Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3077/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3077/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 196/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Biznes fəaliyyətindən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə” xx.xx.2022-ci il tarixli razılaşmanın surətindən görünür ki, Cavabdeh İddiaçı ilə razılaşır ki, onun tərəfindən 2007-2008-ci illərdə başladılmış olan və onun tərəfindən idarə edilmiş biznes fəaliyyətindən dolayı həmin gəlirlərin 400.000 (dörd yüz min) manat hissəsi İddiaçı məxsus olmuş, lakin tərəfindən ona verilməmişdir. Bu gəlirlərin məbləğini hər ikisi təsdiq edir və imzalarla təsdiq edir. Razılaşdırılır ki, İddiaçı verəcəyi pulu nağd olaraq ödəyəcək.
2. xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsi ev 70, 72, 121 nömrəli mənzil Cavabdeh adından etibarnamə əsasında İddiaçı tərəfindən X1.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3028/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər X7, İddiaçı və qeyrilərinə qarşı ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsi ev 70, 72, 121 nömrəli mənzilin Samir Abdullayevə satılması ilə bağlı ******* saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddiası rədd olunmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6749/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1264/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6749/2023 nömrəli 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. 30.07.2024-cü il tarixli pretenziya məktubunun sürətindən görünür ki, iddiaçı cavabdehdən borcunun qaytarılmasını tələb edib, əks təqdirdə 5 gün müddətində məhkəməyə müraciət edəcəyini bildirib.
7. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərarın sürətindən görünür ki, Cavabdeh müraciəti əsasında Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsində toplanmış material üzrə faktla bağlı Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə cinayət işi başlanması və istintaqının aparılması qərara alınmış, Cavabdeh ********** №-li cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır.
8. 27.01.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarın sürətindən görünür ki, İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara allınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh 302200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 600 manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2022-ci ilin sentyabr ayında cavabdeh iddiaçıya biznes fəaliyyətindən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma imzalamışdır. Həmin razılaşma ilə cavabdeh iddiaçıya 400000 manat vəsaitin verməli olduğunu, lakin ona vermədiyini, nağd şəklində geri qaytaracağını etiraf etmişdir. Bundan sonra cavabdeh özünün mülkiyyətində olan mənzili 97800 manat vəsaitə satıb, əldə olunmuş vəsaiti həmin borcun azaldılmasına yönəltmişdir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı 2023-cü ildə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək öz iddia ərizəsi ilə etiraf etmişdir ki, iddiaçıya 400000 manat borcu var və həmin borcu qısa müddət ərzində geri qaytaracağına söz vermişdir. Cavabdehin iddia ərizəsində qeyd olunanlar həmçinin Sabunçu Rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Hazırda cavabdehin iddiaçıya 302200 manat məbləğində borcu qalmışdır.
11. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən dəlillərin hec birinin əsası yoxdur. Onun iddiaçıya borcu yoxdur. İddiaçı ona qarşı şər və böhtan atır. Onun iddiaçıdan pul almağa ehtiyacı da yoxdur. Belə ki, iddiaçının tələb etdiyi 302200 manat məbləğində pula dair heç bir müqavilə, qəbz və digər sənədi yoxdur. Eyni zamanda Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X5 icraatında olan ********* nömrəli cinayət işinin materilları üzrə Cavabdeh ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qisminə tanınması barədə 26 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 2 saylı Doğum evinin yanındakı çay evində İddiaçı və sonuncunun tanışı kimi təqdim etdiyi kriminal aləmdə xüsusi nüfuza malik, sağlamlığa zərər vurma və ya insan həyatına qəsd etməkdən çəkinməyən şəxs olan X8 ilə görüşə çağırıb masa arxasında oturmağa məcbur etdikdən sonra İddiaçı Cavabdeh 2007-ci ildə tanışının şirkətinə direktor müavini vəzifəsinə işə düzəlməsində köməklik göstərməyi müqabilində ondan pul tələb etmiş, Cavabdeh imtina etdikdə isə ona həmin işlədiyi şirkətə aid sənədlər nümayiş etdirərək iş yerində rəhbərliyinə qarşı dələduzluq etməsi barədə əldə etdiyi məlumatları yayacağı ilə hədələmiş, Cavabdeh işlədiyi dövrdə heç bir hüquq pozuntusuna yol verməməsinə baxmayaraq İddiaçı onu rəhbərliyinin qarşısında pis duruma salıb ona olan etibarı zədələyib işgüzar nüfuzuna xələl gətirməklə ləkələyə biləciyindən ehtiyatlanıb həmin ünvanda Ədalət Hüseynovun da aqressiv təkidi və hədəsi nəticəsində özü ilə yazaraq gətirdiyi biznes fəaliyyətindən əldə olunan gəlirin bölüşdürülməsi adı ilə tərdib olunmuş uydurma razılaşmaya imza etdirib 400000 manat pulu hədə qorxu ilə tələb etmiş və bir gün sonra həmin qəbzdən istifadə etməklə xx.xx.2022-ci il tarixdə 06 saylı notariat kontorunda Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 121 nömrəli 96.7 kvadrat metr sahəyə malik mənzilə dair bütün hüquqları özündə ehtiva edən etibarnamə alıb əmlaka olan hüququnu ələ keçirib həmin etibarnamə iiə qeyd edilən mənzili 15 gün sonra xx.xx.2022-ci il tarixdə qohumu X3 adına rəsmiləşdirməklə əmlakını ələ keçirməsi, əsas isə bu barədə daxil olmuş məlumat əsasında toplanmış materiallar olmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində Cavabdeh birbaşa maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduğundan o, zərər çəkmiş şəxs qismində tanınmalıdır”.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-196/2025 nömrəli 17 fevral 2025-ci tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı 2007-2008-ci illərdə cavabdeh tərəfindən idarə edilmiş biznes fəaliyyətinin nədə ifаdə оlunduğunu izаh edə bilməmiş, eləcə də cavabdeh tərəfindən hər hаnsı biznes fəaliyyətinin həyаtа keçirilməsi və yа idarə edilməsi bаrədə sübut təqdim etməmişdir. İş üzrə sübutlаrlа tərəflərin 2007-2008-ci illərdə hər hаnsı biznes fəaliyyəti başlatmаlаrı, bu fəaliyyətin cavabdeh tərəfindən idarə edilməsi hаlı təsdiq edilməmişdir.
14. Əksinə, yаnаşı yохlаnılmış sübutlardаn görünür ki, iddiаçının özü ilə yazaraq gətirdiyi biznes fəaliyyətindən əldə olunan gəlirin bölüşdürülməsi adı ilə tərtib olunmuş razılaşmaya, aqressiv təkidi və hədəsi nəticəsində imza etdirib 400000 manat pulu hədə qorxu ilə tələb etməsi və bir gün sonra həmin qəbzdən istifadə etməklə xx.xx.2022-ci il tarixdə 06 saylı notariat kontorunda cаvаbdehin xüsusi mülkiyyətində olan mənzilə dair bütün hüquqları özündə ehtiva edən etibarnamə alıb, 15 gün sonra xx.xx.2022-ci il tarixdə qohumu X3 adına rəsmiləşdirməklə əmlakını ələ keçirməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə barəsində cinayət icraatı qaydasında iş aparılmasına bахmаyаrаq, iddiаçı istintаq оrqаnının qərarlarından, yaxud hərəkətlərindən şikayət etmir.
15. Məhkəmə tərəflərin 2007-2008-ci illərdə hər hаnsı biznes fəaliyyəti başlatmаlаrı, bu fəaliyyətin cavabdeh tərəfindən idarə edilməsi hаlının təsdiq edilmədiyini, biznes fəaliyyəti başlatmаlаrı bаrədə yаzılı razılaşma оlmаdığı hаldа, “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma”nın tərtib оlunmаsını, eləcə də iddiаçının başlatdıqlаrı və iki il ərzində cavabdeh tərəfindən idarə edilmiş biznes fəaliyyətinidən 2007-2008-ci illərdə əldə edilmiş gəlirlərin özünə düşən hissəsinin verilməsini uzun müddət sоnrа xx.xx.2022-ci il tarixdə tələb etməsinə əsаs оlmuş hаlı izаh edə bilməməsini, bаrəsində cinаyət icrааtı qаydаsındа аrаşdırmа аpаrаn istintаq оrqаnının qərarlarından, yaxud hərəkətlərindən şikayət etməməsini nəzərə аlаrаq, “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma” аdlı sənədi xx.xx.2022-ci il tarixdə iddiаçının və sonuncunun tanışı kimi təqdim etdiyi kriminal aləmdə xüsusi nüfuza malik olan X8 аdlı şəхsin etdikləri məcburetmə (hədələmə) nəticəsində imzаlаmаsı bаrədə cavabdehin bildirdiklərini işin hаllаrınа uyğun sаymışdır.
16. Məhkəmə hesab etmişdir ki, həmin mübаhisə üzrə аrаşdırmаnın predmeti оlmаdığındаn cаvаbdehin nümаyəndəsinin iddiа ərizəsində göstərdikləri və məhkəmədə bildirdikləri məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar оlаrаq dəyərləndirilə və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3028/2023 nömrəli iş üzrə 8 avqust 2023-cü il tarixli qətnaməsi hаzırkı mübаhisənin həllində preyudisial sаyılа bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 339.4, 340.1 882.1, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 77.1, 88, 106.1, 106.3, 191.3, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə “Biznes fəaliyyətindən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma” аdlı sənədi xx.xx.2022-ci il tarixdə iddiаçının və sonuncunun tanışı kimi təqdim etdiyi kriminal aləmdə xüsusi nüfuza malik olan X8 аdlı şəхsin etdikləri məcburetmə (hədələmə) nəticəsində imzаlаmаsı bаrədə cavabdehin bildirdiklərini işin hаllаrınа uyğun sаydığını qeyd edir. Halbuki, Məhkəmə bilərəkdən və ya bilməyərək bu fundamental normalarını nəzərə almır, məhkəmə hökmü olmadığını, həmçinin hələ istintaq başa çatmadığı zaman məhkəmə razılaşmanın hansısa kriminal aləmdə nüfuza malik olan şəxsin təzyiqi altında yazılmasının müəyyən edilməsi ədalətsizdir və hər hansı bir qanuni normaya uyğun deyil. Cavabdehin səlahiyyətli nümayəndəsi elə əvvəlki məhkəmə prosesində məhkəməyə müraciət edərkən iddia ərizəsi tərtib edəndə 400.000 manat borc barədə məlumat qeyd etmişdir. Nümayəndə bunu haradan bilə bilərdi – yalnız müdafiə etdiyi tərəfindən, yəni Cavabdeh. Hazırda Cavabdeh borcun etirafından imtina edilməsi hər hansı bir hüquqi qüvvəyə malik deyil.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq, onun təmin ediməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Etirazın dəlilləri iddia ərizəsinə qarşı etiraz dəlilləri ilə eynilik təşkil edir. c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
23. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, cavabdehlə uzaq qohumdur. Onun nənəsi ilə cavabdehin nənəsi xalaqızıdır. O, Moskva şəhərində yaşamış və orada biznes fəalliyyəti ilə məşğul olmuşdur. Birgə fəliiyət nəticəsində cavabdehin ona 400000 manat borcu yaranmışdır. Cavabdeh ona borcunu may ayında ödəyəcəyini bildirmişdir. Həmin vaxt cavabdeh İran İslam Respublikasına gedirdi. Bildirdi ki, əgər 1 həftə ərzində oradan qayıtmasa, ona məxsus olan evi borcun qarşılığında sata bilər. Razılaşma tərtib edilərkən yanlarında şahid olaraq sürücüsü Ədalət və cavabdehin dostu Ələkbər olublar. Yəni, kriminal aləmin nüfuzlu adamı kimi təqdim olunan Ədalət adlı şəxs əslində 60 yaşı olan sürücüıüdür. Danışdıqları kimi, cavabdeh 1 həftə sonra gəlmədiyi üçün o, mənzili satıb borcun bir hissəsini bağlamışdır. Cavabdeh İran İslam Respublikasından 2 ay sonra qayıtmış və mənzilin satılması ilə bağlı barəsində polisə şikayət etmişdir. xx.xx.2024-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Hətta həmin vaxt da cavabdeh yalnız mənzilin satılmasından şikayət etmiş və həqiqətən də ona 400000 manat borcunun olmasını təsdiq etmişdir.
24. Cavabdehin nümayəndəsi-vəkili məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahi etmişdir. Ərizə əsaslandırılmadığına görə təmin edilməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
26. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
27. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
28. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
29. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
34. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
35. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
36. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 41.Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 45.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
51. Göründüyü kimi tərəflər arasında “Biznes fəaliyyətindən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə” xx.xx.2022-ci tarixli razılaşma bağlanmışdır. Cavabdeh etiraf etmişdir ki, İddiaçı tərəfindən 2007-2008-ci illərdə başladılmış olan və onun tərəfindən idarə edilmiş biznes fəaliyyətindən dolayı həmin gəlirlərin 400000 manat hissəsi İddiaçı məxsus olmuş, lakin tərəfindən ona verilməmişdir. Bu gəlirlərin məbləğini tərəflər öz imzaları ilə təsdiq etmiş və razılaşmışlar ki, cavabdeh iddiaçıya verəcəyi pulu nağd olaraq ödəyəcəkdir.
52. Həmçinin müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə cavabdeh özünə məxsus Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsi ev 70, 72, 121 nömrəli mənzil üzərində iddiaçıya sərancam vermək hüququnu da nəzərdə tutan ümumi etibarnamə vermişdir. Etibarnamənin müddəti 6 ay təyin olunmuşdur.
53. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsi ev 70, 72, 121 nömrəli mənzil Cavabdeh adından etibarnamə əsasında İddiaçı tərəfindən X4 100000 manata satılmışdır. Bu zaman 2201,10 manat sadələşdirilmiş vergi məbləği tutulmuşdur.
54. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış, lakin iddiası həmin məhkəmənin 2(008)-3028/2023 nömrəli 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
55. Həmin mübahisə üzrə iddia ərizəsində hazırki iş üzrə cavabdeh “Biznes fəaliyyətindən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə” xx.xx.2022-ci razılaşmaya əsasən 400000 manat borcunun olduğunu etiraf etmiş, razılaşmanı mübahisələndirməmişdir.
56. Cavabdeh bildirir ki, həmin işdə borcun etirafı barədə fikirlər vəkilinə məxsus olmuş, həmin mövqe onunla qabaqcadan razılaşdırılmamışdır. Kollegiya cavabdehin dəlilləri ilə razılaşmır, çünki həmin fikirlərin vəkil-nümayəndəyə məxsus olması inandırıcı deyil, sonuncu müvəkkilinin mövqeyindən çıxış etmişdir.
57. Tərəflər arasında borcun etirafı haqqında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə ilə cavabdeh iddiaçıya birgə biznes fəaliyyətindən dolayı 400000 məbləğində borcunun olduğunu etiraf etmişdir.
58. Hazırda iddiaçı həmin razılaşmaya əsasən pulunu tələb edir. Cavabdeh isə razılaşmanın təzyiq və məcburetmə nəticəsində bağladığını iddia edərək, onun etibarsız olduğunu bildirir.
59. Yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən əlavə cavabdeh xx.xx.2022-ci il tarixdə mənzilin satılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı müraciətlə əlaqədar xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi İlkin İmanov tərəfindən qərar qəbul edilmişdir.
60. Qeyd edilən müraciət zamanı da cavabdeh 40000 borcunun olduğunu etiraf etmiş və razılaşmanı mübahisələndirməmişdir.
61. Cavabdeh yalnız iddiaçı hazırki iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdikdən sonra, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etməklə “razılaşmanı” mübahisələndirmişdir. Həmin vaxt fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi başlanmış və cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.
62. Kollegiya qeyd edir ki, borcun etirafı haqqında müqavilənin bağlanması ilə həmin ana qədər tərəflər arasında olan mübahisəli hallar aradan qalxmış olur və bu müqaviləyə qədər borcla bağlı tərəflər arasında olan mübahisəli halların araşdırılması zərurəti yoxdur. Həmçinin müqavilə xeyrinə bağlanmış şəxsin həmin borcun olmasını sübuta yetirmək öhdəliyi aradan qalxmış olur.
63. Odur ki, hazırki iş üzrə tərəflər arasında borcun etirafı haqqında müqavilə bağlanana kimi tərəflər arasında baş vermiş münasibətlərin hazırda araşdırılması zərurəti yoxdur.
64. Kollegiya onu da qeyd edir ki, cavabdehin dəlillərindən asılı olmayaraq hazırki iddianın qaldırıldığı vaxta artıq onun məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır.
65. Qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.
66. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
67. Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Həmin səbəblərin müxtəlifliyi etibarsızlığın da fərqli növlərini meydana gətirir.
68. Etibarsız əqdlərin, etibarsızlıq halını yaradan səbəblərdən asılı olaraq, aşağıdakı növləri müəyyən olunub: əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.
69. Cavabdehin dəlilləri ondan ibarətdir ki, o, razılaşmanı hədə-qorxu və zorakılıq nəticəsində imzalamışdır.
70. Göstərilən hallar mübahisə edilən əqdin etibarsızlığı üçün əsas təşkil edir. Mübahisələndirilən əqdlər, onu bağlayan şəxsin iradəsinin zədələnməsi halında baş verir. Yəni, əqdi bağlayan şəxsin iradəsi zədələndikdə belə əqd mübahisə edilən əqd sayılır.
71. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
72. «Əqdin mübahisələndirilməsi» dedikdə, bu barədə məhkəmədə iddia qaldırmaq yox, iradəsi zədələnməklə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini 1 il müddətində məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə istənilən formada (yazılı və ya şifahi) bildirmək hüququ başa düşülməlidir. Yəni, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir.
73. Bununla belə, mübahisə edilən əqdlərdə iradənin zədələnməsinin qarşı tərəfə bildirilməsi təkçə məhkəmədənkənar qaydada həyata keçirilmir, bunu məhkəmədə iddia qaldırmaqla da etmək olar (məhkəmə bildirişi iddiaçının iradəsinin zədələnməsinin qarşı tərəfə bildirilməsi kimi qəbul olunur).
74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
75. Normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun reallaşdırılması ilə bağlı müddət nəzərdə tutulub. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz MM-nin 354.2-ci maddəsində göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə isə əqd bağlandığı andan etibarsız hesab edilir.
76. İkili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Yəni, iradənin zədələnməsi halında əqd MM-nin 354.2-ci maddəsində göstərilmiş kəsici müddət ərzində mübahisələndirilə bilər, həmin müddət əqdin məhkəmədənkənar qaydada və ya məhkəmədə iddia qaldırmaqla mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
77. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
78. MM-nin 354.2-ci maddəsində göstərilən müddətlərin axımı əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Birinci iki halda müddətin axımı zorakılığa və ya hədəyə son qoyulduğu günlə müəyyən olunur. Digər hallarda isə müddətin axımı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə müəyyən olunur.
79. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.
80. Göründüyü kimi, mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Mübahisə edilən əqdlərdə həmin müddətin axımı iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır.
81. Beləliklə müəyyən olunur ki, tərəflər arasında borcun etirafı haqqında razılaşma xx.xx.2022-ci il tarixdə bağlansa da, cavabdeh onu məcburetmə və təzyiq nəticəsində imzalaması barədə ilk dəfə xx.xx.2024-cü il tarixdə polisə etdiyi şikayətdə bildirmiş, bununla da həmin əqdi 1 illik kəsici müddət ötdükdən sonra mübahisələndirmişdir. Halbuki artıq həmin vaxta kimi cavabdehin həmin hüququna (əqdi mübahisələndirmək hüququna) müddətin keçməsinə görə xitam verilmişdir.
82. İddiaçı etiraf edir ki, cavabdehə məxsus mənzili satmış və həmin məbləği – (100000- 2201,10=97798,9) 98000 manatı ümumi borcdan silmişdir.
83. Belə olduqda kollegiya hesab edir ki, iddia tələbi təmin edilməlidir.
84. MPM-in 119.1-ci maddəsinə əsasən, iddia tam təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 600 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
85. Apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 300 manat dövlət rüsumu ilə bağlı tələb olmadığından həmin məbləğ iddiaçının özünə aid edilməlidir.
86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-196/2025 nömrəli iş üzrə 17 fevral 2025-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Nadir oğlundan 302200 manat pul və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi ödənilmiş 600 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.