Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3051/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi K.X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-35/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC (Cəmiyyət) arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin predmetini Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış komleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.
2. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir.
3. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə cəmiyyətə bildiriş verməklə həmin günə olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir.
4. İş materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 70800 manat məbləğində kredit verilmişdir.
5. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış 06 avqust 2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzil Cavabdeh2 satılmışdır.
6. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 29 iyul 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Əlizadə X6 qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 133 nömrəli mənzilə görə 70800 manat ödəmişdir.
7. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə 27 noyabr 2023-cü il tarixinə 62906,56 manat əsas, 56577,41 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 119483,97 manat borcu vardır.
8. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5194/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər ləğv prosesində olan İddiaçı ASC-yə və ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası, ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə ilkin iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64406,56 manat, faiz borcu 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilmiş, iddiaçı Cavabdeh2 ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat əsas borc, 41271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101669,44 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
9. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2247/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərardadından görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
10. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2247/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 saylı işi üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi qismən- (qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində) Cavabdeh2 06 avqust 2014- cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat əsas borc, 41271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101669,44 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı ləğv prosesində olan "TexnikaBank” ASC-yə ödənilməsi hissəsində - ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4349/22 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2247/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanan xəbərdarlığın surətindən görünür ki, cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur.
13. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, (“Bank”) "xxxx" ASC ilə (“Kooperativ”) "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gələrək ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. xx.xx.2014-cü il tarixli Müqavilə Bank və Kooperativ tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəlləsinin zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhlər var. (470.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (477.0.2) Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırkı iş üzrə cavabdeh "xxxx" MMC borc alan Cavabdeh2 ilə iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə xx.xx.2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı LPO-ASC məhkəməyə heç bir sübut – zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə borc alan Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2014-cü il tarixli 14/162 saylı Kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə, yaranmış borc və ya vurulmuş zərur Borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə Borcverən bu hallara görə heç bir məsuliyyət daşımır və Borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ASC-nin “cəmi 117.522,79 manat – bundan 63405,56 manat əsas, 54116,23 manat faiz borcu və iş üzrə ödənilmiş 407 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulması hissənin rədd edilməsini xahiş etmişdir.
14. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC”-yə 28 iyul 2022-ci il tarixdə 700 manat, 23 yanvar 2023-cü il tarixdə 300 manat, 03 noyabr 2023-cü il tarixdə 500 manat, 17 mart 2023-cü il tarixdə 300 manat, 26 may 2023-cü il tarixdə 800 manat, 04 iyul 2023-cü il tarixdə 500 manat, 28 avqust 2023-cü il tarixdə 600 manat, 12 sentyabr 2023-cü il tarixdə 500 manat, 26 sentyabr 2023-cü il tarixdə 300 manat, 12 dekabr 2023-cü il tarixdə 400 manat, 19 yanvar 2024-cü il tarixdə 400 manat ödəniş etmişdir.
15. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1345 saylı, 09 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (1-ci maliyyə arayışın da göstərilən tarix) banka olan əsas və faiz borcu 121.595,96 manat məbləğində, xx.xx.2023-cü il tarixə (iddia ərizəsində göstərilən tarix) banka olan əsas və faiz borcu 121.719,54 manat məbləğində və xx.xx.2023-cü il tarixə (2- ci maliyyə arayışın da göstərilən tarix) banka olan əsas və faiz borcu 123.694,29 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 58040,30 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 58163,88 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 60138,62 manatdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş Cavabdeh2 bank hesabından çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən (2-ci maliyyə arayışın da göstərilən tarix) sonra 1300.00 manat məbləğində kredit faizi ödənilmişdir. Hazırki tədqiqatla borc qalığı xx.xx.2023-cü il tarixədək (2-ci maliyyə arayışın da göstərilən tarix) hesablandığından sonradan ödənilən 1300,00 manat faiz ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, lpo Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 bank hesabından çıxarış məlumatlarına əsasən həyata keçirilmiş ödənişlər Bank tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ilk olaraq faiz borcundan sonra isə əsas borcdan silinmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli KR 14/162 saylı kredit müqaviləsidir. Həmin müqaviləyə görə Cavabdeh2 xx.xx.2014-cü il tarixli KR 14/162 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 70800 manat məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 0.1 %-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqaviləyə əsasən cəmiyyət Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Əməkdaşlıq müqaviləsinin 2.1-ci maddəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Eyni müqavilənin 4.3-cü maddəsinə əsasən bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən, cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə cəmiyyətə bildiriş verməklə həmin günə olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. Əməkdaşlıq müqaviləsinin 8.1-ci maddəsinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və cəmiyyət tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. 8.2-ci bəndinə əsasən bu müqavilə aşağıdakı hallarda xitam olunur: a) Bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəx tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə; b) Bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə. Eyni zamanda, müqavilənin 12.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə şəklində bu müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu Müqavilənin tərkib hissəsi hesab edilir. Göründüyü kimi xx.xx.2014-cü il tarixli 14/162 saylı kredit müqavilə üzrə cəmiyyət və Cavabdeh2 birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 cavabdeh ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı 2021-ci ilin iyun ayında “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(011)-5194/2021 saylı qətnaməsi ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixə LPO İddiaçı ASC-yə əsas borc üzrə 64.406,56 manat faiz borcu üzrə isə 37.454,75 manat ümumilikdə 101.861,31 manat müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə 700 manat əsas borc üzrə, xx.xx.2023-cü tarixdə 300 manat əsas borc üzrə, xx.xx.2023-cü il tarixdə 300 manat faiz borcu üzrə ödəniş həyata keçirilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə Cavabdeh2 **********671 saylı xx.xx.2023-cü il tarixli və cavabdeh "xxxx" MMC-yə **********670 saylı xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2023-cü il tarixinə cavabdehlərin xx.xx.2014-cü il tarixli 14/162 saylı kredit üzrə cəmi borcu 117522,79 manat təşkil edir. Bundan 63406,56 manat əsas, 54116,23 manat faiz borcu təşkil edir. Cavabdeh2 ilə bağlanmış kredit müqavilələrinin 12.2-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Eyni müqavilələrin 12.1-ci bəndinə əsasən müqavilə şərtlərini vaxtında və lazimi qaydada icra etmək «Borc alan»ın vəzifəsidir. Həmin müqavilələrin 13.3-cü bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cəmi 117.522,79 (bir yüz on yeddi min beş yüz iyirmi iki manat, 79 qəpik) manat - bundan 63.406,56 (altmış üç min dörd yüz altı manat, 56 qəpik) manat əsas, 54.116,23 (əlli dörd min bir yüz on altı manat, 23 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 407 (dörd yüz yeddi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı ləğv prosesində olan İddiaçı ASC sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 119483,97 (bir yüz on doqquz min dörd yüz səksən üç manat doxsan yeddi qəpik) manat - bundan 62906,56 (altmış iki min doqquz yüz altı manat əlli altı qəpik) manat əsas, 56577,41 (əlli altı min beş yüz yetmiş yeddi manat qırx bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 407 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC- dən müştərək qaydada tutularaq ləğv prosesində olan Texnikabank” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən də göründüyü kimi Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e2(011)-5194/2021 saylı qətnaməsi ilə Cavabdeh2 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı iddiası üzrə məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64406,56 manat, faiz borcunun isə 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilmiş, iddiaçı Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Xətai Rayon Məhkəməsinin həmin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2247/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmış, İddiaçı ASC-yə münasibətdə isə ləğv edilmişdir. Ali Məhkəmənin 05 noyabr 2022-ci il tarixli, 2(102)-4349/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli 2(103)-2247/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında 06 avqust 2014-cü il tarixli, KR 14/162 saylı kredit müqaviləsi 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə bağlanmışdır. Kredit müqaviləsinin icra müddəti hələ bitməmişdir. Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Cavabdeh2 07 iyun 2021-ci il tarixə əsas borcu 64406,56 manat, faiz borcu isə 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilmişdir. Həmin dövrdən sonra Cavabdeh2 tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirildiyindən ona qarşı həmin borcun yenidən mübahisələndirilməsinə əsası yoxdur.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-35/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 62906,56 (altmış iki min doqquz yüz altı manat əlli altı qəpik) manat əsas, 56577,41 (əlli altı min beş yüz yetmiş yeddi manat qırx bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 119483,97 manat borcun və 407 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri, İddiaçı ASC-nin Sumqayıt filialı ilə ilə Cavabdeh2 arasında 06 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 14/162 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan qəs., Heydər Əliyev pr., 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün illik 14 (on dörd) faiz ödənilməklə, 120 (bir yüz iyirmi) ay müddətinə, 70.800 (yetmiş min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. "xxxx" MMC ilə "xxxx" arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ilkin müqavilə olması ilə bağlı hər hansı iradə ifadəsi yoxdur. Tərəflər arasında gələcəkdə əsas müqavilə bağlanması ilə bağlı öhdəlik mövcud deyildir. Həmçinin, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, cəmi 119,483.97 (bir yüz on doqquz min dörd yüz səksən üç manat 97 qəpik) manat - bundan 62,906.56 (altmış iki min doqquz yüz altı manat 56 qəpik) manat əsas, 56,577.41 (əlli altı min beş yüz yetmiş yeddi manat 41 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 407 (dörd yüz yeddi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-35/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(011)-35/2025 nömrəli qətnaməsi qismən ləğv edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Müqavilənin müddəti də müəyyən edilərək "xxxx" MMC tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. Mülki Məcəllənin 402.4-ci maddələrinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 59-cu maddəsinin müddəalarını və Mülki Məcəllənin 389 və 390-cımaddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu da öz aralarında iradə sərbəstliliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Belə ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış Əməkdaşlıq Müqaviləsi Mülki Məcəllənin 390.4bəndinə uyğun olaraq bağlanmış qarışıq müqavilədir. Həmin müqavilə tərəflər üçün hüquq və vəzifələr yaradır və qanunvericliyin tələblərinə zidd deyil. AR MM 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2- ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. "xxxx" MMC ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli müqavilə əvəzli müqavilədir. "xxxx" MMC -satıcısı olduğu mənzillərin satılması, müştərilərin cəlb edilməsi ilə bağlı "xxxx" ASC ilə Əməkdaşlıq Müqaviləsi bağlamışdır. Sözügedən müqavilə predmentində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 (on dörd) faizlə 120 (bir yüz iyirmi) ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, Bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60(altmış) gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş alındığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alğı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Məlumdur ki, LPO İddiaçı ASC ləğv prosesindədir və sözügedən əməliyyatın aparılması mümkün deyildir. “Birgə əməkdaşlıq” müqaviləsinin şərtlərindən də görünür ki, "xxxx" MMC gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq "xxxx" MMC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir. Tərəflər müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə imzalamışdır. Hesab edir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış Əməkdaşlıq müqaviləsi qarışıq müqavilədir. Tərəflər qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və pul tələbi üzrə öhdəliyin icra edilməsi ünsürləri əhatə olunmuşdur. Sözügedən müqavilədən göründüyü kimi, Müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada öhdəliyin icra edilməsi ilə bağlı müqavilə aydın şəkildə göstərilmişdir. Belə ki, “Cəmiyyət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbardar olmuş və öhdəliyi icra etməsi ilə bağlı bank qarşısında məsuliyyət daşımışdır. Həmçinin, Cəmiyyət Əməkdaşlıq müqaviləsini imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. Həmçinin, məlum olduğu kimi Bank peşakar maliyyə təşkilatıdır və məqsədi minimum risklə maksimum gəlir əldə etməkdir. Bu səbəbdən Bank tərəfindən öhdəliklərin təminatı olmadan 70.800 AZN məbləğində kreditin verilməsi Bank fəaliyyətinə ziddir və qeyri-mümkündür. Bank nəzərə almışdır ki, kredit borcu gecikdirildiyi təqdirdə "xxxx" MMC ilə müştərilər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.1.1.6-cı bəndinə əsasən "xxxx" MMC tərəfindən ev satılaraq alınan məbləğ hesabına Bankın borcu ödəniləcəkdir. 3.1.1.6-cı bəndinə əsasən “Alıcı” kredit aldığı bankda öhdəliklərini yerinə yetirmədiyi halda, Bank tərəfindən bildiriş daxil olarsa, “Satıcı” bir tərəfli qaydada “Alıcı” ilə müqaviləni ləğv edir. Mənzil başqa şəxsə sataraq banka olan borcu tam ödəyir. Sözügedən müqavilədə satıcı kimi "xxxx" MMC-nin hüquq və vəzifələri qeyd olunmuşdur. Satıcı "xxxx" MMC deyil başqa şəxsdirsə nə üçün "xxxx" MMC ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış və heç bir mənafeyi olmadan müqavilə üzrə öz üzərinə öhdəliklər götürmüşdür? Göründüyü kimi "xxxx" MMC borcun onlardan tutulmaması üçün əsassız olan versiyalar ortaya ataraq cavabdeh qismindən yayınmaq istəyir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hesab edir ki, məhkəmə əsassız olaraq iddianı qismən təmin edərək qeyd edilən hüquqlarını pozmuşdur. Məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmayıb və sonda düzgün olmayan qətnamə çıxarılmışdır. İş materiallarına əlavə edilmiş aşağıdakı sübutlara məhkəmə tərəfindən münasibət bildirilməmişdir. 1. "xxxx" MMC ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi; 2. İH/B-B(b)020 saylı alqı-satqı müqaviləsi; 3. İddiaçının cavabdeh "xxxx" MMC-nin etirazına “Mülahizə”si 4. Məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması üçün iş materiallarına əlavə edilmiş məhkəmə qərarları. Məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması məqsədi ilə qeyd edir ki, Bank digər tikinti şirkətləri ilə də eyni növlü müqavilələr bağlamışdır və heç birində ayrıca zaminlik müqaviləsi bağlanmamışdır. Həmin şirkətlərə qarşı da bankın iddiaları məhkəmələrdə təmin edilir. 2(102)-7697/2019 (cavabdeh X12) - Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə "xxxx" MMC ilə borcludan borcun müştərək qaydada tutulması barədə qərar qəbul olunmuşdur. 2(102)-8350/2018 (cavabdeh X7) - Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə "xxxx" MMC ilə borcludan borcun müştərək qaydada tutulması barədə qərar qəbul olunmuşdur. 2(102)-3423/2022 (cavabdeh Nəzərova (Tahirli) Gülşən Əbülfət qızı) – bu iş üzrə müqaviləyə zaminlik kimi qiymət verilmişdir, sadəcə iddiaçı zaminə qarşı 1 il kəsici müddəti ötürdüyündən zamindən borc tutulmamışdır. 2(102)-4244/2022 (cavabdeh X16) – Qeyd edilən iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia "xxxx" MMC hissəsində təmin edilməsə də, apellyasiya instansiyası tərəfindən qətnamə ləğv edilərək Bankın şikayəti təmin edilmişdir, borc həmçinin "xxxx" MMC-dən müştərək qaydada tutulmuşdur və Ali məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. 2(102)-4253/2022 (cavabdeh Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı) – Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə "xxxx" MMC ilə borcludan borcun müştərək qaydada tutulması barədə qərar qəbul olunmuşdur. 2(102)-2635/2023 (cavabdeh X3) – Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə "xxxx" MMC ilə borcludan borcun müştərək qaydada tutulması barədə qərar qəbul olunmuşdur. e-2(011)-736/2024 (cavabdeh X8) – Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə "xxxx" MMC ilə borcludan borcun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmışdır. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermədiyindən iş üzrə icra vərəqəsi çıxarılmışdır. e-2(009)-1116/2024 (cavabdeh X9) – Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə "xxxx" MMC ilə borcludan borcun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmışdır. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermədiyindən iş üzrə icra vərəqəsi çıxarılmışdır. 2(103)-518/2025 (cavabdeh X17) - Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə "xxxx" MMC ilə borcludan borcun müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmuşdur. 2(102)- 2811/2021 (cavabdeh Eyvazova (Salamova) Elnura Qaraxan qızı) -Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə MTK-a ilə borcludan borcun müştərək qaydada tutulması barədə qərar qəbul olunmuşdur. 2(102)-4069/2020 (cavabdeh X10) - Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə MTK-a ilə borcludan borcun müştərək qaydada tutulması barədə qərar qəbul olunmuşdur. 2(102)-5721/2021 (cavabdeh X13) - Bu iş hal-hazırki işlə eynilik təşkil edir. İş üzrə MTK-a ilə borcludan borcun müştərək qaydada tutulması barədə qərar qəbul olunmuşdur. 2(102)-5884/2021 (cavabdeh X2) -Bu iş üzrə MTK-dan birgə tutma həyata keçirilmədiyinə görə iş 460.1 və 390.4-cü maddəyə istinad olunaraq qətnamə bu hissədə ləğv edilərək yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyasında Bankın şikayəti tam təmin olundu. Borc müştərək qaydada cavabdehlərdən tutuldu. 2(102)-2672/2022 (cavabdehQarayeva Sevda Çingiz qızı) - Bu iş üzrə borcun MTK-dan birgə tutulması hissəsində qətnamə qüvvədə qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2247/2022 nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı tələbinə dair iddia ərizəsi pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmamış saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti nəzərdə tutulmaması səbəbindən xx.xx.2022-ci il tarixli 2(103)-2247/2022 nömrəli qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4349/2022 nömrəli qərarının “kassasiya instansiya məhkəməsinin mövqeyi” hissəsində qeyd olunmuşdur ki, “Hazırki kassasiya şikayətinin dəlilləri əslində ərizənin baxılmamış saxlanmasının düzgün olmaması barədədir. Sadəcə qanunvericilik həmin qərardaddan kassasiya şikayəti imkanı nəzərdə tutmadığından və qarşılıqlı iddianın təmin edilməsi hissəsinin ləğv edilməsi məsələsi qətnamədə həll olunduğundan cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddianın təmin edilən hissəsi həmin qarşılıqlı iddianın baxılmamış saxlanılması əsası ilə ləğv edildiyindən, kassasiya məhkəməsinin apellyasiya instansiya məhkəməsinin kassasiya verilməyən qərardadını yoxlamaq səlahiyyəti olmadığından, ərizənin baxılmamış saxlanılması üçün əsasların olması birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə əsas verdiyindən və bu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5- ci maddəsinə uyğun olduğundan qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.”
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
25. İddiaçının nümayəndəsi K.X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
32. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 491.1 Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-35/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilməli, 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 62906,56 (altmış iki min doqquz yüz altı manat əlli altı qəpik) manat əsas, 56577,41 (əlli altı min beş yüz yetmiş yeddi manat qırx bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 119483,97 manat borc və 407 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və "xxxx" MMC- dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.
42. Kollegiya hesab edir ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə düzgün qiymət verməmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilə Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, qarışıq müqavilə və Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası üzrə müqavilədə nəzərdə tutulan digər üsulların ünsürlərini daşıyan müqavilədir. Məhkəmə qətnamədə qeyd etdiyi kimi həmin müqaviləyə münasibəti birgə məsuliyyət yox, subsidiar məsuliyyət daşıması barədə müqavilə kimi qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən müqavilədə subsidiar məsuliyyətin göstərilməsi imperativ qayda kimi göstərilmişdir (əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar). Lakin tərəflər arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilədə subsidiar məsuliyyətə heç bir maddədə istinad edilməmişdir. Müqavilənin 4.3cü bəndinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 (otuz) təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi huququnu Banka verir.
43. "xxxx" ASC ilə "xxxx" MMC (Cəmiyyət) arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilə tərəflərin iradə ifadəsini əks etdirən, yazılı formada tərtib olunan və imzalarla təsdiq edilmiş qarışıq müqavilə olmaqla özündə birgə əməkdaşlıq göstərilməsi və bir növ zaminlik müqaviləsinin ünsürlərini əks etdirir. Tərəflər arasında birgə əməkdaşlıq müqaviləsi bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddia cavabdeh "xxxx" MMC -dən pul tutulması hissəsində əsaslı hesab olunur.
44. Belə ki, 06 avqust 2014-cü il tarixdə borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanması, sonuncunun həmin müqavilə üzrə öhdəliklərin yaranması və onun həmin öhdəliklərini tam yerinə yetirməməsi işin müəyyən olunmuş hallarıdır. Eyni zamanda Bank Technique” ASC ilə "xxxx" MMC (Cəmiyyət) arasında 18 mart 2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC satdığı mənzilin dəyərinin hansı hissəsi miqdarında kredit məbləğinin ayrılması, krediti müddəti, ona hesablanan faizlər barədə məlumatlı olmaqla alıcı tərəfindən bank qarşısında olan kredit öhdəliyinin icra edilməməsi halında özü bank qarşısında öhdəlik götürmüşdür. Sözügedən müqavilədə "xxxx" MMC-nin subsidiar məsuliyyət daşıması göstərilməmişdir. Əksinə müqavilə ilə "xxxx" MMC mövcud olan kredit borcunu və ona hesablanmış faizləri eyni zamanda öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin 4.3-cü bəndinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 (otuz) təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi huququnu Banka verir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, məhkəmə tərəfidən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-35/2025 saylı xx.xx.2025-ci il tarixli tarixli qətnaməsi qismən - iddia tələbinin cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 62906,56 (altmış iki min doqquz yüz altı manat əlli altı qəpik) manat əsas, 56577,41 (əlli altı min beş yüz yetmiş yeddi manat qırx bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 119483,97 manat borc və 407 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.