsində olduğundan dəymiş ziyana görə Cavabdeh1 məsuliyyət daşıya bilməz, bu səbəbdən qətnamə ona aid təmin edilən hissədə ləğv edilməli, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməli, qətnamə Cavabdeh1 şikayətinə münasibətdə iddia tələbinin ona aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir, qətnamə qalan hissədə onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov rayonMəhkəməsinin 2(005)-3701/2019 saylı, 02dekabr 2019cu iltarixliqətnaməsi qismən, iddia tələbinin Cavabdeh1 aid təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar