Məhkəmə qərarları › İş №2(103)-3062/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3062/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3062/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və X2 qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Əliyeva Gövhər İsmayıl qızına qarşı borcun tutulması tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surətini reyestrdə müəyyən edilmiş tarixə əsasən tərəflərə xx.xx.2020-ci il tarixində iddia ərizəsində qeyd etdiyi ünvana sifarişli məktubla göndərilmiş (işə xəbərnamələr əlavə edilməmiş və korrespondensiyanın izlənilməsi həyata keçirilməmişdir), lakin iddiaçı apellyasiya şikayətini xx.xx.2021-ci il tarixində təqdim etmişdir (səh.46,47,50). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən digər şəxslərin qətnamənin almamasına və onlarında şikayət vermək hüquqlarının mövcudluğuna müvafiq gözləntilərin olmasına, habelə qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Qeyd edilənlərdən əlavə verilən apellyasiya şikayətində forma və məzmuna riayyət edilməyərək cavabdehin iş yeri, yaşayış yeri, yaxud olduğu yer əks edilməmiş, bununlada şəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan sui-istifadəyə şərait yaradılmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 128-135, 357.1, 360-366, 397.2, və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-4428/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar