Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3044/2025 21.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Alim Fətəliyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-765/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xəta Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-3411/2016 nömrəli məhkəmə əmrinə əsasən, iddiaçının (zaminin) cavabdehin (borclunun) kredit öhdəliyi üzrə tələbkar "xxxx" ASC-yə ödədiyi 4.851,91 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 3.951,91 manat, habelə dövlət rüsumunun əvəzi kimi 59,51 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən ləğv edilsin, tutulmalı olan məbləğ kimi qətnamədə göstərilmiş 3.951,91 manat azaldılaraq 1.979.30 manat müəyyən edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Alim Fətəliyev, habelə əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayətində qətnamənin bir hissəsi – tutulmalı olan pulun məbləğinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xəta Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-3411/2016 nömrəli məhkəmə əmrinə əsasən, borclu Cavabdeh və zamin İddiaçı müştərək qaydada tələbkar "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borc kimi 12.134 ABŞ dolları, faiz borcu kimi 2.396,49 ABŞ dolları, cəmi 14.530.49 ABŞ dolları, habelə dövlət rüsumunun əvəzi kimi 20 manat pul tutulmalıdır. Zamin (iddiaçı) həmin məhkəmə əmrinin icrası zamanı tələbkara 3.951,91 manat ödəyib. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-765/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3044/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3044/2025
21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver