Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3031/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Aydın Hacıyevin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, borc müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdeh borc verilmiş 80.000 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 80.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Aydın Hacıyev apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (borc verən) ilə cavabdehin (borc alan) arasında xx.xx.2021-ci il tarixdə yazılı formada borc müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı öhdəsinə götürüb ki, 80.000 manat pulu cavabdehə borc verəcək, cavabdeh isə öhdəsinə götürüb ki, həmin pulu xx.xx.2022-ci il tarixdə geri qaytaracaq. İddiaçı bildirir ki, pulu cavabdehə verib, lakin cavabdeh pulu geri qaytarmayıb. Cavabdeh isə bildirir ki, iddiaçı pulu ona verməyib. Pulun iddiaçı tərəfindən cavabdehə verildiyi sübut olunur. Belə ki, müqavilənin 6.2-ci bəndində qeyd olunub ki, müqavilənin imzalanması ilə cavabdeh 80.000 manat pulu qəbul etdiyini təsdiq edir. Cavabdeh müqaviləni imzalayıb, bununla da pulun ona verildiyini təsdiq edib. Pulun qaytarılması üçün təyin olunmuş vaxt (xx.xx.2022-ci il) çatıb, lakin pul qaytarılmayıb, bundan 9 ay sonra (xx.xx.2022-ci ildə) iddia ərizəsi verilib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3031/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3031/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver