Məhkəmə qərarları › İş №2(103)-3098/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3098/2020

05.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3098/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi cəfərli Hüseyn Məhərrəm oğlunun Cavabdeh X1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3942/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3930,93 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 3960,93 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017 il tarixli, T/16978 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00220 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1102AQ**********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan İstifadə laydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini ozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.”İddiaçı” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz ətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış eçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir.Belə ki, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 723,6 manat, xx.xx.2017-ci tarixli ******* saylı akt əsasında 229,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 37,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 288 manat,18. 01.2018-ci il tarixli ******* saylı akt əsasında 682,6 manat, xx.xx.2018-ci il tarixli 37992 saylı akt əsasında 284,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt asında 294,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 255,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 111 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt asında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,2 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat cəmi 4217,66 manat İddiaçınə ziyan dəymişdir.İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4217,6 manat məbləğində dəymiş ziyan hesablanmışdır.Cavabdehə Birliyin işçiləri tərəfindən 3930,93 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı İB-nin səlahiyyətli nümayəndəsi Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunması, iş üzrə Xəzər rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən cavabdehi dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tarixli, T/16978 saylı müqavilənin surətindən görünür ki, İddiaçı İB müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, Sülh düşərgəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş və istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh 2019-ci ilin mart ayına təbii qazdan istifadəsi nəticəsində 777,60 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etmişdir. İş materiallarından olan məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, Sülh düşərgəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin fərdi yaşayış evində qaz sayğacı və qaz xəttinin mövcud olması müəyyən edilmişdir. Lakin həmin qaz xəttində qazın olmadığı müəyyən edilmişdir. Əlavə xəttin cavabdeh tərəfindən çəkildiyi sübuta yetirilməmişdir. Ana qaz borusundan əlavə xəttin çəkildiyi müəyyən olunmamış, hal-hazırda iş materiallarında olan şəkildəki əlavə xəttdən cavabdeh tərəfindən istifadə edildiyi aşkar edilməmişdir. Həmçinin əlavə xəttin cavabdeh tərəfindən çəkilməsi də öz sübutunu tapmamışdır. İşin hallarından görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı İB Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, Sülh düşərgəsində yerləşən fərdi yaşayış evini təbii qazla təmin etmiş və istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmişdir. İstifadə olunan təbii qazın məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh öhdəlik götürmüşdür. Yaranmış 3930,93 manat məbləğində borcun ödənilməsi cavabdehə təklif olunmuşdur. Cavabdeh təbii qazdan istifadəyə görə borcunun olmadığını bildirmişdir. “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, göründüyü kimi, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin hallarından müəyyən edildi ki, hesablanmış 3930,93 manat məbləğində borcun əsasını təşkil edən aktlar yuxarıda qeyd edilən qaydaların tələbinə uyğun şəkildə tərtib olunmadığından cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsinin təsdiq edən sübut kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, aktlar tərtib edilərkən istehlakçı Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyinin aşkar olunduğu qeyd edilmişdir. Aktlar tərtib edilərkən bu barədə aktın istehlakçıya aid olan hissəsində Cavabdeh sözügedən aktları imzalamaqdan imtina edildiyi göstərilmişdir. Belə olan halda təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlar etibarsız hesab edilməlidir Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. O cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, həmçinin iş üzrə tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3930,93 manat məbləğində borcunun olması məhkəmə iclasında öz təsdiqini tapmadığından,halhazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə, birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar