Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3106/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X2 və X10 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndələri X7 və X6 iştirakları ilə İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Üfüq”İstehsalat Birliyi “xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Maraqlı şəxs3nə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5850/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BakıŞəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncüşəxslər “Üfüq”İstehsalat Birliyi “xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Maraqlı şəxs3nə qarşı – Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 2 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi xx.xx.2006-cı il tarixli, 0220 saylı orderin etibarsız hesab edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Sosial Xidmətlər İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylıünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxsərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" xx xxxxxx 2011-ci il tarixli, 1346nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən '"köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakışəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 2 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanıəldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 2 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X15, arvadı X14, 3 oğlu Həbib, Həmid və Umud Qarayevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən Cavabdeh 2 saylı otağıəldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda "Üfüq" İstehsalat Birliyi "xxxx" İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli, 0220 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 2 saylı otaq onun istifadəsinə verildiyindən, həmin otağa xx.xx.2012-ci ildə qeydiyyata alınmış və ona AZ E 0******* saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən orderin isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isəşablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "Sosial Xidmətlər İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 2 saylı otağa dair Cavabdeh verilmiş xx.xx.2006-cı il tarixli 0220 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. “Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən Cavabdeh adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, Cavabdeh adına yazılmış həmin order etibarsız hesab edilməlidir. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5850/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı “xxxx” İB tərəfindən Bakışəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxana binasının 2 saylı mənzilinə dair Cavabdeh verilmiş xx xxxxxx 2006-cü il tarixli, 0220 saylı orderin etibarsız hesab edilməsi və onun həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edlməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə verilmiş orderin hüquqi əsası olmaması haqqında göstərdiyi dəlillər formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Belə ki, “Orderin etibarsız hesab edilməsi” üçün iddiaçının göstərdiyi əsas dəlillərdən biri faktiki olaraq məcburi köçkün yaşayan boş olmayan otağa orderin verilməsidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən order yalnız boş olan yaşayış sahəsinə verilə bilər. Qeyd olunan müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən, hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Bu dəlillə bağlı məhkəmənin də hüquqi mövqeyi eynidir. İddiaçının orderin ləğv edilməsi üçün əsas hesab etdiyi digər dəlili isə qeyd edilən orderin “xxxx” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, mənzil sahəsinin verilməsi barədə “xxxx” İstehsalat Birliyinin midiriyyətinin və Həmkarlar Komitəsinin birgə qərarının olmamasıdır. Təqdim edilmiş, iş materiallarında olan, hər iki, Bakı “xxxx” İB-nin HİK-nin X4 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolu (iclasda uzun müddət “xxxx” İB işləyərək mənzil növbəsində olan Birliyin fəhlə və qulluqçularının, məcburi köçkün ailələri mənzil problemlərinin həlli istiqamətində müzakirələr aparılmış və qərara alınmışdır ki, zavodun yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzillərə dair orderlər verilsin, mənzil və yataqxana növbəsində olan, mənzil sahəsi az olan fəhlə və qulluqçulara məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunsun və təklifi qəbul edən fəhlə və qulluqçuların ərizəsi əsasında həmin mənzillərə dair orderlər verilsin, məcburi köçkün ailələri öz torpaqlarına qayıdarsa və ya yeni mənzillərlə təmin olunarsa yataqxanaların boşalan mənzilləri qeyrişərtsiz Order verilmiş fəhlə və qulluqçuların istifadəsinə verilsin) və Bakı “xxxx” İB-nin HİKnin X4 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolu (iclasda Birliyin xx.xx.2004-cü il tarixli növbəti iclasının qərarını əsas tutaraq yataqxanalarda fəhlə və qulluqçular yaşayan mənzillərə yeni sıra nömrələri əsasında Orderlərin verilməsi, mənzil növbəsində olan fəhlə və qulluqçuların ərizəsi, xahişi əsasında, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə dair yeni sıra nömrəsi verilməklə Orderlərin verilməsi Qərara alındı) müəssisənin rəhbəri və HİK-in sədri tərəfindən imzalanmış, təsdiq edilmişdir. İddiaçının onun tərəfindən verilmiş sorğuya “xxxx zavodu” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubunda xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə orderin verilməməsini dair dəlilinə gəlincə məktubun məzmunundan da aydın olur ki, 2007-ci ildən sonra orderlərin verilmədiyi qeyd edilmiş, 2007-ci ildən əvvəlki illərə dair heç bir münasibət bildirilməmişdir. Mübahisə predmeti olan order isə 2006-cı ildə verilmişdir. “xxxx zavodu” MMC-nin xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə köçkünlərin məskunlaşdığı otaqlardan heç birinə dair orderin veriləməmsi faktı cavabdehə verilmiş orderin etibarsız hesab edilməsinə əsas vermir. Digər tərəfdən təqdim edilmiş sübutlardan (“Bakı şəhəri, “xxxx” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi 3A və S.Ə.ünvan 3A-da yerləşən yataqxanalarda “xxxx” İB-nin HİK-nin X13 və MMK-nin Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderlərin siyahısı"ndan) məlum olur ki, xx.xx.2007-ci ilədək yataqxanada demək olar ki, boş otaq qalmamışdı. İddiaçının cavabdehə qarşı “orderin etibarsız hesab edilməsinə dair” göstərdiyi bütün dəlillər işin faktiki hallarına uyğun olmamasına baxmayaraq, Xətai Rayon Məhkəməsi iddia tələbini təmin etmiş və iddianın təminini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanında yerləşən yataqxananın 1-ci mərtəbəsində yaşayış sahəsi 18.0 m2 olan 1-ci giriş. 1-ci mərtəbə. 2 saylı mənzilə dair Cavabdeh Bakı “xxxx” İB tərəfindən xx.xx.2006-cı il tarixli, 0220 nömrəli orderin qanunvericiliyin tələblərinin pozulmaqla verilmişdir. Həmin yataqxananın xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sosial Xidmətlər İdarəsi’' MMC-nin balansından Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsini, yataqxana təhvil verilərkən məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlərin təhvil verilməməsini nəzərə alıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin etibarnamə əsasında nümayəndəsi X12 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “Üfüq”İstehsalat Birliyi “xxxx” Zavodu MMC və Bakı şəhəri Maraqlı şəxs3 səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ərizə ilə xx.xx.2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 2 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı “xxxx” İB tərəfindən Bakışəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada 1-ci giriş, 1-ci mərtəbə, sahəsi 18,0 kv.mertrlik, 2 nömrəli mənzilə dair verilmiş xx.xx.2006-cı il tarixli 0220 saylı orderin surətindən görünür ki, həmin order əsasında qeyd edilən mənzil Cavabdeh verilmişdir. İşdə olan Bakı “xxxx” İB-nin HİK-nin X5 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlik “xxxx”İB-də işləyən fəhlə və qulluqçularına birliyin imkanları daxilində növbəəsasında mənzili təmin edə bilməməsini nəzərə alınıb, Birliyə məxsus S.Ə.ünvan 3A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda növbə əsasında uzun illərdi yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqların nömrələrinin ləğv olunması və həmin mənzillərə yeni nömrələrin verilməsi, yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə yeni mənzil nömrələrinəəsasən order verilməsi, Birlikdə hal-hazırda yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə növbə əsasında order verilməsi, Birliyə məxsus yataqxanalarda S.Ə.ünvan 3A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında qaçqın və məcburi köçkün ailələri torpaqlar alınan zaman və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkünailələrinə mənzil veriln vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi ilə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, X3 xx.xx.1984-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək Bakı “xxxx”İB işləmişdir. Lakin onun hazırkı mülki işdə cavabdeh olan Cavabdeh ilə hər hansı bir qohumluq əlaqələrini təsdiq edən sübut təqdim olunmamışdır. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 68/ç saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı binanın (keçmiş yataqxana) 2 saylı mənzili Cavabdeh tərəfindən zəbt edilmişdir. Hal-hazırda faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır. İş materiallarında olan “Üfüq”İstehsalat Birliyi “xxxx” zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan 02/47 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “xxxx” zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərindəolan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyil. İş materiallarında olan Bakı şəhəri “xxxx” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi 3A və S.Ə.ünvan 3A da yerləşən yataqxanalarda “xxxx”İB-nin HİK-nin X13 və MMK-nın Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısından görünür ki, 263 nəfər şəxsə order verilmişdir və iddiaçı Cavabdeh həmin siyahıda 232-ci sırada yerləşir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 saylı xx.xx.2013cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sosial Xidmətlər İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişətkommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə BakıŞəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sosial Xidmətlər İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahıüzrə BakıŞəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi YAT/NA, ev 4, mənzil 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə sözügedən orderin verilməsi xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mübahisəli mənzil cavabdehə mənzilə şəraitinin yaxşılaşdırılması üçün verilmişdir və müəssisə tərəfindən o, mənzil növbəsinə daxil edilmiş və növbəlilik qaydasında mənzillə təmin olunmuşdur. Cavabdehə mənzil müvafiq həmkarlar ittifaqının qərarı əsasında verilmiş və həmin qərar mübahisələndirilməmişdir. “Üfüq”İstehsalat Birliyi “xxxx” Zavodunun nümayəndəsi X8 birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh anası X1 xx.xx.1984-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək Bakı “xxxx”İB işlədiyinəgörə həmin mənzilin cavabdehə verildiyini bildirmişdir. Bundan başqa, məhkəmə orderin etibarsız hesab edilməsi üçün iddiaçının irəli sürdüyü dəlilini də (məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilə bilməməsi) əsassız hesab edir. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmamasına dəlalət etmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilətəsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” Qərarının 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992- 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Halbuki birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order xxxx Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar cavabdeh mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz xxxx Zavodudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5850/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Maraqlı şəxs3nə qarşı “orderin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3106/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3106/2020
11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver