Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3023/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4247/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçın tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təhvil verdiyi mərmər-qranitin dəyəri və qazanc daxil olmaqla 24 500 ABŞ dollarının (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) və həmin məbləğə 2018-ci ilin avqust ayından məhkəmə qətnaməsi çıxarılan günə bank uçot dərəcəsinə uyğun olaraq faizlər hesablanmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı vurulmuş zərərə görə 32 060 manat zərərin, 5 800 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) borcun, 1 000 manat vəkilə ödənilmiş xidmət haqqının və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4247/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı X3 ilk iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X2rşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiaların təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə İlham adlı tanışın vasitəsi ilə 2018-ci il tarixdə tanış olmuş, bu işə yeni başlamaq istədiyindən, bu sahədə işləyən iş adamları ilə ünsiyyət yaradaraq başladığı işi genişləndirmək niyyəti var idi. Tanışlıq zamanı ona mərər-qranit materialların gətirilməsi ilə məşğul olan iş adamı kimi təqdim olunmuşdur. Məqsəd birgə işi təşkil edib malı satıb birgə gəlir əldə etmək olmuşdur. Bununla əlaqədar, işlədiyi ərazidən icarəyə yer götürmüşdür. İlkin olaraq 4 ədəd yük maşınını gətirəcəyini deyərək gömrük rüsumu üçün hər maşına görə ondan 5400 manat pul almış, yük daşıma haqqı olaraq hər maşına görə 1200 ABŞ dolları olduğu halda aldadaraq 1450 ABŞ dolları olmaqla cəmi 5800 ABŞ dolları və yük boşaldılmasına görə hər maşına 600 manat olmaqla 2400 manat fəhlə pulu verilmişdir. Mallar boşaldıldıqdan sonra verilən pulla malların kvadratı arasında qat-qat fərq olduğunu ona bildirdi, o, isə narahat olmamaığını, malları baha qiymətə sataraq pulunu qaytaracağını bildirmişdir. Gətirilən malların satışı özünün istifadə etdiyi satış mağazalarında olsa da hüquqi sənədləşəmələrin hamısı oğlu Cavidin adına qeydiyyata alınmışdır. Satışı da birgə işlətdikləri mağazalarda həyata keçirirlər. Razılaşmaya əsasən malların satışını özü təşkil etməli olduğu halda bir müddət sonra bundan imtina edərək gətirilən malların pulunu istəməyə başladı. Bununla əlaqədar mübahisə başlayandan sonra ona məlum olmuşdur ki ümumiyyətlə gətirilən malların qiymətində də onu aldatmışdır. Gətirdiyi malın qiyməti gətirilən malların qiymətinə uyğun deyil, qat-qat ucuz və keyfiyyətsiz mallardır. Ona görə də İddiaçı satış edə bilməmişdir. Ümumiyyətlə malların İrandan gətirlməsi belə şübhəlidir. Belə ki, buna dair sənədləri bu günə kimi təqdim etməmişdir. Hazırda malların gətirilməsi, daşınması boşaldılması daxil olmaqla İddiaçı ona 32060AZN maddi zərər vurmuşdur. Bunu da özü öz ifadəsində təsdiq edərək bildirmişdir ki, Cavabdeh 18500 ABŞ dolları fəhlə pulu, yol pulu və gömrük ödənişləri etmişdir. Məhkəmə iclasında ifadə verən İddiaçı 5-ci polis Bölməsində verdiyi izahatı təsdiq edərək həqiqətən də Cavabdeh gömrük rüsumlarına, yük daşıma haqqına və yük boşaldılmasına görə 18500 ABŞ dolları pul alaraq xərclədiyini etiraf etmişdir. Eyni zamanda razılaşdırılmış işə aidiyyəti olmayan 10000 ABŞ dolları şəxsi borcundan cəmi 4200 ABŞ dollarının qaytarıldığını təsdiq etmişdir. Buna dair protokolda qeydiyyat aparılmış, məhkəmə iclasının video çəkilişi aparılmış, İddiaçı etiraf barədə dili bilməməsi bəhansəi ilə ayrıca ərizə verməkdən yayınmışdır. İddiaçı fərqli olaraq çəkilən xərclər barədə həm polis araşdırması zamanı, həm də məhkəmə iclasında eyni məzmunlu izahatlar verilmişdir. Lakin buna baxmayaraq işin faktiki hallarını, tərəflərin izahatlarına məhkəmə sübut qiyməti verməyərək düzgün olmayan qətnamə qəbul etmişdir. Qətnamədən həmçinin ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçın apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə səhvdir. Belə ki, o, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin Cavabdeh təhvil verdiyi mərmər-qranitin dəyəri və mənfəəti ilə bağlı, habelə aralarında olan razılaşma barədə sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən də məhkəmədə etiraf olunur ki, o, 4 TİR maşını mərmər- qraniti İrandan gətirib ona təhvil vermişdir. O, onunla birgə fəaliyyət haqqında, yəni gətirilən malın birgə satılması və gəlirin bölünməsi haqqında razılaşma olmamışdır. Aralarındakı razılaşmaya görə Cavabdeh hər gətirilən mərmər-qranit maşınından ona1000 ABŞ dolları xeyir verəcəkdi. Onun mərmər-qraniti ölkəyə gətirməyi zaman malın həcmi, növü və digər halları barədə sübutları məhkəməyə təqdim etməməyi ilə bağlı isə bildirir ki, bütün bu hallar Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən təsdiq olunmuşdur. Tərəfindən məhkəməyə dəvət olunmuş şahidlər də 4 TİR mərmər-qranitin İrandan gətirilib Cavabdeh təhvil verilməsini təsdiq etmişlər. Yerli baxış keçirilən zaman isə bir daha təsdiq olunmuşdur ki, həmin mallar var və Cavabdeh aid obyektdədir. Cavabdeh özünün qarşılıqlı iddiasında da təsdiq edir ki, ona ancaq yükün boşaldılması üçün 5800 ABŞ dolları pul verib. Yerdə qalan məbləğ isə onun tərəfindən ödənilməmişdir. Gətirilən mərmər-qranitin dəyərinin ödənilməməsi ilə bağlı onun polisə olan şikayəti ilə bağlı cavabdehin izahatında 4 TİR mərmər- qranitin İrandan gətirilərək Cavabdeh təhvil verilməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə qətnamədə həmin sənəd barəsində bir cümlə ilə qeyd etmişdir ki, hər iki tərəfin ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi, onun 4 TİR mərmər-qraniti İrandan gətirib Cavabdeh təhvil verməyi və onun tərəfindən həmin malların pulunun ödənilməməsi iş materialları və cavabdehin qarşılıqlı iddia ərizəsi və nümayəndəsi və vəkilinin, şahidlərin izahatları ilə tam subut olunmuşdur. Hesab edir ki, məhkəmənin qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində tam əsassızdır və qüvvəsində saxlanıla bilməz. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçın bildirdi ki, məhkəmənin mübahisənin məhkəmədən kənar sülh yolu ilə həll edilməsi təklifini qəbul edərək xx xxxxxx 2020-ci ildə ilk iddia üzrə cavabdehə məxsus mərmər satışı bazasından 14700 ABŞ dolları dəyərində mərmər əvəzinə, cəmi 8416 ABŞ dolları dəyərində ona mərmər təhvil vermişlər. Lakin onu aldadaraq 14700 ABŞ dolları dəyərində mərməri təhvil alması barədə akta imza etdirmişlər. Ona görə də ya mərmərin qalan hissəsini, yada qalıq pulunu cavabdehdən tələb edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, məhkəmənin mübahisənin məhkəmədən kənar sülh yolu ilə həlli təklifini nəzərə alaraq xx xxxxxx 2020-ci ildə ilk iddia üzrə cavabdehə məxsus mərmər satışı bazasından 14700 ABŞ dolları dəyərində mərməri ilk iddiaçıya təhvil vermişlər. Bu barədə tərəflər arasında akt da tərtib edilərək imzalanmışdır. Lakin ilk iddiaçı yenə də müxtəlif bəhanələr gətirərək onlardan əlavə mərmər və pul tələb edir. Ona görə də, qətnaməni qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edib həmin hissədə qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin Cavabdeh təhvil verdiyi mərmər qranitin dəyərini və mənfəəti ilə bağlı, habelə malın çeşidi, dəyəri, tərəflərin razılaşması forması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ona vurulmuş zərərin olduğunu, habelə qarşı tərəfin ona ödəməyə borclu olduğunu sübuta yetirə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında şahidlər tərəflər arasında mübahisəli mərmər-qranit malları ilə bağlı müqavilə olmasını, müxtəlif qiymətə razılaşdıqları malların çeşidi, ölçüsü, qiyməti barədə hər hansı razılaşmanın olmasını, malın satışı ilə bağlı tərəflərin hansı formada razılığa gəlməsi, tərəflərin razılaşmasına əsasən fəaliyyətin birgə fəaliyyət və mənfəətin bölüşdürülməsi, habelə alqı-satqı olduğuna dair məlumatları olmadığını bildirmişdlər. Bununla belə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən mərmərlərin saxlandığı və satışın təşkil edildiyi anbarda olan həmin mallara baxış keçirilən zaman malın bir hissəsi çeşidi, ölçüsü, qiyməti barədə məlumatları müəyyən edilməsi mümkün olmayan vəziyyətdə və tərəflərdən hansının satdığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş İddiaçı oğlunun izahatında da malın İran İslam Respublikasından gətirilməsi qeyd olunmasına və məhkəmə iclasında İddiaçı onun ölkəyə gətirilməsi zamanı malın həcmi, növü və digər halları barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da tərəflər öz iddia tələbinin əsaslandığı halları sübuta yetirə bilməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi, ilkin və qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, ilk iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən hissəsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməyən hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayətləri üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə, yəni ilk iddiaçının və qarşılıqlı iddiaçının şikayətlərində mübahisələndirdikləri hissələr üzrə yoxlanılmalıdır. Hər iki iddia tələbinin faktiki əsası (faktiki hallar) tələblərin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr düzgün olmuşdur. Əvvəla, ilk və qarşılıqlı iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, iddiaları üzrə istinad etdiyi halları sübut etmək yükü onların üzərinə düşür. Lakin hər iki tərəf bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız tərəflərin izahatları mövcuddur. Onların izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. İş üzrə dindirilmiş şahidlərin ifadələrini də məhz bu xarakterli mübahisə üzrə mötəbər hesab etmək olmaz. Həmçinin şahid ifadələri düzgün nəticəyə gəlmək üçün vacib olan sübut edilməli halları bilavasitə sübut etmir. Çünki, tərəflər arasında yaranmış həqiqi münasibətlərin mahiyyətini yalnız özləri dəqiq bilə bilər. Belə ki, şahidlər tərəflər arasında mərmər-qranit satışı ilə bağlı münasibətlərin olduğunu, mərmər-qranitin təhvil verilməsini və qəbul edilməsini təsdiq etsələr də bu ümumi məlumatlar iş üzrə hər iki iddianın əsaslı və təmin olunmalı olmasını bilavasitə mümkün etmir. Çünki, hər iki tərəf özünün haqlı və iddiasının əsaslı olduğunu bəyan edir. Lakin əslində onlar arasında yaranmış mərmər-qranit biznesi ilə bağlı, yəni mərmərin qiyməti, çeşidi, ölçüsü, miqdarı, keyfiyyəti, haradan və kimin vəsaiti hesabına gətirələcəyi, hansı qaydada və kim tərəfindən satılmalı olduğu, qazancın necə bölüşdürüləcəyi, yaranmış mübahisə ilə bağlı tərəflərin hansı formada və həcmdə mülki hüquqi məsuliyyət daşımalı olduqları və.s məsələlər müəyyən edilməmişdir. İstisna olunmur ki, tərəflər bu şərtlərin hansıları barədəsə öz aralarında şifahi formada razılığa gəlsinlər. Lakin bu razılaşmaların mötəbərliliyi barədə tərəflərin məlumatları inandırıcı olmadığından, yəni bir tərəfin izahatını digər tərəf təkzib etdiyindən hər iki iddianın hansısa hissədə təmin olunmasını mümkünsüz edir. Bununla yanaşı, apellyasiya baxışı zamanı tərəflər məhkəmə baxışının barışıq sazişi ilə tamamlamaq yaxud mübahisənin məhkəmədən kənar sülh yolu öz aralarında həll etmək təklifinə uyğun olaraq öz aralarında müəyyən dəyərdə olan mərmər materilanın təhvil verib alınması ilə bağlı razılaşmış və bu barədə akt tərtib edərək məhkəməyə təqdim etsələr də, yenə də ilk iddiaçı müəyyən dəyərdə mərmərin hələ qaldığını və bunun əvəzində ya pul, yada mərmərin qalığını tələb etmiş, qarşılıqlı iddiaçı isə razılşdıqları məbləğdə mərməri qaytardığına görə qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Göründüyü kimi, bu faktın özü də tərəflər arasındakı yaranmış mərmər-qranit materialının alışı və satışı ilə bağlı münasibətlərin detallarını aydın, dəqiq və konkret müəyyən etmədiklərini bir daha təsdiq edir. Bu cür hallarda əlbətdə ki, məhkəmənin hər iki iddianı rədd etməkdən başqa çıxış yolu qalmamışdır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçın tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4247/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi tərəflərə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3023/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3023/2020
13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver