Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3076/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc 3830 manat, hesablanmış 3990 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-82/2020 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 və Cavabdeh2 əsas borc 3830 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir İddiaçı оğlu həmin qətnаmədən аpеllyаsiyа şikаyəti vеrmək üçün prоsеssuаl müddətin bərpа еdilməsinə dаir ərizə ilə məhkəməyə mürаciət еtmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-82/2020 saylı qətnaməsi məhkəmə tərəfindən ünvanına rəsmi qaydada göndərildiyinə baxmayaraq rabitə orqanları əməkdaşları Mülki Prossesual Məcəllənin 135-ci maddəsinin tələblərini pozaraq qeyd olunan qətnaməni ünvanına və ya iş yerinə çatdırmaq əvəzinə ona çatdırmaq üçün evinin yanında olan mağazanın işçilərinə vermişlər. Poçt qəbzində (kötüyündə) olan imza ona və ya onun qohumlarına məxsus deyil. Mağaza işçisi isə qətnaməni ona oktyabrın 5-də təqdim etmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-82/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)- 82/2020 nömrəli qərardadına əsasən, 2(007)-82/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilərək, prosessual müddətin bərpa edilməsini xahiş etmişdir Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sözügedən xx xxxx 2020-ci il tarixli qətnaməsi, xx xxxx 2020-ci il tarixli məktubla tərəflərə göndərilmiş, İddiaçı isə həmin qətnaməni xx xxxx 2020-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmişdir. İddiaçı qətnaməni aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində ondan apellyasiya şikayəti verməmişdir. Belə ki, iddiaçı hazırkı apellyasiya şikayətini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni xx xxxxxxx 2020-ci il tarixdə rabitə orqanına təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrmə müddətini üzrlü səbəblərdən ötürməsini sübut еdən əsаslаndırıcı dəlilləri ərizəsinə, eləcə də şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim еtməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3076/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3076/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver