Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3075/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçının İddiaçı qızının nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2708/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Curuqova Raifə Tapdıq qızından və Cavabdeh2 xx xxxxx 2019-cu il tarixli 034 saylı alğı-satqı müqaviləsi üzrə 2302 manat əsas borc, 1151 manat cərimə borcu olmaqla cəmi 3453 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 034 saylı alğı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 2784 (iki min yeddi yüz səksən dörd) manat məbləğində kredit üsulu ilə hər ay 232 manat ödəməklə cavabdehə “Samsung” Televizoru (model: UE49NU7500U) və “Samsung” paltaryuyan maşını (model:WW65K52E69SDLP) satılmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxs, Cavabdeh1 xx xxxxx 2019-cu il tarixli 034 saylı alğı-satqı müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirilməsinədək onunla birlikdə İddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 xx xxxxx 2019-cu il tarixli 034 saylı alğı-satqı müqaviləsi üzrə borcu ödəməmiş və bunun nəticəsində cavabdehin 2302 manat əsas borc və 1151 manat cərimə borcu olmaqla, cəmi 3453 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2708/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 034 saylı alğı-satqı müqaviləsi üzrə 2302 manat əsas borc, 200 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 2532 (iki min beş yüz otuz iki) manat tutularaq X1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2708/2020 saylı qətnaməsinin ləğv edilib Cavabdeh1 və Cavabdeh2 xx xxxxx 2019-cu il tarixli 034 saylı alğı-satqı müqaviləsi üzrə 2302 (iki min üç yüz iki) manat əsas borc, 1151 (bir min yüz əlli bir) manat cərimə borcu olmaqla, cəmi 3453 (üç min dörd yüz əlli üç) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehlə bağlanan xx xxxxx 2019-cu il tarixli 034 saylı alğı-satqı müqaviləsinin 8.1-ci maddəsinə əsasən cərimələrin ödənilməsi alıcını öhdəliklərdən azad etmir. Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 2(iki) % cərimə ödəyir. xx xxxxx 2019-cu il tarixli 034 saylı alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 İddiaçı xeyrinə 12 ay ərzində hər ay 232 (iki yüz otuz iki) manat ödəməlidir. Lakin bu günə kimi Cavabdeh1 cəmi 482 (dörd yüz səksən iki) manat ödəmişdir. Beləliklə, xx.xx.2019-cu ildən başlayaraq qeyd olunan müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir. xx xxxxx 2019-cu il tarixli 034 saylı alğı-satqı müqaviləsi üzrə ödəniş həyata keçirilmədiyi halda həmin müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq ayda 139,2 (bir yüz otuz doqquz manat iyirmi qəpik) manat cərimə hesablanır. Aylıq ödənişləri üzrə ay ərzində hesablanmış cəriməni 10 aya vuranda 139,2x10=1392 (bir min üç yüz doxsan iki) manat təşkil edir. Eyni zamanda müqaviləyə əsasən cərimə borcu borc ödənilənədək hesablanır. İddiaçı isə cavabdehin maddi vəziyyətini nəzərə alaraq və cərimə yükünü azaldaraq iddia ərizəsində müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmış cərimə borcundan 1151 (bir min bir yüz əlli bir) manat məbləğində cərimə borcu tələb etmişdir. Buna baxmayaraq məhkəmə işin hallarını araşdırmadan iddia ərizəsində qeyd olunan cərimə borcundan cəmi 200 (iki yüz) manat təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının İddiaçı qızının nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin zamin olan Cavabdeh2 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı qətnamənin ləğvini xahiş etsə də, yalnız özünə aid hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cərimə borcunun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı tərəf qətnamənin ləğv olunmasını xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri cərimənin qismən təmin edilməsi hissəsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2708/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019cu il tarixli, 031 saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 2784 manat dəyərində olan Samsung Televizoru (model: UE49NU7500U) və Samsung paltaryuyan maşını (model:WW65K52E69SDLP) almış, həmin əşyaların dəyərini 12 ay müddətində müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə iyul ayından sonra ödəniş etməmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçıtərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək olaraq tələb edilmişdir. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmə tənasübsüz surətdə yüksək olan cərimə məbləğini azaldaraq, 200 manat məbləğində cərimənin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 2708/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3075/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3075/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver