Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-310/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndələri X3, X7, X1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 auditor X4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-205/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 61.945,72 manat əsas, 11.907,23 manat faiz, 12.932,1 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3678,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 90.463,95 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən, 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinin hərracdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-205/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsinə əsasən 21.788,14 manat əsas borcun, 1.207,43 manat faiz borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 23055,57 (iyirmi üç min əlli beş manat əlli yeddi qəpik) manat məbləğində pul tutulması, Cavabdeh1 tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 saylı evin 22 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 684.000 (altı yüz səksən dörd min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzilinə tutma yönəldikdə və o açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzur qızının həmin mənzildən çıxarılması, iddia tələbinin qalan hissələrdə əsassız olduğu üçün təmin edilməməsi, Cavabdeh1 dövlət nəfinə keçirilmiş ekspertiza xərci 50 (əlli) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətni onunla əsaslandırmışdr ki, məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq, borcu həmin rəyə əsasən tutmuşdur. Halbuki ekspert həqiqəti əks etdirməyən rəy vermişdir. Bank tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarış və maliyyə arayışı bu halı təsdiq edir. Ekspert rəy verərkən hesab üzrə subutları ayırmamışdır. Bu hal isə əsas və faiz borclarının azalmasına qətirib çıxartmışdır. Ekspert rəyində tədqiqat 16% hesabı ilə aparılmışdır və bu səbəbdən əsas və faiz borcu iddia tələbindən kifayət qədər aşağı həddə müəyyən edilmişdir. Cavabdehlə bank arasında bağlanmış razılaşma müqaviləsində onun işdən azad ediləcəyi təqdirdə faizin 30% dək artırılması qeyd edilmiş və cavabdeh işdən azad olunduqdan sonra kredit müqaviləsi üzrə 30% hesabı ilə hesablanmışdır. Hakim qətnamədə tərəflərdən cərimə borcunu və əldən çıxmış faydanı tutmamışdır. Halbuki bank tərəfindən təqdim edilən maliyyə arayışında və hesabdan çıxarışda kredit müqaviləsi üzrə cərimə və əldən çıxmış fayda borcunun mövcudluğuna dəlalət edən kifayət qədər sübut təqdim edilmişdir. Bankla cavabdeh arasında olan razılaşmaya (kredit müqaviləsinə edilən əlavəyə) əsasən cavabdeh işdən çıxarıldığı tarixdən sonra kredit müqaviləsi üzrə faiz məbləği illik 30%-lə müəyyən edilmiş və faiz borcu bu əsasla hesablanmışdır. Məhkəmə iclasında iddiaçı Bankın nümayəndəsi şifahi vəsatətlə məhkəməyə müraciət edərək əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin həmin vəsatət təmin edilməmişdir. Bundan əlavə, Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228.45 kv.m ümumi, 135.78 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinin ilkin satış qiymətinin 684 000 manat müəyyən etmişdir. Ali Məhkəmənin qərarına əsasən həmin mənzilin likvid qiyməti müəyyən edilməli və bunun üçündə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilməli idi. Həmin qiymət mənzilin real qiymətini əks etdirmir. Bununla bağlı bankın nümayəndəsi ekspertizanın təyin edilməsini xahiş etmiş lakin vəsatət yenədə təmin edilməmişdir. Belə ki, ipoteka müqaviləsi 2014-cü il tarixində bağlanmışdır və o vaxtdan mənzil bazarında qiymətlər tənəzzülə uğramış, pandemiya ilə bağlı isə qiymətlər ümumiyyətlə düşmüşdür. Qətnamə ilə qoyulmuş qiyməti gələcəkdə icra mərhələsində həmin mənzilin realizasiyasında köklü surətdə problem yaradacaq. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndələri X6, X10 və X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdilər. Məhkəmə iclasında müstəqil auditor X8 audit rəyini müdafiə etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 16% hesabı ilə, 60 ay müddətinə 220.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında eyni zamanda xx.xx.2014-cü il tarixdə kredit müqaviləsinə əlavə razılaşma bağlanılmış və həmin razılaşmaya əsasən "xxxx" İKB ASC ilə əmək münasibətlərinə Borc alanın təşəbbüsü və ya AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildikdə, Bank işçinin işdən çıxdığı gündən sonra gələn gün üçün faiz dərəcəsini illik 30%-dən çox olmayaraq müəyyən etmək, xx.xx.2014cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün əlavə təminat tələb etmək hüququna malikdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" İKB ASC-də X13 müşaviri vəzifəsində işləmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər lazımınca və vaxtında icra edilməmiş və nəticədə onun banka xx.xx.2020-ci il tarixə 61945,72 manat əsas, 11907,23 manat faiz, 12932,1 manat cərimə və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə 3678,9 manat faiz borcu, cəmi 90463,95 manat borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulmasını əsas tutaraq yaranmış borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, kredit müqaviləsi üzrə faiz dərəcəsi 16 faiz müəyyən edilsə də, bank 2017-ci ilin may ayında ondan xəbərsiz faiz dərəcəsini həmin ilin may ayında 30%-ə qaldırmış və növbəti aydan isə cari dövrdən illik 22%-ə qaldırmışdır. Faktiki olaraq Bank onun ödənişlərini xx.xx.2019cu il tarixdən 16%-lə yox, 30 və 22%-lə borc məbləğindən silmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi bildirmişdir ki, bankla cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh işdən çıxarıldığı tarixindən sonra kredit müqaviləsi üzrə faiz məbləği illik 30%-lə müəyyən edilmiş və faiz borcu bu əsasla hesablanmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə (illik 16% hesabı ilə) xx.xx.2020-ci il tarixə ödənilməmiş əsas borcu 21788,14 manat, faiz borcu 1207,43 manat təşkil edir. Göründüyü kimi bank tərəfindən təqdim edilmiş maliyyə sənədlərinə əsasən cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 61945,72 manat, faiz borcu 11907,23 manat, ekspertiza rəyi ilə isə əsas borcu 21788,14 manat, faiz borcu isə 1207,43 manat təşkil edir. Bankın maliyyə arayışında göstərdiyi borcla ekspertin müəyyən etdiyi borc arasında olan fərq onunla əlaqədar olmuşdur ki, bank cavabdehlə əmək müqaviləsinə xitam verildikdən sonra kredit müqaviləsi üzrə faiz borcunu 30% dərəcəsi ilə hesablamış və nəticədə cavabdehin etdiyi ödənişlər nəticəsində kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 61945,72 manat, faiz borcu 11907,23 manat təşkil etmişdir. Məhkəmə cavabdehlə əmək münasibətlərinə xitam verildikdən sonra (2017-ci ildən) iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun illik 30% dərəcəsi ilə hesablanmasının tərəflər arasında bağlanmış kredit müqaviləsinə və ona əlavə uyğun olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavədən görünür ki, Bank işçinin işdən çıxdığı gündən sonra gələn gün üçün faiz dərəcəsini illik 30%-dən çox olmayaraq müəyyən etmək, xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün əlavə təminat tələb etmək hüququna malkidir. Göründüyü kimi kredit müqaviləsi üzrə faiz dərəcəsi dəqiq təfsir edilməmiş, yəni faiz dərəcəsinin 30%-dən çox olmayaraq müəyyən edilməsi kreditorun hüququ kimi müəyyən edilmişdir. Yəni, tərəflər arasında bağlanmış əlavə sazişdə cavabdehlə əmək müqaviləsinə xitam veriləndən sonra kredit müqaviləsi üzrə faiz borcunun 30% dərəcəsi ilə hesablanması konkret, yəni imperativ olaraq göstərilməmişdir. Digər tərəfdən həmin artırmanın hansı andan başlanılması da konkret olaraq əlavə razılaşmada göstərilməmişdir. Belə ki, kredit müqaviləsinin müddəti, kreditin məbləği, illik faiz dərəcəsi, kreditin təyinatı müqavilənin mühüm şərti hesab edilir və bu səbəbdən həmin şərtlər müqavilədə dəqiq təfsir olunmalıdır. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 ,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflar arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış əlavə razılaşmada kredit müqaviləsi üzrə faiz dərəcəsinin cavabdehlə əmək münasibətlərinə xitam veriləndən sonra 30%-dək müəyyən edilməsi bankın hüququ kimi müəyyən olunduğu üçün, bank faiz dərəcəsini artırmaq üçün müqavilənin digər tərəfi ilə əlavə razılaşma bağlamalı idi. Yəni, bank müqavilənin bu şərtinə əsasən faiz dərəcəsinin 16%-dən 30%-dək artırılması ilə bağlı müqaviləyə əlavənin bağlanmasını cavabdehə təklif etməli idi. Cavabdeh belə əlavənin bağlanmasından imtina edəcəyi və yaxud hər hansı cavab vermədiyi halda, iddiaçı kredit müqaviləsi üzrə faiz dərəcəsinin artırılması ilə bağlı müqaviləyə dəyişikliyi məhkəmə qaydasında tələb etməli idi. Lakin göründüyü kimi bank kredit müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada dəyişərək 30% həddində müəyyən etmiş və cavabdehə həmin faiz dərəcəsi ilə faiz borcu hesablamışdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi müqavilənin dəyişdirilməsi tərəflərin razılığı ilə mümkündür. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əlavə razılaşmada kredit müqaviləsi üzrə faiz dərəcəsinin artırılması bankın hüquqi kimi müəyyən olunduğu üçün, müqavilədə faiz dərəcəsinin artırılması əlavə müqavilə bağlanması yolu ilə həyata keçirilməli idi. xx.xx.2014-cü il tarixli əlavə razılaşmada razılaşdırılmış şərt isə əsas müqavilə üzrə faiz dərəcəsinin artırmasını nəzərdə tutmur və bu qaydada təfsir edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, əlavə razılaşmada tərəflərin faiz dərəcəsi ilə bağlı müəyyən etdiyi şərt də Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Qeyd edilən Məcəllənin 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında əlavə razılaşmada əsas kredit müqaviləsi üzrə faiz dərəcəsinin 30%-dək artırılması şərti tərəflərin iradəsindən asılı edilmişdir. Yəni Cavabdeh1 öz təşəbbüsü ilə işdən çıxması və ya işəgötürənin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tərəflərin iradəsindən asılı olan hallardır. Belə olan halda əlavə razılaşmada tərəflərin iradəsindən asılı edilmiş şərt etibarsız hesab edilir və bu səbəbdən həmin şərtə istinad olunaraq edilmiş bu hərəkətlər etibarsızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 yaranmış əsas və faiz borcu ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər əsasında müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında kreditin faiz dərəcəsi 16% kimi göstərilsə də, bankın nümayəndəsinin məhkəmədə verdiyi izahatla kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdeh işdən çıxarıldıqdan sonra illik 30% dərəcəsi ilə hesablanması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bank tərəfindən təqdim edilmiş maliyyə arayışındakı əsas və faiz borcu əsaslı hesab edilə bilməz və bu səbəbdən hazırki iş üzrə olan ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu 21788,14 manat və faiz borcu 1207,43 manat təşkil edir. Məhkəmə hazırki ekspert rəyində müəyyən edilmiş borcun illik 16% dərəcəsi ilə hesablanmasını, bununla da həmin borcun kredit müqaviləsinə uyğun olmasını nəzərə alaraq ehsab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 bankın xeyrinə yaranmış 21788,14 manat əsas borc və 1207,43 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilə müddəti bitdikdən sonra illik 5% hesabı ilə əldən çıxmış fayda kimi 3678,9 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icranı gecikdirməsi qəsdən edilən hərəkətlər nəticəsində baş vermədiyindən, yəni kreditor əsassız olaraq borcludan 30% dərəcəsi ilə hesablanmış borcu tələb etdiyindən, bununla da tərəflər arasında mübahisə yarandığından, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% tələb etməkdə haqlı deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 12932,1 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Kredit müqaviləsinin 9-cu və 1.14-cü bəndinə əsasən borclu tərəfindən ödənişlər gecikdirildikdə, bank hər gecikdirilmiş gün üçün illik 36% dəbbə pulu tələb edə bilər. Məhkəmə hesab edir ki, borclunun icranı gecikdirməsi kreditorun müqavilə üzrə əsassız olaraq faiz dərəcəsinin artırması ilə bağlı olduğu üçün, iddiaçı kredit müqaviləsinin 9-cu bəndinə əsasən dəbbə pulu tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə həm illik 5%-lə tələb olunan 3678,9 manat, həm dəbbə borcu kimi tələb olunan 12932,1 manat əsassız olaraq bank tərəfindən birtərəfli qaydada hesablanmış əsas və faiz borcuna uyğun hesablandığı üçün, bank cavabdehdən müqavilə şərtinə zidd hesablanan əsas və faiz borca görə illik 5% dərəcəsi ilə əlavə faiz borcunu və dəbbə borcunu tələb etməkdə haqlı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissələrdə iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən məbləği nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində göstərilən məbləğ – 684.000 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzur qızının həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, onlarn həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılmalı, əks təqdirdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada mənzildən çıxarılmalıdırlar. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, şəxsin yaşayış sahəsi üzrə istifadə hüququnun itirilməsi barədə tələb irəli sürmək hüququ daşınmaz əmlakın mülkiyyətçisinə mənsubdur və iddiaçı kredit münasibətlərinin tərəfi kimi belə bir tələblə çıxış etməkdə subyektiv hüquqa malik deyil. Digər tərəfdən ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka saxlayana deyil, mənzili almış şəxsə təhvil verilə bilər. Yəni iddiaçının ipoteka saxlayan kimi mənzil açıq hərracdan satıldıqdan sonra onu təhvil almağa hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissələrdə tələb əsassızdır və təmin edilməməlidir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 269.1-ci və 269.7. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanun: Maddə 34.1.1-ci və 31.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv edilməsi və həmin hissədə də iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Təmin edilməyən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla,birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/4700 saylı rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan xx.xx.2020-ci il tarixə əsas kredit borcu 21.788,14 manat, faiz borcu 1.207,43 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının 01 aprel 2021-cu il tarixli rəyi tam olmadığından, borcun düzgünlüyünü yoxlamaq üçün xüsusi biliyə malik ekspertin köməyindən istifadə edilməli və rəy alınmalıdır. Belə ki, ekspert məhkəmə tərəfindən qarşısında qoyulan suallara rəydə tam cavab verməmişdir. Başqa sözlə, cavabdehin işdən azad olunma tarixinə xx.xx.2016-cı il tarixə götürülən kreditin 16 % hesabı ilə, xx.xx.2016-cı il tarixdən müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixədək 30% hesabı ilə faiz borcu, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu və həmin müddətə cərimə borcunun nə qədər təşkil etməsi soruşulsa da, ekspert nə illik 5% hissəsinə, nə cəriməyə rəyində ümumiyyətlə münasibət bildirməmiş, xx.xx.2016-cı il tarixdən müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixədək illik 30% hesabı ilə faiz borcunu hesablamamışdır. Göründüyü kimi, qarşısında qoyulmuş suallara tam və aydın şəkildə cavab vermək ekspertin vəzifəsidir, lakin bu vəzifəni o, natamam icra etmişdir. Ona görə də apellyasiya baxışı zamanı əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 9/4976 saylı, 12 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 01 iyul 2014-cü il tarixli, 6-G-2-1- 1295-14 №-li kredit müqaviləsi və əlavə razılaşma şərtləri əsas götürülməklə Cavabdeh1: - xx.xx.2019-cu il tarixə (müqavilənin bitmə tarixi) banka olan borcu 26.292,06 manat məbləğində əsas borc müəyyən olunur, faiz borcu isə yoxdur. - xx.xx.2020-ci il (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 21.788,14 manat əsas borc, 1207,43 manat faiz borcu olmaqla, ümumilikdə 22.995,57 manat məbləğində müəyyən olunur. İş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə “Yelo Bank” ASC arasında bağlanmış 01 iyul 2014-cü il tarixli, 6-G-2-1-1295-14 Kredit Müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Qeyd: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar kreditləşmənin şərtlərinin dəyişdirilməsi haqqında xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsinə əlavə razılaşması” təqdim edilmişdir. Həmin razılaşmanın 1.1 bəndinə görə "xxxx" İKB ASC ilə əmək münasibətlərinə borc alanın təşəbbüsü və ya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildikdə Bank işçinin işdən çıxdığı gündən sonra gələn gün üçün faiz dərəcəsini illik 30%-dən çox olmayaraq (kredit müqaviləsi bağlanan tarixə Bankın eyni müddətə və eyni valyuta ilə fiziki şəxslərə verilən kreditlər üzrə mövcud tarif dərəcəsi göstərilir) müəyyən edilə bilər. Lakin iş materiallarında olan sənədlərdən göründüyü kimi, bank xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün konkret faiz dərəcəsi göstərməmiş və bank tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışı məlumatları, həmçinin bank tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən Cavabdeh1 "xxxx" ASC-yə olan borcu illik 16%-lə hesablanıldığı qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq Cavabdeh1 "xxxx" ASC-yə olan borcunun xx.xx.2016-cı il tarixdən müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2019cu il tarixədək illik 30%-lə hesablanması mümkün olmadı. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X6 bankın təkrar və ya əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə məhkəməyə ünvanladığı yazılı vəsatətini və ona əlavə edilmiş audit rəyini müdafiə etdi və bildirdi ki, kreditin illik faiz xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək 16 %, xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək isə 30 % hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi növbəti dəfə hesab etmişdir ki, iddiaçı tərəfindən vəsatətə əlavə edilmiş audit rəyi ilə ekspertiza rəyləri arasında ziddiyyət olduğundan iş üzrə tərəflərin və audit rəyini tərtib etmiş şəxsin iştirakı ilə komisyon məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Çünki, ekspertiza rəylərində tələb edilən əsas borc məbləğinin birdən birə 40000 manatdan çox azaldılması, müqavilə müddətində faiz borcunun isə ümumiyyətlə olmaması həmin rəylərdə kifayət qədər əsaslandırılmamışdır. Bu hal isə istər-istəməz həmin rəylərin mötəbərliliyini azaltmış olur. Ona görə də həqiqətin müəyyən edilməsi məqsədi ilə iş üzrə tərəflərin iştirakı ilə təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəy alınmalı olmuşdur. Təkrar komisyon məhkəmə mühasibatlıq ekspertiza qarşısında aşağıdakı suallar:
1. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 No-li kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2014-cü il tarixli əlavə razılaşma üzrə şərtlər nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə, ödənilmiş məbləğlər nəzərə alınmaqla əsas borcu nə qədər (olmalıdır) təşkil edir?
2. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 No-li kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2014-cü il tarixli əlavə razılaşma üzrə şərtlər nəzərə alınmaqla müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2019-cu il tarixə, illik 16 faizlə hesablanmaqla və ödənilmiş məbləğlər nəzərə alınmaqla faiz borcu nə qədər (olmalıdır) təşkil edir?
3. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 No-li kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2014-cü il tarixli əlavə razılaşma üzrə şərtlər nəzərə alınmaqla xx.xx.2016-cı il tarixədək illik 16 faizlə, xx.xx.2016-cı il tarixdən müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2019-cu il tarixədək illik 30 faizlə hesablanmaqla və ödənilmiş məbləğlər nəzərə alınmaqla faiz borcu nə qədər (olmalıdır) təşkil edir?
4. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 No-li kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2014-cü il tarixli əlavə razılaşma üzrə şərtlər nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə, ödənilmiş məbləğlər nəzərə alınmaqla cərimə nə qədər (olmalıdır) təşkil edir?
5. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 No-li kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2014-cü il tarixli əlavə razılaşma üzrə şərtlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci ilədək gecikdirilmiş vaxt üçün, əsas borca illik 5 faizlə hesablanmış məbləğ nə qədər (olmalıdır) təşkil edir? qoyulmuş və ekspertizanın tərəflərin və audit rəyini tərtib etmiş şəxsin iştirakı ilə keçirilməsi qərara alınmışdır. Təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizasının 16 may 2022-ci il tarixli 9/1810 nömrəli rəyinə əsasən 1,2 və 5-ci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 01 iyul 2014-cü il tarixli 6-G-2-1-1295-14 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir. 01 iyul 2019-cu il tarixə (müqavilənin müddətinin sonuna)45482,79 AZN: əsas borc üzrə 45482,79 AZN, faiz borcu(16%-lə)üzrə-0,00AZN. 08 sentyabr 2020-ci il tarixə(iddia tarixinə)43328,62 AZN: əsas borc üzrə 41053,57 AZN, faiz borcu(16%-lə)üzrə-0,00, faiz borcu (5%-lə)üzrə-2.275.05 AZN. 3 və 5-ci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 01 iyul 2014-cü il tarixli 6-G- 2-1-1295-14 nömrəli kredit müqaviləsi; ekspert qarşısında qoyulmuş suallar və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı ASC-nə ola borcu aşağıdakı kimi müəyyən edilir. 01 iyul 2019-cu il tarixə (müqavilənin müddətinin sonuna)100.381,89 AZN: əsas borc üzrə 64.840,48 AZN, faiz borcu(16%;30%-lə)üzrə-35.541,41AZN. 08 sentyabr 2020-ci il tarixə(iddia tarixinə)99462,06 AZN: əsas borc üzrə 61.945,72 AZN, faiz borcu(16%;30%-lə)üzrə- 33.836,18 AZN, faiz borcu (5%-lə)üzrə-3680,16 AZN. 4-cü sual üzrə: Bank tərəfindən 01 iyul 2014-cü il tarixli 6-G-2-1-1295-14 nömrəli kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmadı. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə bağladığı əlavə razılaşmaya verdiyi hüquq qiymət düzgün olmamışdır. Belə ki, həmin Əlavə Razılaşmanın 1.1-ci bəndinə əsasən bank ilə əmək münasibətlərinə borc alanın təşəbbüsü və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildikdə, bank işçinin işdən çıxdığı gündən sonra gələn gün üçün faiz dərəcəsini illik 30%-dən çox olmayaraq müəyyən etmək, xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün əlavə təminat tələb etmək hüququna malikdir. Cavabdehlə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Bununla əlaqədar bankla cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh işdən çıxarıldığı tarixindən sonra kredit müqaviləsi üzrə faiz məbləğini cavabdehin də etiraf etdiyi kimi bir ay 30%, qalan aylar üzrə isə 22% -lə müəyyən etmiş və faiz borcu bu əsasla hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd edir ki, kredit müqaviləsi üzrə faiz dərəcəsi dəqiq təfsir edilməmiş, yəni faiz dərəcəsinin 30%-dən çox olmayaraq müəyyən edilməsi kreditorun hüququ kimi müəyyən edilmiş, tərəflər arasında bağlanmış əlavə sazişdə cavabdehlə əmək müqaviləsinə xitam veriləndən sonra kredit müqaviləsi üzrə faiz borcunun 30% dərəcəsi ilə hesablanması konkret, yəni imperativ olaraq göstərilməmişdir. Digər tərəfdən həmin artırmanın hansı andan başlanılması da konkret olaraq əlavə razılaşmada göstərilməmişdir. Əksinə, əlavə razılaşmada tərəflərin razılaşdırdıqları şərtə görə faiz dərəcəsi dəqiq göstərilmişdir. Bu şərt bankın hüququ kimi göstərilmiş olsa belə, borc alan bu şərtlə razılaşmışdır. Ona görə də imperativ olaraq göstərilmənin nədən ibarət olduğu aydın deyil. Eyni zamanda artırmanın hansı andan başlanılması da əlavə razılaşmada konkret (işçinin işdən çıxdığı gündən sonra gələn gün) göstərilmişdir. Əlavə razılaşma kredit müqaviləsinin tərkib hissəsi olduğundan bankın faiz dərəcəsini artırmaq üçün müqavilənin digər tərəfi ilə əlavə razılaşma bağlamasına da zərurət yox idi. Bankın müqavilənin bu şərtinə əsasən faiz dərəcəsinin 16%-dən 30%-dək artırılması ilə bağlı müqaviləyə əlavənin bağlanmasını cavabdehə təklif etmək kimi öhdəliyi də olmamışdır. Əgər bank üzərinə belə bir öhdəlik götürmüş olsa idi mütləq ki, bu əlavə razılaşmada nəzərdə tutula bilərdi. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə faiz dərəcəsinin artırılması ilə bağlı müqaviləyə dəyişikliyi məhkəmə qaydasında tələb etməli deyildi. Bank kredit müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada deyil, müqaviləyə əlavə razılaşmanın şərtinə əsasən dəyişmiş və bundan da cavabdeh məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, əlavə razılaşmada tərəflərin faiz dərəcəsi ilə bağlı müəyyən etdiyi şərt də Mülki Məcəllənin 328.1, 328.2 və 328.3-cü maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, tərəflər arasında əlavə razılaşmada əsas kredit müqaviləsi üzrə faiz dərəcəsinin 30%-dək artırılması şərti tərəflərin iradəsindən asılı edilmişdir. Yəni, Cavabdeh1 öz təşəbbüsü ilə işdən çıxması və ya işəgötürənin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tərəflərin iradəsindən asılı olan hallardır. Belə olan halda əlavə razılaşmada tərəflərin iradəsindən asılı edilmiş şərt etibarsız hesab edilir və bu səbəbdən həmin şərtə istinad olunaraq edilmiş bu hərəkətlər etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə də razılaşmır. Çünki, işdən və əlavə razılaşmadan da də görünür ki, bank tərəfindən cavabdehə ona görə 16 % dərəcəsi ilə kredit verilmişdir ki, sonuncu bankın əmək münasibətlərində olduğu səlahiyyətli əməkdaşı olmuş, əks halda halda həmin faiz dərəcəsi ilə ona qeyd olunan məbləğdə kredit verməzdi. Ona görə də əlavə razılaşmadakı şərt Mülki Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt hesab edilə bilməz. Göründüyü kimi, iddiaçı cavabdehdən 61945,72 manat əsas, 11907,23 manat faiz, 12932,1 manat cərimə, illik 5 % məbləğdə 3678,90 manat tələb etsə də birinci instansiya məhkəməsi iddianı qismən, yəni əsas borcu 21.788,14 manat, faiz borcu 1.207,43 manat təmin etmiş, əsas və faiz borcun digər hissəsini təmin etmiş, cərimə və illik 5% üzrə tələb edilən məbləğin isə ümumiyyətlə rədd etmişdir. Bu hallar da da iddiaçının şikayətinin dəlillərinin bu hissədə əsaslı olduğuna dəlalət edir. Ona görə də qətnamə əsas və faiz borcun təmin edilməyən məbləği hissəsində, cərimənin və 5 faizlə tələb edilən məbləğin rədd edilməsi hissəsində ləğv edilməli, əsas və faiz borcu, 5 faizlə tələb edilən məbləğ iddiada göstərilən və komisyon məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilən həcmdə təmin edilməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin tam rədd edilməsi əsassız olmuşdur. Çünki, cərimə tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur. Buna baxmayaraq tələbin cərimə hissəsi təmin edilsə də azaldılmalıdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizasının rəyindədə kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə tələb edilən məbləğlə yanaşı, həm də cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də tələb edilən cərimə məbləği əsaslı olsa da bu hissədə də iddia qismən təmin edilməli və 12.932,1 manat cərimə azaldılaraq 1000 manat müəyyən edilməlidir. Göstərilənlərlə yanaşı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı ipoteka predmeti olan mənzilin likvid qiymətinin real qiymət olmadığını göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi Qanunun imperativ tələbidir. Tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin dəyərinin 684000(altı yüz səksən dörd min) manat müəyyənləşdirsə də birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ qətnamədə ilkin satış qiyməti kimi göstərilmişdir. Çünki, bu məbləği daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab etmişdir. İddiaçının şikayəti üzrə apellyasiya instansiya məhkəməsində ipoteka predmetinin yenidən qiymətləndirilməsini keçirilmiş və "xxxx" MMC-nin 22 iyul 2021-ci il tarixli MB 14/0943 nömrəli rəyinə əsasən həmin tarixə bazar dəyəri 900000(doqquz yüz min) manat, likvid dəyəri isə 750000(yeddi yüz əlli min) manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçı mənzilin ilkin satış qiymətinin real vəziyyəti əks etdirmədiyini göstərsə də, əksinə ipoteka predmetinin likvid dəyərinin 684000(altı yüz səksən dörd min) manatdan daha yüksək olduğu müəyyən edilmişdir. Demək ki, iddiaçının mübahisələndirdiyi bu hissə üzrə qətnamə ləğv edilə yaxud dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-205/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi qismən, yəni əsas və faiz borcun təmin edilməyən, cərimənin və illik 5% üzrə tələb edilən məbləğin isə rədd edildiyi hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia qismən təmin edilməli, əsas borcun məbləği 61945,72 manat, faiz borcunun məbləği 11907,23 manat, cərimənin məbləği 1000 manat, illik 5 % məbləği 3678,90 manat olmaqla, əsas və faiz borcun, cərimənin və illik 5 % məbləğin cəmi isə 78531,85 (yetmiş səkkiz min, beş yüz otuz bir manat, səksən beş qəpik) manat müəyyən edilməli və Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməli, qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-205/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi qismən, yəni əsas və faiz borcun təmin edilməyən, cərimənin və illik 5% üzrə tələb edilən məbləğin isə rədd edildiyi hissələrdə ləğv edilsin, həmin hissələrdə iddia qismən təmin edilsin. Əsas borcun məbləği 61945,72 manat, faiz borcunun məbləği 11907,23 manat, cərimənin məbləği 1000 manat, illik 5 % məbləği 3678,90 manat olmaqla, əsas və faiz borcun, cərimənin və illik 5 % məbləğin cəmi isə 78531,85 (yetmiş səkkiz min, beş yüz otuz bir manat, səksən beş qəpik) manat müəyyən edilsin və Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci – 150 (yüz əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı 400 (dör yüz) manat İddiaçı açıq səhmdar cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.