Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3051/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1881/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq Cavabdeh xx xxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2013-cü il tarixli rəsmi nikahdan xx xxxxx 2015-ci təvəllüdlü Cavabdeh anadan olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuş, uşağın onun himayəsində saxlanılması və hər ay sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş, şikayət qismən təmin edilmişdir. Lakin, cavabdeh qərəzli olaraq hətta bu məbləği ödəməkdən boyun qaçırır. Ümumiyyətlə, övladı ilə maraqlanmır. Alimenti ödəməkdən boyun qaçırdığı azmış kimi, övladının mənəvi ehtiyaclarını da ödəmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1881/2020 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia ərizəsi qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-927/2019 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin artırılmış miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, 2-ci qrup əlil olması, 130 manat pensiya alması, işləmək iqtidarında olmaması, məcburi köçkün olması, bütün bunların nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ondan 100 manat aliment tutulması, lakin birinci instansiya məhkəməsinin bu halları nəzərə almaması, ondan 170 manat aliment tutulması barədə qətnamə qəbul etməsi, iddiaçının özünün 3 saylı Şəhər Xəstəxanasında işləməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaları, birgə nikahdan bir yetkinlik yaşına çatmayan uşaqlarının (xx xxxxx 2015-ci il təvəllüdlü X3) olması, nikahlarının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə pozulması, uşağın ananın yanında saxlanılması, cavabdehdən uşağın saxlanılması üçün hər ay 120 manat sabit pul miqdarında alimentin tutulması, lakin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən, yəni alimentin tutulması hissədə dəyişdirilməsi, alimentin miqdarının 100 manat müəyyən olunması işin mübahisə olunmayan hallarıdır. İddiaçı xx xxxx 2020-ci il tarixdə yenidən məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılmasını və 200 manat həddində müəyyən olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən, yəni 170 manat həddində təmin etmişdir. Qeyd edilməlidir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnaməni mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayətləri həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, ailə qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-nin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarı o zaman dəyişdirilə bilər ki, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun və həmin dəyişiklik alimentin məbləğinin dəyişdirilməsinə (hazırki vəziyyətdə artırılmasına) əsas versin. Birinci instansiya məhkəməsi isə alimentin məbləğini sabit pul məbləğində 170 manat miqdarında müəyyən edərkən, qeyd edilən halları araşdırmamış, eyni zamanda uşaq üzərində hər iki valideynin bərabər hüquq və vəzifələrə malik olmasını və işin digər diqqətəlayiq hallarını nəzərə almamışdır. Lakin, məhkəmə kollegiyası keçən müddət ərzində ölkədə yaşayış minimumunun və uşağın saxlanılma xərclərinin artmasını nəzərə alaraq, eləcə də həmin halları cavabdehin vəziyyəti ilə (əlil olması və s.) tarazlaşdıraraq hesab edir ki, iddianın tamamilə rədd olunması işin hallarına və azyaşlının üstün maraqlarına uyğun olmazdı. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının dəyişdirilərək hər ay sabit pul miqdarında 120 manat həddində müəyyən olunması qanuni, əsaslı və ədalətilidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının özünün də işləyərək əmək haqqı almasını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.14-cü bəndindəki mövqeyinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, cavabdehdən tutulan alimentin miqdarı hər ay sabit pul məbləğində 120 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1881/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1881/2020 saylı qətnaməsi dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx xxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat aliment tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamə yoxlanılan qalan hissədə («alimentin artırılmış miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması») apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3051/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3051/2021
16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver