Məhkəmə qərarları › İş №2(103)-3049/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3049/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3049/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin bağlanması və s.” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 üzərinə xx xxxxxx 2019-cu il tarixdə, Bakı şəhəri, 19 saylı Notariat Ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərini dərhal, qeyd-şərtsiz icra edilməsi öhdəliyin qoyulması, fərdi yaşayış evin və torpaq sahəsinin boşaldılıb naturada təhvil verilməsi, fərdi yaşayış evinin müvafiq mülkiyyət sənədlərinin təqdim edilməsi və alqı-satqı müqaviləsinin bağlanması, vurulmuş maddi ziyana görə cavabdeh-Cavabdeh4 5000 (beş min) manat, mənəvi ziyana görə isə 50 000 (əlli min) manat məbləğində pul tutularaq ona ödənilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1 İsa oğlu, Cavabdeh2 İsa oğlu və Cavabdeh3, azyaşlı uşaqlar-X2 və X1 fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilmələri barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evin torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh4 arasında xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, 19 saylı Notariat Ofisində reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-555/20) iddia tələbi qismən təmin edilmiş, X3 üzərinə xx xxxxxx 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyinin qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, X3 İddiaçı qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin torpaq sahəsinə dair İddiaçı ilə X4 arasında xx xxxxxx 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M- 833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ilkin İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh4 aid edilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən şikayət vermişlər. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh4 məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizələr göndərərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və bu səbəbdən apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətlərindən imtina qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsinin məzmununa görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının və cavabdehiun apellyasiya şikayətindən imtinaları qəbul edilməli və həmin apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh4 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtinaları qəbul edilsin və onlara münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar