Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3060/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı (İrina) Rza qızının iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-318/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı (İrina) Rza qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X21, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-in Bakı Ərazi İdarəsinə və 15 saylı DNK-ya qarşı “çıxarışın qismən etibarsız hesab edilməsinə və nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 71, mənzil 41 mənzilinə X11 tərəfindən X19 adına xx xxxxxx 1998-ci il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, xx xxxx 1998-ci il tarixli 2 kn-v-46 salyı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmış alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi, nəticələrinin qismən ləğvinə və ərinin hissəsinə onun vərəsə kimi hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-in Bakı Ərazi İdarəsinə və 15 saylı DNK-ya qarşı Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzilinə X11 tərəfindən X19 adına xx xxxxxx 1998-ci il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, xx xxxx 1998-ci il tarixli 2 kn-v-46 salyı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmış alqı-satqı müqavilələrinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmin mənzilə mərhum əri X17 münasibətdə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X11 aldadılaraq, oğlu və onun ərinin arvadı kimi özünü qələmə vermiş və qaynanam tərəfindən onun və ərimin adına xx xxxxxx 1998-ci ildə vəsiyyətnamə yazılmışdır. Vəsiyətnamədə də qaynanası göstərib ki, mənzilini oğluna və onun arvadına vəsiyyət edir. Arvadı kimi də cavabdeh X22 göstərmişdir. Ona yalandan deyiblər ki, Qəzənfərin arvadıdır. Bu vəsiyyətnamə yazılandan bir neçə gün sonra qaynanası vəfat etmişdir. Vəsiyyənamədən istifadə edən X24 evi öz adına və ərinin adına rəsmiləşdirmiş və sonradan isə izləri itirmək məqsədi ilə evi digər bacısı Cavabdeh1 formal olaraq satmışlar. Məhkəmə qətnaməsi ilə əri ilə X24 arsınadakı nikah etibarsız sayılmışdır. İkincisi,Bakı şəhəri Nizami rayonu, Naxçivanski küçəsi ev 71, 41 saylı mənzil satılarkən onun həyat yoldaşının da hissəsi onun verdiyi etibarnaməyə əsasən satılmışdır. Həmin etibarnamə ərinin fəaliyyət qabiliyyəti olmaması səbəbindən etibarsız sayılmışdır. Ərinin alqı-satqı zamanı X25 müalicə alması barədə arayışı iddia ərizəsinə əlavə edilmişdir. Ərinin xəstə olmasından istifadə edərək qanunsuz olaraq etibarnamə almışlar. Daha sonra onu xəstəxanaya yerləşdirilmişlər və həmin vaxt da alqı-satqı etmişlər. Ərinin fəaliyyət qabiliyyətinin olmaması barədə qatənamələr qanuni qüvvəsini almışlar. Üçüncüsü,ərinin adına olan mənzilin alqı-satqısı zamanı onun da razılığı tələb olunurdu. Lakin göründüyü kimi onun razılığı olmadan alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Bu isə həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır. Dördüncüsü, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının 108 №-li xx xxxxxx 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki,Bakı şəhəri Xəzər rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 16 saylı evin 2 saylı mənzilində qeydiyyatda olan xx.xx.1950-ci il təvəllüdlü X18 1975-ci ildən 26 saylı BŞX-nın Poliklinika şöbəsində olan Ruhi-Əsəb Xəstəlikləri kabinetində “Şizofreniya, xroniki alkoqolizm” diaqnozu ilə qeydiyyatdadır. Psixi durumu Anormaldır, Anlaqsızdır. AR Səhiyyə Nazirliyi Məhkəmə X13 Ambulator Məhkəmə Ekspertizasının xx.xx.2016-cı il tarixli 1763 saylı rəyində qeyd olunur ki,mərhum X18 1978-ci ildən psixi qusurlu olmuş və düçar olduğu xroniki alkoqolizm xəstəliyi nəticəsində 1999-cu ildən başlayaraq onda şəxsiyyətin deqradasiyası, yəni şəxsi keyfiyyətlərin, yaddaş və intelektin enməsi, davranış pozuntuları, tənqidinin olmaması biruzə vermişdir. Buna görə də Q.O.Musabəyovun düçar olduğu xroniki alkoqolizmlə əlaqədar şəxsiyyətində deqradasiya meydana gəldiyi üçün 1999-cu ildən başlayaraq onun öz hərəkətlərini şüurlu dərk etmək və onları idarə etmək iqtidarında olmaması nəticəsinə gəlməyə əsas verir (xx.xx.2016-cı il tarixli 1763 saylı rəy əlavə olunur).Qeyd olunanlar ona dəlalət edirki Bakı şəhəri Nizami rayonu, Naxçivanski küçəsi ev 71, 41 saylı mənzilinin alqısatqısı zamanı mərhum X17 heç bir pul ödənilməmişdir. Sadəcə onun durumundan istifadə edərək alqı-satqı müqaviləsi bağlanmışdır. Beşincisi,göründüyü kimi X11 aldadılaraq Bakı şəhəri Nizami rayonu, Naxçivanskiy küçəsi ev 71 mənzil 41 mənzilinə dair X19 adına xx xxxxxx 1998-ci il tarixdə verilmiş vəsiyyətnamə verilmişdir. Bu isə onu ehtiva edir ki, qeyd olunan vəsiyyətnamə etibarsız hüquqi sənəddir. Belə olan təqdirdə isə mübahisə edilən mənzilə dair miras qoyanın (X11) qanun üzrə vərəsəsi əri X18 hesab olunur. Onunda qanun üzrə vərəsəsi arvadı o, İddiaçı hesab olunur. Bu baxımdan Bakı şəhəri Nizami rayonu, Naxçivanskiy küçəsi ev 71 mənzil 41 mənzilinə dair onun vərəsəlik və mülkiyyət hüququ tanınmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-318/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmiş, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı (İrina) Rza qızı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı (İrina) Rza qızı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər X24, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-in Bakı Ərazi İdarəsinin və 15 saylı DNK-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-318/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2008-ci ildə təkrar verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Musabəyov Qəzənfər X6 arasında olan nikah xx xxxx 1994-cü ildə qeydə alınmışdır. İş materiallarında olan Nikahın bağlanması haqqında xx xxxxxx 1999-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, Musabəyov Qəzənfər X4 arasında olan nikah Nizami rayon WAQ şöbəsində qeydiyyata alınmışdır. - Bakı şəhəri icra hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya MH 116361 nömrəli Qeydiyyat Vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzil xüsusi mülkiyyət kimi X8 adına xx xxxxxx 1997-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 1998-ci il tarixli Vəsiyyətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzili oğlu X18 və gəlini X21 vəsiyət etmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş arayışdan görünür ki, X11 xx xxxxxx 1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri icra hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya MH 122850 nömrəli Qeydiyyat Vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzil xüsusi mülkiyyət kimi X18 və X19 adına xx xxxx 1998-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan X18 tərəfindən xx xxxx 1998-ci il tarixdə Bakı şəhəri 33 saylı X20 Quliyeva (Musabəyova) İradə Əliş qızına verilmiş etibarnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 əmlakı barədə sərəncam vermək hüquqlarını X21 etibar etmişdir. İş materiallarında olan xx xxxxxxx 1999-cu il tarixli 082343 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 Qəzənfər Oktayeviçin ona verdiyi etibarnamə əsasında onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzili Cavabdeh1 satmışlar. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Xəlilov Elvinin adına xx xxxxxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* nömrəli xx xxxxxxxx 2010-cu il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Elvin Xəlilov Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzili X1. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2009cu il tarixli 2(007)-1414/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, X14 İddiaçı Əliş qızı arasında xx xxxxxx 1999-cu il tarixdə Nizami rayon VVADQ şöbəsində rəsmiləşdirilmiş nikah etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)- 653/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X18 1999-cu ildən etibarən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-57/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, X15 Quliyeva (Musabəyova) İradə Əliş qızının adına 1998-ci ildə Bakı şəhəri 33 saylı X20 vermiş olduğu etbarnamə 1999-cu ildən etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 622/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X18 1985-ci ildən etibarən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(007)- 5413/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X24, Cavabdeh1, Cavabdeh2 və Elvin Xəlilova qarşı vəsiyyətnamənin, alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Nülki Kollegiyasının xx xxx 2016-cı il tarixli, 2(103)- 4340/2016 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(007)- 5413/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(102)-1197/2017 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Nülki Kollegiyasının xx xxx 2016- cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil xüsusi mülkiyyət kimi X8 adına xx xxxxxx 1997-ci il tarixdə qeydiyyata alınmışdır. X11 mənzili xx xxxxxx 1998-ci il tarixli vəsiyyətnamə ilə oğlu X17 və gəlini X21 vəsiyyət etmişdir. Sözügedən mənzil X18 və X19 adına xx xxxx 1998-ci il tarixdə qeydiyyata alınmışdır. X7 Qəzənfər Oktayeviçin ona verdiyi etibarnamə əsasında onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzili xx xxxxxxx 1999-cu il tarixdə Cavabdeh1 satmışdır. Daha sonra Həmin mənzil xx.xx.2007- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Elvin Xəlilova satılmış, sonuncu isə öz növbəsində həmin mənzili xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 və hal-hazırda onun mülkiyyətindədir. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər X24, Cavabdeh1, Cavabdeh2 və Elvin Xəlilova qarşı vəsiyyətnamənin, alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli qətnaməsi ilə, qətnamə dəyişdirilmədən saxlanlmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdən görünür ki, İddiaçı vəsiyyətnamənin, habelə mübahisəsi gedən mənzilə dair sonradan bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılması tələbinin əsasını, X8 öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərini idarə edə bilmədiyi şəraitdə sözügedən vəsiyyətnaməni tərtib etməsi, həmçinin Musabəyov Qəzənfər X2 arasında bağlanmış nikahın sonradan etibarsız hesab edilməsi təşkil etmişdir, hansı ki məhkəmə artıq həmin tələbə qeyd olunan əslarla qiymət vermiş və iddia təmin edilməmişdir. Hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində olsa da, tələbin əsasları fərqlidir. Belə ki, iddiaçı tələbinin əsaslandırılmasında ilk olaraq qeyd etmişdir ki, “Bakı şəhəri Nizami rayonu, Naxçivanski küçəsi ev 71, 41 saylı mənzil satılarkən onun həyat yoldaşının da hissəsi onun verdiyi etibarnaməyə əsasən satılmışdır. Həmin etibarnamə ərinin fəaliyyət qabiliyyəti olmaması səbəbindən etibarsız sayılmışdır. Ərinin xəstə olmasından istifadə edərək qanunsuz olaraq etibarnamə almışlar. Daha sonra onu xəstəxanaya yerləşdirilmişlər və həmin vaxt da alqı-satqı etmişlər. Ərinin fəaliyyət qabiliyyətinin olmaması barədə qatənamələr qanuni qüvvəsini almışlar.” Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq haqlı olaraq qeyd etmişdir ki, X3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzili oğlu X18 və gəlini X21 vəsiyət etməsinə dair xx xxxxxx 1998-ci il tarixli Vəsiyyətnamə onun qanunvericiliklə müəyyən edilmiş formasına uyğun olaraq tərtib edilmiş, vəsiyyət edən şəxsin şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanılmış, vəsiyyətnamənin tərtibi ilə bağlı heç bir pozuntuya yol verilməmişdir. Miras qoyan öz əmlakını istədiyi şəxsə vəsiyyət etməkdə sərbəstdir. Məhkəmə kollegyası qeyd edir ki, X8 vəsiyyətnamə yazarkən mövcud olan qanunvericiliyə əsasən, yəni 1964-cü ildən xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 537-ci maddəsinə görə isə, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa vəsiyyət üzrə verə bilər. Həmin Məcəllənin, 531-ci maddəsinə əsasən, miras qoyan vətəndaşların vərəsələrindən bu vəya digərinin əleyhinə qanunsuz hərəkət edən şəxslər və yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə hərəkət etməklə, onların vərəsəliyə çağrılmasına kömək edənlər, bu hallar məhkəmə qaydasında təsdiq edilərsə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmaq hüququna malik deyillər. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan müvafiq maddi norma qanun və vəsiyyət üzrə vərəsə ola bilməyən şəxslərin dairəsini müəyyən etmişdir. Hansı ki, fəaliyyət qabiliyyəti olmayan şəxs həmin dairəyə aid deyildir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, X15 fəaliyyət qabiliyyəti olmaması əsası ilə X3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzili X18 və X21 vəsiyət etməsi ilə bağlı xx xxxxxx 1998-ci il tarixli Vəsiyyətnamə etibarsız hesab edilməsi tələbi əsassızdır. Bundan başqa iddiaçı iddia tələbinin əsaslandırmasında göstərmişdir ki, “ərinin adına olan mənzilin alqı-satqısı zamanı onun da razılığı tələb olunurdu. Lakin, onun razılığı olmadan alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Bu isə həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır.” Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci bəndinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qeyd olunan normanın tələbindən çıxış edən məhkəmə hesab edir ki, İddiaçı ilə birgə nikah dövründə X17 vərəsəlik qaydasında keçən əmlak onun ayrıca mülkiyyətindədir və həmin əmlaka sərəncam verərkən birgə nikahdan olduğu şəxsin razılığı tələb olunmur. Bundan başqa iddiaçının vəkili məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X15 Quliyeva (Musabəyova) İradə Əliş qızının adına 1998-ci ildə Bakı şəhəri 33 saylı X20 vermiş olduğu etibarnamə 1999-cu ildən etibarsız hesab edilmişdir. Məhkəmə iddiaçının vəkilinin həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, müqavilə bağlanan zaman X15 Quliyeva (Musabəyova) İradə Əliş qızının adına 1998-ci ildə Bakı şəhəri 33 saylı X20 vermiş olduğu etibarnamə qüvvədə olmuş, xx xxxxxxx 1999cu il tarixli müqavilə ilə, X7 Qəzənfər Oktayeviçin ona verdiyi etibarnamə əsasında onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzili Cavabdeh1 satmışdır. Bununla yanaşı, nəzərə alnmalıdır ki, mübahisəli mənzil X24 tərəfindən Cavabdeh1, sonuncu tərəfindən Elvin Xəlilova, o isə öz növbəsində Cavabdeh2 satılmışdır. Məhkəmə hesab edir ki, belə olan halda mənzili vicdanlı əldə edən olunduğuna görə iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Baxılan iş üzrə cavabdehlər Cavabdeh1 mübahisəli əmlakı alqı-satqı yolu ilə əldə edərkən həmin əmlak dövlət reyestrində X18 və X19 adına qeydə alınmışdır. Müqavilə bağlanan zaman X15 Quliyeva (Musabəyova) İradə Əliş qızının adına 1998-ci ildə Bakı şəhəri 33 saylı X20 vermiş olduğu etibarnamə qüvvədə olmuşdur. “X12 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin qərarda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 vicdanlı əldə edən olduğundan, bağlanmış mübahisələndirilən alqı-satqı müqavilələri etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyasl qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 və Cavabdeh2 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək ev əldə etmişdir. Bununla da vicdanlı əldə edən kimi iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, nə qədər ki, mənzilin alqı-satqı müqavilələri qüvvədədir, onların etibarsız hesab olunması üçün əsaslar müəyyən edilməmişdir, o zaman həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və ya ləğv edilməsi, o cümlədən bundan irəli gələrək digər tələblərin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 77, 41 saylı mənzilinin mərhum əri X17 münasibətdə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması” hissəsinə münasibətdə də haqlı olaraq qeyd etmişdir ki, X10 vərəsəlik qaydasında keçən mənzilə sağlığında sərəncam vermişdir. Hansı ki, məhkəmə artıq həmin məsələyə hüquqi qiymət vermişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı 15 saylı Notariat Ofisinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, 41 nömrəli mənzilə Musabəyova Valentina Fyodorovna tərəfindən X19 adına xx xxxxxx 1998-ci il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, xx xxxx 1998- ci il tarixli 2kn-v-46 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmış alqı-satqı müqavilələrinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, 41 nömrəli mənzilnin mərhum əri X17 münasibətdə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən təkzib edilməklə təmin edilə, eyni zamanda qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-318/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı (İrina) Rza qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-318/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3060/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3060/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver