Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3090/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili X1, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-181/2020 saylı iş üzrə qəbul etdiyi 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinədairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək, İddiaçı mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş 26752 (iyirmi altı min yeddi yüz əlli iki) manat ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 may 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvanski küçəsində, 276 saylı tam orta məktəbində qarşısında İddiaçı mülkiyyətində olmaqla idarə etdiyi Hyundai İX 35 markalı **-RS-*** dövlət nömrəli nişanlı avtomobili ilə Cavabdeh2 yol vərəqəsi əsasında idarə etdiyi KİA RİO markalı ** TH *** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobildə sərnişin kimi əyləşmiş arvadı X4 xəsarət almışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Rüstəmovun 10 iyun 2019-cu il tarixli qərarı ilə yuxarıda qeyd etdikləri yol nəqliyyat hadisəsi, eləcə də xəsarətlə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq Cavabdeh2 barəsində cinayət işinin başlanılması rədd olunmuş və sonuncunun barəsində Azərbaycan Respublikası İXM 372.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi və inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün materiallar Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi nəticəsinə gəlinmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 yol vərəqəsi əsasında idarə etdiyi KİA RİO markalı ** TH *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir. Həmin şirkət taksi xidməti ilə məşğuldur və Cavabdeh2 sözügedən avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Dəfələrlə cavadehlərə avtomobilini könüllü olaraq təmir etmələrini, yaranmış qüsurları ardan qaldırılması təklif edilsə də müxtəlif bəhanələrlə yayınmışlar. Belə ki, icbari sığortanın ödənişinin götürülməsini və bundan əlavə heç bir köməklik olunmayacağı şifahi bildirilmişdir. İddiaçı tərəfindən 07 iyun 2019-cu il tarixdə Hyundai İX 35 markalı 90-RS506 dövlət nömrəli nişanlı avtomobil əzilmiş vəziyyətdə “Auto Azərbaycan” Servis Mərkəzinə (Hyundai Avto Azərbaycan) çatdırılmış, AA038802 nömrəli AKT əsasən 31752 (otuz bir min yeddi yüz əlli iki) manat məbləğində ehtiyyat hissələri və işçi xərci müəyyən olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən 5000 (beş min) manat məbləğində vəsait icbari sığortadan alınmışdır. Avtomobilinin yararsız hala düşməsi, eləcə də arvadının xəsarət alması iddiaçıya mənəvi zərbədən başqa da xeyli miqdarda maddi ziyan vurulmuşdur. Hesab edirlər ki, 26752 (iyirmi altı min yeddi yüz əlli iki) manat, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-181/2020 saylı iş üzrə qəbul etdiyi 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş 11 610 manat ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutulub İddiaçı verilməsi, məhkəməəmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş, ümumilikdə 240,0 manat pulun Cavabdeh2 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və iddia tələbinin qismən (7010 manat hissəsində) təmin olunmasını xahiş edən Cavabdeh2 şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğini düzgün müəyyənləşdirməmişdir. O iddiaçıya dəymiş zərərə görə 7010 manat ödəməyə razıdır. Qətnamədən həmçinin iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə işə birtərəfli, qərəzli yanaşmış, cavabdehlərdən biri olan “xxxx” MMC tərəfindən təqdim edilən “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019cu il taixli nəqliyyal vasitəsinin icarə müqaviləsini sübut kimi qiymətləndirərək cavabdeh “xxxx” MMC-yə qarşı olan tələbimizi təmin etməmişdir. Bununla da mülki qanunvericiliyin tələblərini pozmuş, ədalətsiz mövqe nümayiş etdirmişdir. Məhkəmə prosesində təqdim edilən müqavilənin həqiqiliyini təsdiq etməkdən ötrü müqavilələrin qeydiyyatı jurnalını tələb etsəkdə cavabdeh bunu təqdim etməkdən çəkinmiş vc eləcədə məhkəmə buna göz yummuşdur. Bundan başqa “xxxx” MMC ik Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il taixli nəqliyyat vasitəsinin icarə müqaviləsndən görünür ki, iddiaçı “Kia Rio” markalı, **-TH-*** dövlət nömrəli nişanlı avtomobili Cavabdeh2 icarəsinə vermiş, Cavabdeh2 isə nəqliyyat vasitəsini qəbul edərək, onun istifadəsi üçün müqavilə ilə müəyyən olunmuş icarə hqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin həqiqiliyini sübuta yetirməkdən ötrü hətta Cavabdeh2 müqavilə üzrə ödəniş qəbzlərini və ödənişlərin qeydiyyat jurnalını tələb etsələr də, cavabdehlər bunları məhkəməyə təqdim elməkdən boyun qaçırtmışlar. Məhkəmə tərəfindən isə bu hallar araşdırılmamış yalnız cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin formal fikirlərini əsas götürərək qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili isə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sığorta şirkəti tərəfindən avtomobilə dəymiş ziyana görə iddiaçıya 5000 manat ödəniş edilmiş və həmin ödəniş nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi də Cavabdeh2 apellyasiya şikayətini müdaifə etmiş və iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat ödəniş edildiyini qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında Cavabdeh2 ilk dəfə işə üçüncü şəxs kimi cəlb edildiyi, sonradan isə cavabdeh qismində cəlb edildiyi, bundan sonra ona məhkəmə iclası barədə məhkəmə bildirişinin göndərilmədiyi aydın olur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İş materiallarında olan AC 335494 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Kia Rio” markalı, **-TH-*** dövlət nömrəli nişanlı avtomobilin sahibi “xxxx” MMC-dir. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il taixli nəqliyyat vasitəsinin icarə müqaviləsndən görünür ki, iddiaçı “Kia Rio” markalı, **-TH-*** dövlət nömrəli nişanlı avtomobili Cavabdeh2 icarəsinə vermiş, Cavabdeh2 isə nəqliyyat vasitəsini qəbul edərək, onun istifadəsi üçün müqavilə ilə müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış, tam maddi məsuliyyətin daşınması haqqında 10 may 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 müqavilənin 2.7-ci bəndinə əsasən yol nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı avtomaşına dəyən ziyanı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 iyul 2019-cu il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 24 may 2019-cu il tarixdə səhər saatlarında “Kia Rio” markalı, 10-TH167 dövlət nömrəli nişanlı avtomobil idarə edən Cavabdeh2 əks istiqamətli hərəkət zolağına çıxmış və nəticədə “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobillə toqquşmuş, bununla da İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir;. İş materiallarında olan 22 iyul 2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 24 may 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 24 iyun 2019-cu il tarixli Siğorta Aktından görünür ki, “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş zərərin məbləği 7010 manat məbləğində müəyyən edilmiş və siğorta ödənişi olaraq İddiaçı 5000 manat ödəniş edilmişdir. İş materiallarında olan Hyundai Auto Azərbaycan şirkətinin Servis Departamentinin 07 iyun 2019-cu il tarixli AA038802 nömrəli aktından görünür ki, “Hyundai İX 35” markalı, **-RS- *** dövlət nömrəli nişanlı avtomobilin ümumi təmir xərclərinin məbləği 31 752,50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2019-cu il tarixli 29758 nömrəli rəyindən görünür ki, “Hyundai İX 35” markalı, 90-RS506 dövlət nömrəli nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği salamat qalan hissələrin dəyərini çıxmaqla təxminən 20 000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2020-ci il tarixli 3/203 nömrəli rəyindən görünür ki, “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 11 610,0 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Kia Rio” markalı, **-TH-*** dövlət nömrəli nişanlı avtomobil “xxxx” MMC-yə məxsusdur. “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il taixli nəqliyyat vasitəsinin icarə müqaviləsndən görünür ki, iddiaçı “Kia Rio” markalı, **-TH-*** dövlət nömrəli nişanlı avtomobili Cavabdeh2 icarəsinə vermiş, Cavabdeh2 isə nəqliyyat vasitəsini qəbul edərək, onun istifadəsi üçün müqavilə ilə müəyyən olunmuş icarə hqqını ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış, tam maddi məsuliyyətin daşınması haqqında 10 may 2019cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 müqavilənin 2.7-ci bəndinə əsasən yol nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı avtomaşına dəyən ziyanı ödəməyi öhdəsinə götürmüşdür. 24 may 2019-cu il tarixdə səhər saatlarında “Kia Rio” markalı, **-TH-*** dövlət nömrəli nişanlı avtomobil idarə edən Cavabdeh2 əks istiqamətli hərəkət zolağına çıxmış və nəticədə “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobillə toqquşmuş, bununla da İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Hadisədən sonra, siğorta şirkəti tərəfindən “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş zərərin məbləği 7010 manat məbləğində müəyyən edilmiş və siğorta ödənişi olaraq İddiaçı 5000 manat ödəniş edilmişdir. Hazırda “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin iddiaçının özünün izahatı ilə müəyyən olunan halı həm də ondan ibarətdir ki, yolnəqliyyat hadisəsindən sonra zərərvuranın mülki məsuliyyətinin icbari sığortaçısı olan Sığorta Şirkəti tərəfindən ona 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Kia Rio” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh2 oğlunun üzərinə qoyulmalıdır və onun özü də, təqsirli olması ilə bağlı məsələni deyil, əsasən vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirməkdədir. Kollegiya Cavabdeh2 şikayətinin həmin dəlilini qismən əsaslı hesab edir; belə ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə dəymiş ziyanı müəyyənləşdirmək üçün təyin etdiyi ekspertiza rəyini əsas götürüərək müvafiq nəticəyə gəlsə də, iddiaçının sığorta şirkətindən almış olduğu 5000 manat sığorta ödənişini nəzərə almayaraq onun əsassız varlanmasına şərait yaratmışdır. Buna görə kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2020-ci il tarixli 3/203 nömrəli rəyində göstərilən “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci olaraq 11 610 manat əsas götürülməli və həmin məbləğdən sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat çıxılaraq qalan məbləğ 6610 manat Cavabdeh2 tutulmadır. Kollegiya, işdə olan sübutları sübutları qiymətləndirərək, həmçinin iş materiallarında olan ekspert rəylərinə, qüsur aktına və siğorta aktına məcmu halda hüquqi qiymət verərək “Hyundai İX 35” markalı, **-RS-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş zərərin məbləği ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2020-ci il tarixli rəyi ilə müəyyən edilmiş 11 610,0 manat məbləği ədalətli hesab edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1091-ci maddəsi hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməni (əsassız varlanmanı) qadağan edir; həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kolelgiya hesab edir ki, iddia tələbi “xxxx” MMC-yə münasibətdə təmin edilməməlidir. Belə ki, Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə kollegiyası hesab edir ki, həmin maddi hüquq norması mülki hüquq pozuntularına görə məsuliyyət baxımından xüsusi normadır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsi ümumi qaydaları əks etdirdiyi halda, 1099-cu maddə yüksək dərəcəli məsuliyyəti nəzərdə tutmaqla, işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntularına münasibətdə məsuliyyətini tənzimləyir. Başqa sözlə qanunverici, işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə həmin işçinin əmək müqaviləsi münasibətində olduğu, yaxud mülki hüquq müqaviləsi əsasında iş gördüyü hüquqi və ya fiziki şəxsin üzərinə zərəri ödəmək vəzifəsini qoymuşdur. Mülki Məcəllənin 1099-cu maddəsinin mənasına görə, əmək müqaviləsi üzrə işləyən işçinin vurduğu zərəri işəgötürən yalnız zərəri işçinin əmək (qulluq, mənsəb) vəzifəsinin icrası zamanı vurduğu hallarda ödəyir, əmək vəzifələrinin icrası deyildikdə isə, həm əmək müqaviləsi ilə müəyyənləşdirilmiş fəaliyyət, həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin iş və istehsal zərurəti ilə bağlı işəgötürənin verdiyi tapşırığın yerinə yetirilməsi üzrə fəaliyyət başa düşülməlidir. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, “xxxx” MMC ilə Cavabdeh2 arasında əmək münasibətləri yaranmamış, onların arasındakı münasibətlər Mülki Məcəllənin “Mülki hüquq pozuntuları” fəslində nəzərdə tutulan qaydalara tətbiqən işçi-işəgötürən münasibətləri kimi qiymətləndirilən münasibətlər olmamış, yol-nəqliyyat hadisəsi də Cavabdeh2 əmək funksiyasını icra etdiyi vaxtda baş verməmişdir. Əksinə iş materiallarından aydın olur ki, “xxxx” MMC “Kia Rio” markalı, **-TH-*** dövlət nömrəli nişanlı avtomobili Cavabdeh2 icarəsinə vermiş, Cavabdeh2 isə nəqliyyat vasitəsini qəbul edərək, onun istifadəsi üçün müqavilə ilə müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tam maddi məsuliyyətin daşınması haqqında 10 may 2019-cu il taixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 müqavilənin 2.7-ci bəndinə əsasən yol nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı avtomaşına dəyən ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, məhkəməyə ərizə verərkən iddiaçının ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq ona ödənilməli, tərəflərin apellyasiya icraatı üçün ödəmiş olduqları rüsum məbləğləri isə onların özlərinə aid olunmalı, həmçinin birinci instansiya məhkəməsinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri də Cavabdeh2 tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-181/2020 saylı iş üzrə qəbul etdiyi 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. 6610 (altı min altı yüz on) manat ziyan və 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş, ümumilikdə 240,0 (iki yüz qırx) manat pul Cavabdeh2 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3090/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3090/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver