Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3083/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5444/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı X3 ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17440 ABŞ dolları əsas borc, 25966 ABŞ dolları faiz borcu, 9677 ABŞ dolları cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1747,24 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5444/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat (otuz manat, qırx qəpik) dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsiÖ iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 366 saylı plastik kart kredit müqaviləsinə əsasən cavabdehə illik 25 % hesablanmaqla 72 ay müddətinə 20.000 USD (iyirmi min ABŞ dolları) məbləğində kredit xətti açılmışdır.Qeyd edilən hallar birinci instansiya məhkəməsində cavabdeh tərəfindən imzalanmadığı üçün iddia tələbi rədd etmişdir.Hesab edir ki, məhkəmə iddia ərizəsini rədd edən zaman bir necə məsələləri diqqət etməyək yalnış qərar vermişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh LPO İddiaçı ASC-də olan carı hesabının çıxarışında görünür ki, Cavabdeh xeyli sayda kart üzrə əməliyyatlar etmişdir (kredit xəttindən istifadə etmiş, vəsaitlər geri qaytarılmışdır).Bundan başqa, məhkəmə Cavabdeh almadığı kredit kart müqaviləsi üzrə bankda açılmış kredit dosyesində onun şəxsiyyət vəsiqəsinin hansı halda banka verilməsini, kart üzrə vəsaitlərin kim tərəfindən istifadə edildiyini araşdırmamışdır. Cavabdeh 1993-1996-cı illərdə “Çinar” Kommersiya bankında İdarə heyətinin sədr müavini, sədri, şuranın məsul katibi, 1996-cı ildən xx.xx.2016-cı il tarixədək isə Mərkəzi Bankda baş müfəttiş, şöbə müdiri vəzifəsində işləmişdir. Göründüyü kimi, Cavabdeh xeyli illər ərzində bank sektorunda çalışmış və bu sahədə böyük təcrübəyə malikdir. Bu günə qədər cavabdehin heç vaxt onun adına kredit üzrə məlumatının olmamasına inanmaq olmur.Yasamal Rayon Məhkəməsi cavabdehin bank hesabından aparılan əməliyyatlara heç bir qiymət verməmişdir. Belə ki, həmin çıxarışdan görünür ki, cavabdehin hesabı üzrə xeyli sayda əməliyyatlar aparılıb. Çıxarışda həmin əməliyyatlar kim tərəfindən aparıldığı müəyyən etmək mümkün olmasa da, məhkəmə yekunda bank vəsaitlərin kim tərəfindən istifadə edilməsinə hüquqi qiymət verməmişdir, bununla bağlı hüquq mühafizə orqanlarında bu məsələnin aparşdırlıması barədə xüsusi qərardad çıxarılmamışdır və cavabdeh tərəfindən də bu məsələnin araşdırlıması xahiş edilməmişdir. Halbuki, uzun illər ərzində bank sektorunda mühüm vəzifələrdə işləmiş cavabdeh bu məsələnin mütləq araşdırılmasını tələb etməli idi.Hesab edirki, xx.xx.2011-ci il tarixli, 366 saylı plastik kart müqaviləsi vəsaitlər cavabdeh tərəfindən istifadə edilmişdir, sadəcə məhkəmə müqavilə üzrə cavabdeh tərəfindən imzalanmadığını əsas götürərək iddia ərizəsini rədd etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və digər cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında olan, sonuncu tərəfindən imzalanmamış xx.xx.2011-ci il tarixli PK 366 saylı plastik kart üzrə kredit müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə, illik faiz dərəcəsi 25%ödənilmək şərtilə 20.000ABŞ dolları (iyirmi min) məbləğində kredit vəsaiti verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3083 saylı rəyinə əsasən xx xxxx 2011-ci il tarixli, PK 366 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdaki kimi müəyyən olunur o cümlədən; xx.xx.2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 18.646,77 ABŞ dolları; əsas borc 7.606,12 ABŞ dolları. Faiz borcu 11.040,65 ABŞ dolları. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5% hesablamaqla; faiz borcu 762,72 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli plastik kart 366 saylı kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmamışdır. Habelə, cavabdeh tərəf bankla müqavilənin bağlanmasını təkzib edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, tərəflər arasında xx.xx.2011-ci il tarixli PK 366 saylı plastik kart üzrə kredit müqaviləsi tərtib edilərək həmin müqaviləyə əsasən cavabdehə 72 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərtilə 20.000 (iyirmi min)ABŞ dolları kredit vəsaiti verilməsi nəzərdə tutulsa da, həmin müqavilə cavabdeh yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Belə ki, onlar arasında qeyd olunan kredit müqaviləsi tərtib olunsa da, bank həmin kredit məbləğinin məhz iş üzrə cavabdehə verilməsini və sonuncunun həmin məbləği qəbul etməsini təsdiq edən sənədi(kassa məxaric orderi, plastik kartı və.s) iddia ərizəsinə əlavə etməmiş, həmçinin kredit müqaviləsi üzrə verilməli olan borc məbləğini hər hansı bank hesabına ödənilməsi barədə məhkəməyə hansısa bir sübut təqdim etməmişdir. Belə vəziyyətdə qeyd olunan məbləğin həqiqətən cavabdeh tərəfindən qəbul edilməsi təsdiq olunmur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur... Həmin qərarda həmçinin göstərilir ki,... yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilsə də alınmış rəy iddianın əsaslılığına təsdiq etmir. Belə ki, ekspert yalnız iddiaçının təqdim etdiyi hesabdan çıxarışdan istifadə etməklə rəy vermişdir. Hesabdan çıxarışda isə yalnız əməliyyatların hərəkəti və vaxtı göstərilir. Lakin ekspert rəyi ilə də həmin kredit məbləğinin cavabdehə verilməsi və bu vəsaitdən cavabdehin istifadə etməsi, o cümlədən hansısa formada cavabdehin yararlandığı təsdiq olunmur. Bundan başqa, cavabdehin şəxsiyyət vəsiqəsinin banka verilməsini və kart üzrə vəsaitlərin kim tərəfindən istifadə edildiyini araşdırmaq məhkəmənin bilavasitə vəzifəsi deyildir. Yetər ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları, ən azından cavabdeh tərəfindən imzalanmış kredit müqaviləsini, kredit kartının cavabdehə təqdim edilməsinə dair sənədi və.s məhkəməyə təqdim etsin. Məhkəmə də təqdim edilmiş sübutları tədqiq etdikdən sonra onlara tətbiq edilməli olan hüquq normalarını seçib düzgün tətbiq etməklə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul edə bilər. Buna baxmayaraq cavabdehin adına olan hesab üzrə əməliyyatların kim tərəfindən aparıldığını müəyyən etmək üçün iddiaçı özü də şikayətində göstərdiyi aidiyyəti orqanlara müraciət edə bilər. Bunu ona qadağan edən hal yoxdur. Lakin iddiaçı bu hüquqdan istifadə etməməsinin səbəblərini də şikayətində açıqlamamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə, mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı X3 ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5444/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3083/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3083/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver