Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3038/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 8036.40 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8066.40 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 20.02.2017-ci il tarixində 03/3066 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00370 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 26.04.2017-ci il tarixdə İTRON tipli, G-4 markalı, 1502AQ1-**********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. (10.03.2020-ci il tarixdə Zenner markalı, G-4T mexaniki tipli, **********9 zavod nömrəli qaz sayğacı ilə əvəzlənib). Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Həmçinin istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuşdur; Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 29.09.2016-cı il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1402AZ**********96 zavod nömrəli qaz sayğacı mövcud qaz işlədicilərin saatlıq qaz sərfiyyatına uyğun deyil və hesablama mexanizmindən keçən qazın sərfi qeydə alınmır. Aşkar edilmiş faktla əlaqədar 64,80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmış və qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanmasıməqsədilə laboratoriyaya göndərilmişdir. 19.07.2017-ci il tarixli, 29/1608-00888-1 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış İTRON markalı, G-4 tipli, 1402AZ**********96 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu “klapanının sındırıldığı və plastmas borusunun kənar təsir nəticəsində deşildiyi» müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 29.09.2016- cı il tarixli ******* nömrəli Akt əsasında 64,80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində təkrar olaraq qaz sayğacına müdaxilə edildiyi ilə bağlı əsaslı şübhələr olduğundan ünvana baxış keçirilmiş və 29.06.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1702AZ**********50 zavod nömrəli qaz sayğacı mövcud qaz işlədicilərin saatlıq qaz sərfiyyatına uyğun deyil və hesablama mexanizmindən keçən qazın sərfi qeydə alınmır. Aşkar edilmiş faktla əlaqədar 1944 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmış və qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. 23.06.2018-ci il tarixli, 29/1710-00541-2 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış İTRON markalı, G-4 tipli, 1702AZ**********50 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu “klapanının sındırıldığı və plastmas borusunun kənar təsir nəticəsində deşildiyi» müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 29.06.2018-ci il tarixli ******* nömrəli Akt əsasında 1944 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. 3E ödəniş proqramına (GASREP'ə) və AGİS proqramına nəzərə salsaq onu da müşahidə etmiş olaraq ki, abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə ödənilməmiş ümumilikdə 4034.40 azn məbləğində borcu olmuşdur. (229+405,20+295,20+147,60+147.60+2809,80=4034,40). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 13.10.03.2020-ci il tarixli ******* saylı akt əsasında 98,40 manat; 14. 05.04.2020-ci il tarixli ******* saylı akt əsasında 492 manat, yəni, 2874,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur İstehlakçı tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar da nəzərə alınmaqla bugünki gün üçün cavabdehin İddiaçı İB-yə ümumilikdə 8036.40 manat məbləğində ödənilməmiş borcu qalmaqdadır. (Aktlar üzrə borc2874,60 + əvvəlki borc 4034.40 azn + mexaniki qaz sayğacının üzərindəki göstərici üzrə borc 867,60 + limiti keçdiyinə görə borc 259,80 = 8036.40 manat) Müəyyən olunmuş həmin məbləğ (9750.20 manat) 2018-ci ilin noyabr ayında 3E ödəniş proqramına (GASREP'ə) köçürülmüşdür. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 8036.40 manatpul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 8036.40 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8066.40 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1127.40 (bir min yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramilə Xəzri).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında olan 20.02.2017-ci il tarixli, 03/3066 nömrəli müqavilənin 2.3.2-ci yarımbəndinin və “X3”nın 6.5-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Həmçinin istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərinə quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuşdur. Cavabdehin qeyd edilən təqsirli hərəkəti ilə bağlı ilk olaraq 29.09.2016-cı il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1402AZ**********96 zavod nömrəli qaz sayğacı mövcud qaz işlədicilərin saatlıq qaz sərfiyyatına uyğun deyil və hesablama mexanizmindən keçən qazın sərfi qeydə alınmır. Aşkar edilmiş faktla əlaqədar 64.80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmış və qaz xətti üzərindən çıxarılmış qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan dəymiş ziyanln bərpası məqsədilə 29.09.2016-cı il tarixli ******* nömrəli akt əsasında 64.80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Cavabdehin təkrarən qaz sayğacına müdaxilə etməsi ilə bağlı əsaslı şübhələr olduğundan ünvana baxış keçirilmiş və 29.06.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1702AZ**********50 zavod nömrəli qaz sayğacı mövcud qaz işlədicilərin saatlıq qaz sərfiyyatına uyğun deyil və hesablama mexanizmindən keçən qazın sərfi qeydə alınmır. Aşkar edilmiş faktla əlaqədar 1944 manat məbləğində itirilmiş təbbi qazın dəyəri hesablanmış və qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanılması məqsədilə labaratoriyaya göndərilmişdir. 23.06.2018-ci il tarixli, 29/1710-00541-2 nömrəli labaratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış qaz sayğacına müdaxilə olunduğu aşkar edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi olduğundan dəymiş ziyanın bərpası məqsədilə qaz işlədicilərinin maksimal saatlı qaz sərfi nəzərə alınmaqla 1944 manat məbləğindəitirilmiş təbii qazın dəyəri hesablanmışdır. 3E ödəniş proqramına və AGİS proqramına görə abonentin əvvəlki dövrdə istifadə etdiyi təbii qaza görə ödənilməmiş ümumilikdə 4034.40 manat məbləğində borcu olmuşdur. İstehlakçı tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutmalar da nəzərə alınmaqla bugünkü gün üçün cavabdehin iddiaçıya ümumilikdə 8036.40 manat borcu qalmaqdadır. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00370 sayla qeydiyyata alınmışdır.
10. İş materiallarına əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktların surətlərindən və iddia tələbindən görünür ki, abonent kodu **********00370 sayla qeydiyyata alınmış ünvanda qaz sayğacına müdaxilə edilməsi əsası ilə tərtib edilmiş aktlar əsasında 2874.60 manat və 4034.40 manat olmaqla, cəmi 6909 manat dəymiş ziyan hesablanmışdır. Hüquqi dəyərləndirmə:
11. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
13. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.
14. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
15. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
16. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
17. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
18. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
19. «X3»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir.
20. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı X2 iddia ərizəsində və apellyasiya şikayətində cavabdeh (istehlakçı) tərəfindən sayğaca kənar müdaxilə edilməsini bildirsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
21. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
22. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh (istehlakçı) tərəfindən sayğaca müdaxilə edilib-edilmədiyinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, 02.04.2021-ci il tarixli qərardadla məhkəmə texniki ekspertizası təyin edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1558 saylı, 16.06.2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacda kənar qoşulma halı aşkar edilməmişdir.
24. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
25. Qeyd edilən ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən onun sübut kimi istifadə edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur.
26. Kollegiya qeyd edir ki, ekspert rəyinə əsasən, cavabdeh tərəfindən sayğaca müdaxilə halı aşkar edilmədiyindən, eyni zamanda sayğaca müdaxilə ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən sayğaca müdaxilə edilməsi halı öz təsdiqini tapmamışdır.
27. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Odur ki, kollegiya iddia tələbinin 6.909 manat borcun ödənilməsi hissəsində təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.
31. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin edilməyən hissəsinin ləğv olunması xahiş edildiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.
35. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddianın qiyməti 8036.40 manat olduğundan və iddianın 10 faizi, yəni 1127.40 manat hissəsi təmin edildiyindən, keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 90 faizi (91 manat) iddiaçıdan, 10 faizi (11 manat) isə cavadehdən tutulmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manatın 91 (doxsan bir) manatı İddiaçındən, 11 (on bir) manatı isə Cavabdeh Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev