Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3080/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2786/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2014-cü il tarixli Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2019-cu il tarixədək Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13297,45 ABŞ dolları əsas borc, 5953,01 ABŞ dolları faiz borcu və 344,74 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 19595,2 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında müqavilə ABŞ dolları ilə bağlanılsa da, irəli sürülmüş tələbdə kredit müqaviləsi üzrə yaranmış borcun manatla tutulması xahiş olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-554/2019 saylı qətnaməsi ilə Cavabdeh1 19350 manat məbləğində pulun tutulması qət edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan məbləğin valyuta fərqi olaraq 2019cu il mayın 22-dək banka günün məzənnəsi ilə müəyyən edilmiş 9308,21 manat əsas borcun qalığı, 4167,10 manat faiz borcunun qalığı, 516,51 manat cərimə borcunun qalığı olmaqla ümumilikdə cəmi 13991,82 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 9308,21 manat əsas borcu, 4167,10 manat faiz borcu və 516,51 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13991,82 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2786/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə ödənilməmiş 9308,21 manat əsas, 4167,10 manat faiz və 94,69 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 13600 (on üç min altı yüz) manat məbləğində pulun tutulması qərara alınmış, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməmişdir. Apelyasiya şikayəti və onun dəlili: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını, həmin mülki işə bir dəfə baxıldığını, eyni zamanda, kreditin ona dollar yox, manatla verildiyini, lakin müqaviləyə dollarla qeyd edildiyini bildirmiş, bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasındaCavabdeh1 nümayəndəsi və vəkili A.Orucov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi D.Əliyeva apelyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu, vaxt uzatmaq məqsədilə verildiyini qeyd etdi, eyni zamanda, bildirdi ki, tərəflər arasında kredit müqaviləsi ABŞ dolları ilə bağlanılsa da, irəli sürülmüş ilkin tələbdə borcun manatla tutulması xahiş olunmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərdən 19350 manat məbləğində pulun tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulan məbləğ manatla ifadə olunduğu üçün, cavabdehlərin xx.xx.2019cu il tarixədək banka 9308,21 manat əsas borcun qalığı, 4167,10 manat faiz borcunun qalığı, 516,51 manat cərimə borcunun qalığı olmaqla, cəmi 13991,82 manat borcu ödənlməmiş qalmışdır. Bu səbəbdən ididaçı həmin borcun tutulmasını xahiş etmişdir. Bu səbəbdən, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: «Bank» qismində İddiaçı İBK ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh1, «Zamin» qismində X2 və Cavabdeh3 qızı arasında bağlanılmış xx xxxxxxxx 2014-cü il tarixli 23-M-1-0-611-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22%-lə biznes məqsədilə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. «Bank» qismində İddiaçı İBK ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh1, «Zamin» qismində X2 və Cavabdeh3 qızı arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli 23-M-1-0-611-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə Əlavəyə əsasən tərəflər müqavilənin müddətinin 75 ay hesab edilməsi, illik faiz dərəcəsinin 21% olması barədə razılığa gəlmişlər. Səbail rayon Məhkəməsinin 2(009)-554/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış 13297,45 manat əsas, 5953,01 manat faiz və 69,54 manat cərimə borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 19350 manat məbləğində pulun tutulması qət edilmişdir. Mülki işdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə 13297,45 əsas, 5953,01 faiz, 344,74 cərimə, cəmi 19595,2 borcları var. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 28586 saylı rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 23-M-1-0-611-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə ödənilməli olan kredit borcu xx.xx.2019-cu il tarixə (Səbail rayon məhkəməsinin qətnaməsi tarixi) əsas borc üzrə 14.214,71 ABŞ dolları - 24.165 manat, faiz borcu üzrə - 8.397,57 ABŞ dolları - 14.275,86 manat (konvertasiya Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2019-cu il tarixinə ABŞ dollarının manata nisbətən təyin etdiyi 1.7000 məzənnəsi ilə edilmişdir) müəyyən olunmuşdur. Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə münasibətdə tam yoxlayır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2786/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə ləğv edilmiş, iş üzrə icraata ona münasibətdə xitam verilmişdir. Məhkəmə kollegiyasıtərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə, illik 22% qaytarmaq şərti ilə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi zamin qismində iştirak edən digər cavabdehlər – RəfiyəSalayeva və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşlar. xx.xx.2015-ci il tarixdə iddiaçı ilə cavabdehlər arasında xx.xx.2014-cü il tarixli müqaviləyə Əlavə imzalanmış və həmin Əlavə razılaşmaya əsasən müqavilənin müddəti 75 ay hesab edilmiş, illik faiz dərəcəsi isə 21% kimi müəyyən edilmişdir. Cavabdeh Həvva Abdullayeva xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra edə bilməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış 13297,45 manat əsas, 5953,01 manat faiz və 69,54 manat cərimə borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 19350 manat məbləğində pulun tutulması qət edilmişdir. İddiaçının nümayəndəsi D.Əliyeva qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi ABŞ dolları ilə bağlanılsa da, irəli sürülmüş ilkin tələbdə borcun manatla tutulması xahiş olunmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərdən 19350 manat məbləğində pulun tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulan məbləğ manatla ifadə olunduğu üçün, cavabdehlərin xx.xx.2019-cu il tarixədək banka 9308,21 manat əsas borcun qalığı, 4167,10 manat faiz borcunun qalığı, 516,51 manat cərimə borcunun qalığı olmaqla, cəmi 13991,82 manat borcu ödənilməmiş qalmışdır. Bu səbəbdən ididaçı həmin borcun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2786/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3080/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3080/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver