Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3064/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 katibliyi ilə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3127/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 03 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə illik 24% dərəcəsi ilə 9.800 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 997 ABŞ dolları əsas borc, 1.652,14 ABŞ dolları faiz borcu, 3.832,56 ABŞ dolları və gecikdirilmiş vaxt üçün 142,94 ABŞ dolları hesablanan faiz borcu, cəmi 6.625,57 ABŞ dolları borcu yaranmışdır.
2. Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci tarixdə ünvanladığı ərizədən görünür ki, o, kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun tam, faizlərin isə 50 %-nə güzəşt edərək qalıq məbləğin 2 ay müddətinə bərabər hissələrlə ödənilməsi məsələlərinə yenidən baxılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – LPO İddiaçı ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 997,93 ABŞ dolları əsas, 1652,14 ABŞ dolları faiz, 3832,56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 142,94 ABŞ dolları borc olmaqla, cəmi 6625,57 ABŞ dolları məbləğində borcun və 123,8 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh bank tərəfindən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 9800 ABŞ dolları kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və nəticədə xx.xx.2020-ci il tarixə tələbdə göstərilən məbləğdə borcu qalmışdır.
5. Həmçinin cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə müraciət edərək, iddiaçı ilə kredit müqaviləsinin 2015-ci ilin mart ayında bağlandığını, bununla da 3 illik iddia müddətinin ötürüldüyünü bildirib məhkəmədən iddianın həmin əsasla rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3127/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 997,93 ABŞ dolları əsas, 1652,14 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə və xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 142,94 ABŞ dolları olmaqla, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 2893,01 ABŞ dolları məbləğində borcun və 69,15 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddia tələbinin İddiaçı ASC ilə bağladığı xx.xx.2015- ci il tarixli kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi – xx.xx.2018-ci il tarixdən 3 ildən artıq müddət keçdikdən sonra qaldırılmasına halına əsaslanaraq, bu əsasla iddianın rədd edilməsini xahiş etsə də, iddia tərəfi Cavabdeh xx.xx.2021-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı ərizəyə istinad edərək, cavabdehin orada borcunu etiraf etdiyini, buna görə də, iddia tələbinin qaldırılması üçün iddia müddətinin ötürülmədiyini iddia edir. Məhkəmə, cavabdehin “.....xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış cərimə faizi borcuna tam, faizlərin isə 50%-nə güzəşt edərək qalıq məbləğin 2 ay müddətində bərabər hissələrlə ödənilməsinə köməklik göstərəsiniz.” məzmunlu ərizəsini tədqiq edib, iddia tərəfinin izahatını və cavabdehin iddia müdətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, sözügedən ərizədə qeyd olunanlar Cavabdeh iddiaçıya olan borcunun etirafı kimi qiymətləndirilməlidir.
8. Məhkəmə iclasda tədqiq edilən sübutları qiymətləndirərək hesab etmişdir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1,448.1, 448.2 və 467-ci maddələrinə; Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3127/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qəbul olunan zaman o, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı bank tərəfindən iddia müddəti ötürülmək ilə iddia qaldırılmasına baxmayaraq sədrlik edən iddia tələbini qismən təmin etmişdir. O, məhkəməyə iddia müddətinin ötürülməsi ilə ərizə ilə müraciət etdikdən bu günə qədər ona məhkəmənin hansı yekun nəticəyə gəlməsi məlum deyildi. Lakin iddia müddətinin ötürüldüyündən əmin olduğu üçün iddianın da rədd olunmasını güman edirdi. Ona məhkəmənin yekun qərarı nə poçt vasitəsi ilə nə də telefona bu barədə xəbərdarlıq gəlməmişdir. O, tamamilə fərqli bir məsəslə ilə bağlı asan nömrə alıb elektron məhkəmə portalına baxan zaman bundan xəbəri olmuşdur. Çox təəccüblənib ki, necə ola bilər ki, hüquqları bu qədər pozulsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, ona illik 24% dərəcəsi ilə 36 ay müddətinə 9800 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin qətnamədə göstərilmişdir ki, " Hazırkı iş üzrə cavabdeh iddia tələbinin İddiaçı ASC ilə bağladığı xx.xx.2015- ci il tarixli kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi - xx.xx.2018ci il tarixdən 3 ildən artıq müddət keçdikdən sonra qaldırılmasına halına əsaslanaraq, bu əsasla iddianın rədd edilməsini xahiş etsə də, iddia tərəfi Cavabdeh xx.xx.2021-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı ərizəyə istinad edərək, cavabdehin orada borcunu etiraf etdiyini, buna görə də, iddia tələbinin qaldırılması üçün iddia müddətinin ötürülmədiyini iddia edir." həmçinin həmin qətnamədə "Məhkəmə, cavabdehin “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış cərimə faizi borcuna tam, faizlərin isə 50%-nə güzəşt edərək qalıq məbləğin 2 ay müddətində bərabər hissələrlə ödənilməsinə köməklik göstərəsiniz.” məzmunlu ərizəsini tədqiq edib, iddia tərəfinin izahatını və cavabdehin iddia müdətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, sözügedən ərizədə qeyd olunanlar Cavabdeh iddiaçıya olan borcunun etirafı kimi qiymətləndirilməlidir." göstərilmişdir. O, heç bir zaman qeyd olunan məzmunda ərizə ilə banka müraciət etməmişdir. O ərizə formal olaraq bank tərəfindən verilmişdir. Həmçinin ərizənin tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. Nə təsadüf ki, iddiaçının təqdim etdiyi maliyə arayışı da xx.xx.2021-ci il tarixlidir. Həmçinin iddiaçı bank daha əvvəldə ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Elektron sistemdən də görünür ki, həmin iddia məhz xx.xx.2021-ci il tarixdə hakimin icraata başlamaq haqqında qərardadı olmuşdur. O, həmin mülki iş zamanı məhkəmədə iştirak etsə də iddiaçı tərəfdən nümayəndə gəlməmişdir. Həmin iş üzrə sonuncu məhkəmə xx.xx.2021-ci il tarixdə olmuşdur, əgər elə bir ərizə olsa idi iddiaçı tərəf onu təqdim edərdi. Qeyd olunan ərizə yoxdur, əgər varsa da o, elə bir ərizəyə qol çəkməmişdir. Çünki heç real sözlərlə yazılmayıb. O, heç bir halda 2 ay müddətinə o pulu ödəməyi öhdəsinə götürə bilməz, nə də ödəyə bilməz. Həmin iddia tam əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 19.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 20.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 21.377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 22.380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 23.739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 25.«X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 27.Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi LPO İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri xx.xx.2015-ci il tarixdə yaranmışdır. Həmin kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır; başqa sözlə desək icra müddətinin sonu xx.xx.2018-ci il tarixi kimi müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş, bununla da müqavilə öhdəliyini pozmuşdur. 28.Birinci instnasiya məhkəməsində işə baxılan zaman cavabdeh tərəfindən iddia müddətinin tətbiqi xahiş edilmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni qəbul etməyərək, cavabdehin xx.xx.2021-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna sözügedən kredit müqaviləsi üzrə hesablanmış cəriməyə tam, faiz borcuna görə isə 50% güzəşt edilərək qalıq məbləğin 2 ay müddətində bərabər hissələrlə ödənilməsinə köməklik göstərilməsinə dair ərizə ilə müraciət etdiyinə, bununla da onun LPO İddiaçı ASC-yə borcunun qaldığını etiraf etdiyinə istinad etmişdir. 29.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, yuxarıda qeyd olunanlara əsasən iddiaçının müqavilə öhdəlikləri üzrə icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyü qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə bitir və iddiaçı icra müddəti bitdikdən 4 il 1 ay 5 gün sonra iddia verməklə iddia müddətini ötürmüşdür. 30.Cavabdeh tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci tarixdə ünvanlanmış ərizəyə istinadı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə bitmişdir, istinad olunan ərizə isə həmin müddət bitdikdən sonra verilmişdir. Belə olan halda qeyd olunan bu ərizənin borclu şəxsin borcunu etiraf etməsini göstərən hərəkət kimi nəzərə alınması mümkün olsa da bu hərəkət iddia müddətinin axımı bitdikdən sonra edildiyi üçün iddia müddətinin kəsilməsinə əsas ola bilməz. 31.Məhkəmə kollegiyası həmçinin iddiaçının tərəf olduğu kredit müqaviləsi üzrə sonuncu ödənişin müqavilə üzrə icra müddəti bitməmiş edildiyini qeyd etməyi vacib sayır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən müqavilə tərəfi olmuş Cavabdeh məxsus hesaba müəyyən kompensasiyanın köçürülməsi (xx.xx.2019-cu tarixdə) isə onun müqavilə üzrə yaranmış borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilə bilməz. 32.Beləliklə iddia müddətinin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu müəyyən edilmədiyindən, iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hazırki iddia rədd olunmalıdır. 33.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
34. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3127/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Günay Axundova