Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3066/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X10 və X21 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdeh T.E.K.O. firmasının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh1 və T.D.X25 T.E.K.O. firmasına, X11, Cavabdeh4, Cavabdeh3, X3, X16, X15 və X12 qarşı “kredit müqaviləsi üzrə borc və s.” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)- 78/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh1 və Cavabdeh4 Tam ortalqı T.E.K.O. firmasından, X4, Cavabdeh4, Cavabdeh3, X1, X13, X8 və X5005R********** saylı kredit razılaşması üzrə 43326.95 ABŞ Dolları məbləğində kredit borcu, 9857.66 ABŞ Dolları məbləğində faiz borcu və 20243.38 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 73427,99 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönədlilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində yerləşən 145 nömrəli evdə xüsusi mülkiyyətdə olan 4 otaqlı 107 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 73427,99 ABŞ Dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh1 və T.D.X25 “T.E.K.O.” firmasından, X6, Cavabdeh4, Cavabdeh3, X1 ümumi qaydada tutulması; Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində yerləşən 145 nömrəli evdə xüsusi mülkiyyətdə olan 4 otaqlı 107 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X17, X18, X23 və X14 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-78/2019 saylı xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005570 saylı kredit xətti müqaviləsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005570 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 005R********** saylı kredit razılaşması və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 005R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş ləğv edilmiş, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən əsas borca görə 41077,20 ABŞ dolları, faiz borcuna görə 19140,48 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları olmaqla, cəmi 61217,68 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 61 manat İddiaçı QSC-nin xeyrinə tutulması, X2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 245 manatın dövlət nəfinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 145 saylı evin 107 saylı mənzilinin ilkin satış qiymətinin 118000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 145 saylı evin 107 saylı mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, X19, X23, X22 və X9 mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və “T.E.K.O.” firması apelyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-78/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin 12.929 manat məbləği həcmində təmin edilməsini, qalan hissədə isə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, kredit müqaviləsinin şərtinə görə iddiaçı cavabdehə krediti ABŞ dolları ilə verməli olduğu təqdirdə, bank daxili dəyişmə ilə nəticədə ona manat vermişdir. Belə ki, cavabdehə pul vəsaiti neft məhsulları alınması üçün “xxxx” QSC-nə köçürülməsi üçün lazım olmuş və iddiaçıya da bu formada müraciət olunmuş, kredit müqaviləsində də bu öz əksini tapmışdır. Həmin kredit müqaviləsi və onunla bağlı təqdim edilmiş bank sənədləri cavabdeh tərəfindən imzalanandan sonra nağd olaraq ona 54.096 manat verilmişdir. Həmin puldan da 50.000 manat birdəfəlik neft məhsullarına görə “xxxx” QSC-yə ödənilmişdir. Həmçinin eyni qaydada ondan əvvəl də cavabdehə 30.000 ABŞ dolları kredit sənədləşdirilmiş, manatla verilmiş, neft məhsulları üçün manatla ödənilmiş və manatla qaytarılmışdır. Göründüyü kimi, cavabdehə verilməklə bankdan kənara çıxarılmış pul vəsaiti ABŞ dolları deyil, manat olmuşdur, ona görə də dolların məzənnəsi dəyişdiyi baxımından tələb də manatla olmalı idi. Bu müddətlər ərzində cavabdeh tərəfindən kredit və ona hesablanmış faizlərə görə cəmi 65.000 manat ödənilmişdir. Nəticə etibarı ilə qeyd olunan kredit və ona maksimum hesablana biləcək faizlərə görə ümumilikdə borc 12.929 manat qalmışdır.Məhkəmə araşdırılması zamanı da qeyd olunanlar öz təsdiqini tapmışdır. Lakin məhkəmə iş üzrə toplanmış sübutları bir kənara qoyub, yalnız iş üzrə alınmış məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır ki, həmin rəy də faktiki dövriyyəyə uyğun manatla deyil, yalnız müqavilədə qeyd olunan ABŞ dolları ilə hesablanmaqla verildiyindən yetərincə əsaslı olmamışdır. Bundan başqa ipoteka qoyulmuş əmlakın qiyməti də düzgün müəyyən edilməmiş, belə ki, həmin əmlakın dəyəri 200-250 min manat dəyərində olsa da, bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və ona baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və cavabdehlər bu barədə lazımi qaydada xəbərdar olunsalar da, cavabdeh “T.E.K.O.” firması istisna olmaqla iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən “T.E.K.O.” firmasının nümayəndəsi hazırki işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti “T.E.K.O.” firmasına münasibətdə qeyri-mümkün sayılmışdır. İşdə iştirak edən “T.E.K.O.” firmasının nümayəndəsi X20 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti Cavabdeh1 tərəfindən verilərək, qətnamənin qismən ləğv edilməsi tələb olunduğu üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın həmin cavabdehə qarşı əsas və faiz borcunun təmin olunmuş və ipoteka predmetinin satış qiyməti ilə bağlı hissələrdə yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş yazılı sübutlar əsasında müəyyən olunmuşdu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005570 saylı kredit xətt müqaviləsinə əsasən Bank borcalana 100000 ABŞ Dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüş, xx.xx.2014-cü il tarixli 005R********** saylı kredit sazişinə əsasən isə 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000(yetmiş min) ABŞ dolları məbləğində kredit vermiş, tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 005R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Kredit müqaviləsinin təminatı olaraq Bankla zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Lakin borcalan kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, nəticədə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka vaxtında qaytarmamışdır. Buna görə də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən, Cavabdeh1 qarşı əsas və faiz borcunun təmin edildiyi və ipoteka predmetinin satış qiyməti ilə bağlı olan hissələrdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublkiası Mülki Məcəlləsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər (421.1, 421.2, 422.2). Hazırki işdə tərəflər arasında bağlanmış kredit razılaşması və ona edilmiş dəyişikliklə bağlı imzalanmış sazişə əsasən kredit borcunun borcalan tərəfindən tam ödənilməməsi iş materialları ilə tam sübuta yetirildiyi üçün birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən mübahisələndirilən müqavilə, razılaşma və sazişin ləğv olunması qənaətinə gəlmişdir. Həmçinin Mülki Məcəllənin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (425.1, 439.1, 439.2, 439.7, 442, 445.7). Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, Bank tərəflər arasında bağlanmış kredit xətt müqaviləsinin, kredit razılaşmasının və ona dəyişikliklə bağlı bağlanmış kredit sazişinin ləğv edilərək, maliyyə arayışları və təqdim etdiyi hesabatlara əsasən borc alan Cavabdeh1 43025 ABŞ dolları məbləğində əsas, 23426,55 ABŞ dolları məbləğində isə faiz borcunun tutulmasını tələb etsə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi əsasında əsas borcun 41077,20 ABŞ dolları, faiz borcunun isə 19140,48 ABŞ dolları olduğu müəyyən edilmişdir. Bununla bağlı iş üzrə birinci instansiya məhkəməsi iddaçının pul tələbini məhkəmə ekspertizasının rəyi əsasında qismən təmin edərək, əsas borca görə 41077,20 ABŞ dolları, faiz borcuna görə isə 19140,48 ABŞ dolları pulun tutulması qənaətinə gəlmişdir ki, bu da iş materialları ilə təkzib olunmadığından və cavabdeh tərəfindən Banka məhkəmə ekspertizasının rəyi əsasında müəyyən edilmiş əsas və faiz borcundan daha az məbləğdə borcun qalması faktının sübuta yetirilməməsi səbəbindən düzgün olmuşdur. Digər tərəfdən Cavabdeh1 apellyasiya şikayətində kreditin Bank tərəfindən ona ABŞ dolları ilə deyil, manatla verildiyini və ipoteka predmetinin qiymətinin 200000-250000 manat arası olduğunu bildirsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Apelyant isə irəli sürdüyü dəlilləri təsdiq edə biləcək nəinki hər hansı sübutu məhkəməyə təqdim etmiş, hətta apellyasiya baxışı zamanı iştirakını belə təmin etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas vermədiyi üçün qəbul edilməməlidir. MPM-nin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-78/2019 saylı26dekabr 2019-cu il tarixliqətnaməsi mübahisələndirilən- Cavabdeh1 əsas və faiz borcunun tutulması və ipoteka predmetinin satış qiyməti ilə bağlı olan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qsaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-3066/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3066/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver