Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-310/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə nümayəndələri, Vəkil iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)-273/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş, habelə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 25013,47 ABŞ dolları məbləğində kredit borcu, 12374,27 ABŞ dolları məbləğində faiz borcu və 18934,36 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 56322,10 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində 39a saylı evdə yerləşən Cavabdeh3 mülkiyyətində olan 61 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 56322,10 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması; Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində 39a saylı evdə yerləşən Cavabdeh3 mülkiyyətində olan 61 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)- 273/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 027R********** saylı kredit razılaşması üzrə 25013,47 ABŞ dolları məbləğində kredit borcu, 6579,54 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32593,01 ABŞ dollarının, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu nun və 21 manat xidmət haqqının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsindəki 39a saylı evin 61 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması və cəmi 32593,01 ABŞ dollarının, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla və cəmi 61 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh3 qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 145 manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)-273/2018 saylı qətnaməsinin ləğv edilməsini, Cavabdeh2 münasibətdə müddətin keçməsi ilə əlaqədar iddianın rədd olunması, Cavabdeh1 münasibətdə isə cərimə borcunun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin İddiaçı QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)-273/2018 saylı qətnaməsinin qismən – faiz borcunun təmin edilməmiş, cərimə borcunun azaldılmış hissəsində, həmçinin ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının təmin edilməməsi hissələrdə dəyişdirilməsi və həmin hissələrdə də iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(103)-310/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)-273/2018 saylı qətnaməsinin Cavabdeh2 münasibətdə ləğv edilməsi və ona münasibətdə yeni qətnamənin qəbul edilməsi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının kredit müqaviləsi üzrə borcun zamin olaraq Cavabdeh2 digər cavabdehlərlə yanaşı müştərək qaydada tutulması hissəsində təmin edilməməsi, İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)-273/2018 saylı qətnaməsinin faiz və cərimə borclarının, habelə cəmi borcun qismən tutulması hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamənin qəbul edilməsi, iddianın faiz borcu hissəsində tam, cərimə borcu hissəsində qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan faiz borcunun 12374,27 ABŞ dolları, cərimə borcunun 2501,35 ABŞ dolları, cəmi borcun isə 39889,09 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, keçirilmiş əlavə məhkəməmühasibatlıq ekspertizasının xərci hesabına Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 200 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İş materialları məhkəmə kollegiyası tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, apellyasiya icraatı zamanı iddiaçının apellyasiya şikayətinin dəlillərinə ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılmasının təmin edilməsi hissəsində hüquqi qiymət verilsə də, bu tələb üzrə məhkəmənin gəldiyi qənaət qənamənin nəticə hissəsində öz əksini tapmamış, bununla da göstərilən tələb üzrə qətnamə qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır. Həmin Məcəllənin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından müəyyən olunur ki, ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan mənzili kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi ipoteka ilə yüklü etmiş və kredit razılaşmaya sonrakı sazişlərə imza edərək, onlarla razılaşmışdır. Bu səbəbdən məhkəmənin qənaətinə görə iddia tələbi mübahisələndirilən hissədə təmin olunmalı, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin iddiasının qeyd olunan hissədə təmin edilməsi barədə hazırki iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 229, 392-1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)- 273/2018 saylı qətnaməsi ipoteka qoyanın ipoteka predmeti olan mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində 39a saylı evdə yerləşən Cavabdeh3 mülkiyyətində olan 61 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-310/2020
Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-310/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver