Məhkəmə qərarları › İş №2(103)-3050/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3050/2023

17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3050/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Hakimlər Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 4155 (dörd min yüz əlli beş) manat maddi ziyan tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Qətnamədən xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermiş və eləcə də, ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh "xxxx" ASC-nin ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti ona geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC həmin qərardaddan şikayət vermişdir. Şikayət AR MPM-nin 361.1-ci maddəsinə uyğun verilmədiyindən Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət AR MPM-nin 361.1-ci maddəsinə uyğun verilmədiyinə görə, eyni zamanda qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh bu qərardaddan da şikayət vermişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qərardaddan şikayət vermə müddəti buraxıldığından geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddət bərpa edimişdir. İddiaçı sonuncu qərardaddan şikayət vermiş, şikayət müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən sübutların təqdim edilməməsi ilə əsaslandırılmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, cavabdeh Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadını xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə qəbul etmiş, xx.xx.2023-cü il tarixdə həmin qərardaddan şikayət vermişdir. Şikayət Məhkəmə tərəfindən elektron qaydada və MPM-də Əlavə 2-yə uyğun tərtib olunmadığına görə geri qaytarılmış, cavabdeh göstərilən nöqsanları aradan qaldırdıqdan sonra xx.xx.2023-cü il tarixdə yeni şikayəti elektron məhkəmə sisteminə yerləşdirmiş, birinci instansiya məhkəməsi isə bu dəfə müddətin ötürülməsinə istinad edərək şikayəti geri qaytarmışdır. Halbuki, ilkin şikayət geri qaytarılarkən birinci instansiyası məhkəməsi tərəfindən müddətin ötürülb-ötürülməməsinə toxunulmamış, şikayət yuxarıda göstərilən əsaslarla geri qaytarılmışdır. Belə olan halda, Kollegiya belə qənaətə gəlir ki, müddət haqlı olaraq bərpa olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər (maddə 396.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas vermir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar