Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3084/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3084/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-353/2025 nömrəli 11 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış BPM**********40 №-li, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh faiz dərəcəsi 59 ay müddətinə illik 19% ödəmək şərtilə 19000 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdeh tərəfindən BPM**********40 №-li, xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış bütün borc məbləğinin 3 gün müddətində ödənilməsi, əks halda kredit müqaviləsinin ləğv ediləcəyi və bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
3. 02.07.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka 17982,95 manat əsas borc və 2537,46 manat faiz borcu olmaqla, cəmi 20520,41 manat təşkil etmişdir.
4. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka borcu 17982,95 manat əsas, 4350,24 manat faiz borcu olmaqla, cəmi 22333,19 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********40 №-li, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 17982.95 manat, faiz borcu üzrə 2537.46 manat olmaqla, cəmi 20520.41 manat tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 151.56 manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş əsas borc üzrə 17982.95 manat borc, 4350.24 manat faiz borcu olmaqla, cəmi 22333.19 manat borc və məhkəmə rüsumu kimi ödənilmiş 157 manat dövlət rüsumu və 0.80 qəpik xidmət haqqı cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********40 №-li, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 19 faizlə 59 ay müddətinə 19000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-18961/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.11. 2024-cü il tarixli, 9/8531 №-li rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, bank tərəfindən tərtib edilmiş cədvəl məlumatları və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********40 №-li, xx.xx.2023-cü il tarixli müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2024-cü il tarixə (bildiriş məktubunun tarixinə) əsas borc üzrə - 18092,39 manat; faiz borcu üzrə - 2162,40 manat: - 02.07.2024-cü il tarixə (maliyyə arayışı tarixinə) əsas borc üzrə - 18092,39 manat; faiz borcu üzrə - 2467,96 manat: - 23.11.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixinə) əsas borc üzrə - 18092,39 manat; faiz borcu üzrə - 3814,33 manat.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-353/2025 nömrəli 11 fevral 2025-ci qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 17982,95 manat əsas borc, 2162,40 manat faiz borcu olmaqla, ümumilikdə 20145,35 manat borc, 151,56 manat dövlət rüsumunun tutulması, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir.
11. Məhkəmənin faiz borcuna münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən həmin müddətə mövcud olan gecikmiş borcun ödənilməsini, habelə banka olan bütün borcun 3 gün müddətində ödənilməsini və kredit müqaviləsinin ləğvini xahiş edir. Belə olanda məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə xx.xx.2024-cü il (bildirişdə qeyd olunan) tarixdən birtərəfli qaydada xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə faiz borcuna görə xx.xx.2024-cü il tarixinə yaranmış 2162,40 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin faiz borcuna aid hissədə dəyişdirilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 17982.95 manat əsas, 4350.24 manat faiz borcu olmaqla, cəmi 22333.19 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 157 manat dövlət rüsumunun və 0.8 manat bank xidmət haqqının tutulmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarınına əsasən iddianı təmin edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olması bəndini nəzərə almayaraq faiz hissəsində düzgün nəticəyə gəlməmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi faiz borcun tutulması hissəsində tam təmin edilməli idi. Hesab edirlər ki, məhkəmə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsaslanaraq, qeyd edilən halı aydınlaşdırmalı və qətnaməni həmin ərizədə göstərilən məbləğlərdə təmin edərək qəbul etməliydi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 21.Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 24.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 25.Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
26. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda iddiaçı qətnaməni faiz borcu hissəsində mübahisələndirir.
37. Qətnamə qismən – faiz borcu hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
40. İddaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 59 ay müddətinə illik 19% ödəmək şərtilə 19000 manat məbləğində kredit verilmişdir.
41. Cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış bütün borcların 3 gün müddətində ödənilməsi göstərilmişdir.
42. İddia tələbində (dəqiqləşdirmə) isə kredit müqaviləsi üzrə faiz borcu 4350.24 manat tələb edilmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
44. Birinci instansiya məhkəməsi haqlı olaraq Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcunun kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanmasını nəzərə alaraq, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli bildirişə əsasən 2162,40 manat fazi borcu tutulması qənaətinə gəlmişdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
46. İddiaçı apellyasiya şikayətində faiz borcunu mübahisələndirərək, qeyd edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə verməklə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən nəzərdə tutulan halı aydınlaşdırmalı və qətnaməni həmin ərizədə göstərilən məbləğlərdə təmin edərək qəbul etməliydi.
47. Göründüyü kimi 3 gün ərzində tələb edilən gecikmə borcunun ödənilməyəci halında, bütün borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.
48. Qeyd edilən 3 gün ərzində isə kredit müqaviləsi üzrə tələb edilən gecikmə borclarının ödənilməsi təmin edilməmişdir. Buna görə də həmin vaxtdan bank müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilməlidir.
49. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə uyğun olaraq da Bank hesablanmış faiz borcunu həmin vaxtadək tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələb edilə bilər.
50. Kollegiya həmçinin qeyd edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi barədə iddia ərizəsində tələb yer almamışdır, buşqa sözlə kreditorun bu barədə müvafiq tələbi olmamışdır.
51. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin faiz borcuna aid hissədə qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
52. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
53. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
54. Hazırki halda isə qətnamə yalnız faiz borcuna aid hissədə mübahisələndirilir ki, o da 4350,24 manat təşkil edir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-353/2025 nömrəli iş üzrə 11 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddiaçının şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.